Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə55/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   51   52   53   54   55   56   57   58   ...   121

111 
 
şeirinin baş tacına çevirmişdi” (1, s.11).  
 
IX əsrdə yapon şeirində özünəməxsus poetik qanunlar formalaşmışdı ki, bu da poeziyada yüksək 
poetik nümunələrin yaranmasına rəvac vermişdir. Məşhur “Kokinşü” (“Qədim və yeni nəğmələr”, 905 – 
ci  il  –  X.  M.)  antologiyası  buna  nümunədir.  Burada  ustad  şairlərin  gənc  şairlərə  tövsiyəsinin  də  şahidi 
oluruq.  “Kokinşü”  antologiyasında  əsas  yeri  təbiət  və  məhəbbət  lirikası  tutur.  “Yaz”,  “Yay”,  “Payız”, 
“Qış”  adlı  fəsillərdə  ilk  günündən  son  gününə  qədər  ilin  fəsillərinin  panoraması  yaradılmışdır. 
“Kokinşü”də  əsas  bölmələr  “Tərif”,  “Ayrılıq”,  “Səyahət”,  “Ağılar”  adlanır.  “Müstəqil  nəğmələr”  adlı 
bölmədə isə daha çox müstəqil mövzulara toxunularaq azad fikirlər irəli sürülmüşdür (2).  
 
XII  əsrdə  son  klassizm  dövrü  başlamışdır.  Yuxarıda  qeyd  etdik  ki,  tankanın  ən  görkəmli 
nümayəndəsi Sayqyo olmuşdur. Əsl adı Sato Norikiö olan Saqyo Yaponiyanın Tayra sülaləsinin diktatoru 
Kiyomori ilə eyni vaxtda 1118-ci ildə anadan olmuşdur. Şair Sayqyo-hoşi (hoşi – buddist rahiblərinə aid 
tituldur.  –  X.  M.)  adlandırılmışdır ki,  bunun  da  mənası  “qərbə  doğru  yolçu”  anlamını ifadə  edir. Şairin 
ləqəbinin kökündə bəzi buddist təriqətlərinin düşüncəsi dayanır. Sayqyonun ata tərəfdən bağlandığı Sato 
sülaləsi uzun illər Yaponiyanı idarə etmiş Fucivara tayfasının şimal qoluna aid olmuşdur. Şairin anası isə 
Tayra  ilə  eyni  vaxtda  siyasi  səhnəyə  gələn,  onunla  qanlı  mübarizə  aparan  Minamoto  hərbi-feodal 
sülaləsindən olmuşdur. Ümumiyyətlə, şairin tərcümeyi-halı ilə bağlı bir sıra əfsanələr yaranmışdır. Sayqyo 
Heyanda, yəni indiki Kiotoda boya-başa çatmışdır. Bütün əsilzadə yeniyetmələr kimi o da çin klassikasını 
dərindən öyrənərək tarix, fəlsəfə və poeziya təhsili almışdır. Sayqyonun hələ usaqlıqdan peşəkar vərdişləri 
sırasında tanka yazmaq da olmuşdur. Ancaq təbii ki, yeniyetmə çağlarında dərin məna kəsb edən tankalar 
qələmə  almaq  şair  üçün  qeyri-mümkün  idi.  Maraqlı  faktdır  ki,  Sayqyo  gəncliyində  imperator  Tobanın 
(1103-1156)  sarayında  dekorasiya  işinə  baxan  qvardiyanın  üzvü  olmuşdur  (4).  Bir  çox  mənbələrdə 
Sayqyonun dövrünün əksər adamları kimi qatı dindar-buddist olduğu qeyd edilir. Sayqyo həmçinin yapon 
poeziyasına  “Sankaşü”  yəni,  “Dağlar  qoynunda  daxma”  kimi  ölməz  poetik  toplu  bəxş  etmişdir. 
Mənbələrdə verilən məlumata görə o, həyat yoldaşı və azyaşlı qızını tərk edərək rahib olmuş və daha çox 
şair-rahib kimi şöhrət qazanmışdır. Rəvayətə görə o, bir neçə il sona həyat yoldaçı ilə qarşılaşmış və onun 
da rahibəliyi qəbul etdiyini anlamışdır. Sayqyonun göz yaşı içərisində qələmə aldığı vida nəğməsi həmin 
görüşün yadigarıdır:  
 
Təəssüf etdin... 
 
Amma kədərə dəyməz 
 
Bu fani dünya. 
 
Özünü rədd eləsən, 
 
Bəlkə xilas olarsan. 
 
Daha çox tənha səyahətlərə gedən Sayqyo şeirlərini Heyandakı şair dostlarına göndərmiş, bəzən 
özü də burada təşkil edilən şeir müsabiqələrində iştirak etmişdir. Belə məclislərdə şeirlər adətən konkret 
mövzulara  həsr  olunmuş,  şairlərin  müzakirə  obyektinə  çevrilmişdir.  Zaman  keçdikcə  Sayqyonun 
şagirdləri meydana çıxmış, onun davamçıları söhbətlərini qələmə almış, şeirlərinin üzünü köçürüb gələcək 
nəsillərə  ərməğan  etmişlər.  Şair  vətəninin  gözəl  təbiəti  ilə  yanaşı,  xalqının  keçirdiyi  ağır  güzəranını  da 
qələmə almış, qiyamlar, feodal müharibələri onu daim narahat etmişdir (5). O yazırdı: 
 
Dağlara doğru 
 
Yolu nişanlamadan 
 
Elə hey gedəcəm dərinlərə. 
 
Amma acı xəbərin çatmadığı 
 
Bir yer varmı dünyada?  
 
Mənbədə  qeyd  edildiyi  kimi,  “Sayqyonun  yapon  ədəbiyyatına  bəxş  etdiyi  ölməz  “Sankaşü” 
toplusu (“Dağlar qoynunda daxma”) elə toplunun adından başlayaraq öz-özlüyündə dərin məna kəsb edir. 
Uzun kağız bükümü açılır və göz önündə təkcə təbiət mənzərələri deyil, səyyah şairin bütün həyatı anbaan 
canlanır.  Dağlar  gözəldir,  əlbəttə,  amma  təkcə  mənzərə  deyil,  orta  əsrlər  yaponu  üçün  dağlar  həm  də 
miflər, əfsanələr diyarı, müqəddəslər yaşayan təmiz, saf məkandır. Sonra isə dağdakı koma sakini ömrü, o 
ömrün hər anı – gecəsi, gündüzü, sübhü, qürubu, toranı, dumanı müşahidə edilir (1, s. 16). Buradan belə 
bir nəticəyə gəlmək olar ki, sanki oxucunun qarşısında əsrarəngiz, ancaq çilik-çilik olmuş bir qab var və 
bu  qabı  yalnız  qəlpə-qəlpə,  hissə-hissə,  hər  qəlpəyə,  hissəyə  toxuna-toxuna,  hər  parçanı  öz  əlində  hiss 
edərək bir yerə toplamaq, birləşdirmək, bütövləşdirmək olar. Burada “çat” ifadəsi şairin iztirabları və bu 
iztirabın onun ürəyində açdığı şırımlardır. Çünki dostlar komaya gedən yolu unudublar. Xüsusilə qışda, 
qar  bütün  cığırları,  izləri  silib  itirəndə.  Beləliklə,  bütün  bu  hadisələri  əks  etdirən  tanka  zənciri  yaranır. 
Ancaq  toplunun  tam  olaraq  şair,  yoxsa  şagirdləri  tərəfindən  yarandığı  müəmmalıdır.  Bir  rahibin 
gündəliyindəki  qeyddən  məlum  olur  ki,  “Sankaşü”  toplusunun  avtoqrafı  olub.  Ancaq  monastr 


112 
 
kitabxanasında  baş  verən  yanğından  sonra  son  dəlil  olan  avtoqraf  məhv  olub.  Rəvayətə  görə,  kitabın 
yanğından xilas edilən hissəsində min beş yüzdən artıq tanka olmuşdur. Bu tankalardan yetmiş yeddisi 
başqa  müəlliflərə  aid  olub.  Əslində  bu  nümunələrin  poetik  dialoq  olması  haqqında  da  mənbələrdə 
məlumat var. Yəni şairlər bir-birlərinə cavab göndərmişlər ki, bu da yapon dilində “kaesi-uta” adlanmış, 
mənası “cavab nəğmə” deməkdir (3).  
 
Yapon şairi Sayqyo eyni zamanda öz şeirlərinə el arasında işlənən ifadələr də daxil etmişdir. Bu da 
canlı el dili elementlərinin poeziyaya gəlməsinə şərait yaratmışdır. Sayqyo yazın gəlişini öz tankalarında 
xüsusi tərənnüm etmişdir. O, “Bütün evlərdə baharın gəlişinin bayram edilməsi barədə” adlı tankasında 
yazır: 
 
Hər bir qapının ağzında bitib 
 
Cavan şam ağacı dimdik.  
 
Bayramsayağı! 
 
Fərq qoymadan gəlib bahar bu gün 
 
Hər evə.  
 
Bu fikirlər odlar yurdu, qədim diyar Azərbaycanımızda da eyni cür anılmaqdadır. Məlumdur ki, 
baharın gəlişi ölkəmizdə yeni ilin, Novruzun gəlişi deməkdir. Baharda hər tərəfdə bayram əhval-ruhiyyəsi 
hiss olunur. Bu baxımdan klassik yapon şairi Sayqyonun əsrlər əvvəl qələmə aldığı baharı tərənnüm edən 
tanka müasir dövrdə Azərbaycan şairlərinin baharla bağlı şeirləri ilə də səsləşməkdədir. Mərhum şairimiz 
Hafiz Baxış baharın gəlişini belə tərənnüm etmişdir: 
 
Ana torpaq cavanlaşır,  
 
Dag çayları coşub daşır, 
 
Qış bizimlə vidalaşır,  
 
Deyir yaz gəldi, yaz gəldi, 
 
ömrümüzə bahar gəldi.  
 
Deməli, həm Azərbaycan, həm də yapon xalqı baharın, yazın gəlişinə xüsusi əhəmiyyət verir, ruzi, 
bar-bərəkət gətirəcəyinə inanır.  
 
Sayqyo  payızın  gəlişini  qəmin,  kədərin  gəlişi  kimi  təqdim  edir.  Bu  hiss  əsrlər  əvvəl  yaşayıb-
yaradan istiqanlı yapon şairinin bəlkə də günəşli ölkədə dünyaya göz açmasından, həmişə daxilən nikbin 
ruhla yaşamasından irəli gəlir. Sayqyo “Payız” adlı tankada yazır: 
 
Budaqların arasında 
 
O qədər dərddən söz açır ki, 
 
Küləklər. 
 
Adamlar dağ kəndində 
 
Səsindən tanıdılar payızı. 
 
Yuxarıda  verilmiş  bu  misralar  şairin  dərin  daxili  duyumundan  xəbər  verməklə  yanaşı,  eyni 
zamanda  onun  təbiət  hadisələrinə  olan  böyük  həssaslığından  da  irəli  gəlir.  “Səsindən  tanıdılar  payızı” 
ifadəsi  ilə şair yüksək sənətkarlıqla payızın gəlişinin onun küləyində hiss olunduğunu diqqətə çatdırmaq 
istəmişdir.  
 
Mənbələrdə verilən məlumata görə görkəmli yapon şairi Sayqyo otuz yaşından sonra otuz ildən 
artıq bir müddətdə Koya dağında yaşamışdır. Hətta ədibin bir çox şeirlərinin “Koyada yazılıb” qeydi ilə 
başladığının şahidi oluruq (2). Həyatı boyu feodal çəkişmələrindən uzaq dayanmağa çalışan şair ömrünün 
son illərini İsedə keçirmiş, 1190-cı ildə tankalarından birində arzuladığı kimi yaz fəslində, Kisaraqi ayında 
dünyasını dəyişmişdir.   
 
Qeyd etmək lazımdır ki, Sayqyo sağlığında şair kimi böyük şöhrət qazanmışdır. Onun poeziyasını 
öyrənmək hazırda da hər bir yapon üçün mənəvi borc sayılmaqdadır. Sayqyo poeziyasının Azərbaycan 
dilinə  tərcüməsi  və  tədqiqi  elmi  ədəbiyyatşünaslığımızda  aktual  əhəmiyyət  kəsb  edən  məsələlərdəndir. 
Sayqyo tankalarının dilimizə yeni tərcüməsini nəzərə alaraq ədibin poetik üslübü ilə daha yaxından tanış 
olmaq üçün bir neçə tankanı təqdim etmək əhəhmiyyətlidir. 
 
YAŞADIĞIM VADİDƏ BÜLBÜLLƏR SUSARSA 
 
Atıb köhnə yuvanı 
 
Bülbüllər köçərsə 
 
Mənim vadimdən, 
 
Onların yerinə göz yaşlarını 
 
Mən köçürərəm nəğməmə. 
 
OT ÇALINAN ZAMAN ONLARI XATIRLAYIRAM 
 
Təzə-tər otun dəryazlandığı 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə