Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə80/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   76   77   78   79   80   81   82   83   ...   121

161 
 
nəticələrin formalaşdırılması. 
Tədqiqatın hər bir mərhələsi kreativliyin (yaradıcı təfəkkürün) inkişaf etdirilməsini nəzərdə 
tutur.  Tədqiqat  fəaliyyətinin  yekunlaşdırılması  forması,  nəticəsi  tədqiqat  işinin  müdafiə 
olunmasıdır.   
3.  Tələbələrin  müstəqil  işlərinin  səmərəliliyi  onun  necə  təşkil  olunmasından  və  yerinə 
yetirilməsinə  motivasiyanın  səviyyəsindən,  yerinə  yetirilmə  formalarından,  tapşırığın 
məzmunundan xeyli dərəcədə asılıdır. 
Tələbələrin müstəqil işlərinin iki mərhələsini qeyd etmək mümkündür:  
1. Birinci mərhələdə müəllim tələbələrə müstəqil işin sadə priyomlarını öyrədir. O, müxtəlif 
mənbələrdən  bilikləri  əldə  etmə  yollarını,  onları    qruplaşdırmağı,  tutuşdurmağı  və  müqayisə  və 
təhlil etməyi, ümumiləşdirmə aparmağı,  müəyyən nəticəyə gəlməyi gənclərə başa salır. 
Bu zaman müəllim məsləhətçi və təşkilatçı rolunu ifa edir. 
2.  İkinci  mərhələdə  müstəqil  iş  üzrə  vərdişlərə  yiyələnmiş  tələbə  tədqiqat  işinə  hazırlanır. 
Müvafiq məsələlərlə bağlı onun özünün nöqteyi-nəzəri meydana gəlir. 
Tələbə  qeyri-standart  məsələləri  həll  etməyə  qabil  olur.  Müstəqil  işin  nəticələri  məruzə, 
referat, yaxud qıza məlumat şəklində təqdim oluna bilər.  
Tələbələrin  tədris-idrak  fəallığının  inkişaf  etdirilməsi  baxımından  auditoriyadankənar  işin 
müxtəlif formalarından faydalanmaq mümkündür.  
Fənlərin öyrənilməsi prosesində və auditoriyadankənar  tədbirlər zamanı tələbələri aşağıdakı 
qruplara  bölmək  mümkündür:  1.  Qeyri-fəal  tələbələr.  Bu  tələbələrdə  özünütəhsil  və  özünütərbiyə 
kifayət  qədər  formalaşmamışdır.    2.  İmkanları  gizli  qalan  tələbələr.    Tələbələrin  əksəriyyəti  
özünütəhsil  və  özünütərbiyə  maraq  göstərirlər.  3.  Fəal  tələbələr.  Bu  tələbələr  təkcə  biliklərə 
yiyələnmək vasitəsi kimi deyil, dərketmə (idrak) predmeti kimi özünütəhsildən və özünütərbiyədən 
istifadəyə  yaradıcı yanaşırlar.   
Tələbələrin  müstəqil  işinin  təşkilinin  əsas  vəzifəsi  hər  hansı  məşğələ  formasında  əqli  
təşəbbüskarlığın  və təfəkkürün  psixoloji-didaktik şərtlərinin yaradılmasında öz ifadəsini tapır.  
Tələbələrin müstəqil işlərinin  uğurlu alınmasında   müəllimin rolu böyükdür.  Onun üzərinə 
mühüm  vəzifələr  düşür.  O,    heç  də  ümumiyyətlə  tələbə  ilə  deyil,  əslində    güclü  və  zəif  tərəfləri, 
özünəməxsus fərdi  xüsusiyyətləri  və meyilləri olan konkret şəxsiyyətlə birgə fəaliyyət göstərməli, 
ona istiqamət verməlidir. Müəllimin vəzifəsi  gələcəyin yüksək ixtisaslı mütəxəssisi olan tələbənin 
ən yaxşı keyfiyyətlərini görə və qiymətləndirə bilməkdən ibarətdir. Müəllim  fənnə maraq oyatmalı,  
tələbələrə  müstəqil  düşünməyi  və    hər  hansı  bir  problemin  həllinə  yaradıcı  yanaşmağı  öyrətməli, 
eyni zamanda tələbə oğlanların və qızların aşağı motivasiyasının səbəbini aşkara çıxarmalıdır.    
 
Bu problemin həllinin müxtəlif üsulları vardır: 
1.  Fəaliyyətin  formaları  və  təlimin  metodları  növbələşdirmək:  izah-üllüstrativ,  qismən-
axtarıcılıq,  yaxud  tədqiqat  xarakterli.  Müəllim  qismən-axtarıcılıq  metodundan  istifadə  etməklə  
təkcə  məlumat  və  bilikləri  şərh  etməklə  öz  işini  məhdudlaşdırmır,  həm  də  müxtəlif  vasitələrin 
köməyi ilə  yeni biliklərin axtarışını təşkil edir. Tələbələr müəllimin rəhbərliyi ilə müstəqil düşünür, 
fikir yürüdür, meydana çıxan idrak məsələlərini həll edir, problemli vəziyyətləri yaradır və həll
 
edir, 
təhlil  edir,  müqayisəsini  aparır,  ümumiləşdirir,  nəticə  çıxarırlar.  Beləliklə,  əsaslı  biliklərə 
yiyələnirlər.    
Tədqiqatçılıq  metodunun  üstünlüyü  ondadır  ki,    tələbələr  müəllimin  köməyi  ilə  problemi 
formalaşdırır  və  tədqiqat  prosesində,  alınan  cavabların  müqayisəsi  əsasında  biliklər  müstəqil 
mənimsənilir.  Müəllim  yalnız    problemli  məsələlərin  həlli  prosesini  idarə  edir,    bu  zaman  təlim 
prosesinin  özü  yüksək  maraqla  müşayiət  olunur,  qazanılmış  biliklər  dərinliyi,  həqiqiliyi  ilə 
fərqlənir.  Bu  metod  təlimin  optimallaşdırılması  üzün  vacib  olub,  biliklərin  yaradıcı 
mənimsənilməsini nəzərdə tutur. Optimallaşma təkmil pedaqoji  texnologiyalarla daimi innovasiya 
prosesidir, bir çox mümkün variantlardan ən yaxşısının seçimi prosesidir.   
2. Tələbələrin yaşı və səviyyəsi diqqət mərkəzində dayanmalıdır. 
3. Tələbələrin qabiliyyətləri nəzərə alınmalıdır. 
Tələbələrin fəal müstəqil işi ciddi və  səbatlı, dayanıqlı motivasiya şəraitində  mümkündür.  
Ən güclü motivləşdirici amil gələcək səmərəli peşə fəaliyyətinə hazırlığın aparılmasıdır. 
Tələbələrin müstəqil işinin fəallaşdırılmasına kömək göstərən amillər vardır ki, onları daxili 
və xarici amillər kimi səciyyələndirə bilərik. Daxili amillərə aiddir:  
1.  Müstəqil  işin  faydalılığı.  Tələbə  biləndə  ki,  onun  araşdırmalarının,  fikirlərinin, 
qənaətlərinin nəticələri  məqalələrdə, mühazirələrdə, konfrans materiallarında, metodik vəsaitlərdə, 


162 
 
laborator praktikumda istifadə olunacaq,  o, öz işinə daha ciddi və məsuliyyətlə yanaşacaq,  verilən 
tapşırığın daha keyfiyyətlə yerinə yetirəcək və ən əsası, öz əməyindən zövq alacaq. 
Ona görə də müstəqil işlərin yerinə yetirilməsi prosesinə rəhbərlik edən və bu prosesi idarə 
edən müəllim tələbəni psixoloji cəhətdən bu işə hazırlamalıdır. 
2. Tələbələrin  yaradıcılıq fəaliyyətinə qoşulmaları.  Buraya onların   elmi-tədqiqat, təcrübi-
konstruktor və metodik işlərdə iştirakı daxildir.  
3. İntensiv pedaqogika mühüm motivasiya amili  kimi özünü göstərir.  O,  təlim prosesinə 
fəal  metodların,  o  cümlədən  əsasında  innovasiya  və  təşkilati-fəaliyyət  yönümlü  oyunlar  dayanan 
oyun  treninqini  daxil  etməyi  məqsədəuyğun  hesab  edir.  Bu  tipli  oyunlarda  obyektə  aid  birtərəfli 
xüsusi  biliklərdən  çoxtərəfli    biliklərə  keçid,  aparıcı  ziddiyyətlərin  müəyyənləşdirilməsi  ilə  onun 
modelləşdirilməsi  baş  verir.    Belə  yanaşmada  məşğələlərin  işgüzar,  yaxud  situasiya  xarakterli 
formaları,  o  cümlədən  informasiya  kommunikasiya  texnologiyalarından,  innovasiyalardan 
faydalanmaq lazım gəlir. 
4. Tədris fənləri üzrə olimpiadalarda,  elmi-tədqiqat müsabiqələrində,  yaxud tətbiqi işlərdə  
iştirak və s. 
5.  Biliklərə  nəzarətin  motivləşdirici  amillərindən  (qiymətləndirmə,  reytinq,  qeyri-standart 
imtahan prosedurları və s.) istifadə. Bu formalar müəyyən şəraitlərdə öz fikrini əsaslandırmaq cəhdi 
yaradır  ki,  bu  da  öz-özlüyündə  tələbənin  özünütəkmilləşdirməsinin  güclü  motivasiya    amili  kimi 
çıxış edir.  
6. Tələbələrin təlimdəki və yaradıcı fəaliyyətdəki uğurlarının  rəğbətləndirilməsi. 
7. Auditoriyada və auditoriyadan kənarda yerinə yetirilən  tapşırıqların fərdiləşdirilməsi və 
daimi yeniləşdirilməsi. 
8.  İntensiv  təlim  işində  və  müstəqil  işlərdə  müəllimin  şəxsiyyəti  motivasiya  amili  kimi 
önəmlidir.  Müəllim  həm  bir  peşəkar,  həm  də  yaradıcı  şəxsiyyət  kimi  tələbəyə  nümunə  olmalıdır. 
Müəllim öz yaradıcı imkanlarını nümayiş etdirməkdə tələbəyə kömək edə bilər və kömək etməlidir.  
9.  Müstəqil işi yerinə yetirən tələbənin başlıca rolu ondan ibarətdir ki, müəllimin rəhbərliyi 
ilə o, yaradıcı şəxsiyyət olsun.  
Tələbələrin auditoriyadankənar  müstəqil işinin təşkili bir neçə mərhələni əhatə edir. Diqqət 
yetirək: 
1. Hazırlıq mərhələsi. İlk növbədə işçi proqramı hazırlanır. Burada seçilmiş mövzu və onun 
planı  qeyd  olunur.  Tədris-metodik  materiallar  müəyyənləşdirilir,  tələbələrin  hazırlıq  səviyyəsinin 
diaqnostikası aparılır. 
2.Təşkilati  mərhələ.  Bu  mərhələdə  tələbələrin  fərdi  və  kollektiv  işinin  məqsədi 
müəyyənləşdirilir. Fərdi və qrup halında məsləhətlər verilir. İlkin nəticələrin təqdimolunma müddəti 
və formaları diqqətə çatdırılır. 
3.  Fəaliyyət  yönümlü  motivasiya  mərhələsi.  Bu  mərhələdə  müəllim    fərdi  və  qrup 
fəaliyyətinin  müsbət  motivasiyasını təmin  edir; ilkin   nəticələri nəzərdən  keçirir; özünənəzarət  və 
özünütəshihi  təşkil  edir;  qarşıda  duran  məqsədə  uyğun  olaraq  qarşılıqlı  mübadilə  və  qarşılıqlı 
yoxlamanı həyata keçirir. 
4. Nəzarət-qiymətləndirici mərhələ.  Fərdi və qrup hesabatları dinlənilir və qiymətləndirilir.  
Deyilənlərdən    aşağıdakı  nəticəyə  gəlmək  olar.    Müstəqil    işlərin  təşkili    tələbələrin 
tədqiqatçılıq, axtarıcılıq qabiliyyətlərini inkişaf etdirir, onlarda müstəqil elmi axtarışlara qoşulmaq, 
ümumiləşdirmə apararaq konkret nəticəyə gəlmək bacarıqları formalaşdırır. Ali təhsilin bakalavriat 
pilləsində - buraxılış işləri, magistratura pilləsində - magistrlik dissertasiyası tələbələrə tədqiqatçılıq 
səriştəsi aşılayır. 
Problemin  aktuallığı.    Ali  təhsil  müəssisəsində  müstəqil  işlərin  təşkili  özünəməxsus 
əhəmiyyətə  malikdir.  Lakin  müstəqil  işlərin  yerinə  yetirilməsinə  rəhbərlik  həyata  keçirilməlidir.  bu 
proses də müəllim tərəfindən idarə olunmalıdır. Problemin aktuallığını nəzərə alaraq, məqalə müəllifi 
bu problemə müraciət etmişdir.  
Problemin yeniliyi. İnstitut və universitetlərdə yerinə yetirilən müstəqil işlərin təşkili zamanı 
tələbə  auditoriyasının  idarə  olunması  istiqamətində      müəllimin  rəhbərliyinə  dair  xüsusi  tədqiqat 
əsəri yoxdur. Bu problemə müraciət edilməsi ilk təşəbbüs kimi dəyərləndirilə bilər. 
Problemin  praktik  əhəmiyyəti.  Müəllimlər  məqalədə  öz  ifadəsini  tapmış  məsələlərdən 
istifadə edəcəklər. 
 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə