Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə63/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   59   60   61   62   63   64   65   66   ...   121

127 
 
ki,  əgər  ümumtəhsil  məktəblərində  milli-mənlik  şüurunun  formalaşdırılmasına  pedaqoji-psixoloji 
cəhətdən düzgün yanaşılarsa deməli, sosial mühitdə kütləvi olaraq insanların milli-mənlik şüurunun 
formalaşması  üçün  zəmin  yaranmış  olar.  Çünki  insanlar  əxlaqi-mənəvi  normaları  təkcə  yaratmır, 
onları həm də qoruyurlar. 
Beləliklə, insanlar müəyyən normalar, prinsiplər və ideallar əsasında hərəkət edir, bir-biri ilə 
münasibətlərdə olurlar. Deməli, cəmiyyətdə yaşayan, fəaliyyət göstərən insanlar bir-birinin davranış 
normalarına  necə  əməl  etdiklərinə  nəzarət  edir,  bir-birinin  hərəkətlərini  tənzimləyir  və 
qiymətləndirirlər.  Insanlar  davranış  norma,  prinsip  və  kateqoriyalarına  müvafiq  olan  hərəkətləri 
əxlaqi, olmayanları isə əxlaqsız hesab edirlər. Məhz qiymət vermək, nəzarət etmək əxlaqa real məna 
verir  və  onun  həyatiliyini  təmin  edir.  Qiymət  əxlaqı  insanın  davranışına,  hərəkətinə,  ictimai 
nəzarətin  mühüm  vasitəsinə  çevirir.  Əxlaqla  hüquq  normalarının  fərqli  cəhətləri  də  məhz  burada 
özünü  göstərir.  Əxlaq  normalarını  xalq  yaradırsa,  hüquq  normalarını  ayrı-ayrı  adamlar  tərtib  edir. 
Hüquq  normaları  pozulduqda  adamlara  cəza  verilirsə,  əxlaq  normaları  pozulanda  adamlar 
məzəmmət  edilir,  onların  hərəkətləri  pislənir.  Pisləmələrin  çoxalması  əxlaqi-mənəvi  normaların 
şüurlu  olaraq  kütləvi  surətdə  qəbul  edilməməsinin  göstəricisidir.  Deməli,  hələ  ailə,  məktəb  və 
ictimaiyyətin əlbir fəaliyyəti üçün dinamik inkişaf mexanizminin küləviləşdirilməsinə ehtiyac var. 
Bunun üçün həm ailələrdə, həm təlim-tərbiyə müəssisələrində milli ləyqət hissini qüvvətləndirmək, 
kollektivçilik,  humanizm  kimi  əxlaqi  normaları  inkişaf  etdirmək  kimi  pedaqoji  işləri 
genişləndirmək lazımdır. 
Milli  ləyaqət,  kollektivçilik,  humanizm  və  digər  əxlaqi  kateqoriyalar  şəxsiyyətin  mənəvi 
təfəkkürünün  aksiomaları  kimi  fəaliyyət  göstərir.  Müasir  dövrdə  əxlaqi  sərvətlər  insanların 
davranışının qəbul edilib-edilməməsi ilə deyil, onların nə dərəcədə davranışında özünə möhkəm yer 
tutması,  nə  qədər  real,  həqiqi  olması  və  şəxsiyyətlərarası  münasibətlərdə  davamlılığı  ilə  ölçülür. 
Konkret  və  zəruri  normativ  göstəriciləri  –  sosial  həyatı  idarə  etməyə  istiqamətləndirməyi,  həyata 
keçirməyi təmin edir. 
Bu baxımdan milli əxlaqi sərvətləri özündə ehtiva edən milli mənlik şüurunun yetişən nəslin 
nümayəndələrinin davranışında özünə möhkəm yer tutmasına çalışmaq lazımdır. Başqa sözlə desək 
yetişən  nəslin  nümayəndələri  olan  yeniyetmə  və  gənclərin  milli  mənlik  şüurunun 
formalaşdırılmasına  təsir  edən  tərbiyəvi  işlərin  kompleks  imkanlarından  və  psixoloji  təsirin  elmi 
əsaslarından məqsədyönlü, planlı və mütəşəkkil olaraq itifadə etmək lazımdır. Məhz belə olduqda 
onların  milli  ləyaqət  hissləri  qüvvətlənir,  torpağı  yad  nəzərlərdən  qorumağa  yönələn  milli  qeyrəti  
güclənir və onlar Vətənin ərazi bütövlüyünü qorumağa xidmət edən əqidə saflığı nümayiş etdirirlər. 
Məhz  milli  ləyaqət,  torpağa  bağlılıq,  vətəndaşlıq  dəyanəti  bu  köklərdən  qidalanır,  yeni 
nəsilləri azadlığa, müstəqilliyə çağırır. Hər bir şagirddə milli mənlik şüuru belə bir zəmin üzərində 
təşəkkül  tapır və belə bir həqiqəti  təsdiq edir ki, mədəniyyətin, elmin,  ədəbiyyatın inkişafı xalqın 
böyüklüyü və kiçikliyindən deyil, həmin xalqın müdirikliyindən, zəngin təfəkkür tərzindən asılıdır. 
Tarix  təsdiq  edir  ki,  heç  bir  inkişaf,  heç  bir  təkamül,  heç  bir  hadisə  zaman  və  məkan  təsirindən 
kənarda  baş  vermir.  Milli  mənəvi  mühitin  təşəkkülü,  sosial  mühit  məktəbləri  gənclərin 
cəmiyyətdəki  sosial  vəziyyətinə,  ilk  öncə  onların  hiss  və  duyğularına,  ictimai  həyatın  hadisə  və 
faktlarını  duymaq,  qavramaq  və  dərk  etmək  qabiliyyətinə  əsaslı  təsir  göstərir.  Şagirdlər  mənsub 
olduğu  millətə  aid  əlamətlərə  (milli  bayrağa,  gerbə,  himnə,  dini  etiqada  və  s.)  fəal  münasibət 
bəsləyir, qimət verir, özlərinin əməli fəaliyyəti üçün nəticə çıxarmaq imkanı əldə edirlər [4,s.11]. 
Deməli,  pedaqoji  prosesdə  məqsədyönlü  tərbiyə  işi  psixoloji  təsirlərin  gücü  ilə  vəhdətdə 
götürüldükdə  şagirdlərin  ailəyə,  valideynlərinə,  dostlarına,  yoldaşlarına,  bütövlükdə  xalqına  və 
Vətəninə olan ləyaqət, dəyanət, şərəf, qeyrət, məhəbbət hissləri güclənir. Onlar  özlərini qeyrətlilik 
mücəssəməsi kimi nümayiş etdirməyə ciddi maraq göstərirlər. Özü də bu maraq ötəri maraq olmur. 
Belə  maraqlar  yeniyetmə  və  gənclərin  idrak  tələbatları  kimi  təzahür  edir.    Yeri  gəlmişkən  demək 
lazımdır  ki,  “...maraqlar  insanın  idrak  tələbatlarının  emosional  təzahürləridir.  Onların  təmin 
olunması və biliklərdəki çatışmamazlıqları aradan qaldırmağa, əhəmiyyət kəsb edən faktlara yaxşı 
bələd  olmağa,  onları  anlamağa,  onlarla  tanış  olmağa  kömək  edir.  Maraqlar  subyektiv  olaraq  – 
insanın  özü  üçün  –  idrak  prosesinin  kəsb  etdiyi  müsbət  emosional  tonda,  əhəmiyyət  kəsb  etmiş 
obyektlə  dərindən  tanış  olmaq,  onun  haqqında  daha  çox  bilmək,  onu  başa  düşmək  arzusunda 


128 
 
təzahür edir” [5,s.116]. 
Bu  zaman  göstərilən  pedaqoji-psixoloji  təsirlərin  gücündən  yaranan  məqsəd  birliyi 
yeniyetmə və gənclərdə özünü biruzə verir. Məqsəd birliyi deyəndə yuxarıda qeyd olunan mənəvi 
keyfiyyətlərə  uyğun  olan  vahid  məqsəd  birliyi  nəzərdə  tutulur.  Belə  yeniyetmələr,  gənclər  hamı 
kimi  insanları  xüsusilə  Vətənini,  Vətən  torpaqlarının  toxunulmazlığı  uğrunda  mübarizəyə 
başlamağın  zəruri  olduğunu  şüurlu  olaraq  dərk  edirlər.  Onlar  şüurlu  olaraq  Vətən  torpaqlarını 
qorumağı qarşılarına məqsəd qoyurlar. 
Məqsəd  əlamətinə  görə  vasitəsiz  və  vasitəli  maraqların  olmasını  aşkar  edir.  Vasitəsiz 
maraqlar əhəmiyyətli obyektin emosional cazibədarlığı ilə yaranır. (Adam deyir ki, “bunu bilmək, 
görmək,  anlamaq  mənim  üçün  maraqlıdır”).  Obyektin  real  əhəmiyyəti  ilə  onun  şəxsiyyəti  üçün 
əhəmiyyəti  uyğun  gəldikdə,  vasitəli  maraqlar  meydana  çıxır  (belə  hallarda  adam  deyir  ki,  “bu 
mənim üçün maraqlıdır, çünki mənim mənafeyimə uyğundur”). Əmək və tədris fəaliyyətində heç də 
hər şey vasitəsiz emosional cazibəyə malik deyildir. Buna görə də əmək prosesinin şüurlu təşkilində 
aparıcı rol oynayan vasitəli maraqların formalaşması çox vacibdir [5, s.117]. 
 Vasitəli  maraqlar  düzgün  formalaşdırıldıqda  onların  əqidə  saflığının  yaranmasını  təmin 
etməsi  meydana  çıxır.  Vasitəli  maraqlar  davranışda  özünə  möhkəm  yer  tutarsa  şəxsiyyətlərarası 
münasibətlərdə  daha  davamlı  olar.  Belə  olan  təqdirdə  davranış  fəaliyyətinin  motivləşməsi  özünü 
daha  bariz  göstərir.  Unutmaq  olamz  ki,  vasitəli  maraqlar  həm  də  -  şəxsiyyətin  fəaliyyətinin 
motivləşməsinin mühüm, lakin yeganə olmayan cəhətidir. Davranışın mühüm motivi əqidələrdir.  
Əqidələr  –  şəxsiyyətin  onu  öz  baxışlarına,  prinsiplərinə,  dünyagörüşünə  müvafiq  olaraq 
hərəkət  etməyə  təhrik  edən  dərk  olunmuş  tələbatlar  sistemidir.  Əqidə  formasında  meydana  çıxan 
tələbatların məzmunu ətraf aləm, təbiət və cəmiyyət haqqında biliklərdən, onların müəyyən şəkildə 
başa  düşülməsindən  ibarətdir.  Bu  biliklər  qaydaya  salınmış  və  daxilən  təşkil  edilmiş  baxışlar 
sistemini  (fəlsəfi,  estetik,  etik,  təbii-elmi  və  başqaları)  təşkil  etdikdə,  onlar  insanın  dünyagörüşü 
kimi  nəzərdən  keçrilə  bilər  [5,s.119].  Şübhəsiz  bu  biliklərin  verilməsi  məqsədyönlü  olaraq 
müəyyənləşdirilmiş  pedaqoji-psixoloji  əsaslar  üzərində  qurularsa,  deməli,  mənlik  şüurunun 
formalaşmasını  təmin  edən  davranış  motivlərinin  təzahürü  daha  dinamik  şəkildə  olacaqdır.  Bu  o 
deməkdir ki,  yeniyetmə  və  gənclərin əxlaqi sərvətlərə  yiyələnmələri  onların milli  mənlik  şüurunu 
formalaşdırdığı  təqdirdə  onlar  xalq,  millət,  dövlət,  Vətən  və  Vətənin  ərazi  bütövlüyü  uğrunda 
mübarizəyə  cəhd  göstərmələri  onların  mənəvi  təfəkkürünün  aksiomalarına  çevrilmiş  olur.  Yeri 
gəlmişkən  demək  lazımdır  ki,  “cəhdlər  –  müvafiq  situasiyada  bilavasitə  təmsil  olunmayan,  lakin 
şəxsiyyətin xüsusi təşkil edilmiş fəaliyyətinin nəticəsi kimi yaradıla bilən həyat və inkişaf şəraitinə 
tələbatın ifadə edildiyi davranış motivləridir” [5,s.121]. 
Əslində  yetişən nəslin əxlaqi sərvətlərə  yiyələnmələri üçün  göstərdikləri  cəhdləri,  eləcə də 
mənəvi tələbatların motivləri bir neçə formada təzahür edir. Yəni əxlaqın saflaşdırılmasına yönələn 
motivlərin  dinamikası  mənəvi  maraqların  artmasına,  həvəsin  genişlənməsinə,  məqsədlərin 
hüdudlarının  yüksəlməsinə,  iddia  səviyyələrinin  şiddətlənməsinə  səbəb  olur.  Pedaqoji-psixoloji 
layihələr  əsasında  əxlaqları  saflaşdırılan  yeniyetmə  və  gənclərin  fəaliyyət  motivlərinin  zəngin 
tələbatlar birliyi əsasında çoxsaylı dinamik inkişaf yolu keçməsi təbii hal sayılır.  
Motivlər  bir-birindən  onlarda  təzahür  edən  tələbatların  növünə,  onların  kəsb  etdiyi  formalara, 
genişliyinə və ya məhdudluğuna, onların reallaşdığı fəaliyyətin konkret məzmununa (əmək fəaliyyəti, 
tədris motivləri və i.a.) görə fərqlənir. Fəaliyyətin mürəkkəb növləri bir qayda olaraq bir motivə deyil, 
eyni  vaxtda  bir  neçə  təsir  göstərən və qarşılıqlı təsirdə olan motivə  cavab verir ki,  bunlar  da insanın 
hərəkət və əməllərinin şaxələnmiş motivləşmə sistemini təşkil edir [5, s.116]. 
Bütün  bunların  çox  qədim  elmi-tarixi  köklərinin  olması  milli  mənliyin  pedaqoji-psixoloji 
əsaslarının dərin köklərə malik olmasını bir daha sübut edir. Hələ XIII əsrdə Nəsrəddin Tusi əxlaqın 
saflaşmasının  pedaqoji-psixoloji  əsaslara  söykənən  fəzilətlərini  sadalayarkən  onların  “Hikmət” 
(zəka, dərk surəti, zehn aydınlığı, öyrənmə asanlığı, ağıl gözəlliyi, hafizə, hazırcavablıq), “Şücaət” 
(nəfsin  ağayanalığı,  qoçaqlıq,  alicənablıq,  mətanət,  elm,  təmkinlilik,  hünərlilik,  dözümlülük, 
təvazökarlıq, qeyrətlilik, riqqət) , “İffət” (həyalılıq, həlimlik, səmimiyyət, dinclik, pəhriz, səbirlilik, 
qənaətcillik, vüqarlılıq, ehtiyatlılıq, nizam, hüriyyət, səxavətlilik), “Ədalət” (sədaqətlilik, ülfət, vəfa, 
sədaqət, şəfəqqət, rəhmdillik, mükafat, ortaqlığın hüsnü, hökmün hüsnü, hörmət, təslim, təvəkkül, 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə