Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə91/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   87   88   89   90   91   92   93   94   ...   121

183 
 
yeni quruluşunda ilk dəfə olaraq baş rolda səhnəyə çıxdı (5). 
L.İmanov  sonrakı  rollarının  tacı  olan  Koroğlu  obrazını  30  ildən  artıq  bir  müddətdə, 
yorulmadan, böyük şövqlə və ustalıqla ifa etmişdir. Yeni quruluşun hər üç əsas yaradıcısı – Mehdi 
Məmmədov,  Niyazi  və  Lütfiyar  İmanov  sonralar  SSRİ  Xalq  artisti  kimi  yüksək  ada  layiq 
görüldülər.
 
ADOB Teatrı 1967-ci və 1975-ci illərdə yeni quruluşlarda “Koroğlu”ya müraciət etmişdir. 
1975-ci  ildə əsaslı bərpa olunan tamaşanın  quruluşçu rejissoru Firudin  Səfərov, quruluşçu rəssamı 
Tahir  Salahov,  dirijoru  Rauf  Abdullayev  idi.  Baş  rolu  Lütfiyar  İmanov,  Nigarı  Fidan  Qasımova 
(sonralar SSRİ xalq artisti), Həmzəni Firudin Mehdiyev ifa etmişlər. Bu yeni tamaşa Leninqradda 
(Sankt-Peterburqda), Kiyevdə, Tbilisidə, Təbrizdə nümayiş etdirildi və Azərbaycan sənətkarları hər 
yerdə böyük sevgi və alqışlarla qarşılandı. 
“Koroğlu”  operasının  1952-ci  və  1970-ci  illərdə    klaviatüralı  və  partituralı  kitabları  nəşr 
olunmuş, 1976-cı ildə isə Moskvanın “Melodiya” Firması tərəfindən Azərbaycan dilində val dəsti 
buraxılmışdır. 
1990-cı  illərdə  İstanbul  Dövlət  Opera  və  Balet  Teatrında,  İzmirde,  9  Eylül  (Sentyabr) 
Universitetinin  Konservatoriyasında  fəaliyyət  göstərmiş  professor  Lütfiyar  İmanov  1997-ci  ildə 
həmişəlik Bakıya döndükdən sonra – 75 yaşında, son dəfə Koroğlu kimi ADOB Teatrının səhnəsinə 
çıxdı və ənənəvi alqışlarını yenidən qazandı.  
2000-ci ildən üzübəri Azərbaycan Dövlət Opera və Balet Teatrında üç gənc – Samir Cəfərov 
(indi  xalq  artisti),  Ülvi  Qılınc  və  Ramil  Qasımov  Koroğlu  rolunda  səhnəyə  çıxmış,  hərəsi 
özünəməxsus ifa tərzilə tamaşaçı alqışı qazanmışlar. Bu gün də “Koroğlu” Azərbaycan səhnəsində 
yaşamaqdadır. 
2012-ci  ildə  Naxçıvanda  Dövlət  Universiteti  Dövlət  Filarmoniyası  ilə  birgə  “Koroğlu” 
operasının  ayrı-ayrı  pərdələrindən  hissələr  hazırlayıb  Dövlət  Musiqili  Dram  Teatrının  səhnəsində 
göstərdilər.  İfaçıları  universitetdən  musiqiçiləri  filarmoniyadan  olan  bu  tamaşada  baş  rolları  indi 
Azərbaycan  Respublikasının  Əməkdar  artistləri  olan  Mübariz  Əsgərov  (Koroğlu)  və  Gülyanaq 
Fərzəliyeva  (Nigar),  əsas  rolları  Əli  Davudi  (Həsən  xan)  və  Naxçıvan  MR  Əməkdar  artisti  Elçin 
Nağıyev (Həmzə) ifa etmişlər. Bu tamaşanın quruluşçu rejissoru AR Xalq artisti Kamran Quluyev, 
quruluşçu rəssamı Naxçıvan MR Əməkdar rəssamı Səyyad Bayramov, musiqi rəhbəri AR Əməkdar 
artisti  Elman  Əliyev,  dirijoru  AR  Xalq  artisti  Çingiz  Axundov  olmuşdur.  Akademik  İsa 
Həbibbəylinin  bu  tamaşa  haqqında  “Azərbaycan”  qəzetində  dərc  olunmuş  geniş  resenziyasından 
bəzi  sətirləri  xatırlamaq  yerinə  düşər:  “Demək  olar  ki,  teatrlarda  oynanılan  əsərlərin  mütləq 
əksəriyyətinin "səhnə variantı" mövcuddur. "Koroğlu" operasının Naxçıvan tamaşasının dramaturji 
mətnindəki qeyd edilən "əməliyyatlar" da o qədər yaradıcılıqla və bacarıqla, həssaslıqla edilmişdir 
ki,  librettonun  tam  mətni  ilə  tanış  olmayanlar  bunu  hiss  edə  bilməzlər. Bütün  bunlara  ixtisarlar 
deyil, "Koroğlu" operasının "Naxçıvan tamaşasının "səhnə variantı"nın hazırlanması kimi baxmaq 
daha  doğru  olardı.  Bizə  görə,  Naxçıvan  Teatrında  oynanılan  "Koroğlu"  operasını  "kompozisiya" 
kimi təqdim etmək yalnız Üzeyir Hacıbəyovun böyük sənətinə məsuliyyətli bir münasibətdən irəli 
gəlir.  Əslində  isə  Naxçıvan  səhnəsinin  "Koroğlu"  operasından  alınan  təəssürat  tamdır.  Operanın 
bütün əsas inkişaf mərhələləri səhnədə öz əksini tapmışdır.” (1). 
“Koroğlu”  dastanı  Azərbaycan  kino  xadimlərinin  də  diqqətini  cəlb  etmişdir.    1960-cı  ildə 
“Azərbaycanfilm” Kinostudiyasında milli kino tarixində ilk genişekranlı film sayılan eyniadlı film 
çəkilmişdir (4, s, 53)  
Filmin ssenari müəllifi Sabit Rəhman, quruluşçu rejissoru  Hüseyn Seyidzadədir. Koroğlunu  
Əfrasiyab Məmmədov,  Nigarı  Leyla Bədirbəyli, Həsən xanı  Ağadadaş Qurbanov, vəziri  İsmayıl 
Dağıstanlı, dayəni  Mərziyə Davudova, Alı kişini və aşıq Cünunü  Əli Qurbanov, Alagözü  Tamilla 
Ağamirova,  keçəl  Həmzəni  Möhsün  Sənani,  Dəli  Həsəni  Atamoğlan  Rzayev,  Kosa  Səfəri  
Məmmədsadıq Nuruyev, Ərab Reyhanı Salman Dadaşov, Bolu bəyi Məlik Dadaşov, Dəmircioğlunu 
Muxtar Maniyev, Gürcüoğlunu Givi Toxadze çox müvəffəqiyyətlə yaratmışlar. 
Məşhur  bəstəkarımız,  Azərbaycan  SSR  Xalq  artisti  Cahangir  Cahangirov  bu  filmə  gözəl 
musiqi  və  mahnılar  yazmışdı  ki,  onları  da  xalq  artistləri  Şövkət  Ələkbərova,  Lütfiyar  İmanov, 
Əlibaba Məmmədov səsləndirmişlər. 


184 
 
Məhz  bu  film  bir  sıra  sənətkarların  –  geyim  rəssamı  Bədurə  Əfqanlının,  operator  Şərif  
Şərifovun, aktyor  Ələddin Abbasovun (səfir) kinoda debütü oldu.  
“Koroğlu”  filminin  ilk  nümayişi  1965-ci  ildə  Finlandiyada  olmuş,  yalnız  bundan  sonra  Sovet 
İttifaqının dörd bir yanında, həmçinin bir sıra xarici ölkələrdə nümayişə buraxılmışdır. 1962-ci ilin 
dekabrında  SSRİ-də  ən  mərkəzi  mətbuat  orqanı,  birinci  qəzet  sayılan  “Pravda”  bu  filmlə  bağlı 
yazmışdı  “Koroğlu”  filmi  ikinci  həftədir  ki,  Tehranın  ən  iri  kinoteatrlarının  ağzınacan  dolu 
zallarında  nümayiş  etdirilir.  Bu  film  Azərbaycan  xalq  eposunun  kino  həvəskarları  arasında  təbliğ 
olunmasına və populyarlaşmasına kömək edir.” (6).   
2003-cü ildə isə “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində “Koroğlu” adlı ikinci bir film 
çəkilmişdir. Bu, əslində dastan əsasında musiqili televiziya filmidir.  
Ssenari  müəllifi  Aydın  Qurbanoğlu,  quruluşçu  rejissoru  Rövşən  Almuradlı,  quruluşçu 
rəssamı Nabat Səmədova, bəstəkarı Sərdar Fərəc olan filmdə Koroğlunu Zöhrab Məmmədli, Nigarı 
Zülfiyyə Aşıqlı, Aşıq Cünunu Salam İsmayıl canlandırmışlar. 
1950-ci  illərdən  bu  yana  Koroğlu  mövzusunda  bir  sıra  Azərbaycan  rəssamının  portret, 
qrafika,  yağlı  və  sulu  boya,  döymə,  ağac  üzərində  oyma  kimi  təsviri  sənət  janrlarında  əsərləri 
yarandı. 
 Dünyaşöhrətli  rəssamlarımızdan  Tahir  Salahov  Koroğlunun  çox  gözəl  portretini  yaratmış 
(2, s. 519), Mikayıl Abdullayev isə ADOB Teatrında “Koroğlu”nun 1967-ci il quruluşunun rəssamı 
olmuşdur  (3,  s.  18).  Digər  rəssamlarımızın  da  xalq  qəhrəmanına  həsr  etdikləri  portretlər  keçmiş 
Sovetlər İttifaqının məşhur muzey və sərgi salonlarında dəfələrlə nümayiş etdirilmişdir.  
Azərbaycanın digər məşhur teatr və kino  rəssamları da səhnədə və filmlərdə bu mövzu ilə 
bağlı  çox  baxımlı  dekorasiya,  geyim,  qrim  eskizləri  işləmişlər.  Onlar  eyni  zamanda  o  dövrün 
silahlarının, butafor əşyalarının da tam eynisi olması çox çalışmışlar. 
Ölkəmizdə  xalça  sənətində,  dekorativ-tətbiqi  sənət  sahəsində  də  xalq  sənətçilərinin 
Koroğluya  aid  çox  sayda  çeşidli  işləri  olmuşdur.  Bu  əl  işləri  sərgilənərkən  həmişə  yüksək 
dəyərləndirilmişlər. 
Azərbaycanın  müstəqilliyi ərəfəsində və sonrakı illərdə Koroğlu mövzusuna müraciət daha 
aktual  xarakter  almışdır.  1988-ci  ildən  başlanan  xalq  hərəkatı  sənət  adamlarını  da  bu  mövzuda 
əsərlər yaratmağa ruhlandırmışdır. 
Yenə də rəssamlar, bəstəkarlar, xalq  sənətçiləri,  heykəltəraşlar Koroğludan  yan keçməmiş, 
yeni-yeni  əsərlər  yaratmışlar.  1990-cı  illərin  ortalarına  qədər  Bakıda,  başqa  bölgələrdə  Koroğlu 
rəsmləri, nəğmələri xalqı birliyə, təcavüzkar düşmənə qarşı döyüşə səsləmişdir. 
1988-ci  ilin  iyun  ayında  Azərbaycanda  ilk  olaraq  məhz  Naxçıvan  şəhərində  böyük  təntənə 
ilə  Koroğluya möhtəşəm bir heykəl ucaldıldı. Müəllifi Azərbaycan Respublikasının  Xalq rəssamı 
Hüseynqulu Əliyev olan bu heykəl – Qırat üzərində, kürəyindən saz asılmış. misri qılıncını irəliyə 
doğru qaldırmış xalq qəhrəmanı Koroğlu çox əzəmətli görünür. 
2013-cü ildə isə  Bakıda  Koroğluya daha uca bir  heykəl  qoyuldu.  Onun açılış  mərasimində 
ölkə Prezidenti İlham Əliyev iştirak etdi. Bu abidənin müəllifisə Azərbaycan Respublikasının Xalq 
rəssamı Tokay Məmmədovdur.  
“Azərbaycan  aşıqları  “Koroğlu”nun  poetik  mətni  əsasında  “Koroğlu  cəngisi”,  “Piyada 
Koroğlu”,  “Atlı  Koroğlu”,  “Bozuğu  Koroğlu”,  “Qaytarma  Koroğlu”,  “Misri  Koroğlu”...  (2,  520) 
kimi  yaratdıqları  havaları  istər  xalq  şənliklərində,  istər  bayram  tədbirlərində,  istərsə  də  döyüş 
bölgələrində, hərbi hissələrdə əsgərlər, zabitlər qarşısında söyləyib oxuyurlar. 
Dünyaşöhrətli  müğənni  Lütfiyar  İmanov  1990-cı  illərdə,  Türkiyədə  işlədiyi  zamanlarda 
özünün bəstələdiyi “Bu dağlar Koroğludan oxuyur hələ” mahnısını hər bir konsertində ifa etmişdir. 
Bakıya  döndükdən  sonra  buraxılan  yeni  disk-albomunda  da  yer  alan  bu  mahnı  bir  neçə  dünya 
ölkəsinə də yayılmışdır. 
Azərbaycan  Respublikasının  Xalq  artisti,  Dövlət  Opera  və  Balet  Teatrının  solisti  Baba 
Mahmudoğlu bir zamanlar – 1980-ci illərin sonunda özünün yaratdığı “Dastan” folklor ansamblında 
“Döşəmə Koroğlu”, “Giziroğlu Mustafa bəy” və sair bu kimi nəğmələri böyük şövqlə oxumuşdur. 
Beləcə, Koroğlu mövzusu bu gün də Azərbaycanın  sənət dünyasında bir Günəş kimi daim 
parlamaqdadır. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə