Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə79/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   75   76   77   78   79   80   81   82   ...   121

159 
 
işlərinin mövzularına da münasibət bildirilmişdir. “Qaydalar”da deyilir: 
“2.2. Buraxılış işlərinin mövzuları müvafiq kafedra tərəfindən müəyyənləşdirilir və fakültə 
elmi  şurasında  təsdiq  olunur.  Bu  zaman  tələbəyə  də  mövzu  seçmək  hüququ  verilir.  Lakin  həmin 
mövzu əvvəlcədən müzakirə və təsdiq üçün kafedraya təqdim olunmalıdır” (2).  
Azərbaycan  Respublikası  Təhsil  naziri  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  13 
fevral  1997-ci  il  tarixli  15  nömrəli  qərarı  ilə  təsdiq  olunmuş  “Magistr  hazırlığı  haqqında” 
əsasnaməni əsas tutub ali təhsilin magistratura pilləsində magistrlik dissertasiyasının hazırlanması, 
təsdiq  olunması  və  müdafiəsini  nizama  salmaq  məqsədilə  20  aprel  1998-ci  il  tarixli,  202  nömrəli   
əmr imzalamış, magistrlik dissertasiyasının hazırlanması, təqdim olunması və müdafiəsi qaydaları 
haqqında əsasnaməni təsdiq etmişdir (4). 
Magistrlik dissertasiyalarının müdafiəsi ali məktəbdə yaradılmış ixtisaslaşdırılmış şuralarda 
keçirilir.  Müvəffəqiyyətlə  müdafiə  edənlər  vahid  dövlət  nümunəli  diplomlar  və  magistr  dərəcəsi  
alırlar. 
“Əsasnamə”də  deyilir:  “Magistrlik  dissertasiyasının  müdafiəsinə  tədris  planında  nəzərdə 
tutulmuş  bütün  fənləri  tam  mənimsəyən  və  müvəffəq
 
qiymət  alanlar  buraxılırlar.    ...  Magistrlik 
dissertasiyasının müdafiəsi “qeyri-kafi”, “kafi”, “yaxşı”, “əla” qiymətlərlə qiymətləndirilir” (3). 
Magistrlik dissertasiyalarını qarşısında bir sıra  tələblər qoyulur.  Bu xüsusda “Əsasnamə”də  
deyilir: 
“3.1. Magistrlik dissertasiyası elmi rəhbərin rəhbərliyi altında magistrantın müstəqil yerinə 
yetirdiyi  elmi-tədqiqat  (yaradıcılıq)  ...  işidir.  Magistrlik  dissertasiyası  magistrantın  müvafiq 
ixtisaslaşma  və  ya  sahə  üzrə  gətirdiyi  yeniliyi  əks  etdirməlidir.  Magistrlik  dissertasiyasının 
hazırlanması  və  müvəffəqiyyətlə  müdafiəsi  magistr  hazırlığı  proqramının  yerinə  yetirilməsinin 
məcburi şərtdir.  
3.2. Magistrlik dissertasiyası aşağıdakı tələblərdən birinə cavab verməlidir: 
-  işdə  baxılan  müvafiq  elmi  istiqamət  üçün  mühüm  əhəmiyyəti  olan  hər  hansı  məsələnin 
yaradıcı həllinə; 
- mühüm
 
tətbiqi əhəmiyyəti olan texniki, iqtisadi və texnoloji işləmələrin təkmilləşdirilmiş 
elmi şərhinə “ (3).  
Dissertasiya  mövzuları  aktual  olmalı,  dövlətin  təhsil  siyasətinə  uyğun  gəlməli,    müasir 
dövrün tələbləri ilə səslənməlidir.  
Müdafiəyə təqdim edilən əsərdə magistrantın nail olduğu nəticələr mötəbər olmalı, həm elmi 
və həm də praktik baxımdan əsaslandırılmalı, zəruri təkliflər irəli sürülməlidir.    
”Əsasnamə”də  magistrantın  elmi  rəhbərinin  vəzifələrinə  də  aydınlıq  gətirilmişdir.  Diqqət 
yetirək. O: 
 - magistranta dissertasiyası üçün tapşırıq verir;  
 -  magistranta  dissertasiyanın  yerinə  yetirilmə  dövrünü  əhatə  edən  fərdi  iş  planının 
hazırlanmasında köməklik göstərir;  
 -  magistranta  dissertasiya  işi  üçün  lazım  olan  elmi  metodik  ədəbiyyatı,  məlumat  və  arxiv 
materiallarını, layihələri və digər mənbələri tövsiyə edir
 -  magistrantla  müntəzəm  olaraq  fərdi  iş  planına  uyğun  söhbətlər  aparır,  ona  elmi-metodik 
məsləhətlər verir (3). 
 Elmi rəhbər vaxtaşırı magistrlik dissertasiyasının yerinə yetirilmə vəziyyəti  ilə maraqlanır, 
işin hazır hissəsi ilə tanış olub, magistranta zəruri məsləhətlərini verir,  magistrant da öz növbəsində 
tez-tez  elmi  rəhbər  və  təhkim  olunduğu  kafedra  ilə  əlaqə  saxlayır,  kömək  və  məsləhət  alır,  eyni 
zamanda dissertasiyasının hazırlanmasına ilə bağlı hesabat verir. Dissertasiya hazır olduqdan sonra 
onun qısa məzmununu, əsas elmi ideyalarını və nəticələrini özündə əks etdirən referat tərtib edir.    
Prof. R.L.  Hüseynzadə  “Magistr  dissertasiyası” metodik vəsaitində  dissertasiyanın səciyyəsini 
vermiş,  tədqiqat  işinin  xüsusiyyətləri  və  əsas  anlayışları,  mövzunun  seçilməsi,  elmi  məlumatların 
toplanması  məsələlərinə  aydınlıq  gətirmiş,  dissertasiya  və  mənbələr  üzərində  işi,  dissertasiyanın 
planlaşdırılması, referatın yazılması, magistrlik dissertasiyasının tərtibi və ona verilən başlıca tələblər, 
elmi  rəhbərin  vəzifələri  və  magistrantla
 
onun  əməkdaşlığı,  dissertasiyanın  müdafiəsi  və  s.  məsələləri 
əhatə etmişdir. 
Professor metodik vəsaitdə göstərir ki, “magistr” latın mənşəli söz olub “müəllim”, “rəhbər” 
mənalarını ifadə edir. Qədim Romada “magistr” dərəcəsi mühüm vəzifə səlahiyyətləri olan şəxslərə 
verilirdi.  Bizans  inperatorluğunda  isə  bu  ad  yüksək  məmur  rütbəsi  tituluna  müvafiq  idi.  Magistr 
məfhumu “ustad” adının sinonimi, öz işinin mahir bilicisi, ustası kimi qəbul edilir. “Maestro” sözü 


160 
 
də “magistr” sözündən meydana gəlmiş, musiqi sahəsinin bilicisi kimi başa düşülür” (5, 5). 
2. Auditoriyadankənar müstəqil iş müəllimin tapşırığına əsasən verilsə də, onun iştirakı tələb 
olunmur.  Yerinə  yetirilmə  müddəti  müəllim  tərəfindən  müəyyən  olunur.  Auditoriyadankənar 
müstəqil  iş  təlimin  praktik,  təhsilləndirici  və  yaradıcı  və  inkişafetdirici  vəzifələrinin  həyata 
keçirilməsinə xidmət edir, əldə olunmuş bilik və bacarıqların tətbiqolunma dairəsini genişləndirir. 
Auditoriyadankənar  iş  bu  və  ya  digər  fənnin  təliminin  bütün  müddətində  həyata  keçirilir,  tələbə 
oğlanlarda və qızlarda yeni biliklərə yiyələnmək tələbatı yaradır və bu tələbatı artırır. 
3.  Tədqiqatçılıq  işi    yaradıcı  şəxsiyyətin  hazırlığında  və  tərbiyəsində  mühüm  istiqamətdir, 
yeni  obyektiv  elmi  biliklərə  sahib  olmağa  kömək  göstərir.  Tədqiqatçılıq  fəaliyyəti  zamanı 
tələbələrdə  müasir  perspektiv  texnologiyalar  səviyyəsində  peşə  təfəkkürü,  o  cümlədən  mücərrəd 
təfəkkür, didaktik bacarıqların yüksək səviyyəsi formalaşdır; elmi və peşə fəaliyyətində məhsuldar 
əməkdaşlıq etmə qabiliyyəti təkmilləşir. 
Tədqiqat  xarakterli fəaliyyət zamanı tələbələr aşağıdakı işləri yerinə yetirirlər: 
1. Əqli əməyin təşkili vasitələri: plan, tezis, konspekt
2.  Mövzuya uyğun materialların hazırlanması: mətn, referat, məruzə, annotasiya
3. Elmi əsərin nəzərdən keçirilərək qiymətləndirilməsi: rəy;  
4.  Müstəqil  tədqiqat  əsəri:  ali  təhsilin  bakalavriat  pilləsində  -  buraxılış  işləri,  magistratura 
pilləsində - magistrlik dissertasiyası, məqalə, elmi-tədqiqat işi, tədris-tədqiqat işi.  
II.  Tələbələrin  tədqiqat  fəaliyyəti  kreativliyin  həyata  keçirilməsi  vasitəsi  hesab  olunur. 
Kreativlik  (yaradıcı  təfəkkür)  dedikdə,  bir  sıra  ideyaların  yaradılması  qabiliyyəti,  müxtəlif 
tərəflərdən problemin həllinə yanaşma bacarığı və müxtəlif nöqteyi-nəzərdən vəziyyəti görə bilmək,  
düşünüb maraqlı və qeyri-adi ideyalar müəyyənləşdirmək,  öz qənaətlərində sabitqədəm və inamlı 
olmaq anlaşılır. 
Kreativliyi  inkişaf  etdirməyin  məqsədi  məntiqi  və  yaradıcı  təfəkkürü  inkişaf  etdirmək, 
situasiyanı  yaradıcı  şəkildə  modelləşdirmək;  yeni  ideyaları  meydana  gətirmək,    kommunikasiya  
mədəniyyətinə yiyələnmək;  informasiyanın qarşıda dayanan məqsədinin yerinə yetirilməsi üçün lazım 
olanın seçilməsi və s. bu kimi elmi-tədqiqat fəaliyyətinin praktik vərdişlərinin formalaşdırılmasıdır. 
Məruzə və çıxışlarında  müstəqil işin nəticələrindən danışan tələbə öz nöqteyi-nəzərini  irəli 
sürür, kurs yoldaşının səhv baxışlarına münasibətini bildirir. 
Pedaqoji ədəbiyyatda  tədqiqat fəaliyyətinin iki növü diqqətdə dayanır.   
1.
 
Tədris planında nəzərdə tutulmuş  tədqiqat işi.  
Bu  növ  problem-referativ  tip  tədqiqat  işləridir.  Bu  tədqiqat  işləri    bir  sıra  ədəbiyyat 
mənbələri əsasında yazılır, tələbə həmin mənbələri əsas tutaraq, onlara münasibət bildirərək, tənqidi 
təhlillər  apararaq,  özü  yeri  gəldikcə,  qənaətlərini  bildirir,  öz  ideyalarını  irəli  sürür  və    müvafiq,  
önəmli nəticələrə gəlir. 
Bu tədqiqat işini yerinə yetirməklə əslində elmi-tədqiqat sahəsində ilk addımlarını atır, elmi 
ədəbiyyatla işləmək, tədqiqat aparmaq üzrə praktik vərdişlərə yiyələnir. 
Tədqiqat işinin qiymətləndirilməsi meyarları: 
-yazılmış materialın mövzunu əhatə etmə dərəcəsi
-problemin aktuallığının əsaslandırılma səviyyəsi; 
-tədqiqatın  obyektinin,  predmetinin,  məqsəd  və  vəzifələrinin,  yeniliyinin,  nəzəri  və  praktik 
əhəmiyyətinin formalaşdırılması səviyyəsi və s. 
-problem üzrə nəzəri və təcrübi məsələlərin üzvi vəhdət təşkil etməsi
-fəsillərin  bir-birini  tamamlaması,  yarımfəsillərin  fəsildə  nəzərdən  keçirilən  məsələni  əhatə 
etməsi; 
-ədəbiyyat  siyahısının  əlifba  sırasına  uyğun  tərtib  olunması  (xarici  və  daxili  sıralanmaya 
əməl edilməsi); 
2. Tədris planında nəzərdə tutulmayan tədqiqat işi.  
Tədqiqat  işinin  bu  forması  tələbə-gənclərdə  tədqiqat  və  kreativ  qabiliyyətlərin  inkişaf 
etdirilməsi  baxımından  daha  səmərəlidir.  Tədqiqat  mövzusu  tələbələrin  öz  təşəbbüslərinə  və 
marağına əsasən müəyyənləşdirilir. 
Elmi-tədqiqat  və  eksperimental  forma  tələbələrə  öz  yaradıcı  qabiliyyətlərini  daha  tam  açıb 
göstərməyə imkan verir. Tədqiqat fəaliyyəti bir neçə mərhələni əhatə edir. Buraya daxildir:   
Təşkilati-hazırlıq  –  ideyaların  meydana  gəlməsi,  mövzunun  müəyyənləşdirilməsi, 
planlaşdırma. 
Texnoloji – informasiyanın toplanması və təhlili, zəruri eksperimentlərin aparılması,  alınmış 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə