Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə84/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   80   81   82   83   84   85   86   87   ...   121

169 
 
(məsələn, iqtisadi və maliyyə anlayışlarından, müəssisə və təşkilatlar barədə biliklərdən)  gedir.   
İnformasiya mənbələri haqqında biliklər. Söhbət kütləvi informasiya vasitələrinin, xüsusən 
də  İnternetin  insan  üçün  açdığı    informasiya  və  kommunikasiya  imkanlarından,  habelə  
informasiyanı təklif edən   insan və təşkilatlardan  gedir.  
Başqa  mədəniyyətlərdə  qərar  qəbuletmə  situasiyalarında    davranış  haqqında  biliklər
Söhbət  başqa  mədəniyyətlərin  nümayəndələrinin  risk  və  qərar  qəbuletmə  situasiyalarında    necə 
davranması  barədə biliklərdən gedir.  
Qərar qəbuletmə strategiyaları haqqında biliklər.  Bu zaman çıxış situasiyası baxımından 
diqqətin hərəkət alternativləri üzərindəmi yoxsa nəticənin dəyərliliyi üzərindəmi fokuslanmasından 
asılı olaraq iki strategiyanı fərqləndirmək lazımdır. Birinci strategiyada alternativlər verilmiş olur, 
ikincidə isə  onları işləmək lazım gəlir.  
Texniki və koqnitiv səriştəlilik. Burada da söhbət tamamilə yeni və ya  mürəkkəb məsələlərin 
həlli üçün lazım olan qabiliyyətlərdən fərqli bir şeydən getmir. Qloballaşmanın gedişində fərd tez-
tez belə situasiyalarla qarşılaşır. Fərdin bu situasiyaların öhdəsindən uğurla gəlməsi üçün aşağıdakı 
səriştəliklər təhsil prosesində mümkün qədər  erkən vaxtlarda aşılanmalıdır:     
Qeyri-səlis  düşüncə  qabiliyyəti.  Bu  zaman  bir  sıra  düşüncə  tərzləri    başa  düşülür.  Bunların 
üzərində  ətraflı  dayanmayıb  sadəcə    misal  üçün,  tutalım,  “mental  modellər”  (D.O.Konnorun  və 
İ.Makdermotun    tərifinə  görə,  mental  modellər    tərbiyə  və  təhsilin,  gedişində  bizə  aşılanan  və  ömür 
boyu müstəqil olaraq qazandığımız ideya, konsepsiya və təsəvvürlərdir ki, onlar bizim hərəkətlərimizi 
istiqamətləndirir  və  onlardan  səbəb  və  nəticələri  anlayıb  izah  etmək,  habelə  həyat  təcrübəmizə  məna 
vermək üçün istifadə edirik [2]) üzrə düşüncə tərzini, xarici reallığın və mümkün hərəkətlərin və onların 
nəticələrinin  inikasını  göstərə  bilərik.  Fikri  modellər  hipotetik  ardıcıllıqları  imitasiya  etmək,  eyni 
zamanda ssenarilər də qurmaq imkanı verir. Mental modellər üzrə düşüncə bütün mümkün şərtləri və 
nəticələri daxil etməyi, habelə bütün elementləri bir-biri ilə əlaqələndirmək qabiliyyətini  tələb edir.  
İnformasiyanı axtarıb tapıb emal etmək qabiliyyəti. Fərd relevant informasiyanı axtarıb tapmağı, 
bu zaman relevant informasiya mənbələrini seçib onların əhəmiyyətini və mötəbərliyini qiymətləndirməyi 
bacarmalıdır.  Bundan  başqa,  o,  informasiyanın  axtarış  dairəsini  məhdudlaşdırmaq  və  ya  axtarışı 
dayandırmaq  iqtidarında  da  olmalıdır,  əks  halda  qərar  qəbuletmə  məsələsi  yenə  də  sual  altında  qalmış 
olacaqdır.  Bunun  üçün  qərar  verən  şəxs  informasiyanı  “filtrdən”  keçirməli,  yəni  böyük  həcmdə 
informasiyanı  aydın  meyarlar  üzrə  reduksiya  etməli,  başqa  sözlə,  onun  sayını  azaltmalıdır.  Təbii  ki,  o, 
kompüterdən informasiyanın emalı aləti, habelə qərara dəstək sistemi kimi istifadə etməyi də bacarmalıdır.  
Məqsədi təyin etmək və strukturlaşdırmaq qabiliyyəti. Fərd öz məqsədlərini  təyin edib, onları 
strukturlaşdırmağı və qiymətləndirməyi bacarmalıdır. Bu, hər bir rasional qərarın əhəmiyyətli ilkin şərtidir.    
Situasiyanı  təhlil  etmək  qabiliyyəti.  Fərd  qərar  qəbuletmə  məsələsinin  xarakteristikalarını 
düzgün  təhlil  edib  qiymətləndirməlidir  ki,  münasib  strategiyanı  seçə  bilsin.  Bu,  məsələn, 
mürəkkəblik,  qeyri-müəyyənlik,  risk  və  resurslarla  bağlı  mühakimələrin  irəli  sürülməsini  və  buna 
uyğun qərar vermə strategiyasının seçilməsini nəzərdə tutur.  
Nəzarət  və  qiymətləndirmə  qabiliyyəti.  Fərd,  xüsusən  də  kontekstin  sürətlə  dəyişdiyi  bir 
şəraitdə uzun müddət üçün əhəmiyyətli qərarlar verərkən, öz qərarvermə davranışını  və qərarının 
uğurluluğunu-uğursuzluğunu tənqidi izləməlidir. 
Risklər və strategiyalarla bağlı kommunikasiya qabiliyyəti. Fərd başqaları ilə, xüsusən də 
başqa  mədəniyyətlərə  mənsub  olan  insanlarla  idarəetmə  qərarları  ilə  bağlı  ünsiyyət  qurmağı 
bacarmalıdır.  Səmərəli  mədəniyyətlərarası  kommunikasiya  insanın  özünün  mənsub  olduğu 
mədəniyyətdə qərar qəbuletmə məsələsinin şübhə  altına alına bilməsini nəzərdə tutur.   
Avropa  Şurasının  və  Avropa  İttifaqının  materiallarının  təhlilindən  “ideal”  avropalının  simasını 
yaratmaq olar. Qloballaşmanın pespektivlərində inkişaf etmiş şəxsiyyət idealı olaraq dünya miqyasında 
gedən  dəyişikliklərə  baxmayaraq  təkrarsız  fərdiyyət  kimi  inkişaf  etmiş  və  “bütün  dünyaya  açıq  olan 
vətəndaş”  nəzərdən    keçirilir.  O,  inkişaf  etmiş  mənlik  şüuruna,  vətəndaşlıq  keyfiyyətlərinə,  tənqidi 
təfəkkürə, Avropa və milli identikliyi bir araya gətirən “Mən”obrazına malik, mühakimələrində sərbəst 
olan,  özünütəkmilləşdirməyə,  özinkişafa  can  atan,  fasiləsiz  təhsildə  iştirak  edən,ümumi  mədəniyyətə 
maraq  bəsləyən,  demokratik  və  mənəvi  dəyərləri  (tolerantlıq,  həmrəylik)  bölüşdürən,  dəyişikliklərə 
adaptasiya edən, situasiyanı adekvat qiymətləndirməyi, qərar qəbul etməyi, komandada işləməyi bacaran, 


170 
 
fəal şəxsiyyətdir. Bu idealın mərkəzi elementini intermədəni səriştəliyin inkişaf etdirilməsi təşkil edir. Bu, 
həyat  tərzi  kimi  başa  düşülən  çoxdillilik,  dil-mədəniyyət  baxımından  çeviklik,  başqa  mədəniyyətlərə 
açıqlıq, stereotiplərə və ayrıseçkiliyiə qarşı həssaslıq kimi müxtəlif ölçüləri əhatə edir [7, s. 156].  
 Qloballaşma proseslərinə hazırlıqda mərkəzi rolu başqa dillərdə danışmaq bacarığı oy-nayır. Son 
illər  xarici  dili  mümkün  qədər  erkən  vaxtda  öyrənilməsi  məsələsi  gündəmə  gəlmişdir.  2000-ci  ildə 
Lissabonda  Avropa  Şurası  strateji  məqsəd  kimi  Avropa  vətəndaşlarının  dil  səriştəliliyinin 
yaxşılaşdırılması  məsələsini qaldırmışdı.  2002-ci ilin mart  ayında isə  Barselonada Avropa  ölkələrinin 
dövlət  və  hökumət  başçıları  erkən  yaşlar-dan  ən  azı  iki  xarici  dilin  öyrənilməsini  və  dil  səriştəliyi 
infikatorunun  (Avropa  Birliyi  ölkələri  üçün  dil  səriştəliliyinin  vahid  qiymətləndirmə  meyarları)
 
[6] 
yaradılması  məsə-ləsini  gündəmə  gətirdilər.Bilik  cəmiyyətinin  təsiri  təkcə  səriştəlilik  modellərinin 
dəyiş-məsində təzahür etmir. Bir tərəfdən biliyi “ehityat üçün saxlamaq” dövrü arxada qaldı. Gələcək 
tələbləri bu gün proqnozlaşdırmaq mümkün olmadığından, “ömür boyu təlim” (“davam etməkdə olan”, 
“sonrakı”,“permanent”,“fasiləsiz”)  haqqında  təsəvvürlər  for-malaşmışdır.  Özünütəhsil,  özünütəşkil, 
öninkişafda  öz  ifadəsini  tapan  və  tipik  bilik  və  bacarıqlar  üzərində    bir  növ  üstqurum  olan,digər 
səriştəliklərin əldə edilməsi prosesini  asanlaşdıran  meta-səriştəliklər  böyük  əhəmiyyət əldə edir.  
Avropa Birliyi 2000-ci ildə qloballaşma proseslərininn tələblərinə uyğun olaraq  Birliyi dünyada  
rəqabətə  qabil,  biliyə  köklənən  iqtisadi  məkan  etmək  iddiası  ilə  çıxış  etdi.  O  zamandan  həmin  təklif  
şübhə  və  tənqidlərə  səbəb  oldusa  da,  Polşa  sosioloqu  Марек  Kwiekin  haqlı  olaraq  qeyd  etdiyi  kimi, 
əmək bazarlarında akademik dərəcələ-rin tanınması  artıq reallıqdır [4, s. 760].  
Lakin  təkcə  uğurlar  deyil,    gərginlik  sahələri  də  vardır.  Sosial,  iqtisadi,  texniki  və  si-yasi 
dəyişikliklər  bu  gün  qloballaşmış  dünyada  daha  sürətlə  baş  verir,  lakin  cəmiyyətin    həmin 
dəyişikliklərə  tab  gətirmək  üçün  institusional  dayaqları  azdır.  İnam  və  etibar    strukturları  risk 
strukturları ilə əvəz olunur [1, s.128].  
 Lissabon  sammitinin  gündəliyində  qeyd  olunan  məqsədlərə  nail  olma  məsələsi  də  mü-
bahisəlidir.  Mütəxəssislər  Boloniya  prosesinin  ikiliyinə,  ambivalentliynə  diqqəti  çəkir-lər  onun 
əsasında  ekspansivlikmi  durur  yoxsa  müdafiəçilik?  Xüsusən  də,  Avropanın  müxtəlif  bölgələrinə 
nəzərə yetirdikdə, aydın olur ki, hər iki nöqteyi-nəzərə bəraət qaz-andırmaq mümkündür.Avropanın 
hüdudlarındakı sınıq xətləri,ilk növbədə onun inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatları 
arasındakı fərqlər Boloniya prosesi çərçivəsində ayrıca bir mövzudur. Bu zaman əsas çağırışlardan 
biri zəif iqtisadiyyatın ali məktəblərdə sırf elitar təhsildən geniş təhsilə keçid edilməsidir. Əslində 
qeyd  edilən  və  “kütləviləşmə”  adlanan  dəyişiklik  Qərbi  Avropada  və  ABŞ-da  hələ  30  il  bundan 
öncə baş vermişdir.İndi həmin proses sürətlə Şərqi və Orta Şərqi Avropaya da yayılacaqdır.  
Sırf  neqativ  münasibətdən  uzaq  olmaq  lazımdır,  çünki  belə  yanaşma  qlobal  proses-lərin 
müsbət effektlərini və verdiyi şansları dərk etmək imkanı vermir. Qlobal qaydalar təsis olunduqca, 
risklər azala bilər və həmrəylik effekti ilə bağlı olan əmək bölgüsü mexanizmləri  təsis edilə bilər  
[5, s.159].  Hökumətlər və ayrı-ayrı ali məktəblərin rektorları səviyyəsində Boloniya prosesinə qarşı 
cüzi  müqavimət  izlənilir.  Bu  prosesin  əleyhinə  olanlar  ayrı-ayrı  alimlərdir  ki,  onları  da  qane 
etməyən dəyişikliklərin ənənəvi müəllim anlamından imtina edilməsi və prosesin məqsədlərinin tam 
aydın olmamasıdır. Lakin heç kim baş vermiş dəyişikliklə-rin radikallığına və müsbət effektə malik 
olmasına  şübhə  etmir.  Bunu  ali  məktəblərin,  o  cümlədən  Azərbaycan  ali  məktəblərinin  tədris 
proqramlarında fasiləsiz olaraq aparılan mütərəqqi islahatların miqyası göstərir. Siyasi səviyyədə də 
yeni  modelin  tətbiqi  istiqamətində  fəal  işlər  aparılır.  Praktiki  olaraq  bütün  ölkələr  milli  təhsil 
sistemlərində müvafiq islahatlar aparır.Təhsil islahatları dövlət siyasəti statusunu almışdır. 
  Ölkəmizdə  də  təhsil  sahəsində  aparılan  islahatlar  təhsilin  mühüm  sosial  dəyər,  strateji  resurs 
olduğunu, dövlətin gələcək nəsillərə yaşamaq üçün daha yaxşı şanslar vermək qayğısına qaldığını bir 
daha təsdiqləyir. Dual təhsil sisteminə keçid Azərbaycanın təhsil sistemini bu qloballaşma proseslərinin 
çağırışlarına  adekvat  cavab  verməsi  üçün  müvafiq  təşkilati  mexanizmlərə  malik  olan  uğurlu  modelə 
çevirəcəkdir.  Qeyd  edək  ki,  nəzəri  təhsil  ilə  iş  yerlərində  praktiki  təlimin  kombinasiyasına  əsaslanan 
dual peşə  təhsili sistemi  Almaniyada tətbiq olunur və  bütün  dünyada peşə  hazırlığının əmək qüvvəsi 
bazarına keçidinin strukturunun müəyyənləşdirilməsinin uğurlu modeli hesab olunur. Almaniyada tətbiq 
olunan bu modellə müqayisədə sırf məktəb  yönümlü sistemlər (məsələn,  Fransadakı kimi) və  ya  sırf 
konkret iş yerində təlimə əsaslanan təhsil modelləri (məsələn, ABŞ-da tətbiq olunan „Training on the 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə