Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə75/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   71   72   73   74   75   76   77   78   ...   121

151 
 
fənni  üzrə  təhsil  proqramı  (kurikulumu)”nda  ümumi  orta  təhsil  səviyyəsində  məzmun  xətləri  üzrə 
təlim nəticələri aşağıdakı kimi öz ifadəsini tapmışdır:  “1.Cəmiyyət və təsviri incəsənət  
Şagird:   
-Təsviri incəsənətin cəmiyyət həyatında əhəmiyyətini şərh edir. 
           -Azərbaycanın,  dünya  incəsənətinin  görkəmli  nümayəndələri  və  onların  əsərləri  haqqında 
məlumatları  şərh  və  təqdim  edir.    Təsviri  sənət  növlərini,  onları  təşkil  edən  əsas  janrları  ayırır, 
xarakterik  xüsusiyyətlərini izah edir.  
           2. Təsviri və dekorativ yaradıcılıq  
            Şagird:  
           - Həyati görüntüləri real, abstrakt tərzdə təsvir edir. 
           -Bədii tərtibat və dizayn bacarıqları nümayiş etdirir. 
           3. Estetik reaksiya  
           Şagird:   
           -Bədii  sənət  əsərlərini  milli-üslubi  cəhətlərinə,  müxtəlif  səpkili  estetik  emosional    hisslərə 
görə müqayisə və izah edir.  
          - Təsviri sənətin növ və janrlarını xarakterik xüsusiyyətlərinə görə ayırır, estetik  təsirini izah 
edir. 
           1.4. Fəaliyyət xətləri  
           Kurikulumda  fənnin  məzmunu  bacarıqlar  şəklində  ifadə  olunmuş  standartların  vasitəsilə 
verilir. Bacarıqlar isə şagirdin müxtəlif fəaliyyətləri nəticəsində əldə olunur və onların köməyi ilə 
nümayiş etdirilir” (1).  
V-VII siniflərdə incəsənətə dair dərs-söhbətlər haqqında danışılan məsələlərin reallaşmasına 
kömək edir və etməldidir. Heç təsadüfi deyildir ki, təsviri incəsənət fənninin məzmun standartlarına 
aydınlıq gətirilərkən  aşağıdakı fəaliyyət xətləri ilə əlaqəlilik diqqət mərkəzində dayanmışdır:   
           “-təsviretmə   tətbiqetmə   məlumat mənbələrindən istifadə
          -  əlaqələndirmə  müqayisə  və  təhliletmə  sistemləşdirmə  və  təsnifetmə,  proqnozlaşdırma   
problemin həlli  təqdimetmə   dəyərləndirmə” (1). 
V-VII  siniflərdə  dərs  ilinin  sonunda  şagirdlər  incəsənət  fənni  üzrə  hansı  billik,  bacarıq  və 
vərdişlərə  yiyələnməlidirlər?  Bu  məsələ  ilə  maraqlandıq.  “...İncəsənət  fənni  üzrə  təhsil  proqramı 
(kurikulumu)”nda həmin suala cavab tapdıq. Öyrəndik ki: 
“V sinfin sonunda şagird:   
          -Təsviri incəsənətin həyat hadisələrini əks etdirdiyini izah edir. 
          -Təsviri və dekorativ sənətin növ və janrlarını (qrafika, rəngkarlıq, heykəltəraşlıq) xarakterik 
xüsusiyyətlərinə görə şərh edir.  Azərbaycanın, dünya təsviri incəsənətinin görkəmli nümayəndələri 
(Məsud İbn Davud, Soltan Məhəmməd, Elmira Şahtaxtinskaya, İbrahim Zeynalov, Qriqori Qaqarin, 
Sandro  Botiçelli,  Donatello,  Paolo  Uccello)  və  onların  əsərləri  haqqında  məlumatları  şərh  edir.  
Müxtəlif  vasitələrdən  istifadə  etməklə  həyati  görüntüləri  təsviri  sənətin  növlərində  (qrafika, 
rəngkarlıq, heykəltəraşlıq) real və abstrakt tərzdə təsvir edir.  
             -Sadə əşyalar üzərində tərtibat və dizayn bacarıqları nümayiş etdirir. 
            -Təsviri  sənət  növlərini  ayırır,  milli-üslubi  cəhətini  nümunələr  əsasında  estetik  emosional  
hisslərə görə izah edir” ( 1). 
 
Bəs VI sinifdə necə? Yenə “...İncəsənət fənni üzrə təhsil proqramı (kurikulumu)”na müraciət 
etdik. Məlum oldu ki: 
          “-VI sinfin sonunda şagird:  təsviri incəsənətin cəmiyyət həyatındakı rolunu izah edir. 
           -təsviri  və  dekorativ  sənətin  növ  və  janrlarını  (natürmort,  mənzərə,  portret)  bədii 
xüsusiyyətlərinə görə şərh edir.  Azərbaycanın, dünya təsviri incəsənətinin görkəmli nümayəndələri 
(Əcəmi Əbubəkir oğlu Naxçıvani, Sadiq bəy Əfşar, Vəcihə Səmədova, Lətif Kərimov, Leonardo da 
Vinçi,  Mikelancelo,  Rafael  Santi,  Albrext  Dürer,  Memar  Sinan)  və  onların  əsərləri  haqqında 
məlumatları  şərh  edir.  Müxtəlif  vasitələrdən  istifadə  etməklə  həyati  görüntüləri  təsviri  sənətin 
janrlarında (natürmort, mənzərə, portret) real və abstrakt tərzdə təsvir edir.   
-məişət əşyaları üzərində tərtibat və dizayn bacarıqları nümayiş etdirir. 
-təsviri  sənətin  janrlarını  ayırır,  milli-üslubi  cəhətini  estetik-emosional  hisslərə    görə  izah 


152 
 
edir” (1, ).  
 VII siniflə bağlı əldə etdiyimiz məlumatlar bunlardır: 
VII sinfin sonunda şagird:   
-təsviri incəsənətin cəmiyyət həyatındakı rolunu və əhəmiyyətini nümunələr  əsasında şərh edir.   
-təsviri və dekorativ sənətin növ və janrlarını (məişət və əsatir) xüsusiyyətlərinə  görə şərh edir.   
-Azərbaycanın və dünyanın təsviri incəsənətinin görkəmli nümayəndələri  (Müzəffər Əli, Kamil 
Əliyev, Mirəli Mirqasımov, Rasim Babayev, İlya Repin, Rembrandt, Velaskes, Karavacco) və onların 
əsərləri  haqqında  məlumatları  şərh  edir.    Müxtəlif  vasitələrdən  istifadə  etməklə  həyati  görüntüləri 
incəsənətin müxtəlif  növündə (dizayn, milli geyimlər, bədii hörmə) real və abstrakt tərzdə təsvir edir.  
Müxtəlif  texniki  avadanlıqlar  üzərində  tərtibat  və  dizayn  bacarıqları  nümayiş    etdirir.    Təsviri  sənətin 
növ və janrlarında milli-üslubi cəhətləri estetik-emosional  hisslərə görə fərqləndirir” (1).  
“Azərbaycan  Respublikasinin  ümumtəhsil  məktəblərinin  I-IX  sinifləri  üçün  təsviri  incəsənət 
fənni üzrə təhsil proqramı (kurikulumu)”nda ümumi təhsilin pillələri və həmin pillələrdə tədris edilən 
fənlər  arasında  əlaqələrin  yaradılması  ilə  bağlı  təsviri  incəsənət  fənninin  təlimində  fənlərdaxili  və 
fənlərarası inteqrasiyadan faydalanmaq faydalı və səmərəli vəzifə olaraq diqqət mərkəzinə gətirilmişdir.   
“Təsviri incəsənət fənni üzrə təhsil proqramı (kurikulumu)”nda göstərildiyi kimi, inteqrasiya - 
müəyyən  təhsil  sistemində  məktəblilərin  təfəkküründə  dünyanın  bütöv  və  bölünməz  obrazını 
formalaşdırmaq, onları inkişafa və özünüinkişafa  yönəltmək üçün təlimin məzmun  komponentləri 
arasında struktur əlaqələrə nail olmaq  və   sistemləşdirməkdən ibarətdir.  
İnteqrasiya  nəticəsində  təsviri  incəsənət  fənninin  məzmunu  tədricən  yeni  məlumatlarla 
zənginləşir, mövzulararası əlaqələr sayəsində   maraqlı olur.  
Bu sahədə başlıca xüsusiyyəti odur ki,  məktəbli oğlan və qızlar başlanğıc problemi diqqətdə 
saxlamaqla onunla sıx əlaqədar olan bilik və bacarıqları xeyli zənginləşdirirlər.    
“Təsviri  incəsənət  fənni  üzrə  təhsil  proqramı  (kurikulumu)”nda    oxuyuruq:  “Fəndaxili  və 
fənlərarası  inteqrasiya  prinsipinə  istinad  olunması  təsviri  incəsənət  fənni  üzrə  şagirdlərin 
dünyagörüşünü genişləndirir, bu sahədə əldə etdkləri zəruri bilik və bacarıqların müxtəlif sahələrdə 
tətbiqi  yollarını  asanlaşdırır,  şagirdlərdə  təsəvvürü,  təxəyyülü,  təfəkkürü  inkişaf  etdirərək  həyati 
bilik və bacarıqların əldə olunmasına və təkmilləşdirilməsinə şərait yaradır” (1).  
Bu,  bir  həqiqətdir  ki,  təsviri  incəsənət  kurikulumu  bilik  və  bacarıqların  yarı-ayrı  fənlərin 
köməyilə  təşkil edilən konsepsiyasına istinad edir. Həmin  yanaşma nəzərdə tutur ki,  məktəblilər  
fənlər  üzrə  keçdikləri  mövzular  vasitəsilə  müxtəlif  sahələr  üzrə  müəyyənləşdirilmiş  məzmunu 
bilməli və tətbiqinə nai olmalıdırlar.    
V-VII  siniflərdə  dərs-söhbətlərin  təşkili  zamanı  incəsənətə  dair  şagirdlərə  məlumatların 
verilməsi  zamanı  fənlərarası  və  fəndazili  əlaqələrə  müraciət  olunması,  bir  tərəfdən  şagirdlərin 
marağına,  onların  zəruri  məlumatlara  yiyələnmələrinə  şərait  yaradır,  onların  fəallığını,  biliklərə 
yiyələnmə həvəsini və tələbatını artırır, digər tərəfdən, incəsənət təliminin səmərəliliyini yüksəldir.  
Fənn  müəllimi  nəzəri    və  metodik  hazırlığa  malik  olmalı,  pedaqoji  ustalıq  nümayiş 
etdirməlidir.  Bu  sahədə  müəllim-şagird  münasibətlərinin  düzgün  qurulması  da  az  əhəmiyyət 
daşımır.  Yüksək nəzəri hazırlığa malik olmaq hələ müəllim üçün kifayət etmir, o, metodik səriştəyə 
də  yiyələnməlidir.  Bundan  başqa,  şagirdlərlə  ünsiyyəti  qura  bilmirsə,  onların  yaş  və  anlaq 
səviyyələrini  nəzərə  almırsa,  həm  də  müəllim-şagird  ünsiyyəti  lazımi  səviyyədə  deyilsə,  dərsin 
məqsədinə çatmaq çətin olur. 
Problemin  aktuallığı.  “Azərbaycan  Respublikasinin  ümumtəhsil  məktəblərinin  I-IX 
sinifləri  üçün  təsviri  incəsənət  fənni  üzrə  təhsil  proqramı  (kurikulumu)”nda  incəsənətə  dair 
söhbətlərin aparılması imkanları araşdırılır. 
Problemin  elmi  yeniliyi.  “Təsviri  incəsənət  fənni  üzrə  təhsil  proqramı  (kurikulumu)”nda 
incəsənətə dair söhbətlərə ayrılan yer diqqət mərkəzinə gətirilir. 
Problemin  praktik  əhəmiyyəti.  Məqalədən təsviri incəsətət  fənni  üzrə  məşğələləri aparan 
müəllimlər faydalanacaqlar. 
 
 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə