Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/81
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9565
1   ...   22   23   24   25   26   27   28   29   ...   81

54 
tükcüklərlə örtülmüşdür, dişcikləri bizvaridir və borucuqdan uzundur. Tacı bənövşəyidir, bir qədər 
kasacıqdan  artıqdır,  yelkəni  2  sm-ə  qədər  uzunluqda,  7  mm-ə  qədər  enindədir.  Yumurtalıq  sıx 
tükcüklüdür, yumurtavaridir. Paxlası açıqyaşıl rəngdədir. İyul ayında çiçəkləyir, avqust ayında isə 
toxum  verir.    Kserofitdir.  Endemikdir.  Şimali-İran  coğrafi  areal  tipinə  daxildir.  İyul  ayında 
çiçəkləyir,  avqust  ayında  isə  toxum  verir.  Naxçıvan  MR-in  əksər  rayonlarının  orta  dağlıq 
qurşaqlarında, otlu, daşlı yamaclarında yayılmışdır.  
11.  A.  microcephala  (Willd.)  Podlech  -  Xırdabaşlıqlı  astrakanta.  Hündürlüyü  60  sm,  qalın 
budaqlı koldur. Yarpaq ayaları və yarpaq oxları ilə örtülmüş qısa budaqları vardır. Tikanları 2-3,5 
sm uzunluğunda, yana əyilmiş, cavanları yaşıl və ya sarımtıl, müstəqil hissəsi kirpikli-tüklü sonrası 
çılpaq  və  sarımtıldır.  Yarpaqları  4-6  cüt,  uzunsov  ellipsvari  və  ya  ellipsvari-lansetşəkilli,  hər  iki 
ucu yığılmış, təpəsi qısa bizvari sarımtıl tikanlı adətən mürəkkəb və ya yastı qalın, sıx ağ-tüklü 5-8 
mm  uzunluğunda  2  mm  enindədir.  Yarpaqları  4-6  cüt  uzunsov  ellipsvari  və  ya  ellipsvari-
neştərşəkillidir. Çiçəkləri yarpaqların içində iki-iki (üç-üç) toplanmışdır. Ləçəkləri damarvari yastı, 
yuxarısı  qalın ağ-pırpızlı, başlanğıcı isə çılpaqdır və kasacığın  uzunluğuna bərabərdir. Toxumluq 
uzunsov  qalın  tüklü  və  ya  çılpaqdır.  Kserofitdir.  Kiçik-Asiya  coğrafi  areal  tipinə  daxildir.  İyul-
avqust aylarında çiçəkləyir və toxum verir. Naxçıvan MR-in əksər rayonlarının orta dağlıq, bəzən, 
yüksək dağlıq qurşaqlarında, daşlı yamaclarda yayılmışdır.   
12.  A.  oleifolia  (DC.)  Podlech.-  Zeytunyarpaq  astrakanta.  Hündürlüyü  10  sm  uzunluğunda 
gövdəcikli  kolcuqdur.  Yarpaq  ayaları  üçbucaqlı,  ağ-pırpızlı,  kənarı  kirpikli,  sonrası  çılpaqdır. 
Yarpaqları  25  sm  uzunluğunda,  uzunsov-ellipisvaridir.  Çiçəkləri  çoxsaylıdır  və  silindrik  çiçək 
qrupunda  toplanmışdır.  Ləçəkləri  enli,  uzunsov-  xətvari,  kasacığa  bərabər,  arxası  ağ-tüklüdür. 
Kasacıq 13-15 mm uzunluğunda, ağ-tüklüdür və kasacığın borucuğundan 3 dəfə qısadır. Dişicik 25 
mm uzunluğunda, kasacıqdan 2 dəfə uzundur. Erkəkcik ağ-pırpızlıdır. Gövdəcik ancaq başlanğıcda 
pırpızlıdır. İyul ayında çiçəkləyir, avqust ayında isə meyvələri yetişir. Kserofitdir. Ermənistan-İran 
coğrafi areal tipinə daxildir (Şəkil 2).  
 
Şək. 2. A. oleifolia (DC.) Podlech 
Culfa  rayonunun  Ərəfsə  kəndi  ərazisinə  yaxın  olan  Aracıq  dağında,  Şahbuz,  Ordubad  və 
Babək  rayonu  ərazisinin  orta  dağlıq  qurşaqlarında,  quru,  daşlı,  bəzən  çox  və  ya  az  rütubətli 
yamaclarında yayılmışdır. 
13.  A. stenonychioides (Freyn et Bornm.)  Podlech - Düzyarpaq astrakanta. Hündürlüyü 12-
16  sm  olan  kolcuqdur.  Yarpaqaltlıqları  yumurtavari  olub,  sonradan  çılpaqlaşır.  Saplaqları  sıx 
tikanlıdır.  Yarpaqları  6-8  cüt,  uzununa  yatmış,  iki  tərəfi  ağ-pırpızlı,  ellipisvari  və  ya  uzunsov-


55 
ellipisvari, küt və ya qısa itiucludur. Çiçək qrupu uzunsov və sıxdır. Tacı qırmızı, quruduqda sarı 
olub,  kasacıqdan  uzundur.  Ləçəkləri  yumurtavari,  şişkin,  çılpaq,  azacıq  qatlanmış,  itiuclu, 
samanvari-sarıdır, kasacıqdan qısadır. Dişicik 18 mm uzunluğunda çəhrayı və ya çəhrayı xallı sarı 
olub,  kasacıqdan  2  dəfə  uzundur.  Erkəkciklər  pırpızlıdır.  Kserofitdir.  Şimali-İran  coğrafi  areal 
tipinə daxildir. İyul-avqust aylarında çiçəkləyir və toxum verir. Culfa rayonunun Qazançı, Milax, 
Ordubad rayonunun Bist, Tivi, Urmus, Biləv, Şahbuz rayonunun Keçili, Nursu kəndləri, Qapıcıq, 
Qaranquş, Soyuqdağ,  ərazilərinin orta və  yüksək dağlıq qurşaqlarında, daşlı, çınqıllı  yamaclarda 
yayılmışdır.  
14.  A.  vedica  (Takht.)  Czer.-Vedi  astrakantası.  Hündürlüyü  12  sm  olan  düz,  yuxarı  qalxmış, 
yarpaq  oxları  ilə  qalın  örtülmüş  çox  böyük  olmayan  qalın  budaqlı      kolcuqdur.  Tikanları  8  sm 
uzunluğunda,  incə  yaşılımtıl,  pırpızlıdır.Yarpaq  ayaları  12  mm  uzunluqda,  yuxarı  hissəsı  şişkin, 
kənarları kirpiklidir. Yarpaqları 6-12 cüt, ellipisvaridir. Çiçəkləri 5-10 ədəd yarpaqların içində, 3 sm 
diametrli,  kürəşəkilli  başcıq  çiçək  qrupudur.  Ləçəkləri  uzunsov-yumurtavaridir  və  kasacığın 
borucuğundan uzundur. Kasacıq 16 sm uzunluğunda, ipəkvaridir və dişicikdən uzundur. Dişicik 14 
mm  uzunluğunda,  çəhrayıdır.  Qanadları  və  qayıqcıq  dişicikdən  qısadır.  Erkəkcikləri  ağ-tüklü 
bizvaridir. Paxlası yumurtavaridir, tüklü, gövdəciklərin aşağı yarısı tüklü, yuxarısı isə qatlanmışdır. 
İyun-iyul aylarında çiçəkləyir və toxum verir. Kserofitdir. Şimal-İran coğrafi areal tipinə daxildir.  
Şahbuz rayonunun Badamlı kəndi ətrafında tək-tək, Babək rayonuunun Çalxanqala kəndi ətrafında 
isə kiçik talalarala rast gəlinir.                
 
ƏDƏBİYYAT 
 
1.
 
Qənbərov  D.Ş  Naxçıvan  Muxtar  Respublikası  florasında  yayılan  Astracantha  və  Astragalus  
növlərinin floristik təhlili // Azərbaycan Milli Elmlər Akademiyası, Gəncə bölməsi, 2015, s. 35-45  
2.
 
Попов  М.Г.  О  применении  ботанико-географического  метода  в  систематике  растений  // 
Вопросы ботаники. 1950, ч. 1-2. С. 70-80  
3.
 
Прохонов  Я.И.  Эвалюция  листа  деревянистых  двудодьных    растений.  //  Проблемы 
филогении  растений.  // Тр. МОИП. 1956.Т. 13. С. 71-100  
4.
 
Серебряков  И.Г.  Жизненные  формы  высших  растений  и  их  изучение.  В  кн,  полевая 
геоботаника, М., Л., 1964, т. 3, с. 530 
5.
 
Яковлев Г.П. Бобовые земного шара Л, Наука, 1991, 144 с 
6.
 
Ярошенко  П.Д.  К  методике  определения  веса  травостоев  по  высоте  основной  массы  и 
проективному покрытию // Бот. ж. 1967, № 4, с. 27-31  
7.
 
Хохряков А.П. Закономерности эвалюции растений. Новосибирск: Наука, 1975. 204 с 
 
                                                                 
ABSTRACT 
Dashgin Gambarov 
Musa Piriyev 
ASTRACANTHA bush and shrubs species common in the territory of Nakhchivan 
Autonomous Republic. 
The article describes the shrub species, genera Astrakantna distributed on the 
territory of the Nakhichevan Autonomous Republic. As a result of our research have been 
identified 14 species of shrubs common in the country. 
These include the following: 
 A.andreji (Rzazade) Czer., A.aurea (Willd.) Podlech, A.barba-
carpina  (Al.Theod.,  Fed.  &  Rzazade)  Podlech,  A.flavirubens  (Al.Theod.,   Fed.  &  Rzazade) 
Podlech,  A.gudrathi  (Al.Theod.,  Fed.  &  Rzazade)  Podlech,  A.insidiosa  (Boriss.)  Podlech, 
A.jucunda  (Al.Theod.,  Fed.  &  Rzazade)  Czer,  A.karabaghensis  (Bunge)  Podlech,  A.karjaginii 
(Boriss.) Podlech, A.meyeri (Boriss.) Podlech, A.microcephala (Willd.) Podlech, A.oleifolia (DC.) 
Podlech, A.stenonychioides
 
 (Freyn & Bornm.) Podlech 
and 
A.vedica (Takht.) Czer. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə