Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə59/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   55   56   57   58   59   60   61   62   ...   121

119 
 
üzərində qurulmuş, maddi və mənəvi cəhətdən bizə məlum olan ilk kamil cəmiyyətin təsvirini verir. 
Qədim  yunan  mədəniyyəti  və  fəlsəfəsində  mənəvi  tərbiyə  problemlərini  Demokrit,  Pifaqor, 
Anaksarx,  Pirron,  Sokrat,  Platon,  Aristotel,  Laertli  Diogen,  Evdoks,  Feopomp,  Rodoslu  Evdem, 
Gekatey öz əsərlərində ətraflı göstərmişlər. 
Demokrit əqli inkişaf məsələlərini mənəvi tərbiyə ilə sıx əlaqələndirirdi. O, belə hesab edirdi 
ki,  mənəvi  cəhətdən zəngin  insan həmişə cəsarətli, mərd olmalıdır, öz hisslərinə hakim olmalıdır, 
həmişə yaxşılığa can atmalıdır, vaxtını boş keçirməməlidir, düşüncəsiz, yüngül həyat tərzindən uzaq 
olmalıdır,  öz  arzularına  real  imkanlara  uyğun,  müəyyən  həddə  harmonik  şəkildə  çatmalıdır.  O, 
mənəvi  hərəkətləri  sistematik  olaraq  məşq  etdirməyi  insanın  mənəvi  keyfiyyətlərinin 
təkmilləşməsində mühüm vasitə hesab edirdi (4, s. 135-142).  
Sokrat  antik  dövrün  ən  sirli  filosoflarından  hesab  olunur.  Ksenofont  Sokrat  haqqında 
xatirələrində  onun  tətqiqatlarının  əsasında  nəyin  müqəddəs,  nəyin  günah,  nəyin  yaxşı,  nəyin  pis, 
nəyin  ədalətli,  nəyin  ədalətsiz,  nəyin  kamil,  nəyin  ağılsız,  nəyin  cəsarətli,  nəyin  cəsarətsizlik 
olduğunu göstərirdi. Sokratın fəlsəfəsi əsasən etik problemlərə istiqamətlənmişdir. Əsl fəlsəfənin və 
əsl filosofun fərqləndirici cəhətini bilik və insanlığın vəhdətində görən Sokratın düşüncələrinə görə 
fəlsəfə  təkcə  nəzəri  fəaliyyətlə  deyil,  həmçinin  praktik  hissəni  -  xoş  davranışı  və  müdrik  olmağı 
özündə birləşdirir. Yaxşılıq haqda biliklər insanı yaxşı hərəkətlərə sövq edər və pislikdən qoruyar. 
 
Platon  tərbiyənin  əsas  məsələsi  kimi  nəsillərə  yaxşılıq  prinsiplərini  və  bununla  ruhun  əqli 
hissəsinin  möhkəmləndirilməsini  əsas  göstərirdi. Mənəvi  keyfiyyətlərin,  yəni  fəzilətlərin  fitri 
olduğunu  söyləyən  filosof  hesab  edir  ki,  düzgün  tərbiyə  bunları  nizama  salır,  yanlış  tərbiyə  isə 
insanın «qabında olanları» ya məhv edir, ya da təhrif edir (5 s. 39-43; s. 45-46). 
 
Mənəvi  keyfiyyətlərin  anadangəlmə  deyil,  həyatda  qazanılması  fikrini  Aristotel  daha  da  inkişaf 
etdirmişdir. O, mənəvi tərbiyənin üç növünü xüsusilə qeyd edirdi: fiziki, mənəvi, əqli. Aristotel bu 
sırada  ruhun,  mənəviyyatın  inkişafını  elmi  öyrətməkdən  önə  qoyurdu.  Filosof  mənəvi  tərbiyənin 
yüksək  dəyərini  qeyd  edərək  mənəvi  cəhətdən  inkişaf  etmiş  insanı  kamil  insan  hesab  edirdi. 
Məsələn, təbiətdə yuxarıdan aşağı diyirlənən daşı geriyə, yuxarıya qalxmağa öyrətmək qeyri-mümkündür (6, 
s.78). Fəlsəfi ədəbiyyatlarda müdrik alim-filosof Lyusiy Aney Seneka tərbiyənin əsas məsələsi kimi 
insanın mənəvi cəhətdən kamilləşməsini, təkmilləşməsini, tərbiyənin əsas metodu kimi ilahi ideala 
doğru  hərəkəti  əsas  götürürdü.  O  mühüm  vasitə kimi  əyani  şəkildə  həyatdan  və  tarixdən  nümunə 
gətirməyi  xüsusilə  qeyd  edirdi  və  uzun  nəsiyyətlərdənsə  qısaca  misallar  çəkməyi  üstün  bilirdi  (5, 
s.53-54).  Qeyd  edək  ki,  şəxsiyyəti  intensiv  sosial  inkişafa  məcbur  etməyin  humanist  olmaması 
məsələsi müasir fəlsəfi və pedaqoji təlimlərdə birmənalı izah olunmuşdur. Məsələn, freydist və neo-
freydist  yönümlü  fəlsəfi  təlimlərin  nümayəndələri  (Dc.  Dyui,  E.From  və  başqaları)  pedaqoji 
prosesdə şəxsiyyətə hər cür təzyiq göstərməyin əleyhinə çıxış edirlər (7, s. 84-86; 165, s. 61).  
Kvintilian  döyməklə  cəzalandırmağa  qarşı  çıxaraq  bunu  şagirdin  şərəf  və  ləyaqətinə  qarşı 
təhqir hesab edirdi və bunun təhsilə kömək olduğunu deyil, əksinə onların ruhunu, mənəviyyatını 
məhv  etdiyini  göstərirdi.  O  belə  düşünürdü  ki,  müəllim  təhsildə  sadə,  çalışqan,  işində  səbrli,  əsl 
nümunə olmalıdır və şagirdlərinə valideyn hissləri bəsləməlidir (7, s. 55-56).  
K.A.  Berdyayev,  V.A.Belinskiy,  S.N.Bulqakov,  A.N.Qertsen,  L.N.Qumilyov  kimi 
filosofların şəxsiyyətin mənəvi tərbiyə problemini işıqlandıran pedaqoji axtarışları fəlsəfi biliklərlə 
sıx  bağlıdır.  Belinskiy  mənəvi  tərbiyənin  dəyərini  belə  qeyd  edirdi  ki,  bir  çox  tərbiyə  “növü” 
mövcuddur,  ancaq  hər  birindən  üstün  bütöv  cəmiyyətin  mənəviyyatına  təsir  göstərən  mənəvi 
tərbiyədir. XIX  əsr  Azərbaycan maarifçilik  fəlsəfəsinin ilk təmsilçisi təbiət  elmləri,  tarix, məntiq, 
filologiya və s. sahələr üzrə əsərlərin müəllifi, şair və filosof Abbasqulu ağa Bakıxanovdur. Onun 
“Əxlaqın  tərbiyələnməsi”,  “Nəsihətlər  kitabı”,  “İşıqların  yerləşdiyi  yer”,  “Camalın  aynası”  və  s. 
əsərlərində  mənəvi  tərbiyə  ilə  bağlı  fikirləri  öz  əksini  tapmışdır.   Onun  fəlsəfəsinin  əsas  qayəsi 
maariflənmə  yolu  ilə  kamil  şəxsiyyət  yetişdirmək,  ədalətli  cəmiyyət  qurmaq  olmuşdur. 
A.Bakıxanovun  irsində  kamilləşmənin  sufizmdən  gələn  mistik  (tərki-dünyalıq  yolu  ilə  Allaha 
qovuşmaq)  və  dünyada  mədəni-fəlsəfi  inkişafla  bağlı  zəka,  elm  kimi  iki  yolu  göstərilir.  Mahmud 
Şəbüstəri,  Yusif  Qarabaği  və  b.  irsində  də  göstərilən  bu  iki  yol  A.Bakıxanovun  kamilləşmə 
konsepsiyası üçün təməl  idi. O, əsrinin elmi  nailiyyətlərindən çıxış  edərək mənəvi  təkmilləşmədə 
elmə,  elmlə  əməlin  (praktikanın)  bağlılığına  və  mövcudatın  rasional  dərkinə  xüsusi  əhəmiyyət 


120 
 
verirdi.  Abbasqulu  ağa  Bakıxanovun  fikrincə,  hər  bir  kəs  yaşadığı  cəmiyyətin  əxlaq  normalarını 
qəbul  etməlidir.  Özünü  cəmiyyətə  qarşı  qoymaq  faydasız,  cəmiyyətlə  uzlaşmaq  isə  faydalıdır. 
Əxlaq  və  davranış  formaları  insanların  fəaliyyətinin  düşünülmüş  tənzimlənməsi  nəticəsində  əldə 
oluna bilər (8, s. 203).  
Filosoflar  tərəfindən  mənəviyyatla  bağlı  bir  sıra  ideyalar  irəli  sürülmüşdür.  Bu  ideyaların 
qəbul    edilməsi  müasir  təhsil  prosesində  şəxsiyyətin  mənəvi  tərbiyəsinin  problemli  məsələlərinin 
həll  edilməsinə  çoxsaylı  metodların  üzə  çıxarılmasına  kömək  edir.  Mənəvi  baxış  aspektindən  öz 
pedaqoji, fəlsəfi ideyalarını təqdim edən alim-filosofların yaradıçılıqlarının öyrənilməsi böyük elmi 
dəyərə  malik  olmaqla  yenidən  və  yenidən  pedaqoji  stereotipləri  nəzərdə  keçirməyə  vadar  edir  və 
gənclərin tərbiyə prosesinin nəzəri və təcrübi problemlərinə yeni  yanaşmaların yaranmasına səbəb 
olur.  Mənəvi  tərbiyənin  fəlsəfi  əsaslarını  araşdırarkən  belə  nəticəyə  gəlmək  olar  ki,  müəyyən 
pedaqoji  nəzəriyyənin  quruluşunun  əsasında  fəlsəfi  biliklər  durur.  Hər  bir  nəzəri  tədqiqat 
gerçəkliyin  öyrənilməsi  ilə  bağlıdır,  bəzən  də  dərketmənin  konkret  sahəsində  alimlərin  fəlsəfi-
pedaqoji ideyalarının analizi ilə əlaqəlidir. Pedaqogika bu anlamda fəlsəfəyə dərketmə üçün mate–
rial  verir,  onların  vasitəsilə  tərbiyə  predmeti  fəlsəfə  və  pedaqogikanın  mənəvi-mental  dialoqunda 
mühüm obyekt hesab olunur.  
ƏDƏBİYYAT  
1.
 
 Qasımova  L.N.  Məktəblilərin  milli-mənəvi  dəyərlər  əsasında  tərbiyəsi  təcrübəsindən.  Bakı, 
Nurlan, 2004, 220 s 
2.
 
Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə, VI c, Bakı, Azərbaycan Sovet 
Ensiklopediyasının Baş Redaksiyası,1982, 608 s 
3.
 
Azərbaycan dilinin izahlı lüğəti: 4 cilddə, III c., Bakı, Azərnəşr, 1983, 554 s. 
4.
 
Асмус В. Ф. Античная философия . М. : Высшая школа, 1999, 544 с. 
5.
 
Джуринский А.  Н.  История  зарубежной  педагогики.  Учеб.  пособие  для  вузов.  М.: 
Форум-инфра, 1998, 272 с 
6.
 
Аристотель. Сочинения в 4-x т. Т.4, М.: Мысль, 1984, 450 s. 
7.
 
Дюи Дж. Введение в философию воспитания. М.: Прогресс, 1981, 277s.    
8.
 
Rzayev M.H. Fəlsəfə tarixi. Dərslik. Naxçıvan,  Qeyrət, 2011, 278 s. 
             
ABSTRACT 
Vusala Ismayilova 
The analysis of philosophical bases of moral nurturing 
The article studies the philosophical roots of moral nurturing, philosophical-pedagogical 
ideas of scientists-philosopers, and the impact of these ideas on upbringing of personality in the 
process of education. As a result of the study, it is revealed that on the basis of precise pedagogical 
theory stands understanding of philosophy.
 
 
РЕЗЮМЕ 
Вюсала Исмаилова 
Анализ философских основ нравственного воспитания 
В 
статье 
анализируются 
философские 
основы 
нравственного 
воспита-
ния,   философски-педагогические  идеи  учены-философов, а  также  роль  этих  идей  в 
воспитании личности в процессе образования. В результате анализа выясняется, что в основе 
конкретной педагогической теории стоят знания философии. 
 
 
      НДУ-нун  Елми  Шурасынын  23  sentyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01). 
      Məqaləni çapa təqdim  etdi: Pedaqogika üzrə fəlsəfə doktoru, 
professor E.Maqsudov 
 
 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə