Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə93/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   89   90   91   92   93   94   95   96   ...   121

187 
 
     
Buradakı kantilenalı,  mahnıvari - rəqsvarilik,  çoxsaylı  nüanslar, cazibədar  melos, obrazlı - 
emosionallıq - həmçinin  ritminə  görə də diqqəti cəlb edir. Müəlliflər  ümümərəb  regionuna  xas  
olan  ritm   sisteminin son  dərəcə  zənginliyini  konsertə  tətbiq  etmişlər. Bu  musiqinin  emosio-
nallığı  və  ehtiraslı - coşğun  ab-havası, ümumi  dinamikliyi  məhz  ritmlə  əlaqədardır. Orkestrin  
səslənməsində  ərəb  milli koloritini  daha da  qüvvətləndirmək  məqsədilə  partiturada  zərbin - rit-
min  rolu  ön  plana  çəkilmişdir.  Belə  prinsip  orkestrin  səslənməsinə  təbiilik  və  orjinallıq  gətir-
məkdən  əlavə,  konsertin   musiqi  obrazında   milli-ərəb  koloritini də  artırır.  Nəticədə,  koloristik  
və  rəngarəng  musiqi  dili ilə  ərəb  aləmini  təcəssüm etdirmək  mümkün  olmuşdur. 
 
Burada    melizmlərdən,  təravətli    harmonik    komplekslərdən    geniş    istifadə    olunmuşdur. 
Partitura  ustalıqla  işlənmiş  zəngin  bir  orkestrovkaya  əsaslanır.  Orkesttrovkanın  tərkibində  olan 
bütün  qrupların  fəallığı  nəticəsində  dolğun  səsləndirmə  mümkün  olmuşdur.  Konsert  orkestrin  
ifasında  kiçik, lakin təntənəli girişlə başlanır. Girişdə səslənən melodiya marş və rəqs  xarakterlidir. 
Konsertin    başlanğıc  səslənməsində  ifanın  dəqiqliyinə  nail  olmaq  üçün  əsas  amillərdən  biri 
applikaturanın  dəqiq olmasıdır. Bu hissəni dolu, güclü  səslə  və imkan  daxilində  legato ifa  etmək  
lazımdır. Hərəkətli, zərif  musiqi dinləyicinin  diqqətini cəlb  edir. İfa  zamanı  müəyyən  çətinlikləri 
aradan qaldırmaq üçün,  pianoçu əvvəlcədən texniki  çalışmalar  üzərində  işləməlidir. 
 
Bu  Konsert  Azərbaycan  Bəstəkarlar  İttifaqında  müzakirə  olunduqdan  sonra  dahi  bəstəkar 
Dmitri  Şostakoviç  demişdir  -“  Əla  yazılmış  fortepiano  partiyası,  çoxlu  maraqlı  tapıntılarla  və   
şəffaf    orkestrləşdirmə  ilə  dolu  olan  partitura-bu  konsertin  əsas  məziyyətlərindəndir”. Yarandığı 
gündən bu  günümüzə  qədər  bu konsert ən məşhur pianoçuların  repertuarından düşmür. Həmçinin 
ali  və  orta  ixtisas  tədris  proqramlarına  daxil  edilərək    hal-hazırda  da  tələbələrin  sevə-sevə  ifa 
etdikləri əsərdir. 
ƏDƏBİYYAT 
1.
 
Əmirov F. "Musiqi aləmində". Bakı, 1983 
2.
 
Виноградов В. "Мир  музыки Амирова". Bakı, 1983                                                                                            
3.
 
Qaraev Q. “F. Amirovun Simfonik muğamları”. Bakı, 1949 
4.
 
Əmirov F. "Musiqi düşüncələri". Bakı, 1971          
5.
 
Zöhrabov R. “Bəstəkarlarımızın  portreti”. Bakı, 1997 
ABSTRACT 
                                                                                       Farida  Agayeva                                                                                     
About the consert Fikret Amirov and Elmira Nasirova 
For  piano and orchestra "in Arabic Theme" 
    Article devoted to the work of two prominent composers of Azerbaijan - Fikret Amirov and 
Elmira  Nasirova.  Their  common  interest  in  Eastern  music  led  to  creative  cooperation,  in 
consequence of which was written by the very successful "Concert for Piano and Orchestra by Arab 
themes". With great skill and professionalism used Arabic Azerbaijani motives merged into a single 
harmonious whole music. 
РЕЗЮМЕ 
Фарида Агаева  
О концерте Фикрета Амирова и Эльмиры  Назировой 
для фортепиано с оркестром « на арабские темы» 
Статья    посвящена    творчеству    выдающегося    композтора    Азербайджана    Фикрета 
Амирова и профессиональной исполнительницы Эльмиры Назировой.  Их  общий  интерес  к  
восточной  музыке  привёл  к  творческому сотрудничеству, в последствии   которого  был   
написан  весьма  удачный  Концерт  для  фортепиано  с оркестром   «На  Арабские  темы». С  
большим    искусством  и  профессионализмом  использованные  арабские  и    азербайджанские  
мотивы  слились  в  единую  гармоничную целую  музыку. 
       НДУ-нун  Елми  Шурасынын  23  sentyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01). 
      Məqaləni çapa təqdim etdi: Sənətşünaslıq üzrə fəlsəfə 
doktoru, dosent İ.Məhərrəmova 


188 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 4(78) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 
 
 
SEVDA HÜSEYNOVA    
Naxçıvan Dövlət Universiteti   
gunelmamadova@yahoo.com 
UOT: 782/785 
 
AVROPA MUSİQİ MƏDƏNİYYƏTİNDƏ KLASSİSİZMİN MAHİYYƏTİ.  
VYANA MƏKTƏBİNİN NÜMAYƏNDƏLƏRİ 
 
 
Açar  sözlər:  klassisizm,  Avropa  musiqi  mədəniyyəti,  Vyana  məktəbi,  Mosart,  Bethoven, 
Haydn, klassiklər, Nikola Bualo  
 
Keywords:  сlassicism,  the  European  musical  culture,  the  Viennese  school,  Mozart, 
Beethoven, Haydn, classics, Nicolas Boileau 
 
Ключевые  слова:  классицизм,  Европейская  музыкальная  культура,  Венская  школа, 
Моцарт, Бетховен, Гайдн, классики, Никола Буало    
 
 
Tarix  elminin  mühüm  dayaqlarından  biri  olan  dövrləşdirmə  ümumi  inkişaf  dinamikasının 
hərəkətverici və qapanma nöqtələrini ayırd etmək, tədqiqat materialını sistemləşdirmək vasitəsidir. 
Əlbəttə, hər bir dövrləşdirmə zaman keçdikcə düzəlişlərə məruz qala bilər. 
 
Klassisizmin kökləri Platona və Aristotelə qədər gedib çıxsa da, əslində, cərəyanın tam olaraq 
təşəkkül  tapması  XVII  əsrlə  bağlıdır.  Sənətə,  sənətkara  sərt  tələblər  qoyan  bu  cərəyanın  izləri 
özündən  sonrakı  bütün  cərəyanlarda  görmək  mümkündür,  lakin  bu  cərəyana  qarşı  münasibət  heç 
vaxt birmənalı olmayıb. 
 
XVIII əsrin ortalarında gərgin emosiyalı, əzəmətli barokko musiqisi öz əhəmiyyətini tədricən 
itirməyə  başlayır.  Daha  dürüst,  tarazlaşdırılmış  musiqi  formalarına  meyl  yeni,  klassisizm 
cərəyanının  bərqərar  olmasına  gətirib  çıxarır.  O  zaman  Avropanın  «musiqi  paytaxtı»  sayılan 
Vyananın  zəngin  bədii  ənənələrindən  bəhrələnmiş  Haydn,  Mosart  və  Bethoven  yaradıcılığı 
klassisizm üslubunun ən parlaq təzahürüdür. Bu üç dahi sənətkar musiqi tarixinə Vyana klassikləri 
adı  ilə  daxil  olmuşlar.  Vyana  klassiklərinin  bədii  nailiyyətləri  musiqi  sənətinin  inkişafında  çox 
yüksək, tarixi əhəmiyyətə malikdir. Belə ki, Avropa musiqisinin ən nəhəng janrı simfoniya, eləcə də 
onun «yaxın qohumlar»ı sonata və kvartet məhz bu bəstəkarların yaradıcılığında klassik səviyyəyə 
çatdırılmışdır.  Avropa  musiqisinin  yaraşığı  və  fəxri  olan  simfonik  orkestr  də  Haydn,  Mosart  və 
Bethovenin  əsərlərində  formalaşmışdır.  Vyana  klassik  məktəbini  təmsil  edən  hər  bəstəkar 
özünəməxsus obrazlar aləmi və fərdi dəst-xətti ilə seçilir. 
 
XVIII əsrin ortalarında gərgin emosiyalı, əzəmətli barokko musiqisi öz əhəmiyyətini tədricən 
itirməyə  başlayır.  Daha  dürüst,  tarazlaşdırılmış  musiqi  formalarına  meyl  yeni,  klassisizm 
cərəyanının  bərqərar  olmasına  gətirib  çıxarır.  O  zaman  Avropanın  «musiqi  paytaxtı»  sayılan 
Vyananın  zəngin  bədii  ənənələrindən  bəhrələnmiş  Haydn,  Mosart  və  Bethoven  yaradıcılığı 
klassisizm üslubunun ən parlaq təzahürüdür. Bu üç dahi sənətkar musiqi tarixinə Vyana klassikləri 
adı  ilə  daxil  olmuşlar.  Vyana  klassiklərinin  bədii  nailiyyətləri  musiqi  sənətinin  inkişafında  çox 
yüksək, tarixi əhəmiyyətə malikdir. Belə ki, Avropa musiqisinin ən nəhəng janrı simfoniya, eləcə də 
onun «yaxın qohumlar»ı sonata və kvartet məhz bu bəstəkarların yaradıcılığında klassik səviyyəyə 
çatdırılmışdır.  Avropa  musiqisinin  yaraşığı  və  fəxri  olan  simfonik  orkestr  də  Haydn,  Mosart  və 
Bethovenin  əsərlərində  formalaşmışdır.  Vyana  klassik  məktəbini  təmsil  edən  hər  bəstəkar 
özünəməxsus obrazlar aləmi və fərdi dəst-xətti ilə seçilir. 
 
Yeni  dövrdə  bədii  mədəniyyətin  inkişafı  və  rasionalizm  fəlsəfəsi  təliminin  yaranması 
klassisizm  cərəyanının  təşəkkülünün  əsas  səbəbi  oldu.  Bu  təlimin  banilərindən  biri  olan  Rene 
Dekart  insan  ağlına  yüksək  qiymət  verərək  onu  yeganə  idrak  vasitəsi  hesab  edir.  «Düşünürəmsə, 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə