Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
1   ...   4   5   6   7   8   9   10   11   ...   136

17 
 
11. Сборник сведений по плодоводству в Закавказском крае, вып. II, Тифлис,1899 
12. Сборник статистических сведений о Кавказе. т. I, Тифлис, 1869 
13. Сборник сведений о Кавказе. т. VII, Тифлис, 1886 
14.  Сеферова  Х.Р.  Из  истории  экономической,  социальной  и  духовной  жизни  Ордубада 
конца XIX-начала ХХ вв.// Социфеkа.2012, №2 
15.Сумбатзаде А.С. Промышленность Азербайджана в XIX в. Баку, 1964   
16.  Шопен  И.  Исторический  памятник  Армянской  области  в  эпоху  ее  присоединения  к 
Российской империи. СПб., 1852  
 
ABSTRACT 
Vidadi Muradov 
 
On the economic life of Ordubad in the 18
th
- early XX
th
 century 
 
Trades and craftsmanship made up the basis of economic life of  Ordubad city in the 18
th
 and 
early  20
th
  centuries.  In  addition  to  the  local  handicraft  products,  gardening  products  also  held  an 
important  place  in  the  internal  trade.  The  merchants  of  Ordubad  took  an  active  part  in  the  transit 
trade  between  Russia  and  South  Azerbaijan  and  Iran,  also.  They  sold  more  of  their  goods  they 
purchased  from  different  cities  of  Russia  and  Leipzig  Fair  in  Tabriz  city.  The  fields  of 
craftsmanship  production  like  textile,  dyeing,  footwear,  production,  coppersmith,  leather  dressing 
and  hat  making  developed  widely.  Since  the  second  half  of  the  nineteenth  century,  however,  a 
significant decline was observed in some of the areas of these arts. The emergence of manufacturing 
and factory-type businesses in the city, the mass import of manufactured products produced in the 
large industrial centers of Russia led to failure of different art fields eventually.  
 
 
РЕЗЮМЕ 
Видади Мурадов 
Об экономической жизни города Ордубад в XVIII - начале XX вв.   
                                 
В  XVIII  -  начале  XX  вв.  основу  экономической  жизни  города  Ордубад  составляли 
торговля и ремесла.  Во внутренней торговле, наряду с местными ремесленными изделиями, 
занимали  важное  место  и  фрукты.    Ордубадские  купцы  принимали  активное  участие  в 
транзитной  торговле  между  Россией  и  Южным  Азербайджаном.  Они  продавали  в  городе 
Тебриз  товары,  приобретенные  ими  в  разных  городах  России  и  на  Лейпцигской  ярмарке. 
Развивались  такие  отрасли,  как  ткачество,  красильное  дело,  производство  обуви, 
медничество, кожевенное  дело. Однако начиная с второй половины XIX века в некоторых 
отраслях стал наблюдаться серезный упадок. Создание в городе мануфактур и предприятий 
мануфактурного  типа,  массовый  импорт  продуктов,  производимых  в  крупных 
промышленных центрах России, способствали исчезновению некоторых отраслей ремесла. 
 
 
 
        НДУ-нун  Елми  Шурасынын  31  oktyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 02). 
 
 
 


18 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 5(79) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 5 (79) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 5 (79) 
 
 
                                 ŞAMXAL MƏMMƏDOV                                                                                                     
Naxçıvan Dövlət Universiteti 
UOT:327.2;94 
XVIII  ƏSRƏ QƏDƏRKİ DÖVRDƏ  RUSİYA-ERMƏNİ ƏLAQƏLƏRİ 
 
Açar sözlər: Almaz taxt, Nor-Cuğa, Kiyev rusu, Erməni koloniyası, ipək alveri, Anqexokot 
Key words: Diamond throne, Nor-Jugha, Kiev Russian, the Armenian colony, the silk trade, 
Angehokot 
Ключевые  слова:  Алмазный  трон,  Нор-Джуга,  Киевская  Русь,  армянская  колония, 
торговля шелком, Ангехокот 
 
Artıq bir neçə əsrdir ki, erməni ideoloqları, Cənubi Qafqazda xəyanətkar “beşinci dəstəsi” və 
forpostu  olduğu,  himayəsinə  sığındığı  Rusiya  dövləti  ilə  əlaqələrinin  minillik  tarixi  barədə 
uydurmalar, hekayətlər quraşdırmaqdadırlar. Lakin saxtakar erməni tarixçilərinin və yazarlarının bu 
əlaqələrin tarixinin erkən orta əsrlərdən, yəni təqribən V-VI əsrlərdən başlanması barədəki iddiaları 
heç bir elmi əsaslara və tarixi faktlara söykənmədiyindən, ermənilərin özlərindən və dəmtutanların-
dan başqa heç kim tərəfindən ciddi elmi araşdırmalar kimi qarşılanmır. 
“Yalan” və “uydurma”nı özlərinə tarixi mənbə seçən erməni “alimləri” iddia edirlər ki, güya 
Kiyev Rusunun əsasını ermənilər qoyub. Onların yazdığına görə, “Bizim eranın V əsrində Dneprin 
yuxarı axarlarında erməni əhalisi tərəfindən  Arta dövləti yaradılıb, erməni knyazı  Smbat Baqratuni 
Dnepr çayının sahilində  Smbatas qalasını salıb. Sonralar həmin qala şərqdən gələn əfsanəvi Kiy, 
Şek və Xoriv qardaşlarından böyüyünün şərəfinə Kiyev adlandırılmışdı. Arta dövləti Kiyev-Kursk-
Bryansk  üçbucağında  yerləşirdi  və  Moskva  həmin  ərazinin  şimal  nöqtəsində  yerləşirdi”(8). 
Məntiqlə düşünəndə, dövlət yarada biləcək sayda bir əhali niyə tarixən məskunlaşdığı əraziləri tərk 
edib indiki Ukraynanın şimalına köçsün. İkinci bir tərəfdən nə üçün dövlət öz adını və artıq mövcud 
olan qalasının adını üç gəlmə qardaşın şərəfinə dəyişsin? Axı hər gəlməyə görə ad dəyişmirlər.  
Erməni  ideoloqlarının  iddialarına  rəğmən,  Rusiya  tarixinin  təməl  kitabı  olan  “Povest 
vremennıx let” əsərində göstərilir ki, Kiyevin əsasını qoyan həmin qardaşlar və onların bacısı Lebed 
Moraviyadan  gələrək  Dnepr  çayını  keçmişlər  və  Xəzər  xaqanından  icazə  alıb  şəhər  salmışlar. 
Əvəzində isə xəzərlərə vergi ödəyirmişlər. 
Bu deyilənlər kimi, rusların slavyan mənşəli deyil, erməni mənşəli olması, Mərkəzi Rusiyada 
və  Polşada  yüz  minlərlə  erməni  əhalisinin  yaşaması,  Rusiya  tarixinin  mühüm    məqamlarında 
ermənilərin həlledici rol oynaması barədəki “ermənisayağı nağıllar” da sadəcə olaraq uydurmadır. 
Başa bəla erməni tarixçiləri rus-erməni strateji müttəfiqliyinin köklərini də erkən orta əsrlərdə 
axtarır.  Bunu  qeyd  etmək  yerinə  düşərdi  ki,  əvvəla  strateji  müttəfiqlik  bərabər  hüquqlu  suveren 
dövlətlər  arasında  mümkündür.  Erməni  dövləti  isə  özünün  bütün  varlığı  ərzində  süzerenin 
kimliyindən asılı olmayaraq, vassal və satrap olmaqdan o yana keçməmişdir. İkincisi  isə göstərilən 
dövrlərdə  dünya  xəritəsində  nə  Rusiya,  nə  də  Ermənistan  adlı    dövlətlər  yox  idi.  Bizans 
imperiyasının əsarəti altında olan və erməni müəlliflərinin  “Qərbi Ermənistan” dediyi ərazilər və 
qüdrətli Xəzər xaqanlığına vergi verən, tabe olan kiçik rus knyazlıqları vardı. 
Obyektiv  elmi  araşdırmalar  göstərir  ki,  erməni  saxtakarlarının  iddialarına  rəğmən,  ruslarla 
ermənilərin  ilk tanışlıqları  heç  də   erkən orta  əsrlərə  aid  deyildir.  Bizim  eranın  VI-VIII  əsrlərində 
hələ də ibtidai-icma quruluşunda yaşayan, dövlətçilik atributlarını yenicə  yaratmağa başlayan şərq 
slavyanları,  daimi  başqısı altında  olduqları  türk-xəzərlərdən  və  normanlardan  (varyaqlardan)  özgə 
bir  xalq tanımırdılar. Erkən  slavyan  dövlət  qurumları  da  həmin  xalqların  nümunəsində  və  onların 
birbaşa təsiri altında formalaşmağa başlamışdı. Sonralar yazılmış və həmin dövrləri təsvir edən rus 
mənbələrində  də  uydurma  Arta  dövləti,  Smbatas  qalası  və  rusların  “strateji  müttəfiqi  olan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə