Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə94/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   90   91   92   93   94   95   96   97   ...   121

189 
 
demək varam» deyən filosof düşünmək qabiliyyəti vasitəsilə insanın ucaldığını söyləyirdi. Məhz bu 
təsəvvürlər incəsənətdə yeni üslubun  – klassisizmin formalaşmasına gətirib çıxardı. Üslub sistemi 
baxımından klassisizm barokkoya nisbətən daha bitkin, zərif, mükəmməl və ciddidir. 
 
Latınca «klassisus»-nümunəvi sözündən olan klassisizm doğrudan da klassikaya əsaslanaraq 
bədii  və  mənəvi  ideala  çevrilən  mükəmməl  sənət  əsərləri  yaradır.  Bu  üslubun  yaradıcıları  hesab 
edirdi ki, obyektiv olaraq mövcud olan gözəllik qanunları da ağılın köməyilə dərk edilir, incəsənətin 
məqsədi – insanın və dünyanın məhz bu qanunlar üzrə dəyişdirilməsi, idealın real məkanda həyata 
keçirilməsidir. 
 
Antik incəsənətin dirçəlişi, klassik ənənələrə pərəstiş İntibah dövründən başlasa da, klassisizm 
məhz  XVII  əsrdə  cərəyan  kimi  formalaşır.  300  ilə  yaxın  (XVI  –XIX  əsrin  30-cu  illəri)  bir  dövrü 
əhatə  edən  klassisizm  antik  incəsənətin  qanunauyğunluqlarını  üzə  çıxarmağa,  sənət  nəzəriyyəsi, 
milli  ədəbi  dil  və  yeni  dramatik  teatr  yaratmağa  çalışan  XVI  əsr  italyan  humanistlərinin  bədii  və 
nəzəri fəaliyyəti nəticəsində yaranmağa başlayır. D.D. Trissino, Y. Skaliger, Lyudoviko Kastelvetro 
(dram  haqqında  3  vəhdət  qanununu  işləyib),  T.  Tasso  və  b.  öz  nəzəriyyələrində  antik  poetikanın 
təhlilinə əsaslanmışlar. 
 
Əgər  İntibah  dövründə  mədəniyyətin  bütün  elementlərinin  inkişafı  İtaliya  ilə  bağlı  idisə, 
klassisizm  dövründə  bu  dalğa  Fransaya  keçir.  Çünki  XVII  əsrdə  İtaliyada  incəsənət  daha  əvvəlki 
nüfuza malik deyildi. Memar və heykəltəraş Bernininin, memar Borromininin, rəssam Karavaconun 
rəsmi cərəyan olan barokko ilə yanaşı öz yaradıcılığında realizm ənənələrini saxlayan Krespi və b. 
yaradıcılığı İntibah İtaliyası ilə müqayisədə dəryada damla kimi görünürdü. 
 
Digər İntibah ölkələri də müəyyən tənəzzülə düçar olmuşdu. Məsələn, İngiltərədə puritanizm 
incəsənətin inkişafına əvvəlki kimi güclü təsir göstərə bilmir. Elm, ədəbiyyat inkişaf etsə də, təsviri 
sənət sahəsində canlanma yalnız XVIII əsrdə başlayır. 
 
Klassisizmin  təhsil  sistemi  başdan-başa  antik  dövrün  və  intibah  incəsənətinin  öyrənilməsini 
nəzərdə tuturdu. Yaradıcılıq prosesində əsas şərt – qanunlara riayət etmək, süjeti antik tarixdən və 
ya  mifologiyadan  götürmək  oldu.  Avropanın  iri  dövlətlərində,  həmçinin  Fransada  mütləq 
hakimiyyətin  bərqərar  olduğu  şəraitdə  Fransız  incəsənətinin  novator  ruhu  parlaq  şəkildə  nəzərə 
çarpmağa  başladı.  XVII  əsrdə  mərkəzləşdirilmiş  vahid  milli  dövlət  yaratmaq  üçün  feodal 
pərakəndəliyinin qalıqlarına qarşı mübarizədə Fransa burjuaziyası müvəqqəti olaraq öz qüvvələrini 
Kral  hakimiyyəti  ilə  birləşdirdi.  Fransadakı  mütləq  monarxiya  şəhərlərdə  burjua  üsul  idarəsini 
Avropanın digər ölkələrinə nisbətən daha sürətlə tətbiq edir, manufakturaların çiçəklənməsinə şərait 
yaradırdı.  Klassisizm  –  məhz  mütləq  monarxiya  dövrünün  məhsuludur.  Mütləq  monarxiyanın 
mədəni siyasəti və onun estetik doktrinası olan klassisizm sinfi xarakter daşıyırdı. Monarx sarayları 
bütün  bədii  qüvvələri  mərkəzi  təşkilata  tabe  etməyə  can  atırdı.  İlk  dəfə  İtaliyada  yaranan  bu  cür 
təşkilatlar  humanist  fikirli  insanların  könüllü  birliyi  olan  akademiyalar  idi.  1634-cü  ildə  Parisdə, 
XIII  Lüdovikin  dövründə  kardinal  Rişelye  ədəbiyyat  və  dil  sahəsində  rəsmi  mərkəz  olan  fransız 
akademiyasını yaratmaqla onları mütləq hakimiyyət alətinə çevirdi və klassisizm aparıcı üslub oldu. 
Bu,  ilk  növbədə,  faciə  janrında  öz  əksini  tapdı.  XVII  əsrin  II  yarısında  Fransada  mütləqiyyət 
bərqərar  oldu,  feodalizm  qalıqları  yox  edildi.  Avropa  mütləqiyyətinin  zirvəsi  sayılan  Kral  XIV 
Lüdovikin  sarayı  mədəni  mərkəzə  çevrildi.  XIV  Lüdovikin  iqamətgahı  olan  Versal  yeni  zadəgan 
mədəniyyətinin  mərkəzi  oldu.  1648-ci  ildə  rəssamlıq  və  heykəltəraşlıq  üzrə  Kral  Akademiyası, 
1671-ci  ildə  isə  Memarlıq  Akademiyası  yaradıldı.  Fransa  incəsənəti  çiçəklənməyə  başladı.  Kral 
sarayının  mədəniyyətə  böyük  təsiri  olduğundan  XVII  əsr  Fransasını  çox  vaxt  «XVI  Lüdoviq 
üslubu»  adlandırırlar.  Bu üslub italyan barokkosuna bənzəməyən fransızsayağı barokkodur.  Onun 
əsas xüsusiyyəti klassisizmlə sintezdə olmasıdır. 
 
«Klassisizm»  adını  bu  cərəyana  XVIII  əsrin  sonu  –  XIX  əsrin  əvvəllərində  romantizmin 
nümayəndələri  vermişlər.  Rüşeymləri  intibah  dövründə  İtaliyada  yaranan  bu  üslub  Fransada  şair 
Malerb və nasir Keyz de Balzak tərəfindən əsaslandırılıb. Şaplen, abbat Dubinyak, Bualo, Filebyen 
və  b.  fransız  klassisizminin  nümayəndələridir.  Simon  Buye  Fransa  saraylarında  bu  dövrdə  rəsmi 
incəsənət olan barokkonun başçısı idi. Barokko ilə yanaşı klassisizm və realizm də formalaşır. 
 
XVII əsr faciəsi qəhrəmanlıq fəaliyyəti ilə bağlıdır. Burada nə lirika, nə də fəlsəfi düşüncələr 
yoxdur.  Faciə  qəhrəmanları  çox  vaxt  bu  işə  öz  arzularının  əksinə  olaraq  qoşulmuşlar.  Lakin 


190 
 
hadisələr  xüsusi  qaydalara  əsasən  açılır.  1630-cu  ildən  başlayaraq  faciə  əsərlərindən  3  vəhdət 
qanununa – zaman, məkan və hərəkətin vəhdətinə riayət olunması tələb edilirdi. 
 
Klassisizmin ən məşhur nəzəriyyəçisi, bu cərəyanın prinsiplərini işləmiş Nikola Bualodur. O 
öz  nəzəriyyəsini  «Poeziya  sənəti»  adlı  traktatında,  şeir  dili  ilə  şərh  edib.  Bualonu  da  müəyyən 
mənada karteziançı adlandırmaq olar. O, dekart fəlsəfəsindən qidalanaraq incəsənətdə əqlin rolunu 
yüksək qiymətləndirir. Onun fikrincə, əqli başlanğıc hiss və təxəyyüldən üstün olmalıdır. «Poeziya 
sənəti» (1674) dörd hissədən ibarətdir. Birinci hissədə şairin vəzifəsindən, mənəvi məsuliyyətindən, 
poetik  sənətə  yiyələnməyin  zəruriliyindən  söhbət  açılır.  İkinci  hissədə  lirik  janrlar:  oda,  elegiya, 
ballada, epiqramma, idilliya analiz edilir. Üçüncü hissədə faciə və komediya janrlarından, dördüncü 
hissədə şairdən, yaradıcılığın etik problemlərindən danışılır. Bualo antik dövrü, mifologiyanı örnək 
kimi qəbul etməyi tələb edir. Bualo gözəlliyin obyektiv əsasa malik olmasını söyləsə də, mənbəyini 
mənəvi  varlıqla  bağlayır.  Ona  görə  də  sənət  əsəri  təbiətdən  yüksəkdə  dayanır.  Təbiət  incəsənətə 
nümunə ola bilməz. O, təbiəti təqlid etməyə çağırsa da, hesab edir ki, təbiət öz ilkin qabalığından 
azad  olmalı,  əqlin  fəaliyyəti  ilə  nizamlanmalıdır.  Həqiqətdən  kənarda  gözəllik  yoxdur.  Gözəlliyə 
emosiyalarla  yox,  ağılla  çatırlar.  Anlaşılmaz  şeylər  gözəl  ola  bilməz.  Dini,  xristian  süjetlər 
irrasional  olduğu  üçün  incəsənətdən  çıxarılmalıdır.  Hadisələr  vahid  zamanda,  24  saat  ərzində  baş 
verməlidir.  Buna  görə  də  təsvir  edilən  xarakter  dəyişməməlidir,  inkişafda  verilməlidir.  Bualo  bu 
tələblərə riayət etmədiyinə görə ispan dramaturqu Lope de Veqanı tənqid edir, öz dövrünün bədii 
təcrübəsini  isə  təqdirəlayiq  hesab  edir.  Doğrudan  da  Molyerin  xarakterləri  statikdir,  məsələn, 
Qarpaqon əvvəldən axıra kimi xəsis, Tartüf ikiüzlü və riyakar olaraq qalır. 
 
Klassisizmdə tipik obrazlar fərdi cəhətlərə malik deyillər, tipikləşmə üsulu XVII əsr fəlsəfəsi 
və təbiətşünaslığı ilə həmahəng olub, metafizik xarakter daşıyır. Bu, bilavasitə mütləq borcu yerinə 
yetirmək  üçün  şəxsi  mənafeyi  ümumiyə  tabe  etməyi  tələb  edən  klassisist  dünyagörüşünün 
xüsusiyyətlərindən  irəli  gəlirdi.  Klassisistlər  şəxsiyyətə  pərəstiş  prinsipini  əsas  tutur,  kralları  əsər 
qəhrəmanı  edir,  xalqa  isə  yalnız  «aşağı  janr»da  –  komediyada  yer  verirdilər  ki,  bu  da  tarixi 
ziddiyyətləri  daha  düzgün  təsvir  etməyə  mane  olurdu.  Bu  hal  Bualoya  xas  idi.  Klassisitlər  eyni 
zamanda incəsənətdə mühüm ideyaların – vətənpərvərlik, borc hissi, eqoist hisslərə üstün gəlmək, 
qəhrəmanlıq və s. təcəssümünü təbliğ edirdilər. Klassisitlərin normaları nə qədər doqmatik olsa da, 
onların  çoxu  bu  gün  də  öz  əhəmiyyətini  itirməmişdir.  Məsələn,  tipin  xarakteristikasının  aydın 
olması,  incəsənətin  növ  və  janrlarına,  faciəvilik  və  komikliyə  hədd  qoyulması,  əsərin 
kompozisiyasının  ahəngdar  olması,  dilin  aydınlığı  və  ardıcıllığı,  təsvir  edilənin  inandırıcı  və 
həqiqətəbənzər  olması  tələbləri.  Bu  tələblər  doqmatik  bəzək-düzəkdən  təmizləndikdən  sonra 
rasional məna əldə edir. Hətta üç vəhdət prinsipində də rasional məzmun yox deyil. 
 
Klassisizmdə janrların iyerarxik bölgüsünə görə «yüksək janrlara» faciə, epopeya, oda, tarix, 
mifologiya, dini təsvir və s., «aşağı» janrlara isə komediya, satira, təmsil və s. aiddir. 
 
Almaniyada  klassik  komediyanın  təşəbbüskarı  olan  Şlegel  də  Qotşedin  fikirlərinə  etiraz 
edərək klassisist faciənin əsas tələblərinə qarşı çıxır, milli və məhdud (lokal) xarakterli qəhrəman 
yaratmağı  təklif  edirdi.  Müxtəlif  cərəyanların  və  milli  məktəblərin  nailiyyətlərini  ümumiləşdirən 
görkəmli  sənətkarlar  klassisizmə  xas  metafizikliyi  və  doqmatizmi  dəf  edərək,  zənginləşdirilmiş, 
şərtilik və qəddar normalardan azad, yeni tipli klassisizm yaratdılar. Veymar məktəbi (Şiller, Höte), 
Vyana məktəbi (Haydn, Motsart, Bethoven) buna misaldır. 
 
Musiqidə  klassisizm  özünü  opera  janrında  daha  çox  büruzə  verir.  Fransada  lirik  faciə, 
İtaliyada opera seriyası buna misaldır. Vyana klassik məktəbinin nümayəndələri – Haydn, Motsart 
və Bethovenin yaradıcılığı klassisizm tələblərinə uyğun gəlir. 
 
L.V.  Betxoven  musiqi  mədəniyyətinə  təsir  göstərmiş  dahilərdən  biridir.  Onun  yaradıcılığı 
XVIII-XIX  əsrləri  əhatə  edir.  Klassisizm  cərəyanına  aiddir.  Bəstəkarın  ən  sevimli  janrı-sonatadır, 
çünki sonata onun simfonik təfəkkürünə yaxındır. Sonatanı çox vaxt onun yaradıcılıq laboratoriyası 
adlandırırlar. Məs. 25, 26, 27-ci sonatalar, 23 sonata (Apposionata-ehtiraslı f-moll). 
 
Bu janrın ən yüksək zirvəsi sayılır. 6,7,8-sonatalar pastoral xarakterlidir. 32-ci sonata mövzu 
və  variasiyalardan  ibarətdir.  14  sonatası-“Ay  sonatasi”  Bethoven  ilk  bəstəkardır  ki,  sonataları 
polifonikləşdirir  (29-32  sonatalar).  Gələcəkdə  Şumanın  variasiyalarına  çığırda  məhz  Bethovenin 
variasiyalarından  ibarətdir.  Bethovenə  9  simfoniya,  11  uvertura,  həmçinin  konsertlər  də  aiddir. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə