Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə68/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   64   65   66   67   68   69   70   71   ...   121

137 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 4(78) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 
 
 
AFƏT KAMALOVA  
AMEA  Fəlsəfə və Hüquq İnstitutu  
UOT: 37 
AİLƏNİN  ÇOXFUNKSİONALLIĞININ PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ 
 Açar sözlər: ailə, şəxsiyyət, ailə münasibətləri, ünsiyyət, cins-rol diferensiasiyası, ailə funksiyaları 
Key  words:  family,  family  relationships,  communication,  gender  role  differentiation,  family 
functions. 
  Ключевые  слова:  семья,  семейные  отношения,  общение,  полоролевая  дифференциация, 
семейные функции.  
Ailənin  funksional  strukturunun  təhlilinə  keçməzdən  əvvəl,  bəzi  məqamlara  aydınlıq 
gətirməyi  məqsədəuyğun  hesab  edirik.  Əvvəla,  məlumdur  ki,  sosial  psixoloji  yanaşma 
mövqeyindən  ailə  kiçik  qrupdur  və  o  digər  kiçik  qruplardan  fərqli  cəhətlərə  malikdir. 
(Y.Alyoşina, L.Y.Qozman və b.). Belə ki, bu, verilmiş normalar əsasında yaranan qrupdur. Hər 
kəsə bəllidir ki, hər bir mədəniyyətdə ailənin necə olması, hansı yaşda və onun necə qurulması, 
ər-arvad,  uşaqlar,  valideynlər  arasında  hansı  münasibətlərin  olması,  ailədə  vəzifələrin  necə 
bölünməsi  və  s.  ilə  bağlı  ciddi  təsəvvürlər  mövcuddur.  Həmçinin  də  ailə  qapalı  qrup dur.  Bəzi 
müəlliflərin qeyd etdiyi kimi, bu qrupa yeni üzvlərin daxil olması və ondan çıxması son dərəcə 
məhdud  və  ciddi  şəkildə  reqlamentləşdirilir.  Uşağın  dünyaya  gəlməsi  ailənin  genişlənməsinin 
təbii  yoludur  və  bu  ailə  üzvləri  arasında  qarşılıqlı  münasibətlərin  yenidən  qurulmasına  gətirib 
çıxarmaqla həm uşaq, həm də bütövlükdə ailə üçün ciddi sınaqdır (V.Q.Myaqer, T.M.Mişina).                                                                                          
Elmi ədəbiyyatda ailənin xüsusi  çoxfunksiyalılığı da onun digər kiçik qruplardan fərqi kimi 
göstərilir.  Bununla  əlaqədar  prof.  Ə.Əlizadə  yazır:  “Özünün  müvafiq  funksiyaları  ilə  ailə  kiçik 
qrupların  digər  növlərindən  köklü  surətdə  fərqlənir”  (1,  s.111).  Kiçik    qrup  kimi  ailənin 
çoxfunksiyalılığının  xüsusiyyəti  ondan  ibarətdir  ki,  həmin  funksiyalardan  heç  biri  əsas,  aparıcı 
hesab  oluna  bilməz.  Bundan  başqa  ailə  həyatının  çoxsaylı  aspektləri  heç  də  həmişə  biri  digərini 
tamamlamır, hətta onlar çox vaxt bir-birinə zidd olur. Çoxfunksiyalılıq ailə rollarının çoxluğuna və 
əksər hallarda konfliktli xarakter kəsb etməsinə gətirib çıxarır (N.N.Obozov, A.J.Obozova). 
İlk növbədə bir sistem olmaq etibarı ilə ailənin alt strukturlarını ayırırlar. Bu, ailə sisteminin 
daxilində  müəyyən  funksiyaları  yerinə  yetirən  və  həm  özlərini,  həm  də  bütövlükdə  ailə  sistemini 
mühafizə etmək məqsədi daşıyan bir ittifaqdır.  
Hər  bir  ailə  sistemi  birgə  mövcud  olan  bir  neçə  alt  sistemə  və  ya  struktura  malik  olur:  ər-
arvad,  valideynlər-uşaqlar,  qardaş-bacılar  və  s.  Alt  strukturlar  bu  və  ya  digər  nəslə  mənsubluğa, 
cinsə,  maraq  və  funksiyalara  görə  əmələ  gələ  bilər.  Ailənin  hər  bir  üzvü  eyni  vaxtda  bir  neçə  alt 
struktura daxil ola bilər. Hər bir alt sistemdə (strukturda) o, müxtəlif rolları ifadə edəcək və müxtəlif 
qarşılıqlı  təsirdə  olacaqdır.  Deməli,  ailə  alt  sistemləri  (strukturları)  ailə  rollarının  məcmusudur. 
Lakin  ailə  funksiyalarını  kim  və  necə  yerinə  yetirir,  bunu  ailədə  mövcud  olan  qaydalar  müəyyən 
edir. Bir cəhəti də nəzərə almaq lazımdır ki, ailə rolları da müəyyən strukturaya malikdir. Belə ki, 
ailə rollarının strukturu ailə üzvlərinə biri digəri ilə münasibətə daxil olarkən bunu nə vaxt, hansı 
ardıcıllıqla  etməli  olması  ilə  bağlı  göstəriş  verir.  Normal  ailələrdə  ailə  rollarının  strukturu  tam, 
dinamik  və  alternativlidir.  Ailə  üzvlərinin  tələbatları  ödənilmədiyi  təqdirdə  mövcud  struktur 
çərçivəsində  onlar  ailə  rollarının  yerinə  yetirilməsinin  alternativ  variantlarının  axtarılmasına 
təşəbbüs göstərirlər. Bir cəhəti də nəzərə almaq lazımdır ki, ailənin rol strukturu ailə funksiyalarının 
icra edilməsini və onun bütün üzvlərinin tələbatlarının ödənilməsini təmin edir. Ona görə də ailənin 
rol strukturu üzərində bir qədər ətraflı dayanmağı məqsədəuyğun hesab edirik.  
Rol  dedikdə, müəyyən sosial statusa və şəxsiyyətlərarası  münasibətlərdə  müəyyən mövqeyə 
malik insandan gözlənilən “təqdir olunan davranış modeli” başa düşülür.  
Q.M.Andreyeva  konkret  olaraq  ailə  kimi  qruplarda  status  və  mövqe  ilə  rol  arasındakı 
qarşılıqlı münasibəti aşağıdakı kimi aydınlaşdırır. O, göstərir ki, “ailənin hər bir üzvü üçün ailədə 
müxtəlif  status  xarakteristikası  vardır:  ananın,  atanın,  böyük  qızın,  kiçik  oğulun  və  s.  mövqeyi 
(statusu)  vardır.  Əgər  hər  bir  mövqe  üçün  qrup  tərəfindən  “tapşırılmış”  funksiyalar  dəstini  təsvir 


138 
 
etsək, onda ananın, atanın, böyük qızın, kiçik oğulun və s. rol xarakteristikalarını alarıq” (2, s.188). 
Ailənin  rol  strukturunun  tədqiqinə  yönəlmiş  araşdırmalardan  belə  bir  qənaət  hasil  olur  ki,  ailənin 
effektli  fəaliyyəti  üçün  onun  rol  strukturu  aşağıdakı  tələblərə  cavab  verməlidir:  1)  ailə  sistemini 
əmələ gətirən rollar məcmusunun həm  ailənin  hər bir ayrıca üzvünün, həm  də bütövlükdə ailənin 
yerinə  yetirdiyi  rollara  münasibətdə  ziddiyyətsiz  olması;  2)  rolların  icrası  bütün  ailə  üzvlərinin 
tələbatlarını  ödəməlidir;  3)  qəbul  edilmiş  rol  şəxsiyyətin  imkanlarına  uyğun  gəlməli  “rol 
yüklənməsi” hadisəsi olmamalıdır.  
Heç  şübhəsiz  ki,  bu  tələblərdən  hər  hansı  birinin  qismən  və  ya  tamamilə  ödənilməməsi  və  ya 
onlara  əhəmiyyət  verilməməsi  ailədaxili  münasibətlərdə  müxtəlif  tipli  gərginliklər,  narazılıqlar 
yaradacaq ki, bunlar da sonda ailənin dağılmasına gətirib çıxaracaqdır. Bir çox tədqiqatçıların (Bouen, 
Adler,  Dreykurs,  Toumen  və  b.)  fikrincə,  tərəfdaşlar  arasında  qarşılıqlı  təsir  üsulları  onların  ailədə 
doğulması ardıcıllığı ilə bağlı ola bilər. Əgər uşaqların doğulma sırasının diktə etdiyi şəxsi xüsusiyyətlər 
nəzərə alınarsa, onda ərlə-arvadın problemləri çox vaxt müxtəlif mövqelərdə fəaliyyət problemləri ilə 
şərtlənmiş ola bilər. Bu faktı təsdiq etmək üçün elmi ədəbiyyatda belə bir nümunə də göstərirlər. Kiçik 
qardaşı olan böyük qızla, böyük bacıya malik kiçik qardaşla ailə qurarlarsa, özlərini tam rahat hiss edə 
bilərlər.  Çünki  onlar  qarşılıqlı  olaraq  bir-birini  tamamlayır.  Böyük  qız  kiçik  qardaşın  qayğısına  necə 
qalmağı bilir, kiçik qardaş isə böyük bacının qayğısını qəbul etməyə tam hazır olur. Çox ehtimal ki, bu 
ailə: qadın-hiperfunksional, kişi-hipofunksional tipi üzrə qurulucaqdır. Əks cinsdən olan böyük bacı və 
qardaşa malik olan kiçik uşaqlar arasında qurulacaq ailə isə böyük ehtimalla iki hipofunksionalın ittifaqı 
kimi görünəcəkdir.  
Ailədə həyəcanın az olduğu dövrlərdə bu nikah tam stabil görünə bilər. Stress situasiyalarında isə 
müəyyən qərar qəbul etməklə bağlı ərlə-arvadı fəaliyyətsizlik gözləyir. Kiçik qardaş adət edibdir ki, böyük 
bacı ona qayğı göstərsin və deməli öz arvadından təşəbbüskarlıq gözləyir. Qadın isə böyük qardaşa malik 
bacı olduğu üçün o da adət edibdir ki, böyük qardaş onun qayğısına qalsın və deməli, ərindən gözləyir ki, 
bütün  problemləri  həll  etsin.  Nəticədə  isə  hər  ikisi  öz  tərəfdaşından  təşəbbüs  gözləyərək  ümidlə  biri 
digərinə baxır.  
İki əks cinsdən olan kiçik bacı və qardaşa malik böyük uşaqlar arasında olan nikah isə başqa 
qəbildən  olan  çətinliklər  gözləyir.  Bunlar  kiçiklərə  qayğı  göstərən,  başqaları  üçün  məsuliyyət 
daşıyan  iki  hiperfunksionallardır.  Nəticədə  bunlardan  hər  birinin  yaranmış  situasiyadan  çıxmaqla 
bağlı  öz  nöqteyi-nəzəri  ola  bilir.  Bu  isə  hakimiyyət  uğrunda  mübarizəyə  gətirib  çıxara  bilər  (3, 
s.249). 
Heç şübhəsiz ki, burada birinci halda tələbatların tamamlanması mexanizm fəaliyyət göstərir. 
Yəni birinin qayğı  göstərməyə, digərinin isə qayğı  göstərilməyə tələbatı olduğu üçün hər iki tərəf 
bundan məmnun qalır. İkinci halda isə bu belə deyil.  
Ailəni  funksional  baxımdan  tədqiq  edən  tədqiqatçılar  (Y.E.Alyoşina,  R.R.Kalinina  və  b.) 
ailədə  ər-arvad  rollarının  bölüşdürülməsi  və  onların  reallaşdırılmasına  çoxsaylı  ailə  proseslərinin 
determinantı kimi  baxırlar. Hətta Y.E.Alyeşina ailədə rolların paylanması və onlara ər və arvadın 
münasibətini  hesaba  alan  kompleks  göstərici  kimi  cins-rol  diferensiasiyası  anlayışını  təklif  edir. 
Onun fikrincə cins-rol diferensiasiyası üç formada olur: ənənəvi, qeyri-ənənəvi və bərabərhüquqlu. 
Bəzi  tədqiqatçılar  (K.Kirkpatrik)  həmin  formaların  nisbətən  geniş  planda  təsvirini  verir  və 
bərabərhüquqlu formanı, əməkdaşlıq forması kimi nəzərdən keçirilir.  
Ənənəvi rollara K.Kirkpatrik aşağıdakıları aid edir: qadın üçün bu – uşaqların doğulması və 
tərbiyəsi, ailəyə xidmət, öz maraqlarını kişiyə tabe etmək, asılılıq, dözümlülük və s., kişi üçün – öz 
uşaqlarının anasına sədaqət, ailənin müdafiəsi və iqtisadi təhlükəsizliyi, ailə hakimiyyətini saxlama 
və nəzarət, əsas qərarlar qəbul etmək və s. Əməkdaşlıq rollarında isə qadın və kişi eyni funksiyalara 
malik  olur.  Qeyri-ənənəvi  rollar  az  yayılmış  forma  hesab  olunur  və  burada  qadın  və  kişi  rollarını 
dəyişir.  
Göründüyü  kimi  funksional  struktur  aspektində  ailənin  təhlili  bir  tərəfdən  ailədə  rolların 
sosial  baxımdan  bölüşdürülməsi,  digər  tərəfdən  isə  onun  kiçik  qrup  kimi  nəzərdən  keçirilməsini 
tələb  edir.  Təsadüfi  deyildir  ki,  ailənin  funksiyaları  dedikdə  məhz  onun  mahiyyətini,  sosial 
statusunu və sosial rollarını ifadə edən fəaliyyət istiqamətləri nəzərdə tutulur.  
Heç şübhəsiz ki, ailənin sosial mahiyyəti və təzahürü onun funksiyalarında öz əksini tapır. Bu 
cəhəti nəzərə alaraq bəzi müəlliflər ictimai hadisə kimi ailənin icra etdiyi funksiyaların iki qrupunu 
ayırırlar: sosial və psixoloji funksiyalar (R.R.Kalinina və b.). 
Sosial  funksiyalar  dedikdə,  ailənin  üzərinə  cəmiyyət  tərəfindən  qoyulmuş  funksiyalar  başa 
düşülür.  Yəni  bir  sosial  institut  olaraq  ailə  cəmiyyətə  nə  üçün  lazımdır,  başqa  sözlə,  cəmiyyət 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə