Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/81
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9565
1   ...   16   17   18   19   20   21   22   23   ...   81

42 
 
XIX əsrin sonu XX əsrin əvvəllərində süsənlər geniş miqyasda öyrənilməyə başlanıldı. Bu 
tədqiqat  işləri  əsasən  2  ingilis  botaniki  Maykl  Foster  və  Ulyam  Dayksın  adı  ilə  bağlıdır.  Maykl 
Foster süsənlərlə apardığı hibridləşmə işləri nəticəsində poliploid formalarının yeni quruluşunu əldə 
etmişdir.  U.  Dayks  isə  təbii  florada  süsən  növləri  üzərində  tədqiqat  işləri  aparmışdır.  Təcrübə 
sahəsində  süsənləri  yetişdirərək,  apardığı  tədqiqatların  nəticəsi  olaraq  1913-cü  ildə  süsən  cinsi 
monoqrafiyası  elmi  əsərini  dərc  etdirmişdir  [27,  s.13-17;  28,  s.  19-23].  XX  əsrdə  süsənlər  bəzək 
bitkiləri  kimi  Yaponiyada,  Kanadada,  Avstraliyada  və  Qərbi  Avropanın  digər  ölkələrində  diqqəti 
cəlb etmişdir.  
 
Süsənlərə olan böyük diqqət nəticəsində dünya xalqları daima beynəlxalq simpoziumlar keçi-
rirlər. Bu simpoziumlar ilk dəfə 1920-ci ildə Fransada, sonralar isə 1963-ci ildə İtaliyada, 1974-cü 
ildə  Çexoslavakiyada,  1978-ci  ildə  Fransada  keçirilmişdir.  Hər  il  İngiltərədə,  Avstraliyada,  Yeni 
Zenlandiyada,  Yaponiyada,  ABŞ-da  süsənlər  və  zambaqlar  haqqında  bülletenlər  dərc  olunur. 
İngiltərə  və  ABŞ-da  buraxılmış  bülletenlərdə  bu  bitkilərin  sistematikası,  seleksiyası  və  biolo-
giyasına aid məsələlər işıqlandırılır. Yaponiya, Avstraliya, İngiltərə, İtaliya, ABŞ-da süsənlərə aid 
həsr olunmuş iri həcimli və gözəl tərtib olunmuş kitablar dərc olunmuşdur. Bu kitabların içərisində 
Yapon süsənləri (The Yapanese İris) xüsusi yer tutur. ABŞ-da isə «Bağ süsənləri» (Garden İrises
çox məşhurdur [30, s. 40-45]. Keçmiş ittifaqda süsənlər haqqında dərc olunmuş kitablarda Rusiya 
ərazisində  bitən  36  növ  və  1  yarımnövün  ümumi  xarakteristikası  verilmiş,  onların  təbiətdə 
qorunması  və  mühafizəsi  tədbirləri  göstərilmişdir.  Bəzi  növlərin  yayılma  xüsusiyyətlərindən  və 
introduksiyanın nəticələrindən asılı olaraq becərilməsi üçün yeni metodikalar verilmişdir [23, s.39-
40].  
Leakareviç  İ.F. öz əməkdaşları ilə (İris) cinsinə aid Sibirdə yayılan 15 növün RAPD -PSR 
metodu ilə filogenetik əlaqələrini öyrənmişdir, nəticədə növdaxili polimorfizm dəqiqləşdirilmiş və 
İris cinsinə yaxın digər 3 cinsin də olduğu müəyyənləşdirilmişdir. RAPD metodu ilə vikar növlər 
təyin edilə biləcəyi aydınlaşmışdır. RAPD marker metodu ilə aparılan tədqiqatlardan biri, İris cinsi 
növlərində genetik differensasiyaya həsr edilmişdir.  7 populyasiya növünün genetik müxtəlifliyi və 
morfoloji əlamətlərdə DNT-də baş verən genetik dəyişiklər öyrənilmişdir. Müəyyən edilmişdir ki, 
müxtəlif populyasiyaların daxilində 90% genetik oxşarlıq vardır [23, s. 58-67].  
Mixeev  А.D.  süsən  fəsiləsinə  aid  olan  bitkilərdə  baş  verən  dəyişkənliyi  müəyyən  etmək 
üçün  çiçəyin  uzunluğunu  (yumurtalığın  başlanğıcından  üst  ləçəklərə  qədər),  yarpaqların  uzun-
luğunu, çiçək saplağının üzərində olan çiçəklərin sayını, qutucuğun diametrini, çiçək saplağını zo-
ğunun hündürlüyünü və s. göstəriciləri əsas götürmüşdür. Bütün göstəricilərdən ən əsası çiçək sap-
lağı  üzərində  olan  çiçəklərin  miqdarı  sayılır.  Ayrıca  olaraq  süsənlərin  morfometrik  əlamətlərini, 
çiçəkyanlığın  alt  yarpaqlarının  eni  və  uzunluğunu,  çiçəkyanlığının  üst  yarpaqlarının  eni  və 
uzunluğunu,  dişiciyin  eni  və  uzunluğunu,  erkəkcik  və  tozluğun  eni  və  uzunluğunu  göstərmişdir. 
Çiçəyin  bir  çox  parametrləri,  əsasən  də  erkəkcik  və  dişiciyin  uzunluğu  arasındakı  sıx  bağlılıq 
öyrənilmişdir [19, s. 276-285]. 
Zinoveva Q.N. Baykalın Botanika bağında süsən növlərini introduksiya edərək eksperiment 
aparmışdır. Kolleksiya yaratmaq, becərilmə üsullarının aqrotexniki cəhətdən işlənilməsi, inkişaf və 
boy artımının öyrənilməsi, canlı bitki və toxumların özünü  təmin etmək üçün fondun yaradılması, 
yeni  sortların  daxil  edilməsi  və  s.  tədqiqatçının    qarşıda  duran  məsələləri  olmuşdur.  Aparılan 
tədqiqatlar  nəticəsində  (7  il  ərzində)  alim  Zabaykalyada  süsənlərin  27  növünü  aşkar  etmişdir  ki,  
bunlar  arasında  nadir  növlər  də  istisna  deyil.  Tədqiqatçı  yalnız  süsənlərin  kolleksiyasını 
yaratmamış, həm də növlərarası hibridləşmə apararaq, məhv olmaq təhlükəsi olan süsənlərin hansı 
rayonlara köçürülməsini araşdırmışdır  [24, s. 133-138]. 
 
Q.E. Kapinos və L.İ Prilipko tədqiqatlarında Tulipa, Hyacenthus, Lilum, Gladolus  Crocus 
cinslərinə aid olan növlərin morfoloji, bioekololoji xüsusiyyətlərini, sitologiya və embriologiyasını, 
eyni  zamanda  həyat  formalarını  öyrənmişlər.  Bunların  içərisində  Crocus  sativus  (adi  zəfəran) 
növünün  qiymətli ədviyyat və bəzək bitkisi  olduğunu göstərmişlər [13, s. 32-37; 14, s. 42-47; 16, 
s. 126-129].  
 
Rzaquliyev  L.M.,  Rızazadə  P.R  tədqiqatlarında  göstərmişlər  ki,  Crocus  sativus  növündə  
nadir hallarda mayalanma baş verir, endosperm və embrion inkişafın ilk mərhələlərində məhv olur. 


43 
Generativ  aparatda  baş  verən  morfoloji  və  fizioloji  qeyri-müəyyənlik  Crocus  sativus  bitkisindən 
toxum alınmasına imkan vermir. Abşeronda əkilən zəfəran, çiçəyin ölçüsünə tozcuq və toxumcanın 
sterillik  dərəcəsinə  görə  fərqlənir  ki,  bu  da  klon  seleksiyasında  əhəmiyyət  kəsb  edir.  Zəfəran 
tamamilə vegetativ çoxaldığından onun çiçəkləri sterildir. [20, s. 105-118; 21, s. 210-214]. Crocus 
cinsi nümayəndələri isə artıq dərman və ədviyyəli bitki kimi elmə çoxdan məlumdur. Azərbaycan 
florasında zəfəran bitkisi F.Y.Qasımov tərəfindən öyrənilmişdir. Bitkidən alınmış şafranal preparatı 
göz xəstəlikləri müalicəsində təcrübədən keçirilmiş və tibbdə öz tətbiqini tapmışdır [17, 32s.].  
 
Mixeyev  A.D.    Qafqaz  florasında  yayılan  İris  cinsinin  yabanı  növlərinin  konspektini  
vermişdir.    Bundan  başqa  alim  Qafqaz  florasında  zəfəran  cinsinin  11  növlə  təmsil  olunan 
konspektini və təyinetmə açarını tərtib etmişdir  [18, s. 1176-1180;  19, s. 276-285]. İris cinsinin 31 
növünün  toxumunda  olan  ehtiyat  zülalın  senoloji  oxşarlığı  müəyyən  edilib.  Müəyyən  edilib  ki, 
“saqqalşəkilli”  qruplarla  (İris  y/cinsi)  “saqqalsız”  (y/cins  Limniris  və  Xyridion)  qruplar  arasında 
nəzərə çarpacaq dərəcədə senoloji müxtəliflik mövcuddur. İris y/cinsi nümayəndələri bir-biriləri və 
crossiris  y/cinsinin  növləri  ilə  çox  oxşardırlar.  Saqqalsız  süsənlərin  təsvir  olunan  senoloji 
heterogenliyi onların filogenetik cəhətdən qədim olmalarını göstərir. Unguiculares  cinsinin növləri 
digər tədqiq olunan növlərdən daha çox fərqlənirlər. Həmçinin sistematikaya aid bəzi məsələlər və 
növlərin filogenezi də nəzərdən keçirilmişdir [23, s. 28-37]. Urquva əyalətində, daşlı yerlərdə bitən 
yeni  bir  növ  Herbaric  grosae  Ratman  et  A.  Castillo  sp.  (İridaceae)    qeydə  alınmışdır,  bu  növün 
digər  növlərdən  fərqi  xromosom  dəstində  olan  fərqdir.  Xromosomların  sayı  2-14-ə  bərabərdir. 
Həmçinin Cənubi və Şimali Amerika, Argentinada olan bəzi növlərin təyinedilmə açarı da müəllif 
tərəfindən verilmişdir [29, s. 245-251].  
 
Müəyyən  edilmişdir  ki,  İridalis  sırasının  nümayəndələrində  əsas  etibarı  ilə  çiçəkdə 
flavonoidlər  (kempferol),  aqlikonlar  və  C  vitamini,  yarpaqda    isə  aromatik  üzvü  turşular  (kofein 
turşusu, p-kumar turşusu və s.), kökündə əsasən qlikoamin polisaxaridi, aromatik aldehidlər, 700-
1000 mq%-ə qədər C vitamini vardır.  Bu maddələrdən apigenin 4,5,7 trihidroksiflavon bioloji fəal 
maddə  ödqovucu  kimi  artıq  tibbdə  geniş  istifadə  olunan  preparatlardan  sayılır.  İris  germanica 
növünün  kökündən  alınmış  benzil  aldehidi,  aromatik  aldehidlər,  anesteziyaedici,  spazmalitik, 
şişəleyhinə, antipeptik təsir vasitəsidir. İris florenskiy kökündə efir yağı və aromatik üzvü turşular 
vardır ki, elmi  təbabətdə ondan bakterisid, fungisid, öskürək əleyhinə istifadə edilir  [ 24, s. 133-
138]. 
 
B.D. Serdyukov İridalis sırasına aid olan dekorativ növlərin təbii şəraitdə yayılma arealını, 
hansı  bitkilər  əhatəsində  bitdiyini  müəyyən  etməklə  yanaşı,  həyat  formalarını,  toxum  əmələ 
gətirməsini,  boy  və  inkişafını,  kultura  şəraitində  bu  bitkilərin  çiçəkləməsini,  aqrotexniki  qaydada 
becərilməsi yollarını öyrənmiş və yaşıllaşdırma təsərrüfatına təklif etmişdir [25, s. 109-115].  
Son illərdə  İridalis  sırasına daxil olan bitkilər, T.H. Talıbov, Ə.Ş.  İbrahimov,  O.V.  İbadlı, 
S.C. İbadullayeva, Z.K. Salayeva tərəfindən tədqiq olunmağa başlanmış, nəticədə Naxçıvan MR - in 
flora  biomüxtəlifliyinə  yeni  cins  və  növlər  daxil  edilmişdir.  Naxçıvan  Muxtar  Respublikasında 
İridalis  sırasına  daxil  olan  Zanbaqkimilər  və  Süsənkimilər  fəsilələrinin  biomüxtəlifliyi  və 
introduksiyası son olaraq  Z.K. Salayeva tərəfindən elmi surətdə ətraflı tədqiq edilmişdir [1, s. 55-
58; 2, 21 s; 3, s. 84 -85; 4, s. 123-127; 5, s. 35-37; 6, s.11-15; 12, s. 65-67; 15, s. 53; 19, s. 65-67].
 
 
Toplanan  ədəbiyyat  məlumatlarını  ümumiləşdirərək  İridalis  sırasına    daxil  olan  növlərin  bəzək, 
dərman,  yabanı  tərəvəz, boyaq,  yem  və.s bitkilər olduğu müəyyənləşdirilmişdir. Beləliklə  İridalis 
sırasına      daxil  olan  növlərin  sayının  az  miqdarda  olmasına  baxmayaraq  bu  bitkilərin  əksəriyyəti 
təsərrüfat əhəmiyyəti olan növlərdir 
 
                                                       
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə