Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/81
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9565
1   ...   15   16   17   18   19   20   21   22   ...   81

40 
РЕЗЮМЕ 
Гилал Касымов 
Растения выдающий красное и кофейное  окрашивание во флоре  
Нахчыванской Автономной Республике  
Этноботаника  является  отраслью  исследований  для  использования  разнообразных 
целей  полезных  растений  со  стороны  народа  и  изучает  отношения  человек-растения. 
Древние  люди  в  своей  жизнедеятельности  использовали  растения  как  лекарстао,  одеяние, 
крашение, в обыденной жизни и тем самым создали особое национальное этнобиологическое 
историческое богатство.  
Красильщик является одним из древних профессий Нахчыванской населении. В ходе  
разработок  и  исследований  получены  желтые,  красные,  голубые,  фиолетовые,  черные, 
кофейные,  зеленые  и  оранжевые  цветы  из  разных  растений.  Из  Rubia  tinctorum  L.,  Galium 
aparine  L.,  Aeluropus  repens  (Desfl)  Parl.,  Echium  russicum  J.F.Gmel,  Bryonia  dioica  Jack., 
Chenopodium  foliosum  Aschers  Crataegus  curvisepala  Lindm.,  Rhamnus  cathartica  L.,  Mentha 
aguatica L., Berberis vulgaris L. Rumex euxinus Klok., R.pulcher L., R.alpinus L. и др. растений 
получается  красный  цвет.  А  так  же,  Peganum  harmala  L.,  Lagonychium  cabulicus  Benth.,  . 
Glycyrrhiza glabra  L.,   Fraxinus  excelsior  L., Cotinus  coggygria  Scop.,  Juglans regia  L.,  Punica 
granatum L.  и др. растений получается кофейный цвет. 
 
 
 
NDU-nun  Elmi  Şurasının  26  aprel  2016-cı  il  tarixli  qərarı  ilə  çapa 
tövsiyə olunmuşdur (protokol № 09) 
       
   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


41 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 6 (76) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 6 (76) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 6 (76) 
 
 
                                                                                                              ZÜLFİYYƏ SALAYEVA                                                                                           
AMEA Naxçıvan Bölməsi 
 
 
                                                                                       E-mail: z.salayeva@mail.ru 
UOT:581 
 
İRİDALİS SIRASINA DAXİL OLAN BİTKİLƏRİN TƏDQİQİ VƏZİYYƏTİ 
 
Açar  sözlər:  geofit,  bəzək  bitkiləri,    faydalı,    fəsilə,  cins,  növ,  mühafizə,  flora,  sistematik 
təhlil 
Key  words:  geophyte,  ornamental  plants,  useful,  family,  genus,  species,  protection,  flora, 
systematic analysis
 
Ключевые словагеофит,  декоративных растений, полезный, семейство, род, вид, 
охрана, флора, систематический анализ  
 
            İridalis sırasına Süsənkimilər (İridaceae Juss.) fəsiləsinin bitkiləri daxildir. İridalis sırasının 
öyrənilməsi dekorativ bitkilər kimi daim diqqət mərkəzində olmuşdur. Zaqafqaziyada bu sahədə ilk 
ekspedisiyaları  XVII  əsrin  əvvəllərində  fransız  botaniki  Turnofer  həyata  keçirmişdir.  XVIII  əsrin 
axırı,  XIX  əsrin  başlanğıcında  görkəmli  botanik  F.K.  Marşall-Biberşteynin  İridalis  sırasının 
öyrənilməsində  böyük  xidmətləri  olmuşdur  [26,  s.  37-45].  İlk  dəfə  olaraq  A.K.  Rollov  sıranın 
təsviri və istifadəsi  barədə məlumat vermişdir [22, s. 253-257]. A.A. Qrossheym  isə bu bitkilərin 
sistematikasını, yayılmasını və faydalı xüsusiyyətlərinin istifadə yollarını ətraflı şərh etmişdir [10, s. 
89-96;  11,  s.  331-343].  O,  İridalis  sırasına  aid  olan  bitkilərdə  baş  verən  dəyişkənliyi  müəyyən 
etmək  üçün  aşağıdakı  göstəriciləri  əsas  götürmüşdür:  çiçəyin  uzunluğu  (yumurtalığın 
başlanğıcından üst ləçəklərə qədər), yarpaqların uzunluğu, çiçək saplağının üzərində olan çiçəklərin 
sayı, qutucuğun diametri, çiçək saplağı zoğunun hündürlüyü və s. Bütün bu göstəricilərin ən əsasını, 
çiçək saplağı zoğunun üzərində olan çiçəklərin miqdarı təşkil edir. Belə ki, 41,96% zoğun üzərində 
2 çiçək olanlar, 43,75% 3 çiçək olanlar, 13,39%  4 çiçək olanlar,  0,45%  1 və 5  çiçək olanlardır. 
Ayrıca  olaraq  süsənlərin  morfometrik  əlamətlərini,  çiçəkyanlığın  alt  yarpaqlarının  eni  və 
uzunluğunu,  çiçəkyanlığın  üst  yarpaqlarının  eni  və  uzunluğunu,  dişiciyin  eni  və  uzunluğunu, 
erkəkcik və tozluğun eni və uzunluğunu  göstərmişdir [23, s.37-45]. 
Ü.M.  Ağamirov,    Z.T.  Artyuşenko,  B.D.  Serdyukov,  Z.M.  Silina,  Q.İ.  Rodionenko  və 
başqaları İridalis sırasının tədqiqi ilə müəyyən illərdə məşğul olmuşdurlar. Q.İ. Rodionenko İridalis 
sırasına  aid  olan  Süsən  cinsi  üzərində  elmi-tədqiqat  işləri  aparmış  400-ə  qədər  növ  formalarının 
koleksiyasını  yaratmış,  onların  bioekoloji  xüsusiyyətlərini,  dekorativliyini,  introduksiyasını 
öyrənərək növlərin sistematikasını müəyyənləşdirmişdir [7, s. 27-33; 8, s. 7-31; 9, s. 17-18; 24, s. 
133-138; 25, s. 179-187]. 
Wesselingh  Renate,  A.  Arnold  Michall  İris  fulva  və  İ.  brevicaulis  növlərinin  Luiziana 
ştatının cənubi və mərkəzi rayonlarında təbii hibrid populyasiyalar əmələ gətirdiyini göstərmişlər. 
Həmçinin bu 2 növ və 4 hibrid sinfin nektar məhsuldarlığı öyrənilmiş və müəyyən edilmişdir ki, İ. 
fulva  növündə  nektar  İ.  brevicoulis  növündən  daha  az  qatılığa  malikdir.  Məhsuldarlıq  və  nektarın 
qatılığı 1-ci gündən dərhal sonra bütün növlərdə aşağı düşmüş, lakin çiçəklər tam solana qədər şirə 
ifraz edilmişdir [29, s. 245-251]. 
XV  əsrin  sonlarında  Antverpendə  süsənlər  haqqında  çap  olunmuş  ilk  kitabda  onların 
dekorativliyi  haqqında  məlumatlar  verilmişdir.  Hələ  o  zaman  alimlər  yanlız  süsənlərin  böyük  bir 
qrupunu müəyyən etməklə kifayətlənməmiş, eyni zamanda onları  toxumdan cücərdərək (yəni  özü 
becərərək,  yetişdirərək)  çiçəklərin  rəngi  və  formasına  görə  yeni    variasiyalarını  təyin  edərək, 
üzərində  biokimyəvi analizlər də aparmışlar  [23, s. 19-21]. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə