Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/81
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9565
1   ...   18   19   20   21   22   23   24   25   ...   81

46 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 6 (76) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 6 (76) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 6 (76) 
 
       
 İSMAYIL  SADIQOV 
Naxçıvan Dövlət Universiteti 
                                                                                              HÜSEYN  NOVRUZOV 
                                                                                                  Naxçıvan Dövlət Universitetit 
UOT:581 
NAXÇIVAN  FLORASININ VƏLƏMİR 
(AVENA  L)  CİNSİNİN  NÖV TƏRKİBİ 
 
 
Açar sözlər: bio-ekoloji, flora,cins,spektr,qılçıq,sistematik,vələmir, A.barbata Pott ex Linq in 
A.fatua L,A.eriantha Dur.A.persica Steud, A.sativa L 
Key words:  bio-ecological, flora,kind,spectrum,seta,systematic oats,A/barbata pott ex Ling 
in,A.fatua L, A. eriantha Dur. A,persika Steud A.sativa L 
Ключевые  слова:  био-экологический,флора,род,спектр,волосок    систематический, 
овес ,А.барбата Ротт  ех Линг ин .A.Fatua L. A.eriantha Dur.A.persikca Steud,A.sativa L 
 
 
Vələmir cinsi ilk dəfə  1753-cü ildə  Karl Linney tərəfindən müəyyən edilərək “Genera Plan-
tarum” əsərində  təsvir  edilmişdir. Sonrakı tədqiqatlarda 1930-cu ildə tədqiqatçı alim Malsev cinsi, 
vələmir və  yulaf  kimi təsvir etmişdi. 1934-cü ildə Rojevski  SSRİ fl. 2:259; Qrossteym 1939, Fl 
Qafqazda,  205,  eləcə  də  1949-ildə  Qafqaz    fl.təyini.:693;  Karyaqin.  1950  ,  Azerb  Fl.1:  203; 
C.Musayev,  1970,  Vələmir  L.  cinsinin  Qafqaz  növləri.;  Svelyov  1976,  SSRİ  taxılları:236; 
S.Musayev,  1980,  Azerb.  taxıllarının  təyini  monoqrafiyasında  Vələmir  cinsi  sistematik  baxımdan 
geniş təhlil və tədqiq edilmişdi. 
   
L e k t o t i p: A. Sativa L..Cinsin  25 növünə, keçmiş Sovetlər İttifaqı ərazisində  23 növünə 
(Çerepanov ,1981:  333), Azərbaycan florasında isə 16 növünə rast gəlinir. Azərbaycan florasında 
(,1950 ,1 ) Naxçıvan regionu üçün yalnız A.macrantha növü göstərilmişdi. 
 
Lakin  sonrakı  çoxsaylı  tədiqatlarımızda,  AMEA  Botanika  İnstitutunda  saxlanılan  Herbari 
fondunun təkrar–təkrar araşdırılması, eyni zamanda  bizim şəxsən 1967-1983-cü ildə  topladığımız 
herbari materiallarının müqayisəli təhlili nəticəsində müəyyən olundu ki, Naxçıvan Muxtar Respub-
lika florasında taxıl fəsiləsindən   86  cins 271 növ (Naxçıvan taxılları  haqqında xülasə. 1984-cü il., 
UDK 582) yayıldığı,  müəyyən edilmişdir. Eləcə də,Vələmir cinsinin 5 növü; 1.Avena.barbata Pott 
et Linq., A.fatua L., A.eriantha Pur., A.persika Steud., A.sativa L. növləri Naxçıvan ərazisində  rast  
gəlinir. 
        Vələmir  cinsinin  Naxçıvan  növlərinə  nəzər  saldıqda  morfoloji  baxımdan    növlər  biri 
digərindən  bir  və bir neçə əlamətləri ilə fərqlənir. 
1.Aşağı çiçək pulcuğunun  ucu  iki nazik tükvari qılçıqlıdır....................... 2 
  =aşağı çiçək pulcuğunun ucu  iki nazik  çıxıntılıdır................................  4 
  2.Sümbülcük  pulcuqları bərabərdir ..................................................... 

  = Aşağı  sümbülcük pulcuğu, yuxarı pulcuqdan  iki dəfə   qısadır........  5 
  +  Aşağı çiçək pulcuğunun  qaidası  nalcıqvarı  çuxurcuqdur............... 4 
   A.barbata Pot ex  Link..................................... ..................... ........... 

    Aşağı  çiçək pulcuğunun ucu  ikiqılçıqlı və 1-2  yan dşiciklidir...........  5 
  =Aşağı çiçək  pulcuğunun  ucu iki nazik qılçıqlıdır...............................  2 
    Saqqallı vələmir.-A.barbata Pott ex Link  
  +Yalnız  aşağı  çiçəklərin  qaidəsi  nalcıqvarı  çuxurcukludur,  yetişdikdə  çiçəklərinin  hamısı  birdən 
tökülür.....................................................................................................6. 
     Tüklü  vələmir-A.eriantha Dur.(=A.piloza Bieb .) 
   =Sünbülcük pulcuğu 30 mm –dən  uzundur........................................ 



47 
    +Sümbülcükdəki  çiçəklərin qaidəsi  nalcıqvari çuxurcuqlu deyildir, yetişdikdə  çiçəkləri   
      tədricən tökülür........................................................................................4 
-    İriçiçək vələmir-A,sativa L. ssp.macrantha (Hask.) Malz.. 
=Çiçəklərin  hamısı  qılçıqlı    və  ya  yalnız  aşağı  çiçəyi  qılçıqsızdır,dəni  ağvaridir,  çiçəyin    qaydası 
çuxurcuqludur..............A. sativa L 
 
     =Çiçəkqrupu bir tərəfli süpürgədir.Şərq v.- A .sativa L ssp.orientalis (Sehreb) jussen. 
      +Çiçək qrupu dağınıq süpürgədir..Əkin v. – A..sativa L. ssp.sativa. 
     =Bütün çiçəklərin qaidəsi nalcıqvari çuxurcuqdur-...A.fatua L..Gövdəasinin buğumları  tükcüklü 
olub, yalnız aşağı çiçəklərin qaydəsi paycıqları 
çuxurcuqludur........................................................Şərq v-A.persika Steud 
       B. 1V –VII aylarda çiçəkləyir. Naxcıvanın  dağ və dağətəyi zonalarında daşlı qumlu 
     ərazilərdə rast gəlinir. Çiçək pulcuğu  27 mm-dir. 
 
 
 
 
 1.A.. barbata Pott ex Link in  Şrader Journ.Bot., Saqqallı  vələmir.A.barbata subsp 
            barbata,  1800 –ci il,Journ.Bot.,(Götting), II ,315 (1799-cı il)-A.hirsuta Moench;M. 
           B., III, 82 S.Musayev, 1969-cu ildə, İ.Sadıqov ,1976-cı ildə-O –saqqalvari. 
 Gövdələri  düz və ya  yüksələn olub buğumludur, hamardır, hündürlüyü  (35)40-77 (100)sm-  dir. 
Aşağıdakı yarpaqlarının  qınlı. sıx, qabarmış–tüklüdür. Yarpaqları  xətvaridir, sivridir, yastıdır, az 
və  ya  çox    bükülmüşdür,  eni-  3  –  5  mm,  hər  iki  tərəfdən  və  yaxud    da  kənarları    kirpikciklidir. 
Süpürgəsi  12-23  sm  uzunluğunda  olub,  qollu  budaqlıdır.  Sünbülü  2-3  çiçəklidir,  bütün  çiçəkləri 
qılçıqlıdır  hər  bir  çiçəkdə    bağlaşma    vardır;  çiçəklər  içərisində  sünbül  oxu  uzun  olub,  ipək  kimi 
tüklüdür;  kallus  uzun  tüklüdür,  uzunluğu  təxminən  1  mm-dir,  bağlaşması  uzunsovdur.  Sünbül 
pulcuqları  eynidir, 20-28 mm  uzunluğundadır,enli  neştərvaridir, sivridir, kənarları  ağ-pərdəlidir, 
9-10  damarcıqlıdır. Yuxarı hissədə  alt çiçək pulcuğu  4 mm  uzunluğunda 2 qılçıqdan  ibarətdir, 
qılçıqlarla  birlikdə  uzunluğu    17-26  mm  təşkil  edir,  arxa  tərəfdə    orta  hissəyə  qədər  sıx-uzun  
tüklüdür, qılçıqlarla birlikdə  uzunluğu 35 mm-dir. Ç.VI-VII. Naxçıvan  regionunda geniş yayılmış 
arandan quru dağ qurşağına  kimi kolluqlarda otlu yamaclarda çay kənarlarında yayılmışdır. 
          Şahbuz  rayonun    Kükü  kəndi  ətrafında  ,Qanlı  göl  adlanan  ərazidə,  yuxarı    Remeşin  
ərazisində  az- az hallarda Babək rayonunun ərazisində rast gəlinir. 
 
Coğrafi  arealı:  Orta    Avropa,Aralıq  dənizi  ,Balkan  –kiçik  Asiya,İranda  Orta  Asiya  (Qara-
qum,  Dağlıq Türkmənstan).Qafqazd (Şərqi və Cənubi  Zaqafqaziya, Talış) –Portuqaliyadan təsvir 
olunmuşdur. 
 
Növün aşağıdakı  növ müxtəlifliyinə rast gəlinir
var.genulna A.  Et G.sünbülləri 20-25  mm  uzunluğundadır, adətən  2 çiçəklidir. 
var. Triflora Trabut.Sünbülləri iridir, 25-28  mm uzunluğundadır. Adətən 3 çiçəklidir 
    Naxçıvan Muxtar Respublikası ərazisində bu  variasiyalara rast gəlinmədi. 
 
2.A.  fatua  L.  Sp.Pl.  80(1753)  s.  str79.  Malsev,  Yulaf  və  vələmir,  314(1930),  Rojev,  1934 
Qrossq. 1939. Svel. 1976, S.Musayev  1980, İ.Sadıqov  1984 Kon.zlakov Nax.Avt. Respubliki boş 
vələmir. 
      Gövdəsi  (və ya  budaqları) düz və ya yüksələn olub buğumludur, hamardır, hündürlüyü  80-100 
sm  və ya ondan yuxarıdır. Alt yarpaqlarının qını  tüklüdür. Yarpaqlar xətvari, sivri, yastıdır, eni  7 
mm-ə qədərdir, kənarları kələ-kötürdür, əsasında yarpaq  ayasının kənarları  kirpiklidir; dilciyi  2-4 
mm uzunluğundadır. Süpürgənin  uzunluğu  17-30 sm-dir, bir qədər qısa  və ya qollu budaqlı dır. 
Sünbülləri    2-3  çiçəklidir;  bütün  çiçəklər      çox  üzvülüdür,  qılçıqlıdır;  sünbül  oxu    alt  çiçəklərdə 
çılpaqdır, digər çiçəklərin altı uzun-tüklüdür. Sümbül pulcuqlarının uzunluğu  20-25  mm-dir. Enli 
neştərəbənzərdir., sivridir, demək olar ki, eynidir. Alt  çiçək  pulcuğunun   uzunluğu təxminən  20 
mm-dir,  əsasında  kallus  qısa  tüklü  olub,  yumurtaşəkilli  və  ya    ovalşəkilli  olur,  təpə  hissədə  
uzunluğu   təxminən  1 mm olan  2 ensiz  sivri  dişciyi  var., orta hissəsində buğumlar qılçıqların  
uzunluğu  30-35  mm-dir., Kallusun tükləri qısa(1-2) mm  uzunluğunda  və  ya uzundur. (3-5 mm 
uzun).Ç.V-VI.  Ordubad  rayonunun    Vənənd,  Üstüpü,  kəndlərinin  daşlı,  qumlu  ərazilərində  rast 
gəlinir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə