Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə73/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   69   70   71   72   73   74   75   76   ...   121

147 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 4(78) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 
 
 
XƏFAYƏT ƏLİYEVA 
Naxçıvan Dövlət Universiteti 
UOT: 37 
 
 
 
MÖVLANA CƏLALƏDDİN RUMİ YARADICILIĞINDA 
DOSTLUQ-YOLDAŞLIQ MÜNASİBƏTİ MƏSƏLƏLƏRİ 
 
Açar  sözlər:  Cəlaləddin  Rumi,  dostluq,  yoldaşlıq,  nəcib  əxlaqi  kefiyyətlər,  həmrəylik, 
sədaqətlilik 
Key  words:  Jelaleddin  Rumi,  friendship-companionship,  noble  moral  features,solidarity, 
loyalty 
Ключевые  слова:  Джелаладдин  Руми,  дружественные  и  товарищеские,  отношения, 
благородные моральные качества, солидарность, верность 
 
İlk  öncə  qeyd  edək  ki,  dost  sözü  fars  mənşəli  olub  “sevilən  adam,  yoldaş,  sevgili,  yar” 
mənalarını verir. Dini ədəbiyyatlarda isə bu məfhum “sədaqət, üxuvvət, söhbət” kəlmələri ilə ifadə 
edilir. Sədaqətli və səmimi insanlara “dost” deyilir. Dostluq insanlar arasında sevgi və səmimiyyətə 
söykənən qırılmaz münasibətlər məcmusudur.
 
Dostluq  haqqında  çox  görkəmli  filosof  və  pedaqoqlar  hikmət  çələngi  daşıyan  aforizmlər 
söyləmişlər ki, bunlardan bir neçəsinə nəzər salaq: İnsanlarla elə yaşa ki, gələcəkdə dostun düşmənin 
olmasın, düşmənin isə dostun olsun… ( Pifaqor); Dost olmağa tələsməyin, amma dost oldunuzsa, bu 
dostluğa xəyanət etməyin… (Sokrat); Dostluq var - məqsədi xeyir üçün, dostluq var – məqsədi xoş vaxt 
keçirmək üçün…  (Aristotel);  Dost rahatlıq verən bir məlhəmdir. Dostsuz,  yoldaşsız  yaşamaq çətindir 
(Nizami Gəncəvi). Bu fikirlərdən də göründüyü kimi, həyat dostlar və səmimi insanlarla mənalı olur. 
Ülvi ideallara könül vermiş insanlar üçün isə dostun yeri bambaşqadır. 
İnsan ictimai bir varlıqdır. Həyatda yaşamaq üçün başqa insanlara və ünsiyyətə möhtacdır. 
Bu, ilahi qanundur. Ulu Tanrı da insanı bu cür fitrətlə yaratmışdır. Dolayısilə, hər bir bəşər övladı 
həyatın enişli-yoxuşlu yollarında qarşısına çıxan maddi-mənəvi əngəllərin öhdəsindən gəlmək üçün 
başqa insanların maddi-mənəvi yardımına ehtiyac duyur. 
Dostluq-yoldaşlıq haqqında tədqiqinə ciddi ehtiyac duyulan maarifçi pedaqoqlardan biri də 
Cəlaləddin  Rumidir.  Mövlana  Cəlaləddin  Rumiyə  görə  vətəninin,  xalqının  xoşbəxtliyi  naminə 
çalışan  insanlar  arasında  birlik,  dostluq,  yoldaşlıq  əlaqələri  olmalıdır.  Adamların  eyni  məqsəd 
uğrunda  mübarizə  aparması  üçün  dostluq  və  yoldaşlıq  münasibətlərinin  yaranması  və 
möhkəmlənməsi  çox  vacibdir.  Bu  əlaqələr  nə  qədər  möhkəm  olarsa,  insan  qarşıya  qoyduğu 
məqsədə bir o qədər tez çatar. O, xalqın səadəti uğrunda mübarizədə qələbə çalmaq üçün həmrəy 
olmağı,  birlikdə  fəaliyyət  göstərməyi  əsas  şərt  hesab  etmişdir.  Çünki  birlik,  həmrəylik  tükənməz 
qüvvət mənbəyidir. 
Cəlaləddin  Ruminin  böyük  məna  kəsb  edən  aforizmlərindən  biri  belədir:  “Yaxşı  dostu 
olanın aynaya ehtiyacı yoxdur”. Cəlaləddin Ruminin şəxsi həyatı da sədaqətli dostluğa bir nümunə 
olmuşdur.  Mövlananın  dostluq  zirvəsinə  ucalmasında  Şəms  Təbrizi  ilə  olan  dostluq 
münasibətlərinin  də  böyük  faydası  olmuşdur.  “Şəms  Mövlanaya  ayna  oldu.  Mövlana  da  Şəmsin 
aynasında gördüyü öz gözəlliyinə aşiq oldu. Mövlana bir eşq şərabı, Şəms də ona bir qədəh oldu. 
Bir  sözlə,  Şəms  Mövlananın  içində  atəş  yandırdı,  lakin  qarşısında  elə  bir  vulkan  püskürdü  ki, 
alovundan özü də yandı” (2, s.15). 
Mövlana Cəlaləddin Rumiyə görə, yoldaşlıq, dostluq əsasında fəaliyyət göstərən insanlar və-
zifəsindən  asılı  olmayaraq  öz  şəxsi  mənafeyini  ümumi  mənafedən  üstün  tutmamalıdır.  Birlik, 
həmrəylik,  yoldaşlıq  və  dostluq  kimi  nəcib  əxlaqi  keyfiyyətlərə  böyük  əhəmiyyət  verən  Rumi 
bunun  rüşeymlərini  uşaqlarda,  yeniyetmələrdə  lap  kiçik  yaşlardan  inkişaf  etdirməyi  lazım  bilmiş, 


148 
 
onun vacibliyini gənclərə başa salmağa çalışmışdır. 
Cəlaləddin Rumi öz yaradıcılığında səmimi dostluq və yoldaşlığa çox önəm vermişdir. “Əsl 
dost  qarşılıq  gözləməz”  (1)  –  deyən  Mövlana  Cəlaləddin  Ruminin  bu  fikrini  müasirlərindən  biri 
belə  xatırlayır:  Mövlana  onu  sevənlərlə  gəzməyə  çıxmışdı.  Yollarının  üstündə  bir  neçə  itin 
qucaqlaşıb yatdıqlarını görürlər. O əsnada yoldaşlardan biri üzünü Mövlanaya tutub dedi: 

 
İtlərin  birliyi,  diriliyi,  məhəbbəti  necə  də  gözəldir!..  Necə  də  bir-birinə  sarmaşıb  hüzur 
içində yatırlar. 
 
Mövlana “itlərin məhəbbəti aralarına bir sümük düşənə qədərdir!” (2, səh.38) deyərək fikrini 
bu şəkildə əsaslandırır: 

 
 Sən bunların arasındakı dostluğun nə qədər möhkəm olduğunu bilmək istəyirsənsə, onların 
qabağına bir leş və yaxud ciyər at. O vaxt bu dostluğun necə olduğunu görəcəksən. Bax, bu dünya 
əhlinə və dünya malına qibtə edənlər arasındakı dostluq da belədir. Aralarında mənfəət, problem 
olmadığı müddətcə dostdurlar. Ancaq dünya malı ortaya girincə neçə illərin namus və ləyaqətini 
itirirlər və aralarındakı duz-çörək haqqını bir tərəfə atırlar. 
 
Ümumiyyətlə  demək  olar  ki,  Cəlaləddin  Rumi  yaradıcılığında  gözəl  insani  sifətlər  mə-
həbbət,  səmimiyyət,  xeyirxahlıq,  sülhpərvərlik,  həqiqət  aşiqliyi,  dini  şübhəçilik  və  sair  ehtiraslar 
şəklində  meydana  çıxır;  bunun  əksinə,  nə  qədər  pis,  arzuedilməz  xüsusiyyətlər  varsa,  bunlar  da 
xudbinlik,  paxıllıq,  bədxahlıq,  avamlıq,  dini  təəssübkeşlik,  qısqanclıq,  zalımlıq,  qəddarlıq  və  sair 
mənfi ehtiraslar şəklində canlandırılır. Mövlana hər bir müdrik kəlamında gənc nəslə belə bir fikri 
təbliğ  edir  ki,  insanları,  xalqları,  millətləri  bir-birindən  ayrı  salan,  bəşəriyyəti  uçurumlara  aparan 
ancaq və ancaq dini, milli, irqi təəssübkeşlik səbəbləridir. İnsan həyatının əsl mənasını düzgün başa 
düşən  ağıllı  adamın,  yüksək  mərifət,  idrak  sahibinin  nəzərində  müsəlman,  xristian  və  s.  yoxdur, 
yalnız insan vardır. 
Həqiqi  dostluğun  simvolu  olan  Cəlaləddin  Ruminin  pedaqoji  görüşlərində  ən  mütərəqqi 
cəhətlərdən  biri  odur  ki,  o,  əsərlərində  hər  cür  milli  məhdudiyyət  hissindən  uzaq  olmuşdur. 
Humanizm onun yaradıcılıq ideyalarının cövhərini təşkil etmişdir. Bu nəcib, vüsətli insanpərvərlik 
onun  müdrik  kəlamlarında  da  özünü  çox  aydın  göstərmişdir.  Bir  fikrinə  nəzər  salaq:  Həccə 
gedərkən  həcc  yoldaşı  axtar.  Fərq  etməz  ya  hindli  olsun,  ya  türk  ya  ərəb.  Onun  şəklinə,  rənginə 
baxma:  əzminə  və  məqsədinə  bax.  Rəngi  qara  belə  olsa  səninlə  eyni  məqsədi  güdürsə  eyni  sən 
rəngdədir. Sən ona bəyaz de. 
 
Göründüyü  kimi,  Mövlana  humanizmin  təkcə  təbliğatçısı  deyil,  həm  də  özü  bu  ideyanın 
canlı nümunəsidir. İnsanlara məhəbbət, xidmət Ruminin həyat amalı olmuşdur. Bunu onun seçdiyi 
müəllimlik sənəti də sübut edir. Çünki bu sənəti ilə insanlara; onların mənəvi sağlamlığına xidmət 
etmişdir. 
 
Bildiyimiz  kimi,  dostluq  xarakteri,  hissləri  formalaşdırır.  Dostluqda  başlıca  cəhət  doğ-
ruçuluqdur,  səmimilikdir.  Yoldaşlıq  və  dostluğun  möhkəmləndirilməsinin  mühüm  vasitəsi tənqid  və 
özünütənqiddir. Tənqid dostun pis hərəkətlərinin qarşısını alır, mənəvi aləmini saflaşdırır. Şəms Təbrizi 
bu xüsusda yazırdı: “Mən məni tərifləyib mədh edəndən inciyirəm, ancaq məni tənqid edən mənim əsl 
dostumdur”. Mövlana isə belə deyir: Dost acı söyləyən deyildir, acını şirin dillə söyləyəndir. 
Səmimi və ideal dost qayğıkeş olur,  gözlərindən, təbəssümündən, sifətinin cizgilərindən hər 
şeyi  başa  düşür,  təmənnasız  kömək  göstərir,  dostunun  müvəffəqiyyətinə sevinir,  kədərinə  şərik 
çıxır.  Həmin  adama  hər  şeyi  etibar  edirsən,  arxayın  olursan.  Qarşındakı  belə  “Dost  isə  düşünmə 
canını yolunda qurban ver. Dost deyilsə heç gözləmədən yol ver getsin”. 
Cəlaləddin Rumi hər cür vasitədə bağışlamağın tərəfdarıdır. O edilən pisliyə, xəyanətə qarşı 
bağışlamaq  qılıncının  daha  iti  olduğunu  dönələrlə  hikmət  dolu  aforizmlərində  qeyd  etmişdir. 
Mövlana  fikrini  belə  əsaslandırır:  Səbirlə  qərar  vermə,  xoşniyyətlilik  və  bağışlama  dostlar 
arasındakı  mübahisələrin  həllində  çox  təsirli  iti  bir  qılıncdır.  Yenə  Mövlanadan  misal  gətirək. 
Mövlana bir gün yolda gedərkən mübahisə edən iki insandan birinin digərinə: “Bir gözlə, bir dinlə! 
Elə hey danışırsan?” dediyini eşidir. Bunu görəndə dava-dalaş edən adamların yanına gəlib qışqır-
bağır salan adama dostcasına deyir: “Nə deyirsənsə mənə de, mənimlə dalaş. Sən mənə min söylə, 
məndən heç bir də eşitməyəcəksən!” Bu mənalı  sözləri  eşidən adamlar həmin an özlərini ələ alıb 
Mövlanaya hörmət edərək barışırlar. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə