Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.

səhifə7/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
1   2   3   4   5   6   7   8   9   10   ...   121

15 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 4(78) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 
 
                                                                             
İMAN CƏFƏROV 
Naxçıvan Dövlət Universiteti 
UOT: 82 
AKADEMİK İSA HƏBİBBƏYLİNİN NAXÇIVAN SEVGİSİNDƏ 
HÜDUDSUZLUĞUN MONUMENTAL TƏSDİQİ 
Açar sözlər: Nuhçıxan, kitab tarixi, yeni hadisə, akademik, Qərb, təsdiqləmə 
Key words: Nuhchıkhan, book history, new event, academician, Western confirmation 
Ключевые  слова:  Нухчыхан,  истории  книгоиздании,  важным  событием,  академика, 
Запад, подтверждения 
 
Artıq  qloballaşan  və  qloballaşdıqca  balacalaşan  planetimizdə,  həmçinin  informasiya 
bolluğundan əziyyət çəkdiyimiz zaman daxilində ədəbi-elmi təfəkkürün diqqəti bütünlüklə ictimai fikir 
tariximizdə  özünəməxsus  yer  tutacaq  monumental  bir  fakta  yönəlmişdir.  Dünya  elmi,  siyasəti  və 
mədəniyyətinə böyük dahilər bəxş etmiş Azərbaycanda, eləcə də Şərqin bu qədim qapısında– Naxçıvan 
adlı günortacda yaşayıb yaradan ziyalılara forma və məzmun cəhətdən möhtəşəmliyi ilə seçilən bir kitab 
təqdim  edilmişdir:  Akademik  İsa  Həbibbəylinin  “Nuhçıxandan  Naxçıvana”  kitabı.  Bəri  başdan 
vurğulayaq ki, 845 səhifəlik kitabın hər bir səhifəsi bütün ömrünü ulu Öndər Heydər Əliyev ideyalarına 
sədaqətdə  və  elmə  xidmətdə  keçirən  bir  zəka  sahibinin  doğma  Naxçıvana  sonsuz  məhəbbətini  ifadə 
etməkdədir. Digər tərəfdən akademik İsa Həbibbəylinin bu kitabı yalnız Vətən sevgisinin ifadəsi demək 
deyil, eyni zamanda Naxçıvana torpaq iddialarından heç vaxt əl çəkməyən mənfur ermənilərə qarşı yeni 
bir  alınmaz  səngərlə  çıxış  etmək  deməkdir.  Bəli,  “Nuhçıxandan  Naxçıvana”  kitabı  qəti  şəkildə 
təsdiqləyir ki, yaradıcılıqda özünə qarşı son dərəcədə tələbkar olan akademik İsa Həbibbəyli ömrünün 
mənasında Vətənə məhəbbət dayanıb. 
 
Obrazlı şəkildə  “Nuhçıxandan Naxçıvana” kitabını Azərbaycan kitab tarixində  yeni bir sevgi 
planeti  də  adlandırmaq  mümkündür  və  bu  planetin  nüvəsində  Naxçıvan  adlı  qədim  bir  Oğuz  yurdu 
dayanır.  Fikrimizcə,  11  ümumi  başlıqla  fəsillənən  və  85  istiqamət  üzrə  elmi-publisistik  və  ədəbi 
təhlilləri  özündə  birləşdirən  kitabın  “Nuhçıxandan  Naxçıvana”  adlandırılması  vahid  bir  harmoniyanın 
ən doğru ifadəsidir.  Daha önəmlisi isə kitabı oxuyan hər kəsin bu harmoniyada özünə yer tapmasıdır. 
Çünki  akademik  İsa  Həbibbəylinin bu  yeni kitabında  Naxçıvanın simasında insanlığın tarixindən  söz 
açılır,  çox  doğru  olaraq  bu  qədim  torpaq  dünya  tufanından  sonra  ilk  insan  məskəni  kimi 
səciyyələndirilir.  Düşündürücüdür  ki,  kitabın  “Nuhdabandan  başlanan  tarix”  adlı  ilk  bölümü  alimin 
məhz son illərdə gəldiyi elmi qənaətləri ifadə etməkdədir, başqa sözlə, Naxçıvan tarixinə elmin Qapıcıq 
zirvəsindən  baxmaq  deməkdir.  Və  daha  önəmlisi  isə  böyük  alim  doğma  yurdunun  başlanğıc  tarixini 
öyrənməkdə nə qədim mənbələrin verdiyi məlumatlarla kifayətlənmiş, nə də sadəcə sentimental səyahət 
yolunu seçmişdir. Akademik İsa Həbibbəylinin inandırma üsulu daha sadə və daha etibarlıdır: Qədim 
mənbələrə istinad, çağdaş araşdırmaçıların fikirləri, folklorun söylədikləri və yurdun bir coğrafi yaddaşa 
çevrilərək təsdiqlədikləri.  
 
Akademik  İsa Həbibbəylinin “Nuhçıxandan Naxçıvana” adlı bu  yeni kitabı quruluş etibarilə də 
Azərbaycan  kitab  tarixinə  yenilik  gətirməsi  ilə  diqqəti  cəlb  edir.  Əslində  kitabdakı  “Nuhçıxandan 
Naxçıvana: tarix və müasirlik” adlı ilk başlıq “Ön söz” xarakteri daşıyır. Lakin digər proloqlardan fərqli 
olaraq bu “Ön söz”ün özü də 3 hissədən ibarətdir. Birinci hissə “Nuhdabandan başlanan tarix”, ikinci hissə 
“Şərq  ağırlıqlı  Qərb  yönlü  diyar”,  üçüncü  hissə  “Yeniləşən  Naxçıvan”  adlanır.  Təkcə  bu  üç  hissə  ilə 
tanışlıq nəticəsində oxucu qətiyyətlə bu qərara gəlir ki, Naxçıvan qədim bir türk yurdu olmaqla bərabər, 
insanlığın  tarixində  mühüm  yer  tutan,  zaman-zaman  Avropa  və  Asiya  qitəsində  gedən  proseslərə 
humanizm baxımından müdaxilə edən, Şərq və Qərb dəyərləri nəzərə alınmaqla milli dəyərlərin qorunub 
saxlanılmasında  xüsusi  çəkiyə  malik  müqəddəs  torpaqdır.  Fikrimizcə,  kitabın  “Ön  söz”ünün  məhz  üç 
hissədən ibarət olması və həmin üç hissə daxilində Naxçıvanın qədim keçmişinin, dünəni və bu gününün 
təkzibedilməz  faktlarla  dəyərləndirilməsi  təsadüfi  deyil.  Əslində  forma  və  məzmununda  yeniliyi  ilə 
səciyyələnən belə bir başlanğıc kitabda bütün sonrakı fəsillərə keçidi təmin etməkdədir.  
 
“Nuhçıxandan Naxçıvana” kitabının ilk fəsli “Dövlətçilik işığında” adlanır və digər fəsillərlə 
bağlılıq  baxımından  bütöv  tam  daxilində  xüsusi  məna  daşıyır.  Bu  fəslin  ayrı-ayrı  bölmələrində 


16 
 
ardıcıllıqla  dünyaşöhrətli  siyasətçi  Heydər  Əliyevin  Azərbaycan  dövlətçiliyində  xilaskarlıq 
missiyası,  Ulu  Öndərin  ideyalarına  sadiqliklə  Naxçıvanda  əldə  edilən  uğurlar,  müəllifi  Heydər 
Əliyev  olan  dövlətçilik  təliminin  mahiyyəti  yenidən  nəzər  nöqtəsinə  çəkilir,  bu  qədim  diyarda 
neointibahı  şərtləndirən  amillər,  eyni  zamanda  Azərbaycanda  Heydər  Əliyevin  adı  ilə  bağlı 
epoxanın  fəlsəfəsi  belə  açıqlanır:  “Heydər  Əliyev  xalq  və  Vətən  anlayışları  ilə  milli  dövlətçilik 
baxışlarını böyük məharətlə üzvi sintez halında birləşdirmiş nadir şəxsiyətdir. Vətənin və millətin 
gücünün  milli  dövlətçiliyin  qüdrətində  ifadə  olunması  düşüncəsi  Heydər  Əliyevə  məxsus 
Vətənnamənin təməl prinsiplərindəndir.”  (1, s. 40) 
Əlbəttə,  “Nuhçıxandan  Naxçıvana”  kitabının  bütün  fəsilləri  təsdiqləyir  ki,  millət  vəkili, 
akademik, İsa Həbibbəylinin Vətən sevgisi təbii və səmimi hisslərə əsaslanmaqla bərabər, eyni zamanda 
vətəndaşı  olduğu  məmləkəti  bütün  varlığı  ilə  sevən  alim  təfəkkürü  ilə  vəhdətdədir.  Qətiyyətlə  demək 
olar  ki,  təfəkkürlə  bağlı  müxtəlif  elmi  istiqamətlər  üzrə  Vətən  sevgisinin  hüdudları 
müəyyənləşdirilərkən  “Nuhçıxandan  Naxçıvana”  kitabına  istinad  etmək  zəruri  və  gərəklidir.  Çünki 
akademik İsa Həbibbəyli də  Vətən sevgisi ilə əlaqədar düşüncələrini ümumiləşdirərkən dünyaşöhrətli 
siyasətçilərin  fikirlərinə  əsaslanmışdır.  Budur,  kitabın  “Dövlətçilik  işığında”  adlanan  birinci  fəslinin 
“Yeniləşmədən  intibaha”  bölməsində  Naxçıvana  məxsus  çağdaş  tarixin  reallıqları  dəyərləndirilərkən 
birbaşa  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  fikirlərinə  istinad  edilir:  “Siz 
Naxçıvanda  işlərin  düzgün  qurulması,  Naxçıvanın  rəhbərliyinin,  Ali  Məclisin  Sədri  Vasif  Talıbovun 
fəaliyyəti nəticəsində bütün bu uğurlara nail olmusunuz. Azərbaycanın digər bölgələri də inkişaf edir. 
Amma sizə deyə bilərəm ki, bu baxımdan Naxçıvan Azərbaycanda liderdir... Bunu – abadlıq, quruculuq 
işlərini, yeni binaların yüksək zövqlə, səliqə ilə, diqqətlə tikilməsini Naxçıvan gələn hər bir vətəndaş, 
qonaq görür. Hiss olunur ki, bu işlər böyük məhəbbətlə görülür. Bu da əsas şərtdir. Bəzən sual verirlər 
ki, uğurlu siyasətin əsas səbəbi nədir? Mən hesab edirəm ki, xalqa olan məhəbbətdir. Əgər bu varsa, 
rəhbərlikdə olan şəxslər də öz doğma xalqına ləyaqətlə, məhəbbətlə xidmət edirlər. Bu, Naxçıvanda var 
və məni çox sevindirir.” (1, s. 75) 
 
Düşünürük ki, kitabın birinci fəslinin “Dövlətçilik işığında” adlandırılması həm də müəllifin 
xüsusi  həyat  amalını  ifadə  etməkdədir.  Başqa  sözlə,  akademik  İsa  Həbibbəyli  ilk  fəslin  adı  ilə  də 
demək  istəyir  ki,  “Nuhçıxandan  Naxçıvana”  kitabının  hər  bir  səhifəsini,  hər  bir  sətrini  məhz 
dövlətçilik  təlimindən  güc  alan  milli-elmi  təfəkkür  işıqlandırmaqdadır.  Kitabda  belə  bir  müəllif 
mövqeyinin  təqdimatından  sonra  yenidən  Naxçıvanın  qədim  tarixinıə  qayıdılır,  “Nuhçıxan-
Nuhdaban”  adlı  II  fəsildə  Gəmiqaya  dünyasına  elmi  səyahət  edilir,  bir  neçə  məqalə  həcmində 
Naxçıvan  şəhərinin  5  min  illik  yaşa  malik  olması  əsaslandırılaraq  yazılır:  “Naxçıvan  böyük 
sivilizasiyanın yadigarıdır. Regionda sonralar yüksək inkişaf tapmış zəngin mədəniyyət bu möhkəm 
təməl  üzərində  yüksəlmişdir.  Naxçıvan  türk-müsəlman  dünyasında  sivilizasiya  daşıyıcısı  olan 
qədim mərkəzlərdən biri kimi diqqəti cəlb edir. Azərbaycan – Naxçıvan geniş mənada Ön Asiya –
Anadolu  mədəniyyəti  ilə  Orta  Asiya  mədəniyyəti  arasında  mühüm  bir  körpüdür.  Naxçıvan  bu 
mədəniyyətlərin  bütövlüyünün,  genetik  doğmalığının  göstəricilərindən  biridir.  Naxçıvan  bəşər 
sivilizasiyasının bir parçasıdır.” (1, s. 123-124) 
 
Əlbəttə, akademik İsa Həbibbəyli Avroasiya coğrafi məkanında Azərbaycan ədəbiyyatşünaslıq 
elmini  layiqincə  təmsil  edən,  bir  çox  mübahisəli  problemlərə  son  qoyan  söz  sahiblərindəndir.  Alimin 
çoxcəhətli  və  çoxsahəli  elmi-ictimai  fəaliyyəti  görkəmli  elm  və  sənət  xadimləri  tərəfindən  həmişə 
yüksək  qiymətləndirilmişdir.  Budur,  professor  Yavuz  Akpınar  “Naxçıvanı  dünyaya  tanıtdıranlardan 
biri:  İsa  Həbibbəyli”  məqaləsində  yazır:  “İsa  Həbibbəyli  dostumuz  yalnız  elmi  tədqiqatlarla,  təhsil 
fəaliyyəti  ilə  kifayətlənmir,  onun  ictimai-siyasi,  idarəetmə  işləri  də  insanı  təəccübləndirəcək  qədər 
genişdir”.  (  2  )  Eləcə  də  “Nuhçıxandan  Naxçıvana”  kitabında  oxucu  İsa  Həbibbəylini  eyni  zamanda 
ciddi  Vətən  tarixçisi,  ədəbiyyatşünas  və  sənətşünas  alim,  etimoloq-sosioloq-pedaqoq  kimi  də  tanıyır. 
Bütün  bu  ali  keyfiyyətlərin  göstəricisidir  ki,  “Nuhçıxandan  Naxçıvana”  kitabında  akademik  İsa 
Həbibbəylinin  əsaslandırmaları  vahid  bir  sistem  halındadır  və  sistemdən  kənarda  heç  nə  yoxdur. 
Məsələn, bu yeni monumental kitabın “Nuhçıxan -Nuhdaban” fəslində bütün bəşər tarixində Naxçıvan 
adlı  diyarın  tutduğu  məqamdan  danışılır  və  Nuh  tufanından  sonra  yeni  həyatın  məhz  bu  torpaqda 
başlanması prosesləri göz önündə canlandırılır. Görkəmli alim qədim Naxçıvandan söz aça-aça bəşər 
tarixindən  Azərbaycan  tarixinə  keçməyi  gərəkli  sayır,  beləliklə,  kitabın  “Azərbaycan  tarixində 
Naxçıvan”  adlı  üçüncü  fəslində  qədim  və  həmişəcavan  diyar  olaraq  Naxçıvanın  hansı  göstəricilərlə 
tanınmasını  dəyərləndirir.  Alim  çox  əhəmiyyətli  faktları  təhlil  obyektinə  çevirməklə  ciddi  surətdə 
məmləkətsevərlərin  diqqətinə  çəkir  ki,  Azərbaycanın  tarixi  taleyində  müqəddəs  Naxçıvan  torpağının, 
bütün varlıqları ilə Azərbaycana bağlı naxçıvanlıların mühüm xidmətləri olmuşdur. Bəli, “Nuhçıxandan 




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   121


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə