Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə60/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   56   57   58   59   60   61   62   63   ...   121

121 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 4(78) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 
 
 
TAMİLLA VAHABOVA 
UOT: 37(091) 
XIX ƏSRİN II YARISINDA DEMOKRATİK FİKİRLİ ZİYALILARIMIZ MİLLİ 
ÖZÜNÜDƏRK VƏ VƏTƏNPƏRVƏRLİK TƏRBİYƏSİ HAQQINDA 
Açar sözlər: milli özünüdərk, vətənpərvərlik, tərbiyə, IX əsr, pedaqoji fikir 
Key words: national identity, education, patriotism, XIX century, pedagogical thought 
Ключевые  слова:  национальное  самопознание,  воспитание,  патриотизм,  XIX  век, 
педагогическая  мысль  
Milli  intibahımızın  təşəkkül  və  təkamül  dövrü  kimi  səciyyələnən  XIX-XX  yüzilliklərin 
qovşağında yaşayıb fəaliyyət göstərmiş demokratik məfkurəli ziyalı elitasının milli tərbiyəçi – islahedici 
funksiyasına daxil olan vəzifələrdən biri də mənsub olduqları xalqı milli özünüdərk və vətənpərvərlik 
ruhunda  tərbiyə  etmək  idi.  Tərbiyənin  bu  xətti  elə  zəruri  mahiyyət  kəsb  edirdi  ki,  millətin,  vətənin 
gələcək  taleyi  biləvasitə  həmin  tərbiyə  sisteminin  necə  qurulmasından  asılı  idi.  Bu,  elə  bir  tərbiyə 
faktoru  idi  ki,  burada  fərdlərin  xoşbəxtliyi  deyil,  ümumilikdə  millətin  və  vətənin  səadəti  ehtiva 
olunurdu. Problemə bir qədər əhatəli dairədə yanaşsaq, belə bir tərbiyə amili həm xalqın, həm də onu 
təşkil edən fərdlərin xoşbəxtliyini ağuşuna alırdı. Həm uşaqlara, həm də böyüklərə aid idi. Həm vətən 
övladının  mübarizə  əzmini,  həm  də  vətənin  ümumi  səadəti  uğrunda  mücadilə  ideyasını  əhatə  edirdi. 
Xalqın  milli  özünüdərk  və  vətənpərvərlik  ruhunda  tərbiyəsi  də  ümumi  xoşbəxtlik,  ictimai  mübarizə 
məzmunu kəsb  edən  ümummilli məsələ idi.  Bizim tərbiyə nəzəriyyəçilərimiz də ölkə vətəndaşlarının 
tərbiyəsində  milli  xarakter  və  xüsusiyyətləri  nəzərə  alır,  öz  təlqin,  tövsiyə  və  təkliflərini  həmin 
müstəvidə irəli sürürdülər. 
Xalqımızın milli özünüdərk və vətənpərvər ruhda yetişməsi uğrunda əzmkarlıq və fəallıq 
göstərən  şəxsiyyətlərimizdən  biri  M.F.Axundov  olmuşdur.  Onun  fikrincə  vətənpərvərlik  hissi 
səltənət başçısı padşahdan başlamış aşağıya doğru bütün vətən övladlarına sirayət etməlidir. Bu 
işdə səltənət başçısının müstəsna rolu vardır. O, vətəndaşları despotizm və zorakılıq üsulları ilə 
deyil insanpərvərlik, xalqsevərlik, vətənpərvərlik qanunları ilə idarə etməli, idarə etdiyi ölkədə 
hər kəsin qəlbində “patriot”luq hissi yaratmalıdır. Elə etməlidir ki, vətəndaşlar qorxu cəhətdən 
deyil,  ədalət  və  sədaqət  cəhətdən  padşaha  itaət  edib  “padşahın  ismi  ilə  vətəndən  ötrü  can  və 
mallarını müzayiqə etməsinlər” (1, 72). Mirzə Fətəli təkcə ölkə başçılarını deyil, millətin ağıllı 
adamlarını,  ziyalılarını,  tərbiyəçilərini  də  öz  xalqının  millətpərvərlik,  vətənpərvərlik  ruhunda 
tərbiyəsi  yolunda  səfərbərliyə  çağırır,  məsələnin  mahiyyətini  bu  cür  şərh  edirdi:  “Millətin 
ağıllıları  bu  əsrdə  gərək  milli  qüdrət  və  vətənin  biganə  xalqlardan  qorunması  üçün  azadlıq  və 
istiqlaliyyətin  əldən  alınması  və  əsarət  kimi  bir  zillətin  ki,  bu  aləmi-həvadisdə  ola  biləcəyi 
yəqinə  yaxındır,  rədd  edilməsi  tədbirlərində  olsunlar.  Bu  növ  zillətin  rədd  edilməsi  tədbiri, 
fəqət, millətin bütün sinifləri içində elmləri yaymaq və onların zehnində qeyrət, namus, millət-
pərvərlik  və  vətənpərvərlik  toxumunu  əkməklə  mümkündür.  Necə  ki,  hal-hazırda  Avropanın 
qüdrətli millətləri bu sifətin sahibidirlər” (5, 152-153). 
Cəlaləddin  Mirzəyə  15  iyun  1870-ci  il  tarixli  məktubunda  qəlbində  “vətən  sevgisinin  çoxluğu 
üzündən” onun nəfi naminə çox tədbirlərə əl atdığını söyləyən M.F.Axundov onun xalqı içərisində də 
“vətənpərvərlik  və  xalqsevərlik  nəşəsini  başa  düşüb”  onun  qeyrət  və  təəssübü  ilə  yaşayan  tək-tək 
adamların olduğuna sevinir. Bu adamların sayının gələcəkdə artacağına ümid edir. Cahil ərəblərin gəlib 
bizim  müstəqil  dövlətimizi  zavala  uğratdığını,  yer  üzünün  cənnəti  sayılan  vətənimizi  xarabazara 
döndərdiklərini, bizi bu cür “zəlil, başıaşağı edib, kölə və miskin vəziyyətə” saldığını nifrətlə xatırladır. 
Xalqı, vətəni bu vəziyyətdən qurtara biləcək şəxsiyyətlərə ehtiyac olduğunu söyləyir. Həm də vətənin 
“peyğəmbərlik, imamlıq yolu ilə deyil”, yalnız “filosofluq, alimlik yolu ilə” xilasını mümkün sayır (2, 
141-143).  Tarixin  dərslərindən  ibrət  götürüb  heç  olmasa,  həmvətənlərimizi  sonrakı  bəla  və  mü-
sibətlərdən qorumaqdan, xalqı bu işə səfərbər etməkdən ötrü onu lazımi şəkildə tərbiyələndirmək şərtini 


122 
 
irəli sürür (2, 161). İranın sabiq konsulu Əli xana ünvanladığı 22 sentyabr 1872-ci il tarixli məktubunda 
əsas məqsədinin vətənin  xilası üçün çalışmaq olduğunu  söyləyir: “Mənim  məqsədim islam xalqlarını 
sarsıdan cəhaləti aradan qaldırmaq, elmləri, sənətləri inkişaf etdirmək, xalqlarımızın azadlığı, rifahı və 
sərvətinin  artması  üçün,  vətənin  abadlaşdırılması  üçün  və  islamiyyətdən  əvvəl  babalarımızın  malik 
olduğu  şən  və  şöhrətin  bərpa  edilməsi  üçün  ədalətə  rəvac  verməkdir”.  Başqa  bir  məktubunda  isə 
gələcəkdə  vətəninin  yadların  ardınca  gedən  mənhus  vücudlardan  təmizlənəcəyinə,  əsarətdən 
qurtaracağına, gülüstana çevriləcəyinə inamını ifadə edir  (2, 247). 
“Əkinçi”  qəzeti  də  vətəndaşların  qəlbində  vətən  və  millət  sevgisi  yaratmaq  təşəbbüsündə 
Mirzə  Fətəlinin  məsləkinə  şərik  çıxırdı.  H.Zərdabi  qəzetin  11  iyun  1876-cı  il  tarixli  nömrəsində 
millət  təəssübü  çəkən  “qardaşlara”  müraciət  edib  onları  “milləti  işlərimizə  rövnəq  verməyə”,  elm 
təhsil edənlərə, millət yolunda çalışmaq istəyənlərə güc verməyə çağırırdı. Onu da əlavə edirdi ki, 
cəhalət,  maarifsizlik  ucbatından  bizim  vətən  qardaşlarımız  ilə  “ünas  tutmaq”  çətindir.  Göstərilən 
səbəbə  görə  onlar  sizin  dediklərinizi  başa  düşməyəcək,  şəriətə  zidd  hesab  edəcək,  hətta  sizi  kafir 
adlandırıb incidəcək. Ancaq vətən və millətin xoşbəxt istiqbalı naminə siz bu cəfalara dözməlisiniz. 
Nəfsə uyub millətin və vətənin şərəfini öz şəxsi mənfəətinizə satmamalısınız  (3, 183). 
Məhəmmədtağı Əlizadə Şirvani də “Əkinçi” qəzetində (1877, 1 fevral) işıq üzü görən və “Vəkili-
milləti-islamın”  (yəni  M.F.Axundovun)  fikirlərini  müzakirə  məqsədilə  yazılmış  məktubunda  bizim 
milliət  və  vətən  sevgisindən  məhrum  olmağımızın  səbəbini  elmdən  “bisəmər”  qalmağımızda  və 
“ittifaqımızın yoxluğunda” görürdü . 
H.Zərdabi “Zingədanlıq davası və yaxud dirilik mübarizəsi” (“Həyat”, 1906, 4 yanvar), “Dil 
və din” (“Həyat”, 1906, 6 yanvar) məqalələrində milli özünüdərk və mücadilə məsələsinə yenidən 
qayıdırdı.  Müəllif  nəzərə  çatdırırdı  ki,  həyat,  yaşayış,  yüksəliş,  qabiliyyət  uğrunda  millətlər, 
qövmlar  arasında  əzəli  və  əbədi  mübarizə  mövcuddur.  Bu,  cəmiyyət  və  xalqların  bir-biri  ilə 
“zindəganlıq  davası”,  yəni  ölüm-dirim  uğrunda  mübarizəsidir.  Əgər  millət  özünü,  öz  varlığını, 
kimliyini  dərk  etmirsə,  o,  həmin  davadan  məğlub  çıxıb  tədricən  (“mürur  ilə”)  “fovt  olub  gedir”. 
Xalqın  öz milli  varlığını dərki, ətraf dünyadan baş  aça bilməsi  elm, təhsil, ana dilinin  mühafizəsi, 
birlik  və  ittifaqla  ola  bilər.  İttifaq  və  ittihada  nail  olmaqdan  ötrü  toplumu  təşkil  edən  fərdlər  və 
bütövlükdə cəmiyyət öz milli kimliyini anlamalı, etnik mənşəyini bilməli, etnokulturoloji yaddaşına 
və sərvətinə sahib çıxmalıdır. 
Maarifçi ideoloqlarımız arasında milli özünüdərk tərbiyəsi ilə nəzəri şəkildə məşğul olan fəal 
ziyalılarımızdan biri M.Şahtaxtlı olmuşdur. Tarix boyunca ilk dəfə o, “Kaspi” qəzeti (1891, №93) 
vasitəsilə  ictimaiyyətə  təqdim  edilən  “Zaqafqaziya  müsəlmanlarını  necə  adlandırmalı?”  sərlövhəli 
məqaləsində  son  dərəcə  önəmli  mahiyyət  daşıyan  bu  suala  (sərlövhədəki  suala)  cavab  vermişdir. 
Həm də tarixdə ilk dəfə Azərbaycan türklərinin milli mənsubiyyəti, milli kimliyi, milli dilinin adı, 
milli  etiketləri  bir  problem  olaraq  ictimai-mədəni  səhnəyə  çıxarılmış,  müzakirə  və  mübahisə 
obyektinə çevrilmişdir. Əslində bu deyilənlər xalq üçün son dərəcə vacib məsələlərdir. Çünki xalq 
öz milli mənsubiyyətini, millətinin, dilinin dürüst adını, etnos kimliyini anlamadan, bilmədən onda 
lazımınca  milli  hiss,  milli  düşüncə,  milli  qürur,  milli  təəssübkeşlik  və  s.  milli  insani  keyfiyyətlər 
tərbiyə etmək mümkün deyil. 
M.Şahtaxtlı  şərh  edir  ki,  uzun  əsrlərdir,  azərbaycanlılar  “milli  dil  və  din  anlayışlarını  itirib,  öz 
xalqlarını və öz dillərini müsəlman adlandırırlar. Hansı xalqa məxsusdurlar və hansı dildə danışırlar? – 
sualına  Zaqafqaziya  müsəlmanı  başqa  cavab  vermir.  Yalnız  deyir  ki,  o,  müsəlmandır  və  müsəlmanca 
danışır” (237, 28). Ruslar bizə gah “Zaqafqaziya müsəlmanları”, gah da “tatar”, “Qafqaz tatarları” deyir. 
Hətta bizə, xüsusilə Bakı əhalisinə “fars” deyənlər də tapılır. Bu ciddi yanlışlıqdır. Müsəlmançılıq bizim 
dini etiqadımızdır. Etiqadla, xalqın adını qarışıq salmaq olmaz. Beləliklə, Məhəmmədağa xalqın adı və 
dilimizin adı barədə ilk dəfə belə bir tarixi təklif verir: “Zaqafqaziya müsəlmanlarını azərbaycanlılar, onun 
dilini  isə  Azərbaycan  dili  adlandırmaq  çox  yerinə  düşərdi.  Böyük  bir  hissəsi  İrandan  ayrılıb  Rusiyanın 
payına düşmüş Aderbedjan (Azərbaycan) mahalı – indiki Zaqafqaziyadır, əhalisi də türk xalqıdır. Onları 
həm Şərq  yazıçıları, eləcə də Avropa coğrafiyaçıları və etnoqrafları başqa adla  yox, ancaq Azərbaycan 
türkləri adlandırırlar. Gündəlik həyatımızda xalqın adını və dilinin adını iki sözlə ifadə etmək rahat deyil: 
məsələn, azərbaycanlı türk və  yaxud azərbaycanlı türk dili. Ona görə də Zaqafqaziya müsəlmanlarını 
azərbaycanlı, Zaqafqaziya türk dilini isə tatar dili əvəzinə Azərbaycan dili adlandırmaq məqsədəuyğun 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə