Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/81
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9565
1   ...   9   10   11   12   13   14   15   16   ...   81

28 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 6 (76) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 6 (76) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 6 (76) 
 
 
HƏBİB HÜSEYNOV 
hebib.huseynov.1972@mail.ru  
                                             SƏXAVƏT  BAYRAMOV                                                                       
LEYLABƏYİM SEYİDOVA 
                                                                  Naxçıvan Dövlət Universiteti 
UOT:581 
 
NAXÇIVAN MUXTAR RESPUBLİKASI ŞƏRAİTİNDƏ DƏNLİ BİTKİLƏRİN ƏSAS 
ZƏRƏRVERİCİLƏRİNƏ QARŞI MÜBARİZƏ ÜSULLARI 
 
Açar    sözlər:  zərərverici,  yumurta,  sürfə,  Byrsocrypta    coerulecens,  Anisoplia    leucaspis, 
Locusta  migratoria 
Key    words:  vermin, egg,  larva,  Byrsocrypta    coerulecens,  Anisoplia    leucaspis,  Locusta  
migratoria 
Ключевые  слова: вредитель, яйцо, личинка, Byrsocrypta  coerulecens, Anisoplia  leu-
caspis, Locusta  migratoria 
 
 
Naxçıvan    Muxtar    Respublikasında    kənd    təsərrüfatının    mühüm    sahələrindən    biri  
taxılçılıqdır.  Əsas    ərzaq    bitkisi    olan    buğdanın    məhsuldarlığını    artırmaq,  yüksək    keyfiyyətli  
məhsul  əldə  etmək  üçün, onlara  ciddi  iqtisadi  zərər  verən  müxtəlif  ziyanverici  və  xəstəlikləri  
öyrənmək  və  onlara  qarşı  elmi  əsaslarla  müvafiq  tədbirləri  işləyib  hazırlamaq  elm  qarşısında  
duran  vacib  məsələlərdən  biridir. 
 
Naxçıvan  MR-də  dənli  bitkilərin  zərərvericilərini  ilk  dəfə  Ə.Ə.Cəfərov  tədqiq  etmişdir. 
O, muxtar  respublika  ərazisində  dənli  bitkilərə  ziyan  vuran   30  növ  zərərverici  qeyd  etmiş  və  
onların  bioloji  xüsusiyyətlərini  öyrənmişdir (2). Ə.Ə.Cəfərovdan  başqa  muxtar  respublikada  ta-
xıl bitkilərinin zərərvericilərini bir sıra tədqiqatçılar S.H.Məmmədov, N.C.Vəzirov, Y.M.Məmmə-
dov, C.Ə.Quliyev  və  başqaları  da  tədqiq  etmişlər. 
 
Ədəbiyyat  məlumatlarının  araşdırmaları  göstərir  ki, muxtar   respublika  şəraitində  taxıl  
bitkilərinə    daha    çox    ziyan    aşağıdakı    zərərvericilər:  böyük    taxıl    mənənəsi-Sitobium    avenae  
Fabr.,  qarağac    mənənəsi    -  Byrsocrypta    coerulecens    Pass.,  yaşıl    qarğıdalı    mənənəsi-
Rhopalosiphon maydis  Fitch., ağqalxanlı  sümürtkən-Anisoplia  leucaspis Cast.,taxıl  sümürtkəni –
Anisoplia  austriaca major  Reitt., zəlicə  böcəyi - Oulema melonopus L., dağıstan  tozcuqyeyəni  -
Podonta    daghestanus  Reitt  .,  çöl    şıqqıldağı  -  Agroiotes  gurgustanus  Fald.,  buğda    tripsi    -
Haplothrips tririci Kurd., ziyankar  bağacıq – Eurygaster integricepis Put., merimoza - Meromyza    
saltatrix L., adi  taxıl  sovkası  - Agrotis segetum Schiff., hessen  milçəyi  -Mayetiola  destructor  
Say.,  İsveç    milçəyi  –  Oscinosoma    frit    L.,  sivribaş    bağacıq  -  Aelia    acuminata    L.,  yaşılgöz  
milçək – Chlorops  pumilionis  Bjerk., italya  çəyirtkəsi – Calliptamus  italicus L., bostan  çəyirtkəsi  
-  Locusta    migratoria  L.,  mavr    bağacığı  -  Eurygaster    maurus    L.,  taxıl  böcəyi  –  Zabrus  
tenebrioides Goez  vardır (2, s. 3-56).    
Kənd təsərrüfatı bitkilərindən yüksək məhsul almaqla başlıca amil onların zərərvericilərinə 
qarşı  mübarizə  tədbirlərinin  işlənib  hazırlanmasıdır.  Mübarizə  tədbirlərinin  vaxtında  və  səmərəli 
şəkildə  aparılması  yetişdirilmiş  məhsulun  qurudulub  saxlanmasına  əvvəlcədən  zəmanət  verir. 
Ümumən qəbul olunmuş aşağıdakı mübarizə üsulları mövcuddur:                                 
 1. Mexaniki mübarizə 
2. Fiziki mübarizə 
3. Aqrotexniki mübarizə 
4. Kimyəvi mübarizə 


29 
5. Bioloji mübarizə 
Bu  mübarizə  tədbirlərinin  içərisində  mexaniki  və  fiziki  mübarizə  üsullarının  imkanları 
məhdud və yüksək əhəmiyyət kəsb etmədiyindən, biz nəzəri məlumatlar və eksperimental təcrübə 
əsasında üç əsas mübarizə üsulunu öyrənmişik. 
I. Aqrotexniki mübarizə üsulu 
Mübarizə üsulları içərisində əsas yeri aqrotexniki mübarizə üsulu tutur. Bu mübarizə tədbir-
lərinə torpağın becərilməsi, növbəli əkin, alaq otlarının məhv edilməsi, gübrə normalarının verilmə-
si, səpin müddəti, sort davamlığı və s. daxildir ki, bunların vaxtında aparılması, müvafiq normalar 
üzrə tətbiqi mühüm əhəmiyyət kəsb edir. 
Tədqiq etdiyimiz sümürtkən böcəklərinə qarşı aqrotexniki mübarizə üsulları bir sıra alimlər 
tərəfindən öyrənilmişdir. 
M.Ə.Musayev  (1982)  göstərir  ki,  yazda  dondurma  şumunun  bir  dəfə  kultivasiya  edilməsi 
nəticəsində sümürtkən böcəklərinin sürfələri 20-25%, üç dəfə kultivasiya nəticəsində isə 50-60%-ə 
qədər  məhv  olur.  Eyni  zamanda  müəllif  qeyd  edir  ki,  aprelin  axırları  və  mayın  əvvəllərində 
sümürtkən böcəklərinin sürfələrinin puplaşdığı dövrdə sahələrin şumlanması nəticəsində puplar 87-
90%-ə qədər azalır (3). 
Ə.C.Musayev  (1981)  göstərir  ki,  kövşənliyin  5-7  dərinlikdə  üzlənməsi  zamanı  1  m
2
-də 
12,6% yumurta, 17,7% isə sürfənin məhv olmasına səbəb olur (4). 
Buna görə də Şıxmahmud kəndinin əkin sahələrində yaz şumu aparılan zaman, torpağın üst 
qatlarında  məhv  olmuş  çoxlu  miqdarda  sümürtkən  böcək  sürfələri  müşahidə  etdik.  Bunlar  quşlar 
tərəfindən yeyilir və ya quruyub məhv olurlar. Şumun üst səthinə yaxın 5-8 sm dərinlikdə də çoxlu 
sümürtkən böcək sürfələri tapa bildik. 
Növbəli əkin sisteminin də sümürtkən böcəklərinin sayının azalmasında əhəmiyyəti vardır. 
Belə  ki,  bir  bitkinin  digəri  ilə  əvəz  olunması  zamanı  zərərvericilərin  çoxu,  xüsusilə  monofaq  və 
olifaq  növlər  tələf  olurlar.  Topladığımız  materiallar  göstərir  ki,  müntəzəm  taxıl  bitkiləri  əkilən 
sahələrdə  sümürtkən  və  zəlicə  böcəklərinin,  payızlıq  sovka  və  onların  sürfələrinin  sayı  çox  olur. 
Şıxmahmud  kəndində  bir  neçə  il  təkrar  əkilən  sahələrdə  sümürtkən  böcəklərinin  sürfələrinin 
sıxlığını  müəyyən  etmək  üçün  mart-aprel  ayında  hər  hektarda  10  qazma  işi  0,25  m
2
:50x50 
aparmaqla 1 m
2
-də olan sürfələrin sayını müəyyən etməyə nail olduq və aşağıdakı nəticəni aldıq. 
                                                                                              
                            
       Cədvəl 1 
Şıxmahmud kəndində bir neçə il taxıl 
əkilən sahələrdə sümürtkən böcəklərin sürfələrinin sıxlığı 
 
 
 
 
 
 
 
 
Əkin altında 
olan sahə
 
Sahənin əkin 
altında qaldığı 
dövr
 
Müşahidənin 
aparıldığı  sahə
 
Müayinə 
aparılmış tarix
 
1 m
2
-də 
olan 
sürfələr
 
Herik sahə 
Payızlıq taxıl 
Payızlıq taxıl 
Payızlıq taxıl
 
I il 
I il 
II il 
III il
 
Payızlıq taxıl 
Payızlıq taxıl 
Payızlıq taxıl 
Payızlıq taxıl
 
20.III.15 
25.III.15 
30.III.15 
05.IV.15
 
2,0 
3,0 
4,8 
6,0
 
    
Cədvələ əsasən deyə bilərik ki, birinci il taxıl əkilən sahənin 1 m
2
-də 2 ədəd sürfə tapıldığı 
halda, üçüncü il taxıl əkilən sahədə sürfənin miqdarı 6 ədədə çatmış olur. Bütün bunlarla bərabər 
zərərvericilərin miqdarını azaltmaq üçün əkin sahələrini kənarlarındakı alaq otlarının təmizlənməsi, 
yaz dövründə kultivasiyaların aparılması, müvafiq dövrdə mineral gübrələrin norma üzrə verilməsi 
də xüsusi əhəmiyyət kəsb edir. 
 
Eyni zamanda növbəli əkin sistemi, səpin müddəti, səpin normaları, sort davamlığı da zərər-
vericilərin  növlərindən,  bioloji  və  ekoloji xüsusiyyətlərindən  asılı  olaraq  tətbiq  edilməlidir.  Aqro-
texniki mübarizə tədbirləri düzgün və vaxtında aparılarsa, onda digər mübarizə tədbirlərinə zəruri 
ehtiyac olmaz. 
II. Kimyəvi mübarizə üsulu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə