Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə87/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   83   84   85   86   87   88   89   90   ...   121

175 
 
arxaik  mədəniyyətlərini  əhatə  edən  belə  bir  tipik  situasiyanı  aşkar  etmişdi  ki,  əhd  kəsmək 
mərasimində  hansısa  heyvanın  hissələrə  bölünməsi  geniş  yayılıb  [9.с.174-179].  Deməli,  müxtəlif 
mədəniyyətlərdə  əhd  etməyin,  bağlamağın  variantlarında  təkrar  olunan  invariant  cəhət  «kəsmək» 
aktı idi («əhd, mərcə kəsmək» deyimində «kəmək» feili buradandır).  Bu tipologiyadan çıxış edərək 
Azərbaycan  alimi  Niyazi  Mehdi  dilimizin  bəzi  dialektlərində  niyə  əhd  kəsməklə  bağlanmış 
müqaviləyə «kəsmət» deyildiyini izah etmişdi [10. c.31-34].  
Tipoloji  axtarışların  bu  növündə  bir  fakt  (məsələn,  geyim  detalı),  bir  situasiya  (hədiyyə 
etmək, evlənmək), bir süjet başqa mədəniyyətlərdə və ya mədəni dövrlərdə öz oxşarları (variantları) 
ilə  tutuşdurulandan  sonra  tipolojiləşdirilirdi.  «Toy  bir  çox  mədəniyyətlər  üçün  tipolojidir» 
(universaliyadır),  «bir  çox  mədəniyyətlərdə  şənliyin  yemək-içməklə  ifadə  olunması  tipolojidir» 
kimi diskursların elmdə peyda olması tipologiyanın konkret simvolla bağladılmasının məhsuludur. 
Beləcə,  sinxronik  (eynizamanlı)  xətdə  və  diaxronik  (zaman  ardıcıllığı)  planında  tipoloji  simvolla 
bağlı mədəniyyətlər üzərində birləşdirmə aktı yerinə yetiriləndə çox maraqlı məsələlər ortaya çıxır. 
Kamal Abullanın «Gizli Dədə Qorqud» araşdırması Oğuz dastanları ilə yunan mifologiyası arasında 
külli  miqdarda  tipoloji  yaxınlıqlar  tapır.  Beləcə,  Təpəgözlə  Polifem,  Edip  və  Buğac,  Odissey  və 
Beyrək  arasında  tipoloji  yaxınlığın  tapılması  alimin  söyləminə,  narrasiyasına  ovsunlayıcı  cazibə 
verir . 
Sehirli nağılların süjet müxtəlifliyini bir tipoloji modeldə birləşdirmiş Proppun  «Nağılların 
morfologiyası» kitabı Qərbdə strukturalizmin yaranmasına öz təsirini göstərmişdi  [11. с.400-428].  
Biz  bu  faktı  ona  görə  söyləyirik  ki,  tipologiya  əsasında  mədəni  faktları  identifikasiya  əlaqəsinə 
salmaq, yəni onları bir tip, bir anlayış altında birləşdirmək bizim elmi maraqlı perspektivlərə çıxarır.   
Tipoloji  təfəkkür  sayəsində  tapılmış  səyyar  süjetlər  kulturologiya  üçün  sirli  suallar  ortaya 
çıxarmışdır.  Onlardan  biri  belə  idi:  səyyar  süjetlər  mədəniyyətlər  arasında  mübadilə  nəticəsində 
mümkün olub, yoxsa onların tipoloji eyniliklərinin mənbəyi başqadır? 
  
Ziqmund Freyd yuxularda və miflərdə eyni simvolların olmasını onunla izah edirdi ki, hər 
ikisinin  müəllifi  şüuraltıdır.  Təxminən  eyni  cavabı  Karl  Yunq  da  vermişdi.  Miflər  ruhun  şüursuz 
qatlarının təbiətə proyeksiyası olduğu üçün müxtəlif xalqların mifologiyasında tipoloji təkrarlar baş 
verir.  Tipoloji  araşdırmaların  başqa  «tipi»  oxşar  mədəniyyət  faktlarını,  süjetlərini  toplamağa 
əsaslanmır. Onu daha  çox maraqlandırır mədəniyyətləri tipoloji  modellərdə birləşdirərək  «İbtidai-
icma  mədəniyyəti»,  «Şərq  mədəniyyəti»,  «Antik  mədəniyyət»,  «Qərb  mədəniyyəti»,  «Müsəlman 
mədəniyyəti»  kimi  «taksonları»  (taksonomik  vahidləri)  formulə  etmək.  Sadaladığımız  birliklərin 
hamısında  ən  müxtəlif  empirik  mədəni  materiallar  bir  ideya  ətrafında  birləşməklə  tipoloji  vəhdət 
əmələ gətirir. Toynbinin və Hantinqtonun araşdırmalarında bəzi sivilizasiyaların tipini Katolisizm, 
Buddizm kimi konfessiyalar verirdi. Bu konfessiyalar müəyyən etdikləri sivilizasiyalarda insanlara 
eyni davranış modellərini aşılayırdı. Hantinqton, məsələn, xeyli statistik faktlar əsasında göstərirdi 
ki, İslam sivilizasiyası qaçılmaz olaraq digərləri ilə münaqişələr yaşayır. Alimin fikrincə, müsəlman 
cəmiyyətlərinin çoxlu konfliktə cəlb olunması onunla bağlıdır ki, bu cəmiyyətlər xeyli militarlaşmış 
sosiumlardır. Başqa səbəb odur ki,  bir din  kimi  İslamla  hərb, döyüşkənlik arasında əzəli bağlılıq 
var.  Bu  baxımdan  onun  «qılınc  dini»  adlandırılması  təsadüfi  deyil.  Məhəmməd  özü  İsus  və 
Buddadan fərqli olaraq böyük sərkərdə olub. İslam doktrinində inanmayanlarla savaş var. Sonralar 
bu, təriqətlər arasında savaşlara transformasiya olub. İslam dünyasında fitnə (daxili savaşlar) cihada 
nisbətdə heç də az olmayıb. Quranda zorakılığa qarşı az yasaqlar var. Münaqişələri dinc yolla çözmək 
anlayışı İslam ehkamlarında və praktikasında yoxdur [13.p.258]. Əlbəttə, radikal islamçılara, İŞİD  kimi 
qaniçənlərə  aid  ittihamların  İslam  mədəniyyyətinə  və  müsəlmanlara  yönəldilməsi  ciddi  elm  üçün 
qəbuledilməzdir. Hələ onu demirik ki, qılınc ideyası İsus mouzələrinə də yad olmayıb. Eyni zamanda 
dini motivlər üstündə Katolisizm, Parvoslavlıq və Protestanizm arasında qanlı münaqişələr olsa da heç 
kim bundan Xristianlığın qılınc dini olması nəticəsini çıxarmamışdır. Ona görə də Hantiqtonun gətirdiyi 
statistikanı  başqa  narrasiya  tipində  söyləməsi  elmi  baxımdan  daha  politkorrekt  olardı.  Görkəmli 
amerikan  politoloqu,  ən  azı,  onu  nəzərə  almalı  idi  ki,  qonşularının  sayı  və  dini-etnik  müxtəlifliyi 
müsəlmanlarda hamıdan çox olduğundan münaqişələrin statistikası da belə yüksək olmalı idi. 
Sivilizasiyalar üzrə tipoloji axtarışlar kulturologiyanın ən səmərəli (produktiv) istiqamət–lərin–
dəndir, ona görə bu istiqamət son dövrlər Azərbaycanda paradiqma işini görərək müxtəlif tədqiqatlar 
törətmişdir. İstedadlı alim Rahid Ulusel Sivilizasiya mövzusunda harmoniya axtarışlarını önə çəkmişdir  
[15.s.19]. Gənc tədqiqatçı Ərəstu Həbibbəyli isə sivilizasiya nəzəriyyələrinin tarixi və indisi haqqında 
kifayət qədər səriştəli məlumatlar verəndən sonra «Türk sivilizasiyası» ideyasının aktuallığını göstərən 
arqumentlər  irəli  sürmüşdü.  Əlbəttə,  rus  alimləri  Slavyan  sivilizasiyası  məsələsini  qoyanda 


176 
 
Ə.Həbibbəylinin  təşəbbüsü  tam  məntiqi  görünür  .  Gənc  alim  bu  sivilizasiya  ilə  bağlı  irəlidə  bizim 
qabartdığımız qonşuluq fenomenini vurğulayır. Türk sivilizasiyasının dini və etnik baxımdan müxtəlif 
qonşularının  sayı  yalnız  İslam  sivilizasiyası  ilə  müqayisəyə  gələ  bilər.  Bütünlükdə  isə,  görünür, 
sivilizasiyaların  sayı,  adı,  mənsubiyyəti  haqqında  hər  hansı  diskussiya  perspektivsizdir.  Əgər  kimsə 
Hantiqtonun Katolik, Ortodoks, Buddist, Hinduist sivilizasiyalarının sırasına türk, ərəb sivilizasiyalarını 
artırmaq  arzusunda  olsa,  onun  qarşısında  yalnız  bir  tələb  qoymaq  olar.  Bu  əlavələrin  sivilizasiya 
nəzəriyyəsi  üçün  kəmiyyət  artımından  başqa  hansı  dəyəri  var?  Bu  əlavələr  sivilizasiya  nəzəriyyəsinə 
yeni ideyalar verə bilirmi? Bu suallara müsbət cavab vermək üçün Türk sivilizasiyasının uğurlu, təsirli 
tipologiyasını qurmaq lazımdır. Təəsüf ki, Türk dünyasının tipoloji modelləşdirilməsi məsələsində hələ 
də  ciddi  irəliləyiş  yoxdur.  Ortaçağın  özündə  müsəlman  dünyasında  fars,  ərəb  və  türk  dünyalarının 
tipoloji fərqini intuitiv duyurdular. Ərəb dilini bəlağət, fars dilini hazırcavablıq, türk dilini sadəlik dili 
adlandıranlar təkcə dil fərqini nəzərdə tutmurdular. Beləcə, həm də ərəblərin, farsların, türklərin mental, 
kulturoloji  özünəməxsusluqları  qabardılırdı.  Göründüyü  kimi,  hətta  Orta  əsrlərdə  belə  «müsəlman» 
anlayışının  eyniləşdirici  gücü  o  qədər  deyildi  ki,  etnik  fərqləri  şüurlardan  tam  götürsün.  Bu  fərqlərin 
mədəniyyətdə qalmasına «Azərbaycan», «Bakuvi», «Təbrizi» kimi kunyalar, ləqəblər də öz xidmətlərini 
göstərirdilər. İndi ümumiləşdirmə aparıb söyləyə bilərik ki, mədəniyyətləri anlamağın ciddi yollarından 
biri  onları  hər  hansı  tipoloji  modelin  içinə  salaraq  düşünməkdir.  Bundan  çıxış  etsək,  deyə  bilərik  ki, 
kulturoloji  nəzəriyyələrin  tarixi  mədəniyyətlərlə  bağlı  müxtəlif  tipologiyalar,  taksonomik  modellər 
qurmaq  tarixidir.  Ancaq  bu  zaman  ciddi  vasitələrdən  biri  müqayisə  etmək  mexanizmidir.  Dedik  ki, 
kulturologiyada  müqayisə,  əslində,  yenə  birləşdirmək  və  fərqləndirmək  əməliyyatının  strukturunda 
iştirak edir. Bizim dilimizdəki müqayisə mənasında «tutuşdurmaq» sözü bu prosesin yalnız bir aspektini 
açır. Tutuşdurmaq iki faktı yan-yana tutub birinin o birisinə baxanda necə olmasını aşkar etməkdir. İki 
çubuqdan hansının uzun olduğunu beləcə tutuşdurub tapırlar. Ancaq «tutuşdurmaq» sözünü müqayisə 
anlayışına  transformasiya  edəndə,  artıq,  genişlənərək  təkcə  uzunluğu  yox,  necəliyi,  nəliyi  və    nə 
qədərliyi  də  əhatə  edir.  Beləliklə,  müqayisə  əməliyyatı  üçün  iki  hadisəni  hansı  məkanda  isə  bir 
müstəviyə  gətirmək  lazımdır.  Bu  müstəvi  coğrafi  məkan  ola  bilər.  Deməli,  müəyyən  mənada  fiziki 
məkan  mədəniyyətlərin,  mədəniyyət  hadisələrinin  tipoloji  müqayisəsi  üçün  müstəvi  verə  bilər.  Bunu 
qonşuluq  da  adlandırmaq  olar.  Şərq  və  Qərb  mədəniyyətlərinin  belə  fiziki  məkan  müstəvisində, 
qonşuluq  koordinatlarında  müqayisə  olunması  elmdə  çox  bəhrə  vermişdir.  Bununla  da,  bu  barədə 
söylədiklərimizdən aşağıdakı nəticəni çıxarmaq olar:  
1)  Taksonomiya  elmin  obyektini  əmələ  gətirən,  deməli,  idrakın  hədəfləri  olan  cism  və 
hadisələri  nizam-intizamlı  düzmək  vasitəsidir.  Ona  görə  də  qruplaşdırma  və  düzmək  taksonomik 
paradiqmalarla bağlıdır. 
2)  Düşünməyin  fundamental  paradiqması  nələrisə  ayırmaq,  nələrisə  birləşdirməkdir. 
Taksonomiya,  kompravistika  və  tipologiya  hərəsi  bu  epistemoloji  əməliyyat  üçün  öz  qaydalarını 
verirlər. 
 
 
ƏDƏBİYYAT 
 
1.
 
 Losevin  bu  diskursunun  izahı  üçün  bax:  Mehdi  Niyazi.  Sənətin  arxeologiyası,  sənətin 
arxitektonikası. B.: Qanun, 2007, 342 s.,s.208-209;  
2.
 
 Курпатов А.В. 5 великаих тайн мужчины и женщины. М.: ЗАО «ОЛМА Медиа групп, 
2007, 256 с., с.26). 
3.
 
 Əliyeva Yeganə. Mədəni sahənin diplomatiyası. B.: Nəşriyyat yoxdur, 2013, 296 s., s.17  
4.
 
 
Исаев Б. А. Социология. Краткий курс. Спб: Питер, 2007, 224 с., с.42. 
5.
 
 Bax:  Benedict  Ruth.    The  Chrysanthemum  and  the  Sword:  Patterns  of  Japanese  Culture. 
Boston.  1989;  Misheva  Vessela.  Shame  and  Guilt.  Sociology  as  a  Politic  System.  Uppsala 
University. Department of Sociology. 2000, p.112-114. 
6.
 
 Мехти  Ниязи.  Средневековая  мусульманская  культура:  эстетика  проявленного  и  и 
философия сокрытого. Б.: Ганун, 1996, 191 с., с. 131-132  
7.
 
 Кулиев Г.Г. Архетипичные азери: лики менталитета. Б.: Ени несил, 2002, 246 
с., с.164-169 
8.
 
 Фуко Мишель. Слова и вещи. Архиология гуманитарных наук. М.: Прогресс, 1977, 488 
с., с.61-76  
9.
 
Фрэзер Джемс Джорж. Фольклор в Ветхом Завете. М.: Изд.-во Политической    


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə