Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə8/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   4   5   6   7   8   9   10   11   ...   121

17 
 
Naxçıvana”  kitabının  “Azərbaycan  tarixində  Naxçıvan”  fəslinin  hər  bir  səhifəsində,  o  cümlədən  istər 
“Qədim  və  həmişəcavan  diyar:  Naxçıvan”,  istər  “Naxçıvan  xanlığı  bayrağının  sorağında”,  istər 
“Naxçıvanın  muxrariyyət  statusu  Azərbaycan  dövlətçiliyinin  tarixi  nailiyyəti  kimi”,  istərsə  də  “Qars 
müqaviləsində  Naxçıvanın  təmsilçiliyi”  bölmələrində  akademik  məntiqlə  təsdiqlənir  ki,  Naxçıvanın 
tarixini  Azərbaycan  tarixindən  ayırmaq  qeyri-mümkündür  və  azərbaycançılıqda  ardıcıllıqları, 
dönməzlikləri ilə səciyyələnən naxçıvanlılar nəinki bölgədə, eləcə də ümumən ölkədə milli maraqların 
qorunması üçün həmişə canlarından keçməyə hazır olmuşlar.  
 
O da var ki, akademik İsa Həbibbəyli elmi tədqiqatlara hələ gənc yaşlarında ədəbi şəxsiyyətlərin 
həyat  və  yaradıcılığını  öyrənməkdən  başlamış  və  bu  sahədə  son  yarıməsrlik  bir  dövrdə  yüzlərlə  elmi 
yeniliyə  imza  atmışdır.  Görkəmli  alimin  yaradıcılığındakı  özünəməxsusluğu  şərtləndirən  bu  məqamı 
professor Cahangir Məmmədli belə səciyyələndirmişdir: “Akademik  İsa Həbibbəyli ... hər bir klassik 
və  müasir  ədəbi  hadisədə  aktuallıq  axtaran  tədqiqatçıdır.  Bu  aktuallıq  mütləq    xalqa,  vətənə,  milli 
təəssübkeşliyə  bağlı  olmalıdır”  (3).  “Xalqa,  vətənə,  milli  təəssübkeşliyə  bağlılıq”  baxımından 
“Nuhçıxandan  Naxçıvana”  kitabının  “Cəhalət  dərdinin  dərmanı:  maarifçilik”  adlı  IV  bölməsində, 
həmçinin  “Naxçıvan  ədəbi  mühiti”  adlı  V  bölməsində  tərcümeyi-halları  Naxçıvandan  başlanan 
Azərbaycan söz sənətinin böyük korifeylərindən, həmçinin çağdaş Naxçıvan ədəbi mühitinin istedadlı 
qələm  sahiblərindən  bəhs  edilməsi  tamamilə  təbii  görünür.  Əslində  İsa  Həbibbəyli  qəti  şəkildə 
təsdiqləyir  ki,  bölgələrdə  yaranan  ədəbiyyatı  tədqiq  etmədən  Azərbaycan  ədəbiyyatını  küll  halında 
öyrənmək mümkün deyil. Daha doğrusu, kitabda Cəlil Məmmədquluzadəyə, Məhəmməd Tağı Sidqiyə, 
Hacıağa Fəqir Ordubadiyə, Eynəli bəy Sultanova və onlarla digər görkəmli şəxsiyyətlərə dair bilgilər 
göstərir ki, Azərbaycan söz sənətinin sərhədləri bizim təsəvvürlərimizdə canlandırdığımız xəritədən son 
dərəcədə  genişdir.  Eləcə  də  eyni  bölmədə  “Şərq  qapısı”  məktəbi”,  “Azərbaycanda  Naxçıvan  Dövlət 
Universiteti”, “Naxçıvanda ilk elmi jurnal” başlığı altında aparılan təhlillər oxucuda belə bir obyektiv 
fikir formalaşdırır ki, Azərbaycan maarifçilik hərakatında bölgənin özünəməxsus yeri, rolu olmuşdur və 
bu  özünəməxsusluğu  şərtləndirən  başlıca  amil  naxçıvanlıların  elmə,  təhsilə  ilahi  sevgisidir.  Digər 
tərəfdən, əslində “Cəhalət dərdinin dərmanı: maarifçilik” bölməsində Azərbaycan elmi fikrinin diqqəti 
maarifçilik hərəkatını irəli aparan onlarla elə görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığına yönəldilir 
ki,  XX  əsrdə  bolşevizmin  müəyyənləşdirdiyi  plana  uyğun  olaraq  həmin  şəxsiyyətlərin  həyat  və 
fəaliyyətləri  artıq  unudulmaq  təhlükəsi  ilə  üzbəüz  qalmışdı.  Beləliklə,  akademik  İsa  Həbibbəyli 
Naxçıvan elmi və ədəbi mühiti ilə əlaqəli hər bir axtarış və tapıntısında prinsipcə Naxçıvanşünaslığın 
yeni səhifələrini yazmışdır.  
“Nuhçıxandan Naxçıvana” kitabının “Naxçıvan ədəbi mühiti” adlı V bölməsi deməyə əsas verir 
ki,  akademik  İsa  Həbibbəyliyə  məxsus  bilklər  sistemində  ədəbiyyat  tarixi,  ədəbiyyat  nəzəriyyəsi  və 
ədəbi  tənqid  vəhdət  halındadır.  Başqa  sözlə,  biz  bu  bölmədə  görkəmli  alimin  istər  “Azərbaycan 
ədəbiyyatının Naxçıvan məktəbi”nə, istər “ədəbiyyatşünaslıq elminin Naxçıvan məktəbi”nə, istərsə də 
çağdaş Naxçıvan ədəbi mühitinə dərindən nüfuz etdiyini, Naxçıvan ədəbi mühitinin incəliklərinə vaqif 
olduğunu  görürük.  Prinsipcə  kitabın  bu  bölməsi  Azərbaycan  elmi  fikrinə  Xalq  yazıçısı  Hüseyn 
İbrahimovun, şair Hüseyn Razinin, Elman Həbibin, Vaqif Məmmədovun, Xanəli Kərimlinin, Telman 
Ağrıdağın, İbrahim Yusifoğlunun sənət dünyası haqqında tamamilə yeni bilgilər təqdim etməkdədir.  
Əlbəttə ki, akademik İsa Həbibbəyli çox doğru olaraq bu nəticəyə gəlmişdir ki,   Naxçıvan 
elmi  mühitinin  inkişafı  bir  qayda  olaraq  ənənə  və  novatorluq  prinsipinə  əsaslanmışdır.  Məhz  bu 
prinsipin  meyarları  kitabın  VI  fəslində  Azərbaycan  elminin  inkişafında  Naxçıvanda  yaşayıb-
yaradan  elm  cəfakeşlərinin    xidmətlərini  daha  obyektiv  şəkildə  dəyərləndirməklə  nəticələnmişdir.  
Daha doğrusu, “Azərbaycan  elmində Naxçıvan”  adlı bu fəsildə orta  əsrlərdən üzü bəri Nəsrəddin 
Tusi, Əbubəkr ibn Məhəmməd Naxçıvani, Hinduşah Naxçıvani, Baba Nemətullah Naxçıvani kimi 
məşhur  naxçıvanlı  elm  adamlarının  insanlıq  tarixinə  gətirdikləri  yeniliklər  bir  daha  yada  salınmış,  
həmçinin XIX və XX əsrlərdə, eləcə də müstəqillik illərində bölgədə elmi mühitin  daim yüksələn 
xətlə  inkişaf  etdiyi  son  dərəcədə  maraqlı  fakt  və  təhlillərlə  nəzər  nöqtəsinə  çəkilmişdir.  Əslində 
akademik  İsa Həbibbəylinin  təqdimatında, bəlkə  də, fərqinə varmadığımız belə bir həyat  həqiqəti 
məxsusi vurğulanır ki, tarixin istənilən dönəmində Naxçıvan ziyalıları elmin  bir çox sahələri üzrə 
mühüm uğurlara imza atmışlar. 
 “Nuhçıxandan Naxçıvana”  kitabının hər bir bölümündə bizə, daha doğrusu bizi əhatə edən 
həqiqətlərə  üz  tutulur.  Lakin  akademik  İsa  Həbibbəyli  həmin  həqiqətlərin  məhz  bizim  üçün 
görünməz olan tərəflərinə işıq salır və elə bu məqamda alim öz oxucusunui alternativsiz bir nəticə 
ilə  baş-başa  qoyur:  heyrətləndirmək.  Məsələn,  200  ildir  ki,  dünya  elmi  “Kitabi-Dədə  Qorqud” 
eposundan bəhs etməkdədir. Bu möhtəşəm epos haqqında Azərbaycanda da onlarla monoqrafiyalar, 


18 
 
yüzlərlə elmi məqalələr yazılmışdır. Bununla belə, “Basatın Təpəgözü öldürdüyü boy”da Naxçıvanı 
görmək üçün boya məhz İsa Həbibbəyli təfəkkürünün işığında baxmaq lazımdır.  
 
 “Nuhçıxandan  Naxçıvana”  adlı  möhtəşəm  elmi  mənbənin  sonunda  akademik  İsa 
Həbibbəylinin Naxçıvan haqqında artıq nəğmələrə çevrilmiş şeirləri ilə qarşılaşırıq. Həmin poetik 
nümunələr müqəddəs Naxçıvan torpağını tərənnüm etməklə bərabər, həm də öz oxucusuna deyir ki, 
bu  ulu  məmləkət  haqqında  gələcəkdə  də  bütünlüklə  vətənə  məhəbbətlə  yazılmış    1000  səhifəlik 
kitabların nəşri qaçılmazdır.  
 
ƏDƏBİYYAT 
1.
 
İsa Həbibbəyli. Nuhçıxandan Naxçıvana. Bakı: Elm və təhsil. 2015 
2.
 
Yavuz Akpınar. Naxçıvanı dünyaya tanıtdıranlardan biri: İsa Həbibbəyli. “Ədəbiyyat qəzeti”, 
16 oktyabr 2009 
3.
 
Cahangir Məmmədli. Ömür karvanının altmış yaşı. “525-ci qəzet”, 17 oktyabr 2009 
 
 
 
ABSTRACT 
  Iman Jafarov  
The monumental confirmation of unlimitidness of academician 
 İsa Habibbayli`s love for Nakhichivan 
 
The  article  deals  with  the  academician  Isa  Habibbayli`s  book  “From  Nuhchıkhan  to 
Nakhchivan”  consisting  of  845  pages.  İt  is  noted  that  this    new  book  of  ithe  intelligent  person 
dedicating  his  whole  life  to  science  and  faith  to  national  leader  Heydar  Aliyev`s  ideas  is  a  new 
event in the book history of Azerbaijan.  
Readers    face    with  the   unlimitedness  affection  of    the  author  for  Nakchivan  in    the  each  
page of the book which  distinguished  with  its structure and   magnificence.                 
It  is suggested in the book that Nakchivan is not only an ancient Turkish land but it is also a 
sacred  place  having  speacial  place  in  human  history  which    from  time  to  time  intervened  the 
processes  in  the  continents  of  Europe  and  Asia  from  the  point  of  view  of  humanism,at  the  same 
time it has  a special weight  in preserving  national values taking into consideration the Eastern and 
Western values. 
 
РЕЗЮМЕ 
                   Иман Джафаров 
Монументальное подтверждение беспредельности  
любви к Нахчывану академика Исы Габиббейли 
 
 
В  статье  говорится  о  845  страничной  книге  академика  Исы  Габиббейли  «От 
Нухчыхана  в  Нахчыван».  Автор  обосновывает  мысль,  что  новый  труд  светломыслящего 
ученого,  проводившего  всю  свою  жизнь  в  верности  к  идеям  Общенационального  лидера 
нашего  народа  Гейдара  Алиева  и  служению  науке,  является  важным  событием  в  истории 
книгоиздании Азербайджана. На каждой странице книги, отличающейся своей структурой и 
великолепием,  читатель  встречается  с  безграничной  любовью  автора.  В  книге  внушается 
мысль,  что  Нахчыван,  будучи  древанейшим  тюркским  поселением,  одновременно  является 
святой землей, занимающей важное место в истории человечества, временами вмещивающей 
идущим процессам в материках Европы и Азии с точки зрения гуманизма, имеющей особого 
веса в охране и сохранении национальных ценностей в Восточно-Западном контексте. 
 
 
      НДУ-нун  Елми  Шурасынын  23  sentyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01). 
      Məqaləni  çapa  təqdim  etdi:  Filologiya  üzrə  elmlər  doktoru, 
professor  H.Həşimli 
 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə