Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
1   2   3   4   5   6   7   8   9   ...   136


 
baxmayaraq,  milli-azadlıq  duyğusunu  Naxçıvan  əhalisi  qəlbində  yaşatmış  və  mübarizəni  davam 
etdirmişdir. Bu mübarizəni qələbə ilə başa çatdırmaq üçün Naxçıvan əhalisinə geniş siyasi təcrübəyə, 
diplomatik qabiliyyətə malik, bütün varlığı ilə xalqına bağlı olan, xalq tərəfindən sevilən, rəhbər lazım 
idi. Belə bir rəhbər Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi, siyasət aləmində böyük 
nüfuza malik Heydər Əlirza oğlu Əliyev oldu. Azərbaycanın görkəmli dövlət xadimi və böyük siyasətçi 
H.Əliyev respublikada gedən mürəkkəb ictimai-siyasi şəraiti yaxından izləyir, milli-azadlıq hərəkatına 
böyük rəğbət bəsləyirdi. O, Bakıda baş verən qanlı yanvar faciəsindən xəbər tutan kimi, həmin günün 
səhəri Azərbaycan xalqına başsağlığı teleqramı göndərmişdi. 
H.Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, 
orada keçirilən yığıncaqda çıxış etmiş, sovet imperiyasının mənfur siyasətini kəskin pisləmişdi.  
Görkəmli  dövlət  xadimi  H.Əliyev  həmin  çıxışında  göstərmişdir:  «Azərbaycanda  baş  vermiş 
hadisələrə gəlincə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş 
hüquqi  dövlət  quruculuğu  prinsiplərinə  zidd  hesab  edirəm.  Bunlar  üçün  ilk  növbədə  Azərbaycan  KP 
MK-nın  artıq  sabiq  birinci  katibi  Vəzirov  müqəssirdir».  «Qanlı  yanvar»  hadisəsini  törədən  sovet 
imperiyası rəhbərliyinin iç üzünü açan H.Əliyev daha sonra demişdir:  «Dağlıq Qarabağ hadisələrinin 
ilkin mərhələsində ölkənin ali partiya, siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri  tədbirlər görülsə idi, 
gərginlik indiki həddə çatmazdı, başlıcası isə yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə 
nəticələnən  hərbi  müdaxilə  üçün  də  zəmin  yaranmazdı».  Bakıda  «Qanlı  yanvar»  faciəsindən  sonra 
Azərbaycanın  böyük  oğlu  H.Əliyev  öz  doğma  vətəninə,  Azərbaycana  gəlməyi  qarşısına  məqsəd 
qoymuşdu. Lakin Azərbaycan rəhbərliyi H.Əliyevin Azərbaycana gəlməsinin qarşısını almağa çalışırdı. 
Bütün  bu  maneələrə  baxmayaraq,  ürəyi  doğma  xalqı  ilə  bir  döyünən  H.Əliyev,  nəhayət,  1990-cı  il 
iyulun 20-də Bakıya, həmin ayın 22-də isə doğma vətəni Naxçıvana gəlmişdir. 
Bu  qayıdışla  Naxçıvanın  və  eləcə  də  bütün  Azərbaycanın  xilasının  əsası  qoyulmuş  oldu. 
H.Əliyev 20 yanvar Bakı hadisələri ilə bağlı ittifaq və respublika rəhbərlərini ciddi tənqid etdiyinə 
görə siyasi təqiblərə, partiya mətbuatında böhtanlara məruz qalmışdı.  
H.Əliyev  Naxçıvana  gəldikdən  sonra  Naxçıvan  şəhər  zəhmətkeşləri  ilə  görüşmüş,  rayon  və 
kəndlərdə olmuş, adamlarla söhbətdə mövcud vəziyyəti təhlil edərək çıxış yollarını göstərmişdi. Həmin 
görüşlərdə H.Əliyev əsasən bir məsələni daha çox vurğulayırdı ki, indi hər şeydən əvvəl, bütün siyasi 
qüvvələr  birləşməli,  Azərbaycanın  xoşbəxt  gələcəyi  naminə  mübarizə  aparmalı,  xalqın  tərəqqisinə 
kömək edilməlidir. Bütün bu vəzifələri həyata keçirmək üçün ancaq birlik, yekdillik lazımdır. 
Qeyd  edək  ki,  bu  dövrdə  Naxçıvan  əhalisi  böyük  oğluna  öz  məhəbbətini  bildirərək,  demək 
olar ki, bütün seçki dairələrindən onu deputatlığa namizəd göstərmişlər. Özünün arzusu ilə Nehrəm 
seçki dairəsindən Azərbaycan SSR-nin xalq deputatlığına, Naxçıvan Alt Trikotaj Fabriki kollektivi 
tərəfindən isə Naxçıvan MSSR-in xalq deputatlığına namizədliyi verilmişdir. Seçicilərlə görüşündə 
H.Əliyev  Azərbaycana  gəlişinin  məqsədini  və  platformasını  belə  bildirmişdir:  «İlk  növbədə 
respublikamızın  bu  ağır  iqtisadi  və  siyasi  böhrandan  çıxması  üçün  var  qüvvəmi  sərf  edəcəyəm. 
Xalqımız  çox  çətin  bir  dövr  keçirir.  Azərbaycan  böhran  içərisindədir.  Başqa  regionlara  nisbətən 
Azərbaycan daha ağır vəziyyətdədir. Qarabağ problemi deyilən uydurma bir problem üç ilə yaxındır 
ki, respublikaya çaxnaşma salmışdır. Bu problem aradan qaldırılmayınca bizim rahatçılığımız tam 
təmin  olunmayacaq.  Mən  bütün  səyimi,  bacarığımı  və  qüvvəmi  Azərbaycanda  əmin-amanlığın 
təmin  olunmasına  sərf  edəcəyəm.  Azərbaycanın  milli  ənənələri  və  milli  xüsusiyyətlərinin  inkişaf 
etməsinə  çalışacağam.  Onu  da  deyim  ki,  70  il  ərzində  biz  belə  bir  çətin  vəziyyətə  düşməmişdik. 
Bunun  isə  səbəbkarları  ermənilər, Ermənistan  respublikasının  rəhbərləridir.  Erməni  quldurları tez-
tez  ərazimizə  basqınlar  edir,  torpaqlarımızı  ələ  keçirməyə  çalışırlar.  Əlbəttə,  bu,  onlara  müyəssər 
olmayacaqdır. Lakin bu məsələləri qətiyyətlə həll etməyin vaxtı çatmışdır.  Bir sözlə, mənim əsas 
məqsədim  Azərbaycanın  ərazi  bütövlüyünü  və  Azərbaycan  hakimiyyətini  respublikanın  bütün 
ərazisində  bərqərar  etməkdən  ibarətdir.  Azərbaycan  Respublikasının  milli  dövlət  kimi  inkişaf 
etməsi  indi  əsas  məsələdir.  Bunun  üçün  Azərbaycan  tam  müstəqil,  azad,  demokratik  respublika 
olmalıdır. İndi hər şeydən əvvəl, bütün siyasi qüvvələr birləşməli, Azərbaycanın xoşbəxt gələcəyi 
naminə mübarizə aparmalı, xalqın tərəqqisinə kömək etməlidir». 
H.Əliyev  1990-cı  il  seçkilərində  həm  Azərbaycan,  həm  də  Naxçıvan  MR  parlamentinə 
deputat seçildi. 



 
1990-cı ilin noyabr ayının 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyası Heydər  
Əliyevin  sədrliyi  ilə  keçirildi.  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  birinci  sessiyasında  çox 
mühüm  qərarlar  qəbul  olundu.  Sessiya  Naxçıvan  Muxtar  Sovet  Sosialist  Respublikasının  adını 
dəyişdirərək bundan sonra Naxçıvan Muxtar Respublikası adlandırmağı qərara aldı. Naxçıvan MSSR Ali 
Sovetinin adı dəyişərək onun Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar 
qəbul etdi. Azərbaycan Respublikasının milli istiqlal rəmzi olan üçrəngli dövlət bayrağının bərpası, onun 
Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul olundu. 
Naxçıvan Muxtar Respublikasının Аli Məclisi Azərbaycan SSR Ali Sovetinin qarşısında həmin 
bayrağın bütünlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında və sadət qaldırdı. 
Naxçıvan MR Аli Məclisinin birinci sessiyasında müzakirə olunan ən mühüm məsələlərdən biri 
də 1990- cı il 20  yanvar faciəsinə verilən siyasi qiymət idi. Sıravi deputat olan Heydər Əliyev həmin 
dövrdə «1990-cı ilin yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət veilməsi haqqında» qərar 
layihəsini işləyib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə təqdim etdi. 
Ali  Məclisin  binası  önünə toplaşan  xalq kütlələrinin tələbi,  muxtar  respublika  deputatlarının 
fəallığı  və  Heydər  Əliyevin  siyasi  nüfuzu  nəticəsində  qəbul  olunan  və  о  zaman  Naxçıvan  Muxtar 
Respublikası  Ali  Məclisinin  sədri  işləyən  Azərbaycan  xalqının  böyük  oğlu,  mərhum  Afiyəddin 
Cəlilov tərəfindən imzalanan bu qərarda ilk dəfə Yanvar hadisələrinə siyasi qiymət verilir, törədilən 
qırğının təşkilatçılarının məsuliyyətə cəlb olunması tələb edilirdi. 
H.Əliyev  rəhbərliyi  və  NMR  deputatlarının  səyi  nəticəsində  Naxçıvan  Muxtar  Respublikası 
Ali Məclisi aşağıdakı qərarı qəbul etmişdi:  
1.  1990-cı  ilin  yanvar  ayında  Bakı  şəhərində  törədilmiş  qanlı  hadisələr  Azərbaycan  SSR-in 
suveren hüquqlarına, respublikada gedən demokratik proseslərə qəsd kimi qiymətləndirilsin.  
2.  Dinc  əhaliyə,  silahsız  kütləyə,  heç  bir  müqavimət  göstərməyən  günahsız  adamlara  qarşı 
müasir  silahlarla,  hərbi  texnika  ilə  zorakılıq  edilməsi,  qocaların,  qadınların,  uşaqların  qətlə 
yetirilməsi Azərbaycan xalqına qarşı açıq təcavüz kimi ittiham edilsin.  
3. Bu qərar qəbul edilən andan 20 yanvar günü hər il Naxçıvan Muxtar Respublikasında milli 
matəm günü kimi qeyd edilsin. 
4. Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin ki, 20 yanvar günü hər il Azərbaycan SSR-də 
milli matəm günü kimi qeyd edilsin.  
1991-ci  il  sentyabr  ayının  3-də  möhtərəm  Heydər  Əliyev  xalqın  tələbi  ilə  Naxçıvan  Muxtar 
Respublikasının Ali Məclisinin sədri seçildi. 
H.Əliyevin  Naxçıvandakı  fəaliyyətində  ən  uğurlu  cəhətlərdən  biri  də  Dünya  Azərbaycanlılarının 
həmrəylik  və  birlik  günü  haqqında  fərman  verməsi  olmuşdu.  Həmin  fərman  bütün  Naxçıvan  əhalisinin 
ürəyindən olmuş və ictimai-siyasi şəraitin gələcək gedişinə çox yüksək səviyyədə təsir etmişdi. 
Bu  böyük  dahi  hər  gün  Azərbaycan  üçün,  onun  müstəqilliyi  və  tərəqqisi  üçün  böyük  tədbirlər 
həyata  keçirildi.  Elə  o  illərdə  əhalinin  iqtisadi  vəziyyətinin  pis  olması  ilə  əlaqədar  dövlətçilik 
məsələsində olduğu kimi, iqtisadi məsələlərin həlli sahəsində də H.Əliyev böyük addımlar atmış oldu. 
Heydər  Əliyev Naxçıvanın Türk dünyasına, İslam aləminə bir qapı olduğunu bilərək 1992-ci il 
mart ayının 22-də Türkiyə Cümhuriyyətinin Prezidenti Turqut Özalın və Baş Nazir Süleyman Dəmirəlin 
dəvəti  ilə  Türkiyəyə  gedib  Türkiyə  ilə  iqtisadi  əməkdaşlıq  barədə  protokol  imzaladı.  Bu  protokol 
əsasında Türkiyə ilə Naxçıvan arasında iqtisadiyyat, təhsil, nəqliyyat və rabitə sahəsində münasibətlərin 
inkişaf  etdirilməsi,  Araz  çayı  üzərində  körpü  salınması,  muxtar  respublikaya  kredit  verilməsi,  100 
tələbənin Türkiyədə pulsuz təhsil alması və başqa məsələlərin həyata keçirilməsinə başlanıldı. 
1991-ci  il  oktyabr  ayının  18-də  müstəqilliyini  elan  etdikdən  sonra  Azərbaycan  xalqı  özünün 
çox  çətin  günlərini  yaşayırdı.  Bir  tərəfdən  70  il  davam  edən  kommunist  üsul  idarəsindən  miras 
qalmış  zəhərli  təbliğat,  iqtisadi  gerilik,  bir  tərəfdən  də  müstəqillik  qazanandan  sonra  hakimiyyət 
uğrunda  kreslo  çəkişmələri  və  bununla  əlaqədar  dağıntılar,  ölkənin  parçalanma  vəziyyətinə 
düşməsi,  eləcə  də  torpaqlarımıza  erməni  təcavüzü  Azərbaycanın  əldə  etdiyi  müstəqilliyin  məhvi 
təhlükəsini yaratmışdı. 
Belə bir şəraitdə Azərbaycanı bu vəziyyətdən xilas etmək üçün geniş dünya görüşə, möhkəm 
iradə, qeyrət, təşəbbüs və lazımi hazırlığa malik bir rəhbər tələb olunurdu. Ona görə uzun illər boyu 
xalqa  ləyaqətlə  xidmət  edən,  ürəyi  vətən  eşqi  ilə  döyünən,  dünyaya  öz  qüdrətini  nümayiş  etdirən, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə