Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə74/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   70   71   72   73   74   75   76   77   ...   121

149 
 
Mövlana dəfələrlə vurğulayır ki, dost seçən zaman bəzi dəyərlərə də diqqət etmək lazımdır. 
Dost  gərək  əxlaqlı  olsun,  ağıllı  və  elmli olsun,  paxıl  olmasın.  Çünki  bu keyfiyyətlər  istər-istəməz 
sənə də təsir etmiş olacaqdır. Qeyd etdiyimiz kimi, elmli bir insanla dost olarsansa, onun elmindən 
və  əxlaqından  sən  də  bəhrələnmiş  olacaqsan. “Əgər  dostunun  səndən  axirətdə  nifrət  etməsini 
istəmirsənsə aqil bir kimsəni ağıllı dost kimi qəbul et”. Yox əgər paxıl, pislik dolu birisiylə dostluq-
yoldaşlıq  edərsənsə  xasiyyətdə  də  ona  oxşar  olacağını  Rumi  bu  şəkildə  əsaslandırır:  “İnsan  pis 
yoldaşla həmsöhbət olduqda xasiyyətdə ona bənzər.” 
Göründüyü kimi, Cəlaləddin Ruminin dostluq-yoldaşlıq haqqında xəzinə dolu fikirlərini bir 
məqalədə əhatə etmək mümkün deyil. 
Yekun olaraq qeyd edək ki, Mövlana Cəlaləddin Rumi öz davranış və müdrik dolu fikirləri 
ilə  insanların  qəlbinə  yol  tapmış,  onların  sevgisini  qazanmış,  ona  qarşı  yönələn  hər  cür  bədxah 
davranış qarşısında səmimiyyət və sevgi prinsipini qoruyaraq hər bir kəsi sevgi ilə qucaqlamış, hər 
kəsə  xoş  davranmış,  şəfqət  və  cevgi  ümmanını  hər  kəsi  qərq  edəcək  şəkildə  geniş  tutmuşdur. 
Cəlaləddin  Ruminin  dostluq  haqqında  dəyərləri  Mövlanaya  yaraşır  şəkildə  təmsil  edilməli, 
yaşanaraq öyrənilməli və öyrədilməlidir. 
 
ƏDƏBİYYAT 
1.
 
http://www.manevihayat.com/forum/konu/hz-mevlananın-dostlukla-ilgili-sözleri 
2.
 
Mövlana Cəlaləddin Rumi. Eşq pərvanəsi (İkinci nəşr). Bakı, Nurlar, 2009, 264 s.
 
3.
 
Mevlana Mesnevi- Tərcümə Tahiru l- Mevlevi 1190-1192 beyt. səh-56
 
4.
 
Azadə Rüstəmova. Mənəvi dünənimiz bu günün işığında. Bakı, Elm, 2011, 596 s. 
 
РЕЗЮМЕ 
                 Хафаят Алиева  
Вопросы дружественных и товарищеских отношений в творчестве 
 Джелаладдина Руми 
 
Мысли  Джелал-ад-дина  Руми  о  дружественных  и  товарищеских  отнашениях  стали 
предметами исследованых статьи. В этих мыслях подчеркивается, что для людей с высокыми 
идеалами  место  друга  особое.  Человек  является  социальным  явлением.  Между  людьми, 
которые стараются во имя Родины, счастья народа, должны восторжествовать товарищеские 
и дружеские отношения. Исследованием установлено, что по мнению Руми, эти отношения 
между  людьми  должны  быть  сфомированы  и  развиты  с  детства  и  юношества  путем  
внушения. 
 
ABSTRACT 
Khafayat Aliyeva  
The article studies Jalaluddin Rumi’s ideas about friendship and companionship 
 
It is hotid that the place of a friend is quite different for people having high ideals. Human is 
a social being. There should be friendship and unity relations among the people who try for the sake 
of the happiness  of their people. The research makes it clear that Jalaluddin  Rumi thought  that to 
develop the friendship companionship relations in children, teenagers since their childhood is very 
necessary ond tried to develop its necessily to young generation with his wise ideas. 
The problems of the friendship-companionship relations in Jalaluddin Rumi’s creative activity. 
 
      НДУ-нун  Елми  Шурасынын  23  sentyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01). 
      Məqaləni çapa təqdim  etdi: Pedaqogika üzrə fəlsəfə doktoru, 
professor E.Maqsudov 


150 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 4(78) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 
 
 
EMİLYA HƏSƏNOVA 
 Gəncə Dövlət Universiteti 
                                                  E-mail: emilya-hesenova@bk.ru 
UOT: 373 
“ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNIN I-IX SİNİFLƏRI ÜÇÜN TƏSVİRİ 
İNCƏSƏNƏT FƏNNİ ÜZRƏ TƏHSİL PROQRAMI”NDA (“KURİKULUMU”nda)” 
İNCƏSƏNƏTƏ DAİR SÖHBƏTLƏRƏ AYRILAN YER 
 
Açar  sözlər:    təsviri  incəsənət,  təsviri  incəsənət  fənni  üzrə  kurikulum,  dərs-söhbətlər, 
inteqrasiya, fəndaxili əlaqə, fənlərarası əlaqə 
Keywords:  fine  arts,  the  curriculum  for  the  subject  of  the  fine  arts,  lesson-conversation, 
integration, intra communication, interdisciplinary communication 
Ключевые 
слова:  изобразительное  искусство,  куррикулум  по  предмете 
изобразительного  искусства,  урок-беседа,  интеграция,  внутрипредметная  связь, 
межпредметная связь 
V-VII sinif şagirdlərinin incəsənətə dair zəruri məlumatlara yiyələnmələrində  dərs-söhbətlər 
özünəməsxus rol oynayır.  Dərs-söhbətlər təsviri incəsənət təliminin səmərəlilik şərti kimi  nəzərdən 
keçirilir.  Ümumtəhsil  məktəbləri  müəllimləri  bu  cəhətə  həssaslıqla  yanaşmalı,  tədrisin 
optimallaşdırılmasına  və  təkmilləşdirilməsinə  çalışmalıdırlar.  Bu  fikir  baxımdan  məktəblilərin 
yaradıcı  fəallığının,  idrak  fəaliyyətinin,  müstəqilliyinin,  sərbəst  fikir  yürütmə  qabiliyyətinin, 
təşəbbüskarlığının artırılması vacib məsələdir. 
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu hələ 2013-cü 
ildə  “Azərbaycan  Respublikasinin  ümumtəhsil  məktəblərinin  I-IX  sinifləri  üçün  təsviri  incəsənət 
fənni  üzrə  təhsil  proqramı  (kurikulumu)”  hazırlamış  və  Təhsil  Nazirliyi  tərəfindən  onun  təsdiqinə 
nail olmuşdur.  
Biz haqqında danışılan problem baxımından həmin “...Təhsil proqramı (kurikulumu)”nda V-
VII siniflər üçün təsviri incəsənət fənni üzrə təhsil proqramını (kurikulumunu) nəzərdən keçirdik. 
“Azərbaycan Respublikasinin ümumtəhsil məktəblərinin I-IX sinifləri üçün təsviri incəsənət 
fənni  üzrə  təhsil  proqramı  (kurikulumu)”nda  təsviri  incəsənət  fənni  üzrə  təhsil  proqramı 
(kurikulumu)  və  onun  xarakterik  cəhətləridən  söz  açılarkən    deyilir:  “Təsviri  incəsənət  fənni  üzrə 
təhsil  proqramı  (kurikulumu)  bu  fənnin  təlimi  qarşısında  qoyulan  məqsəd  və  vəzifələri 
müəyyənləşdirən,  müvafiq  təlim  standartlarının  reallaşması  üçün  zəruri  fəaliyyətləri  əhatə  edən 
konseptual sənəddir. Sənəd müasir dövrün tələblərini, şagirdlərin təlim imkanlarını, maraqlarını və 
meyillərini nəzərə alaraq, fənnin tədrisinin məzmununu, təlim strategiyasını müəyyən edir. Sənəddə 
fənn  üzrə  ümumi  təlim  nəticələri,  təlimin  məzmunu  (məzmun  standartları),  şaquli  və  üfüqi 
inteqrasiya,  müəllim  və  şagird  fəaliyyətlərinə  aid  texnologiyalar,  şagird  nailiyyətlərinin 
qiymətləndirilməsi məsələləri əhatə edilir” (1).  
Kurikulumda    başlıca  diqqət  nəticəyəyönümlülüyə  istiqamətlənmişdir.  Başqa  sözlə,  yalnız 
biliklərə yiyələnmək deyil, əsas etibarilə zəruri bacarıq və vərdişlərə sahib olmaq nəzərdə tutulur.  
 V-VII  siniflərdə  keçilən  incəsənətə  dair  dərs-söhbətlər  gerçəklik  və  ətraf  aləmin  təbii 
mənzərəsi  haqqında  məktəblilərdə    aydın  təsəvvür  yaradır.  “...Təhsil  proqramı  (kurikulumu)”nda 
qeyd olunduğu kimi, "Təsviri fəaliyyət şagirdləri məkan və forma ölçülərini hiss etməyə, obrazlı və 
məntiqi düşünməyə, bu düşüncələri vizual obrazlarda əks etdirməyə istiqamətləndirir” (1).  
İncəsənətə  dair  dərs-söhbətlər  V-VII  siniflərdə  təhsil  alanların  bir  tərəfdən  estetik  zövünü, 
estetik  düşüncə  və  təfəkkürünü,  digər  tərəfdən  hadisələri  bədii  təsvir  vasitələri  ilə  ifadə  etmək 
bacarıqlarını  inkişaf etdirir, son nəticədə onlarda estetik və bədii mədəniyyət formalaşdırır.  
 “Azərbaycan Respublikasinin ümumtəhsil məktəblərinin I-IX sinifləri üçün təsviri incəsənət 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə