Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə95/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   91   92   93   94   95   96   97   98   ...   121

191 
 
Lakin  Bethovenin  simfoniyaların  heç  biri  o  birisinə  bənzəmir.  9  simfoniyanın  hər  biri  sanki  bir 
aləmdir.  Təkrar  olan  epizodlar  yoxdur.  Onun  simfoniyaları  4  pərdədən  ibarət  instrumental  dram 
kimi  yozurdu. Onun simfoniyalarında  əsas dramatoloji ağırlıq  1-ci  və sonuncu hissəyə düşür. 2-ci 
hissə  hadisələrin  lirik  və  ya  faciəvi  aspektini    verir.  3-cü  məişət  lövhəsidir.”  Fidelio”  operası, 
“Təntənəli messa”, 6 trio, 16 simli kvartet, ”Karolian”, ”Eqmont”, ”Leonora” uvertüralarıda vardır.
 
J.  Haydn  görkəmli  Avstriya  bəstəkarıdır.  Onun  yaradıcılığı  Vyana  klassik  məktəbinin  ən 
dəyərli  səhifəsi  və  dünya  musiqi  məktəbinin  yüksək  zirvələrindən  sayılır.  Jozef  Haydnı 
"simfoniyanın atası" adlandırırlar. Doğrudan da, 100-dən artıq simfoniya bəstələmiş Haydn faktiki 
olaraq  bu  janrın  təməlini  qoymuş,  onun  gələcək  inkişafına  dəyərli  töhfələr  vermişdir.  Haydn 
həmçinin  "kvartetin  atası"  hesab  olunur.  100-dən  artıq  kvarteti,  eləcə  də  trioları,  fortepiano 
sonataları,  konsertləri  klassisizm  dövrünün  instrumental  musiqisinin  ən  gözəl  səhifələrindəndir. 
Haydn demək olar ki bütün janrlarda əsər yazıb. Haydının klavir əsərləri (sonata, rondo, variasiya) 
içərisində  sözün  əsl  mənasında  bu  günə  qədər  də  əhəmiyyətini  itirməyən  şedevrlər  var.  İlk 
sonatalarda F.E. Baxın klavir yaradıcılığının təsiri duyulur. Haydının sonataları 3 hissəli sikldir. Bu 
əsərlər içərisində D-dur, e-moll, Es-dur tonallıqlı sonatalarını xüsusilə qeyd etmək lazımdır. Onun 
yaradıcılığında klassik simfoniyanın 4 hissəli quruluşu təsdiqlənir. 1 hissə  - girişlə başlayır, sonra 
sonata  -  allegrosu  gəlir;  2  hissə  -  (yavaş  hissədir)  adətən  3  hissəli  formada  olur,  lirik  hissədir;  3 
hissə  (menuet)-xalq  mahnı  və  rəqslərinə  dayaqlanan  3  hissəli  formadadır;  4  hissə-final-məişət 
xarakterlidir,  rondo-sonata  formasındadır.  Haydn  100-dən  çox  simfoniya  müəllifidir.  ”London 
simfoniyası”  mükəmməlliyi  ilə  fərqlənir.  Yalnız  1  simfoniyadan  başqa  bütün  simfoniyalar  major 
tonallığındadır.  Haydının  vokal  əsərləri  içərisində-oratoriyaları  xüsusilə  qeyd  etmək  lazımdır. 
”Tovinin  qayıtması”,  ”Dünyanın  yaradılması”  (1798)  -  Con  Miltonun  “İtirilmiş  cənnət”  əsəri 
əsasında yazılmışdır. Oratoriya 3 hissədən ibarətdir. ”İlin fəsilləri” (1801) - əsər Ceyms Tomsinun 
poeması  əsasında  yazılmışdır.  Haydn  24  opera  müəllifidir.  “Aptekçi”,  ”Balıqçı  qızlar”  (buffa), 
“Axsaq şeytan” (zinqşpil), “Asis və Qalateya” (seriya) operalarının adını çəkmək olar. 
 
Volfqanq Amadeus Motsart – dahi Avstriya bəstəkarı, Avropa klassik musiqisinin ən nüfuzlu 
nümayəndələrindən  biri.
 
Motsart  bəstəkarlıqla  yanaşı,  eyni  zamanda  mahir  skripkaçı,  klavesin  və 
orqan ifaçısı və dirijor da olmuşdur. Yaratdığı 600-dən çox əsəri simfonik, konsert, kamera, piano, 
xor  kimi  klassik  musiqi  janrlarının  ən  yüksək  zirvələrində  qərarlaşıb.  Onun  əsərləri  dünyanın  ən 
nüfuzlu orkestralarının konsert reperturlarının ayrılmaz parçasını təşkil edir. Motsarın ömrünün qısa 
olmasına  baxmayaraq  dünya  musiqi  tarixinin  qızıl  fonduna  daxil  olan  əsərlər  yaratmışdır. 
Bunlardan-“Fiqaronun  toyu”,  ”Don  Juan”,  ”Sehrli  fleyta”  kimi  operaları,  si  minor  (40),  do  major 
(41) simfoniyalarını, orkestr üçün yazılmış “Serenada əsərini göstərmək olar. Motsart 41 simfoniya, 
33 serenada bəstələmişdir. 
 
Q-moll simfoniyası bəstəkarın yaradıcılığında mühüm yer tutur. 4 hissədən ibarətdir. Onun 1-
ci  hissəsi  sonata-allegrosu  formasında  yazılıb.  Motsart  musiqi  tarixinə  opera  janrının  reformatoru 
kimi daxil olmuşdur. Bəstəkar hesab edirdi ki müxtəlif opera janrlarında yazan bəstəkarlar, hər bir 
janra  digər  janrlara  xas  olan  elementləri  daxil  etməlidir.  Məsələn  onun  Buffa  üslubunda  yazılmış 
“Fiqaronun toyu” operasında seriyanın elementləri daxil edilmişdir. Motsart bütün opera üslublarına 
müraciət etmişdir. “Sehrli fleyta” operası (1791) fəlsəfi etik və humanist məzmuna malik nağıldır. 
Əsərin ideyası xeyrin şər üzərində qələbəsi dayaqlanır. 
  
ƏDƏBİYYAT  
 
1.
 
M.J. Manafova, N.T. Əfəndiyeva, S.A.Şahhüseynova. Mədəniyyət tarixi və nəzəriyyəsi. Ali 
məktəblər üçün dərslik. Bakı, Sabah nəşriyyatı, 2010 
2.
 
Ə. Bədəlbəyli. “İzahlı monoqrafik musiqi lüğəti”, Bakı, 1978 
3.
 
Aida Hüseynova. Musiqi səmimiyyət məbədi. “Ayna Mətbu Evi”, Bakı, 2001, s 94  
4.
 
А.В. Луначарский. «О социологическом методе в теории и истории музыки», кн. 2, 
Москва, 1925   
5.
 
М. Зильберквит. «Мир музыки», изд-во «Детская литература», Москва, 1988, стр. 335  
6.
 
A.Ə.Əsgərov. Musiqi tarixi. Dərs vəsaiti. “Elm və təhsil”, Bakı, 2013, 179 s             


192 
 
ABSTRACT 
Sevda Huseynova 
In the formation and development of the musical culture of Azerbaijan the 
 work of Asaph Zeynally  
 
The article refers to the artistic style and esthetic direction in European culture of XVII-XIX 
centuries - сlassicism. At the heart of classicism on ideas of rationalism that found vivid expression 
in the philosophy of Descartes. Art work from the standpoint of classical, to be built on the basis of 
strict canons, thereby revealing the harmony and consistency of the universe. Interest Classicism is 
only  the  eternal,  unchanging  -  in  every  phenomenon  it  seeks  to  recognize  only  the  essential, 
typological  features,  casting  occasional  individual  features.  The  aesthetics  of  classicism  attaches 
great  importance  to  the  social  and  educational  function  of  art.  Classicism  establishes  a  strict 
hierarchy  of  genres,  which  are  divided  into  high  (ode,  tragedy,  epic),  and  low  (comedy,  satire, 
fable). Every genre has  a strictly defined characteristics, mixing them is not allowed. As a certain 
direction  was  formed  in  France  in  the  XVII  century.  French  classicism  claimed  identity  of  the 
person  as  the  supreme  value  of  life,  freeing  him  from  the  religious  and  ecclesiastical  influence. 
Classicism largely relied on the ancient art of taking his aesthetic ideal sample, the "golden age".   
            
 
 
РЕЗЮМЕ 
Севда Гусейнова  
Суть классицизма в европейской музыкальной культуре 
 представители венской школы   
 
В  статье  говорится  о  художественном  стиле  и  эстетическом  направлении  в 
европейской  культуре  XVII—XIX  вв.  –  классицизме.  В  основе  классицизма  лежат  идеи 
рационализма,  нашедшие  яркое  выражение  в  философии  Декарта.  Художественное 
произведение, с точки зрения классицизма, должно строиться на основании строгих канонов, 
тем  самым  обнаруживая  стройность  и  логичность  самого  мироздания.  Интерес  для 
классицизма  представляет  только  вечное,  неизменное  —  в  каждом  явлении  он  стремится 
распознать  только  существенные,  типологические  черты,  отбрасывая  случайные 
индивидуальные признаки. Эстетика классицизма придаёт огромное значение общественно-
воспитательной  функции  искусства.  Классицизм  устанавливает  строгую  иерархию  жанров, 
которые  делятся  на  высокие  (ода,  трагедия,  эпопея)  и  низкие  (комедия,  сатира,  басня). 
Каждый  жанр  имеет  строго  определённые  признаки,  смешивание  которых  не  допускается. 
Как  определенное  направление  сформировался  во  Франции  в  XVII  веке.  Французский 
классицизм  утверждал  личность  человека,  как  высшую  ценность  бытия,  освобождая  его  от 
религиозно-церковного  влияния.  Во  многом  классицизм  опирался  на  античное  искусство 
беря его за идеальный эстетический образец, «золотой век».  
 
 
      НДУ-нун  Елми  Шурасынын  23  sentyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01). 
      Məqaləni çapa təqdim etdi: Sənətşünaslıq üzrə fəlsəfə 
doktoru, dosent İ.Məhərrəmova 
 
 
 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə