Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)



Yüklə 5,01 Kb.

səhifə1/81
tarix10.11.2017
ölçüsü5,01 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   81


 
 
 



NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 6 (76) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 6 (76) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 6 (76) 
 
 
BİOLOGİYA 
                                                                             SALEH MƏHƏRRƏMOV  
                                                                              AMEA-nın müxbir üzvü                                                                                                                                                                
                                                                                Naxçıvan Dövlət Universiteti    
                                                                                  salehmaharramov@mail.ru     
UOT: 581.6 
 
ÇAŞIR-ACILIQ BİTKİLƏRİNİN HEYVANLARIN BƏDƏN TEMPERATURUNA TƏSİRİ 
 
Açar sözlər: çaşır, acılıq, bədən temperaturu, antihelmint təsir, otlaq bitkiləri 
Key words: ferula, bitterness, body temperature, antihelmint affect, plants 
Ключевые  слова:  ферула,  хвойник,  температур  тело,  антигельминтая  действия, 
пастбищные растения 
 
  Yüksək  müalicə  təsirinə  malik  dərman  preparatları  ilə  zəhərlənmələr  zamanı  heyvanların 
ürək-damar, tənəffüs, həzm, sinir sistemində, maddələr mübadiləsində, humoral sistemdə disfunk-
siyalar  əmələ  gəlməklə,  temperatur  aşağı  düşür,  ümumi  halsızlıq  yaranır,  immunitet  zəifləyir,  diri 
çəkiləri azalır. Bu vəziyyətdə olan heyvanların qanını analiz etdikdə formalı elementlərin sayında, 
leykositlər formulunda, qanın fiziki-kimyəvi xassələrində normadan kənara çıxmalar müşahidə edi-
lir. Sidiyin fiziki-kimyəvi xassələri dəyişilərək tərkibindəki üzvü və qeyri-üzvü maddələrin miqdarı 
artır, hətta normada olmayan maddələrin ixracına təsadüf edilir.  
Otlaqlarda yayılan bəzi zəhərli bitkilər həm də müalicəvi əhəmiyyətə malikdir. Buna görə də 
hətta yüksək səmərəliliyə malik bitkilər praktik olaraq tətbiq edilməmişdən əvvəl toksiki cəhətdən 
qiymətləndirilməlidir.  Müalicəvi  əhəmiyyətə  malik  bitkilərin  toksiki  təsir  göstərməsi  onun 
dozasından  da  asılıdır.  Az  miqdarda  müalicə  səmərəsi  göstərən  bitkilər  heyvan  tərəfindən  artıq 
yeyildikdə  toksiki  təsir  yaradır.  Otlaq  sahələrində  yayılan  və  insanlar  tərəfindən  becərilən  bəzi 
bitkilər helmintosid təsirə malik olmalarına baxmayaraq artıq miqdarda qəbul edildikdə funksional 
sistemə mənfi təsir göstərir.  
Zəhərli  bitkilər  toksiki  maddələri  həyat  fəaliyyətləri  dövründə  hazırlayaraq  yarpaqlarında, 
köklərində və b. vegetativ, generativ orqanlarında saxlayırlar. Bitkilərin tərkibindəki alkaloidlərin, 
qlikozidlərin,  efir  yağlarının,  fitonsidlərin,  fotosensibilizasiya  edici  maddələrin  müalicəvi  əhəmiy-
yətə malik olmaları ilə yanaşı zərərli təsirləri də qeydə alınır. 
Tərkibində  zəhərli  maddələr  olan  belə  bitkilərin  heyvan  orqanizminə  təsirinin  öyrənilməsi 
istiqamətində  bir  çox  tədqiqat  işləri  aparılıb.  Yüksək  dərəcədə  antihelmint  səmərəyə  malik 
baldırğanın ağ siçanlar üzərində çiçəkləmə və meyvələrin  yetişmə fazasında iti toksiki parametrin 
maksimal keçid həddi müvafiq olaraq 5200 mq/kq, 5050 mq/kq, orta öldürücü dozası hər iki fazada 
7390 mq/kq, 100% öldürücü dozası isə 10030 və 10050 mq/kq həddində olmuşdur. Onun çiçəkləmə 
və meyvələrin  yetişmə mərhələsindən hazırlanan preparat verilən qrupda ölən ağ siçanların sayını 
nəzarətdə olan qrupda ölən heyvanların sayı ilə müqayisə etdikdə baldırğanın uzun müddət verilmə-
sinə baxmayaraq heyvan orqanizmində toplanmadığına görə kumulyativ təsir alınmamışdır. Baldır-
ğanın boğaz siçovullara müalicə, müalicə dozasının 3, 5 dəfə artırılmış miqdarları verilən tədqiqat-
larda  embrion  materiallarının  xarici  və  daxili  orqanlarında  anomaliyalar  görünməməklə,  skelet 
sümüklərinin ölçüləri normal həddə olmuşdur [6, 8].  
Baldırğanın müalicə (0,9 q/kq), müalicə dozasının 3 və 5 dəfə artırılmış miqdarları yedizdiril-
miş heyvanların bədən temperaturu normal həddə olmuş, hərəkət koordinasiyasında, davranışında, 
selikli  qişaların  rəngində  patoloji  dəyişikliklər  görünməmiş,  ürək  vurğularının  taxikardiya  və 



bradikardiyasına,  tənəffüs  hərəkətlərinin,  işgənbənin  peristaltikasının  sayında  tezləşmə  və  seyrək-
ləşmə hallarına təsadüf edilməmişdir. Təcrübədə olan heyvanların qanında eritrositlərin, leykositlə-
rin, trombositlərin sayı, hemoqlobinin miqdarı, eritrositlərin hemoqlobinlə doyma dərəcəsi normal 
ölçüdə olmuşdur. Həmin heyvanlardan götürülən sidiyin fiziki-kimyəvi xassələrində patoloji dəyi-
şiklik əmələ gəlmir. Baldırğan qəbul edən heyvanların ürək, dalaq, qara ciyər və böyrəklərindən gö-
türülən nümunələrin mikroskopiyasında histopatoloji dəyişiklik görünmədi. Buna görə də baldırğan 
praktiki olaraq həzm sistemi strongilyatlarına qarşı yüksək antihelmint səmərəyə malik, lakin  tok-
siki təsiri olmayan bitki kimi qəbul edilməlidir [5, 7]. 
Helmintosid  təsirə  malik  və  toksiki  xassələri  öyrənilən  su  baldırğanında  zəhərli  maddələr 
əsasən kökümsovunda toplanır. Təzə kökümsovun qaramal üçün öldürücü dozası 200-250 q, qoyun-
lar üçün isə 60-80 q-dır. Heyvanlar zəhərləndikdə narahatçılıq, titrəmə, qıcolmalar, tez-tez sidik və 
kal ixracı, ağız suyu ifrazı əmələ gəlir. Ölmüş heyvanların şirdan və bağırsaqlarında selikli hipere-
miya,  endo,  epikard  altında,  dərialtı  toxumada,  tənəffüs  yollarında,  böyrəklərdə  və  sidik  kisəsində 
qansızmalar qeydə alınır. Ölmüş heyvanların işgənbəsindən götürülən kökümsovdan hazırlanan efir 
ekstraktı qurbağanın dərialtına 1,0 ml inyeksiya edildikdə qıcolma başlayaraq heyvan ölür [1].   
Apardığımız  təcrübələrdə  yüksək  səviyyədə  antihelmint  səmərəyə  malik  çaşır  və  acılıq 
bitkilərinin qoyunların bədən temperaturuna təsirini araşdırdıq. 
Çaşır  (Prangos  acaulis  L.)  [9]  gövdəsiz  çoxillik  ot  bitkisi  olmaqla,  yarpaqları  iynəvari 
formadadır,  əsasən  muxtar  respublikanın  dağlıq  ərazilərində  bitir.  Kökündə  20%  qatran    və  efir 
yağları olur. Qatran tərkibli maddədən qvayanolid, badxozin və b. maddələr ayrılır. Çaşırdan alınan 
preparatlardan  dəridə  olan  yaralanmalar  zamanı  iltihab  əleyhi  və  yanıqların  müalicəsində  istifadə 
edilir [2, s. 126]. 
Tədqiqatlarımızda istifadə etdiyimiz acılıq (Ephedra procera Fisch et C.A.Mey) [10, s. 423] 
ikievli kol bitkisi olub, yarpaqları reduksiya etməklə zoğların buğumlarında pulcuq şəklindədir. Bir 
cinsli  çiçəkləri  sünbülcüklərdə  toplanır.  Meyvələri  kürə  şəkilli  olmaqla  1  toxumludur,  toxumları 
uzunsov ovalvari formadadır. Bitkinin yaşıl hissələrində alkaloidlər, aşı maddələr (7-10%), efedrin, 
P vitamini, meyvələrində 60 mq% C vitamini olur. Acılıqdan alınan alkaloid efedrin α və β adre-
noreseptorları stimulə edir, periferik qan damarlarını daraldır, ürəyin  fəaliyyətini  gücləndirir, arte-
rial təzyiqi yüksəldir, bronxların, mədə-bağırsaq traktının saya əzələlərinin tonusunu, bağırsaqların 
perilstaltikasını zəiflədir, bəbəkləri genişləndirir. Efedrin bunlardan başqa mərkəzi sinir sisteminin 
yuxarı şöbələrini oyadır, tənəffüs mərkəzinin oyanıcılığını artırır, narkotik və  yuxugətirici  maddə-
lərlə zəhərlənmələrdə oyadıcı təsir göstərir. Efedrin iltihab və allergik əleyhi vasitə kimi də istifadə 
edilir [2, s. 163-165].  
Çaşır-acılıq  bitkilərinin  bərabər  miqdarlarından  hazırladığımız  qarışıq  yüksək  antihelmint 
səmərə  verdiyindən  onların  toksikoloji  xüsusiyyətlərinin  də  həmin  formada  araşdırılmasını  zəruri 
hesab etdik. İki bitki qarışığının verilməsi sinergizm zamanı bir-birinin təsirini qüvvətləndirir. 
Bitkilərin  tərkibindəki  maddələrin  antaqonist  olması  onların  helmintosid  təsirini  azaltmaqla 
yanaşı heyvan orqanizmində də toksiki əlamətlərin yaranmasına səbəb olur.  
Təcrübə  heyvanlarını  seçib  qrupları  müəyyənləşdirərkən  onlarda  ümumi  müayinələr  aparıb 
qoyunların  davranışına,  yunun  vəziyyətinə  nəzarət  edib,  selikli  qişaları  (gözün,  dodaqların, 
cinsiyyət orqanlarının) gözlə müayinədən keçirdirdik.  
Təcrübədə olan qoyunlara preparatın müalicə dozasını (6 q/kq), müalicə dozasının 3 və 5 dəfə 
artırılmış miqdarlarını qüvvəli yemlə qarışdırılmış formada verməklə heyvan orqanizminə  - bədən 
temperaturuna təsirini öyrəndik. Bitki qarışıqlarının heyvanlara su ilə qarışdırılmış şəkildə verilmə 
təcrübəsi  də  var.  Lakin  belə  vermə  metodu  əlavə  çətinlik  törətdiyindən  onları  qüvvəli  yemlə 
verməyi üstün tutduq. 
Tədqiqatları hər qrupda 10 baş olmaqla 4 qrupa ayrılmış 40 heyvan üzərində apardıq. Təcrübə 
üçün seçilən hevanları  yaşına, cinsinə və çəkisinə əsasən qruplaşdırırdıq. Bu məqsədlə heyvanları 
seçməmişdən 3 gün əvvəl onların davranışları, yemə münasibəti, yunun vəziyyəti izlənilib sağlam-
ları ayıraraq qruplaşdırdıq.  I qrup heyvanlara 2 gün çaşır və acılıq qarışığının müalicə dozasını (6 
q/kq), II qrupa 3 dəfə artırılmış (18 q/kq), III qrupa isə müalicə dozasının 5 dəfə artırılmış (30 q/kq) 
miqdarını  verməklə  bitkilərin  bədən  temperaturuna  təsirini  öyrəndik.  Bütün  qruplarda  olan  hey-




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   81


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə