Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə62/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   58   59   60   61   62   63   64   65   ...   121

125 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 4(78) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 
 
 
ÇAPAY QULİYEV 
Naxçıvan Müəllimlər İnstitutu                                                          
               e-mail: chapay81@yahoo.com
 
UOT:37(091) 
MİLLİ MƏNLİK ŞÜURUNUN PEDAQOJİ VƏ PSİXOLOJİ ƏSASLARININ 
DÜZGÜN  
MÜƏYYƏNLƏŞDİRİLMƏSİNİ ŞƏRTLƏNDİRƏN CƏHƏTLƏR 
 
Açar sözlər: mənlik şüuru, milli mənlik şüuru, pedaqoji-psixoloji əsaslar, milli maraqlar. 
Keywords:self-consciousness,  national  consciousness,  pedagogical-psychological  basis, 
national interests. 
Ключевые  слова:  самосознание,  национальная  самосознание,  педагогико-психологи–
ческие основы, национальные интересы. 
 
Azərbaycan  Respublikasında  həyata  keçirilən  Təhsil  islahatlarına  dair  direktiv  sənədlərdə 
yetişən nəslin milli mənəvi cəhətdən saflaşdırılması, onların mənəvi simasının formalaşdırılması ilə 
bağlı elmi müddəalar, tövsiyə və məsləhətlər geniş  yer alır. Həmin dəyərli elmi ideyalar, səmərəli 
tövsiyə  və məsləhətlər həm pedaqoqlar, həm də psixoloqlar qarşısında mühüm vəzifələr qoyur. Bu 
vəzifələrin həlli zamanı yetişən nəslin milli mənlik şüurunun formalaşdırılması işinin həm pedaqoji 
əsaslarının,  həm  də  psixoloji  əsaslarının  müəyyənləşdirilməsi  başlıca  şərtlərdən  hesab  olunur.  Bu 
baxımdan  milli  mənlik  şüurunun  formalaşdırılması  işinin  pedaqoji  və  psixoloji  əsaslarının 
müəyyənləşdirilməsinə  diqqəti artırmaq vacibdir. Ona görə də milli mənlik şüurunun həm pedaqoji 
əsasları  barədə  mühakimə  yürütməyi,  həm  də  onun  psixoloji  əsasları  ilə  bağlı  elmi  ideyalar  irəli 
sürməyi məqsədəmüvafiq hesab edirik. Öncə milli mənlik şüurunun pedaqoji əsasları ilə bağlı bəzi 
fikirləri təhlilə cəlb edək.  
Milli mənlik şüurunun formalaşdırılması elmi pedaqogikada mənəvi tərbiyənin ilkin tərkib 
hissəsi  hesab  olunur.  “Gənclərin  mənəvi  tərbiyə  problemləri”  kitabında  (müəllifləri  Y.Talıbov, 
F.Sdiqov  və  S.Quliyevadır)  oxuyuruq:  “Mənəvi  tərbiyənin  mühüm  tərkib  hissələrindən  biri  milli 
mənlik  şüurunun  formalaşdırılmasıdır.  XX  əsrin  son  illərində  aşkarlıq  və  demokratiyanın  təsirilə 
ayrı-ayrı  xalqlar  kimi  Azərbaycan  xalqı  da  öz  kökünə,  tarixinin  açılmamış  səhifələrinə  müraciət 
edərək, xalqın tarixi  kökləri,  tariximizin bəzəyi  olan  görkəmli  şəxsiyyətlərin həyat  və  fəaliyyətini 
öyrənir,  milli  özünüdərkin,  milli  özünütəsdiqin,  milli  özünəməxsusluğun  bütün  əlamətlərini  aşkar 
etməyə  çalışır.  Milli  rəmzlərə,  adətlərə,  ənənələrə  yeni  həyat  verilir,  dini  etiqadlar,  müqəddəs 
bayramlar xalqın özünə qaytarılır. Bu qayıdışda yeni ruh, yeni təfəkkür, yeni mənəviyyat öz əksini 
tapır [1, s.10]. 
Tarixən milli-mənlik şüuru daşıyan hər bir xalqın milli adətləri, ənənələri, milli mədəniyyəti, 
incəsənəti,  milli  əxlaqı  onun  mənəvi  siması  kimi,  başqa  sözlə  desək  mənəviyyatı  kimi 
dəyərləndirilmişdir.  Azərbaycan  xalqının  mənəviyyat  bütövlüyünə  millətin  adı,  etnopsixoloji 
xüsusiyyətləri,  milli  dili,  milli  əqidəsi,  ləyaqəti,  etik  normaları,  milli  ənənələri  və  sair  bu  kimi 
mənəvi sifətləri daxildir. 
Mənəviyyat  bütövlüyünə  nail  olmaq  üçün  öncə  milli  mənlik  şüurunu  formalaşdırmaq 
gərəkdir.  Yetişən  nəslin  nümayəndələrinin  xüsusilə,  yeniyetmə  və  gənclərin  mənəvi  simasının 
saflaşdırılması üçün onların milli mənlik şüurunun formalaşdırılması zəruri hesab olunur. Birincisi 
ona  görə  ki,  milli  mənliyin  yetişdirilməsindən  ötrü  yetişən  nəslin  nümayəndələrinə  məqsədyönlü, 
planlı və mütəşəkkil olaraq təsir etməklə bu işə önəm verilməlidir. Ikincisi şəxsiyyətin milli mənliyi 
onun  mənlik  şüurunun  formalaşdırılması  prosesi  ilə  mümkündür.  Üçüncüsü  şəxsiyyətin 
formalaşdırılması milli mənlik şüurunun tənzimlənməsi sayəsində həyata keçrilir. 


126 
 
Təsadüfi  deyil  ki,  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  cənablarının  bu 
sahədəki son sərəncamlarından biri olan və artıq tətbiqi reallaşdırılan “Azərbaycan Respublikasında 
Təhsilin inkişafı üzrə dövlət strategiyası”nda (2015) əsas istiqamətlərdən biri ölkəmizdə şəxsiyyət–
yönümlü  təhsilin  məzmununun  yaradılmasına  yönəldilmişdir.  Bu  o  deməkdir  ki,  Azərbaycanda 
şəxsiyyətyönümlü təlim-tərbiyə işlərinin düzgün qurulması, modernləşdirilməsi üçün özünüdərkin, 
özünüqiymətin, özünütəsdiqin pedaqoji-psixoloji əsaslarının günün ən aktual tələbləri səviyyəsində 
müəyyənləşdirmək  daha  məqsədəuyğun  olardı.  Bütün  bunlar  isə  milli  mənlik  şüurunun 
formalaşdırılması mərhələsindən keçir. 
Azərbaycan xalqının həyatı, xarakteri, tərbiyə sistemi, milli adət-ənənələri, rəngarəng folklor 
nümunələri ilə dərindən tanış olan hər kəs təsdiq edə bilər ki, bu xalqın milli-mənlik şüuru, idealı 
özündə  yüzlərlə  ülvi,  pak,  nəcib  keyfiyyətləri  birləşdirir  [2,  s.70].  Hansı  ki,  bu  keyfiyyətləri 
valideynlər  ailədə,  müəllimlər  və  tərbiyəçilər  isə  təlim-tərbiyə  müəssisələrində  yetişən  nəslin 
nümayəndələrinə  aşılamalıdırlar.  Bu,  o  deməkdir  ki,  hər  hansı  bir  pedaqoji  prosesdə  tərbiyə 
olunanlara  ilkin  olaraq  milli  şüurun  ilkin  əxlaqi  elementlərini  aşılamağa  çalışarkən  bu  işi 
məqsədyönlü olaraq başlamaq, planlı və mütəşəkkil olaraq həyata keçirmək lazımdır. 
Bunun  üçün  ümumtəhsil  məktəblərinin  imkanları  daha  böyükdür.  Ümumtəhsil 
məktəblərində  təlim  prosesində,  sinifdən,  dərsdən  və  məktəbdənkənar  tədbirlərin  hər  birində  belə 
imkanlardan səmərəli istifadə etmək daha məqsədəmüvafiqdir. 
Unutmaq  olmaz  ki,  mənəvi  yüksəliş  ümumtəhsil  məktəblərində  təhsil  alan  gənc  nəslin 
həyatında  çox  mühüm  sosial  mərhələdir.  Ilkin  mənəvi  təsəvvür  və  anlayışlar,  əxlaqi-etik 
kateqoriyalar, milli şüur, milli ləyaqət, milli psixologiya, mənlik, vətəndaşlıq dəyanəti, dözümlülük, 
ailəyə  qayğı,  məhəbbət,  şərəf,  qeyrət,  namus  və  s.  kimi  kateqoriyalar  məhz  həmin  məktəblərdə 
formalaşır. Məktəblilər ailə səadəti, xeyir, şər haqqında, mütərəqqi  və mürtəce qüvvələr haqqında, 
ədalət,  ədalətsizlik,  sülh,  əmin-əmanlıq,  müharibə,  dağıntı,  ekoloji  çətinliklər,  hüquq  qanunları, 
iqtisadi  biliklər,  qənaət,  sadəlik,  təvəzökarlıq,  düzlük  və  doğruçuluq  və  s.  haqqında  təsəvvür  və 
anlayışlara  məhz  həmin  məktəblərdə  yiyələnirlər.  Məktəblilərin  mənəvi  əqidəsi,  dünyagörüşü, 
etiqadları,  ailə  həyatına  baxışları,  mənəvi  tərbiyə,  ailə  həyatı  ilə  bağlı  olan  məsələlər  ilk  gənclik 
çağında təşəkkül tapır [3, s.3]. 
Məhz  ona  görə  də  pedaqoji  prosesdə  uşaqların  əxlaqının  saflaşdırılmasına  ümumpedaqoji 
prinsiplər,  üsullar  baxımından  düzgün  yanaşmaq  zəruridir.  Uşaqların  əxlaqının  düzgün 
saflaşdırılması  onların  nümunəvi  davranış  normalarının  üzə  çıxarılmasına  səbəb  olur.  Əxlaq 
normalarının, əxlaq kateqoriyalarının düzgün müəyyənləşdirilməsi mənəviyyat bütövlüyü yaradırsa, 
deməli milli-mənlik şüurununda bünövrəsi düzgün qoyulur. 
Əxlaqda, mənəviyyatda  insanların bir-birinə münasibəti və davranış  normaları  öz ifadəsini 
tapır.  Mənəviyyatın  tərkib  hissələrinə  davranış  qaydaları,  prinsiplər,  kateqoriyalar  və  ideallar 
daxildir. 
Davranış  qaydaları  insanın  ailədə,  cəmiyyətdə,  kollektivdə  bir-birinə  münasibətini 
müəyyənləşdirir.  Davranış  qaydaları  tənzim  edildiyi  münasibətlərin  xarakterindən  asılı  olaraq 
müəyyən qruplara bölünür.  
Prinsiplər  deyəndə  bəs  nə  nəzərdə  tutulur?  Prinsip  hər  bir  norma  qrupunun  özünə  məxsus 
olan  ilk  vəziyyətini  və  əsas  köklərini  əks  etdirir.  Siniflər  mənafeyini  əks  etdirən  əlamətlər 
prinsiplərdə daha çox güclü olur və ən çox nəzəriyyələr sistemini əks etdirir. 
Əxlaq  kateqoriyaları  ümumi  şəkildə  insanlar  arasında,  insanla  cəmiyyət  arasında  mənəvi 
əlaqələri  əks  etdirir.  Yaxşılıq,  ədalət,  borc,  şərəf,  ləyaqət,  vicdan,  xoşbəxtlik  və  s.  əxlaq 
kateqoriyaları  olub  müəyyən  əlaqələri  ifadə  edir.  Əxlaq  kateqoriyaları  bütün  dövlətlərin  və  bütün 
xalqların  əxlaqına  xas  olmuşdur.  Həmin  kateqoriyalar  bütün  cəmiyyətlərdə  mövcud  olmuş  və 
mövcuddur.  Lakin  onlar  müxtəlif  əxlaq  sistemlərinə  mənsub  olduğundan  müxtəlif  tələbləri  ifadə 
etmiş, zaman keçdikcə öz mahiyyət və məzmununu dəyişmişdir. 
Əxlaqi ideallar isə insanların daha çox can atdığı, gözəl saydığı davranış nümunələrini əks 
etdirir. Mənəvi ideallarda insanların arzuları ifadə olunur. Məhz ona görə də milli-mənlik şüurunun 
formalaşdırılması işində ailə, məktəb və ictimayyətin albir fəaliyyətinə üstünlük vermək lazım gəlir. 
Vaxtilə K.D.Uşiniski deyirdi ki, əgər məktəb oxuyursa, deməli bütün xalq oxuyur. Bu o deməkdir 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə