Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/81
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9565
1   ...   21   22   23   24   25   26   27   28   ...   81

52 
çoxsaylı  qısa  yanbudaqlı  bəzən  inkişaf  etməmiş,  yaşlı
 
tikanları  boz,  üfüqi  bəzən  aşağı  yönəlmiş, 
birillikləri  isə  dik  qalxmış  seyrək  ağ-tükcüklü  olub,  5-9  sm  uzunluğundadır.  Ləçəkləri  2  sm 
uzunluğunda,  xətvari,  yuxarı  hissəsi  isə  uzun  kirpiklidir.  Kasacıq  17  mm  uzunluğunda,  bizvari 
dişlidir. Çiçəkləri  yarpaq qoltuğunda 5  ədəddir, şarşəkilli çiçək qrupunda  yığılmışlar. Dişicik  2,5 
sm  uzunluğunda,  üçküncdür.  Qanadlar  və  qayıqcıq  dişicikdən  qısadır.  Erkəkciklər  6  mm  uzun-
luğunda, tərsyumurtavaridir. Birevlidir. Kserofitdir. Şimali-İran coğrafi areal tipinə daxildir.  İyul 
ayında  çiçəkləyir  və  toxum  verir.  Naxçıvan  dağlarında,  Şahbuz  rayonunun  Türkeş  və  Ayrınc, 
Babək  rayonunun  Çalxanqala  kəndlərinin  ətrafında  1500-1800  m  hündürlükdə  olan  cənub 
yamaclarında quru, daşlı sahələrdə yayılmışdır.  
4.  A. flavirubens  (Al.Theod., Fed. et  Rzazade) Podlech.-  Sarıqırmızı  astrakanta. Hündürlüyü 
25 sm kolcuqdur. Tikanları 2-4,5 sm uzunluqdadır, düzdür, yuxarıya doğru istiqamətlənmişdir və 
ya əyilmişdir, yumşaq tükcüklüdür, cavanları yaşıl, köhnələri isə sarı və ya boz olub, qəhvəyi-sarı 
rəngli itiucludur. Yarpaqları 7-8 cüt uzununa yatmış, iki tərəfi ağ-pırpızlı, ellipsvari və ya uzunsov-
ellipsvari,  küt  və  ya  qısa  itiucludur.  Çiçəkləri  2-4  ədəd  olmaqla  yarpaqaltlığında  yerləşirlər, 
uzunsov sünbülşəkilli və ya borulu-zəngçiçəkvaridir. Ləçəkləri yumurtavari, şişkin, çılpaq, azacıq 
qatlanmış, itiucluqlu, samanvari-sarıdır, kasacıqdan qısadır. Dişicik 20 mm uzunluğunda çəhrayı və 
ya çəhrayı xallı sarı, kasacıqdan 2 dəfə uzundur. Erkəkciklər pırpızlıdır. Tacı 20 mm  uzunluqdadır, 
çəhrayıdır və ya çəhrayı ləkəli sarıdır, Paxlası pənbərlidir. İyul ayında çiçəkləyir, avqust ayında isə 
toxum verir. Bəzək bitkisidir. Kserofitdir. Atropatan coğrafi areal tipinə daxildir. Naxçıvan MR-in 
“Qırmızı kitabına” daxil edilmişdir. Ordubad rayonunun Qapıcıq, Qaranquş və Soyuqdağ, Bist və 
Şahbuz rayonunun Biçənək, Qızıl Qışlaq ərazilərində, 2300 m d.s.h yüksək dağlıq qurşaqda, daşlı, 
quru yamaclarda yayılmışdır. 
 
 
5. A. gudrathi (Al.Theod., Fed. et Rzazade) Podlech - Qüdrət astrakantası. Yastıqşəkilli 25 sm 
hündürlüyündə tikanlı koldur. Tikanları 2-3 sm uzunluğunda sıxılmış, birilliklər bənövşəyi-qırmızı 
və ya qırmızı, seyrək-pırpızlı,
 
yaşlı tikanları isə boz, çılpaqlaşmış, çox və ya az əyilmişdir. Yarpaq 
ayaları  8  mm  uzunluğundadır,  yumurtavaridir.  Yarpaqları  7  cütdür,  böz-tüklüdür.  Ləçəkləri 
uzunsov, ensiz, qayıq-şəkilli, azacıq əygəm 5-6 mm uzunluğunda qıvrım ağ tükcüklüdür. Kasacıq 
5-6  mm  uzunluğunda  dişcikləri  başlanğıca  qədər  müstəqil  qalın  ağ-yunludur.  Dişicik  10  mm 
uzunluğunda,  kasacıqdan  2  dəfə  uzundur.  Paxlası  qalın,  ipəkvari-tüklüdür.  Kserofitdir.  Coğrafi 
areal  tipi  məlum  deyil.  İyul-avqust  aylarında  çiçəkləyir  və  toxum  verir.  Ordubad  rayonunun 
Qapıcıq  dağında,  Novruzdağda,  orta  və  yuxarı  dağlıq  qurşaqlarda,  quru,  daşlı  yamaclarda 
yayılmışdır.  
6. A. insidiosa (Boriss.) Podlech - Zalım astrakanta. Qalın budaqlı koldur. Budaqları 2-3,5 sm 
uzunluğunda,  seyrək  tüklüdür.  Yarpaq  ayaları  14-15  mm  uzunluğundadır.  Yarpaqları  2-4  cüt, 
xətvari, 8-16 mm uzunluğunda, 1-2 mm enində, uzun, və iti tikanlıdır. Çiçəkləri yarpaqların içində, 
başcıq çiçək qrupunda toplanır. Ləçəkləri 8 mm uzunluğunda, çılpaq, şişkin və düzdür.  
Kasacıq 14-15 mm uzunluğunda, 4,5 mm enində, yuxarı hissəsi ensizdir. Dişicik sarı, 14-15 
mm  uzunluğunda,  səthi  4,5  mm  enində,  yuxarı  hissəsi  dartılmış,  başlanğıcı  genişlənmiş  dairəvi 
qulaqcıqlıdır.  Toxumluq  uzunsov,  gövdəcik  yuxarıya  qədər  tüklüdür.  Kserofitdir.  Kiçik-Asiya 
coğrafi areal tipinə daxildir. İyul-avqust aylarında çiçəkləyir və toxum verir. Ordubad rayonunun 
Urmus  kəndi  ətrafında,  Culfa  rayonunun  Aracıq  dağında,  Şahbuz  rayonunun  Keçili,  Nursu, 
Biçənək kəndlərinin subalp və alp qurşaqlarda quru, daşlı yamaclarda yayılmışdır.  
7. A. jucunda (Al.Theod., Fed. et Rzazade) Czer.- Şad astrakanta. Hündürlüyü
 
5-15 sm  yerə 
yatmış  kolcuqdur.  Qalın,  çılpaq,  yaşlı  budaqları  1,5  sm  diametrində,  cavan,  nazik  budaqlarının 
diametri  isə  5mm-dir.  Tikanları  2-3,5  sm  uzunluğunda,  aşağısı  çox,  yuxarısı  isə  az  əyilmlşdir.  
Yarpaq  ayaları  8  mm  uzunluğunda  üçbucaq-neştər,  ağ-pırpızlı,  kənarı  kirpikli,  yuxarıdan  yarpaq 
oxları  ilə  bitişikdir.  Çiçəkləri  10-12  ədəddir  və  şarşəkilli  çiçək  qrupunda  toplanmışdır.  Ləçəkləri 
lansetvaridir  və  kasacığın  borucuğundan  hündürdür.  Kasacıq  16  mm-ə  qədər  uzunluğundadır. 
Toxumluq ayaqlı, uzunsov, ağ-tükcüklüdür. Gövdəcik başlanğıcdan dirsəkvari əyilmişdir, yuxarısı 
isə  oraqşəkillidir.  Dişicik  17  mm  uzunluğunda,  qanadcıq  və  qayıqcıqdan  uzundur.  Erkəkciklər 
uzanmış yumurtraşəkilli, ağ-pırpızlıdır. İyun-İyul aylarında çiçəkləyir və toxum verir. Kserofitdir. 
Şimali-  İran  coğrafi  areal  tipinə  daxildir.  Culfa  rayonunun  Ərəfsə  kəndi  ərazisinə  mənsub  olan 


53 
Aracıq  dağında  və  Şərur  rayonunun  Qaraquş  dağı  ərazisinin  orta  dağlıq  qurşaqlarında,  əhəngli 
yamaclarda yayılmışdır. 
8.  A.  karabagchensis  (Bunge)  Podlech  -  Qarabağ  astrakantası.  Düz  budaqlı  7-20  sm  
hündürlüyündə  tikanlı  kolcuqdur.  Tikanları  3-9  sm  uzunluğunda,  əyri,  pırpızlı,  adətən  yaşıldır. 
Yarpaq ayaları 12 mm uzunluğunda, ağ-pırpızlı, kənarları kirpiklidir. Yarpaqları 6-9 cüt, yaşıl, üst 
səthi çılpaq, aşağısı isə seyrək pırpızlıdır. Çiçəkləri 6-9 olmaqla yarpaqların ortasında başcıq təşkil 
edir  və  silindirvari  çiçək  qrupunda  toplanmışdır.  Ləçəkləri  uzunsov,  şişkin,  10  mm 
uzunuluğundadır.  Kasacıq  18  mm  uzunluğunda,  uzun  ipəkvari-tükcüklü,  sapvari-dişli,  borucuğa 
bərabər və ya 1,5 dəfə ondan ucadır. Toxumluq uzunsov, tüklü, əsasından tükcüklü gövdəciklidir. 
İyun-İyul aylarında çiçəkləyir və toxum verir. Kserofitdir. Şimali- İran coğrafi areal tipinə daxildir. 
Babək  rayonunun  Çalxanqala,  Buzqov,  Şahbuz  rayonunun  Ayrınc,  Türkeş,  Kükü  və  Nursu 
ərazilərinin  aşağı  və  orta  dağlıq  qurşaqlarında,  daşlı  və  gilli  yamaclarda,  çınqıllı  təpələrdə 
yayılmışdır.  
9. A. meyeri (Boriss.) Podlech - Meyer astrakantası. Hündürlüyü 10-15 sm-ə çatan, 15-25 sm 
diametrində olan yastıq formalı kolcuqdur. Budaqları qısa, çoxsaylı, 4 (6) sm uzunluğunda, 1 mm-
dən  çox  qalınlığı  olan,  tikanları  qəhvəyi,  çox  və  ya  az  ayparaşəkilli,  boz  tüklərlə  örtülmüşdür. 
Yarpaq  ayaları  enli  yumurtavari  əsasından  lansetşəkilli,  aşağıdan  qalın,  yuxarıdan  nazik  8-9  mm 
uzunluğunda, 7 mm enində lifli-tüklüdür. Yarpaqları 4(8) cüt 15 mm uzunluğunda, 5 mm enində 
ellipsvari, bəzən təpəsində qısa tikanları var. Ləçəkləri 6-7 mm uzunluğunda, düzxətli, qayıqvari, 
başlanğıcı  çılpaq,  yuxarısı  liflidir.  Kasacıq  6-9  mm  uzunluğunda,  xətvari,  ağ-  liflidir.  Dişicik  13 
mm  uzunluğunda,  tündçəhrayıdır  və  kasacıqdan  2  dəfə  uzundur.  Qanad  və  qayıqcıqlar  dişiciyin 
səthinə  bərabərdir.  Toxumluq  boz  tüklərlə  örtülüdür.  İyul-avqust  aylarında  çiçəkləyir  və  toxum 
verir. Coğrafi areal tipi məlum deyil (Şəkil 1).  
 
 
Şək. 1. Astracantha meyeri (Boriss.) Podlech 
Culfa rayonunun Aracıq dağında, Şahbuz rayonunun Keçili, Kolanı, Biçənək kəndləri ərazisinin 
orta dağlıq qurşaqlarında əsasən cənub yamaclarında, qayalı yerlərdə yayılmışdır. 
10.    A.  karjaginii  (Boriss.)  Podlech  -  Karyagin  astrakantası.  Hündürlüyü  20-40  sm-ə  qədər 
olan alçaq boylu koldur. Qısa budaqlı, sıx tikanlıdır, yarpaq oxu ilə birlikdə cavan tikanları ağımtıl-
sarıdır,  3-7  sm  uzunluqda  olub,  qaidəsi  2  mm  qalınlıqdadır.  Yarpaqaltlıqarı  dərivaridir,  sətbəst 
hissəsi ensiz neştərvaridir, 1-2 mm uzunluqda və 8 mm enindədir. Yarpaqları 4-5 cütdür, ellipsvari 
və ya uzunsov-neştərvaridir, çiçəkləri 5-6 ədəd olmaqla yarpaqların qolyuğunda sıx, demək olar ki, 
4-5  sm  enində  kürəşəkilli  çiçək  qrupuna  yığılmışdır.  Kasacığı  13  mm-ə  qədər  uzunluqdadır,  ağ 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə