Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/81
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9565
1   ...   13   14   15   16   17   18   19   20   ...   81

36 
 
 
Düzənlikdən  yuxarı  dağlıq  qurşağa  qədər  (d.s.h.  2800  m-  dək),  Batabat,  Çəpər  obası, 
Ləkətağ,  Bayəhməd    ərazilərində,  çayların  quruyan  sahillərində,  alaqlı  yerlərdə,  otluq  və  yol 
kənarlarında  yayılmışdır.  Bitkinin  yerüstü  orqanlarının  tərkibində  flavonoidlərdən  kversetin, 
kempferol, vitaminlərdən A və C vitamini,  karotinoidlərdən α-karotin və β-karotin, steroidlər, üzvi 
turşular  və  digər  birləşmələrə  rast  gəlinir.  Yun  ipləri  boyamaq  üçün.yarpaq  və  gövdəsi    istifadə 
olunur. 
10. Comarum palustre L. (Rosaceae Adans.) – Bataqlıq gordavəri. Yun ipləri qırmızı rəngə 
boyamaq üçün yarpaq və gövdəsi istifadə olunur.. 
11.  Crataegus  curvisepala  Lindm.  –  Əyriyumurtalıqlı  yemişan.  Hündürlüyündə  6-8m  olan 
kiçik  ağac  və  ya  koldur.  Budaqlarının  qabığı  bozdur.  Zoğları  albalı  rəngində  olub,  qısa  qoltuq 
tikancıqları vardır. Bəzən meyvəsiz zoğların bir qismi yarpaq tikancıqlarına çevrilmişdir. Yarpaqları 
üst  tərəfdən  parlaq  açıq  yaşıldır,  azacıq  işıq  saçır,  adətən  çılpaqdır  və  ya  seyrək  tükcüklə 
örtülmüşdür. Alt səthi isə azca mum təbəqəsi ilə örtülmüşdür. Meyvə verən zoğların alt yarpaqları 
tərsyumurtaşəkili,  yaxud  uzunsov-oval,  təpə  hissədəki  yarpaqları  dişcikli  və  ya  üçpərlidir.  Üst 
hissədəkilər  isə  3-4,5  sm  uzunluğunda  olub,  dəyirmi,  yaxud  tərsyumurtaşəkilidir.  Əsasından  enli 
bizvaridir,  3,  bəzi  hallarda  isə  5  pərlidir.  Meyvə  verməyən  zoğların  yarpaqları  5-7  bölümlü  olub, 
kənarları  bitişik  iti  dişcikli  qanadlarla  əhatə  olunmuşdur.  Çiçək  qrupları  8-15  sayda  çiçəklərdən 
təşkil  olunub,  çılpaqdır.  Kasayarpaqları  uzunsov-üçbucaqvari-ovaldır.  Meyvələri  geniş 
yumurtaşəkillidir, qəhvəyi-qırmızıdır, adətən 3-4 və ya 1-2 sayda olur. İyunda çiçək açir, sentyabrda 
meyvə  verir.  Şərur  rayonunun  Qaraquş,  Şahbuz  rayonunun  Batabat,  Ağbulaq,  Culfa  rayonunun 
Xəzinədərə  sahəsində,  Ordubad  rayonunun  Nəsirvaz,  Nürgüt,  Bist  kəndəri  ətrafında  olan  daşlı-
qayalı yamaclarda meşə və kolluqlarda yayılmışdır. Mezofitdir. Avropa coğrafi areal tipinə daxildir. 
Qabıq, yarpaq və zoğlarının həlimi yun ipləri boyamaq üçün  istifadə olunur. 
12.  Geum  rivale  L.  –  Çay  çınqılotu.  Çoxillik,  yoğun  və  qonur  köklü,  kökətrafı  yarpaqları 
uzun saplaqlı, liraşəkilli lələkvari bölümlü, 2-3 cüt tərs yumurtavari, dişcikli yan paylı və iri girdə, 
əsası çəlləkşəkilli yuxarı paylıdır. Gövdə  yarpaqları üç bölümlü, qısa saplaqlı və bütün  yarpaqları 
tükcüklüdür.  Çiçəkləri  zəngşəkilli,  əyiləndir.  Kasacıq  düz  qonur  qırmızı  paylı,  ləçəkləri  uzun 
dırnaqcıqlı, xarici narıncı, daxili sarıdır. Meyvələri şarşəkilli başcıqda, sərttəhər tükcüklüdür. Ç.V-
VI,  m.VI-VII.
 
Orta  və  yuxarı  dağ  qurşağının  çəmən  və  su  sahillərində  yayılmışdır.  Bitkinin 
kökümsovunda  karbohidratlardan  qlükoza,  arabinoza,  ketoşəkər,  aldehidoşəkər,  pektinlər,  6,46% 
üzvi turşular, efir yağları, saponinlər, alkaloidlər, C vitamini, karotin, 45% aşı maddələri və fenollar 
vardır. Kökləri qırmızı - qəhvəyi rəng verir. 


37 
13. Hypericum perforatum L. (Hypericaceae Juss. - Dazıkimilər) - Yırtıq dazı. Dazı cinsinin 
mülayim subtropik və tropik ölkələrin dağlıq yerlərində, xüsusilə Aralıq dənizi vilayətində yayılmış 
200 növündən Qafqazda 27, Azərbaycanda isə 13-15  növü vardır.  
Çoxillik ot bitkisi olub, gövdəsinin hündürlüyü 30-80 sm, ikitərəfli qabağa çıxan qabırğalı, 
yuxarı  tərəfində  qarşı-qarşıya  düzülmüş  yarpaqları  vardır.  Qarşı-qarşıya  düzülmüş  yarpaqlarının 
uzunluğu 1-3 sm, eni 2-8 mm olub, çoxsaylıdır. Çoxsaylı çiçəkləri gövdənin zirvəsində süpürgəvari 
və ya qalxanşəkilli çiçəkqupunda toplanmışdır. Səbətciyi 5 bölümlü, tacı 5-ləçəkli olub, uzunluğu 
12-15  mm,  qızılı-sarı  olmaqla,  kənarları  qara  nöqtəlidir.  Meyvəsi  çoxtoxumlu,  3-yuvalı 
qutucuqludur.  Bütün  Azərbaycanda  yayılmışdır.  Subasar  çəmənliklərdə,  meşə,  meşə  kənarlarında 
və pöhrəliklərdə  rast  gəlinir. Yabanı  və mədəni  çoxillik ot  bitkisi  olan adi  dazıotu tam çiçəkləmə 
dövründə  (iyul-avqust)  xammal  olaraq  toplanılır  və  keyfiyyətli  bitki  xammalı  kimi  istifadə  edilir. 
Topladıqda zirvəsindən 25-30 sm aşağı kəsmək lazımdır. Xammal kölgəli yerlərdə çadır üzərində 5-
7  sm  qalınlığında  sərilməli,  yaxşı  ventiliyasiyalı  çardaxda  40-60
о
С-də  quruducu  şkafda 
qurudulmalıdır. 
Tərkibində  aşı  maddələr  10-12%,  qatran  10%,  katexin,  leykoantosianidin,  karotinoidlər 
55mq%, antrasen 0,4%, hiperisin, psevdohiperisin, protopsevdohiperisin), efir yağları, flavonoidlər, 
hiperozid  (otda  0,7%,  çiçəkdə1,1%),  rutin,  kversitrin,  izokversitrin,  kversetin),  vitaminlər  (C,  PP, 
karotin,  nikotin  turşusu),  antosian,  alkaloid,  qatran  və  piqmentlər  vardır.  Gövdə,yarpaq  və  çiçək 
qrupu yun,ipək və kağız parça üçün istifadə olunur. 
14.  Ligustrum  vulgare  L.  (Oleaceae  Hoffmgg.  et  Link  –  Zeytunkimilər)  –  Adi  birgöz. 
Becərilən bitkidir. Meyvəsi qlauber duzu ilə al qırmızı, sidiklə qırmızı rəng verir. 
15.  Paeonia  tenuifolia  L.  (Paeoniaceae  Raf.  –  Pionkimilər))-  Nazikyarpaq  pion.  Çiçəkləri 
yun və kağız parça üçün qırmızı,kətan və ipək üçün solğun qırmızı rəng verir. 
16.  Rhamnus  cathartica  L.  (Phamnaceae  Juss.  –  Murdarçakimilər)  -  İşlətmə  murdarça. 
Böyük olmayan bir və ya ikievli ağac və ya kol bitkisi olub, hündürlüyü 1,5-5 m (bəzən 8 m qədər) 
qırmızımtıl-qonur və ya tünd qəhvəyi köklərə malikdir. Qarşı-qarşıya yerləşməklə budaqlanan olub, 
sonluğu  sancağa  bənzəyir.  Yarpaqları  saplaqlı,  yumurtavari  və  ya  ellipsşəkilli,  kənarları  kiçlk 
dişciklidir.  Meyvələri  dördkünclü  yaşılımtıl,  şarşəkilli,  qara,  zəyirəyəbənzər  üçkünclü  olub, 
uzunsov-yumurtayabənzər formalıdır. 
Avropanın,  Qafqaz,  Qərbi  Sibir,  Qazaxıstan  və  Orta  Asiyanın  meşə-çöl  zonalarında 
yayılmışdır.  Azərbaycanda  Kiçik  Qafqazın  şimalı,  mərkəzi,  Böyük  Qafqazın  qərbi  və  Naxçıvan 
dağlıq  ərazilərində  yayılmışdır.  Yarpaqlı  və  qarışıq  meşələrdə,  pöhrəliklərdə,  kolluqlarda,  işıqlı 
daşlı yerlərdə, quru çəmənliklərdə, kolluq və cəngəlliklərdə yaşayır. Kvasda isladılmış quru qabığı 
istifadə olunur. 
17. Rhus coriaria L. (Anacardiaceae Lindl. – Sumaxkimilər) – Aşı sumağı. Kol və ya böyük 
olmayan,  budaqlanan  ağac  bitkisi  olub,  hündürlüyü  1-3  m-ə  bərabərdir.  Yarpaqları  növbəli,  cüt 
olmayan  lələkli,  8  oturaq  yarpaqcıqdan  ibarətdir.  Yarpaqları  uzunsov-yumurtavari,  əsası  enli 
tiyəvari, zirvəsi itiuclu və kənarları isə iri çəpərli-dişciklidir. Çiçəkləri bircinsli, kiçik, yaşılımtıl-ağ, 
yaraşıqsız, tutqun olmaqla, zirvə budaqlarında erkək və dişi süpürgəvari çiçəklərə malikdir. Erkək 
süpürgəvari çiçəkləri qollu-budaqlı, dişi süpürgəvari çiçəkləri isə sıx, və qalın olur. Çiçək yatağı 5 
bölümlü  kasaşəkilli,  dairəvi-yumurtavari,  yaşıl,  tükcüklü,  ləçəkləri  isə  yumurtavari-uzunsov  və 
ağımtıldır. 
Azərbaycanda  Böyük  Qafqaz  (Quba  dağlıq),  Böyük  Qafqazın  şərqi,  qərbi,  Qobustan,  Kür-
Araz  düzənliyi,  Kiçik  Qafqazın  şimalı,  mərkəzi,  cənubu,  Naxçıvan  və  Lənkəran  düzənlik  və 
dağlıqlarında  yayılmışdır.  Cənub  ekspozisiyaların  quru  qayalarında  rast  gəlinir.  Meyvələrindən 
istifadə olunur. 
18 - 20. Rumex euxinus Klok. – Kökuyumrulu əvəlik, R.pulcher L. – Gözəl əvəlik, R.alpinus 
L.-  Alp  əvəliyi.  Qırxbuğumkimilər  (Polygonaceae  Juss.)  fəsiləsinə  daxil  olan  bitkilərdir.  Kökləri 
rəngabsız qəhvəyi və ya tutqun qəhvəyi ləkəli qırmızı rəng verir. 
21. Berberis vulgaris  L. (Berberidaceae Juss. - Zirinckimilər) - Adi zirinc. Yarımkol bitkisi 
olub, budaqlı, düzqalxan gövdəli hündürlüyü 1,5-3m-ə qədərdir. Nazik qol-budaqlı, dördtilli, üzəri 
tükcüklü, sarımtıl-boz, yarpaqları yumutaşəkilli və ya uzunsov-neştərvari olub, demək olar ki, bütün 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə