Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/81
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9565
1   ...   24   25   26   27   28   29   30   31   ...   81

59 
çəkilişlər ilin müxtəlif dövrlərində eyni saatlarda aparılmışdır. Bu zaman vegetasiya prosesini tam 
izləmək  və  bitkidə  baş  verən  digər  dəyişkənlikləri  izləmək  mümkün  olmuşdur.  Bitkidə  xlorofil 
piqmentinin  dağılması  ilə  şüa  axınının  qırmızı  diapazonda  aşağı  düşməsi,  yaşıl  spektrda  isə 
yüksəlməsi  baş  vermişdir.  Payızda  yarpaqlar  qırmızı  və  ya  sarı  rəng  alır  və  bu  zaman  müvafiq 
diapazonda  spektral  parlaqlıq  yüksəlir.  Müxtəlif  bitkilərdə  vegetasiya  müxtəlif  vaxtlarda  başlayır, 
müxtəlif vaxtlarda qurtarır və bu bitkinin növ tərkibini müəyyənləşdirməyə imkan vermişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Metodikanı  dəqiqləşdirmək  məqsədi  ilə  ayrı-ayrı  kol  bitkilərinin  spektralçəkilişləri  həm 
laboratoriya şəraitində, həm də yerində - çöl şəraitində aparılmışdır. Çəkilişzamanı çəkilişin vaxtı, 
havanın temperaturu, buludluluq və digər sinoptik faktorlarnəzərə alınmışdır. Nəticədə çəkiliş üçün 
optimal dalğa uzunluğu və kanal müəyyənedilmişdir. Belə ki, həm yetkin, həm də təzə yarpaqlarda 
maksimal  parlaqlıq  0,75-1,2mkm  dalğa  uzunluğunda  özünü  göstərmişdir.  Təzə  yarpaqlarda  bu 
diapozonda əksolunma 40% olduğu halda, yetkin yarpaqlarda 60%-dən çox olmuşdur. Qurumaqda 
olan  qəhvəyi  rəngli  yarpaqlarda  əyri  qalxan  düz  xətlə  özünü  görsətmişdir.  Bənövşəyi  və  mavi 
diapazonda  köhnə  yarpaqlar  cəmi  4-5%  əksetmə  qabiliyyətinə  malik  olduğu  halda  0,9-1,2mkm 
diapazonda maksimal kəmiyyət alınmışdır [3]. 
Bitkilərin  spektral  parlaqlığına,  yəni  onların  şuanı  qaytarma  və  udma  xüsusiyyətlərinə 
müxtəlif amillər təsir göstərir. Rütubətlə  yanaşı  torpağın  mineral  tərkibi,  strukturluğu, dənəvərliyi 
və onda olan humusun miqdarı dəyişməz amillər kimi onu səciyyələndirməkdə mühüm rol oynayır. 
Mineral  tərkib  bu  sırada  spektral  parlaqlığa  təsir  edən  birinci  amil  indikatordur.  Torpağın  bitki 
örtüyü,  mineralların  və  digər  bitki  əmələ  gətirən  elementlərin  məcmusu  kimi  özünəməxsus  və 
mürəkkəb işıq əksetdirmə xüsusiyyətləri ilə digər komponentlərindən fərqlənir. Bir çox müəlliflərin 
fikrinə və apardığımız məsafəli tədqiqatların nəticəsinə görə mineral zərrələrin ölçüsü və torpağın 
üst  qatının  tekstrukturu  spektral  əksetmə  ilə  udulma  arasında  olan  nisbətə  əsaslı  təsir  görsədir. 
Spektrofotometr  cihazında  aparılan  laboratoriya  müşahidələri  bu  fikri  bir  daha  təsdiq  etmiş 
olur.Belə ki, mineralların dənəvərliyi azaldıqca yaranmış hamar səth hesabına kobud səthə nisbətən 
səthin əksetmə qabliyyəti artır. 
Bitkilər günəşdən çoxlu miqdarda enerji alır və bu ən çox spektrin görünən oblastında baş 
verir.  Alınan  istiliyin  böyük  hissəsi  infraqırmızı  diapazonda  əks  olunur.  Bu  proses  bitkilər 
tərəfindən  enerjinin  akkumlyasiyasına,  başqa  sözlə  desək  depolanmasına  səbəb  olur.  Yarpaqların 
infraqırmızı  diapazonda  yüksək  əks  etmək  xüsusiyyəti  olduqca  maraqlı  nəticələr  verir.  Maksimal 
istilik əks olunması dalğa uzunluğu 2 mkm-dən artıq olduqda özünü daha kəskin göstərir.  
Bitki örtüyündən məhrum çılpaqlaşmış torpaq, şum və humus qatı pozulmamış dağ-çəmən 
torpaqlarının  spektral  parlaqlıq  qrafiklərinin  müqayisəli  təhlili  göstərir  ki,  bitkidən  tamamilə 
məhrum  şumlanmış  torpaqların  spektral  parlaqlıq  əmsalı  bitkisiz  çılpaqlaşmış  sahələrə  nisbətən 
Dalğa uzunluğu mkm-lə
 


60 
aşağıdır. Belə ki, şumu təşkil edən iri kəsəklər və yuxarı dərəcəli dənəvərlik kələ-kötür və mürəkkəb 
quruluşlu  səth  yaradır.  Bu  cür  səthdə  qeyri  bərabər,  müxtəlif  istiqamətli  əks  olunma  qayıdan 
enerjiyə nisbətən udulan enerjinin artıqlığına səbəb olur. 
SPƏ-yə  torpaq-bitki  kompleksinin  rəngi  də  əsaslı  təsir  göstərir.Torpağın  rəngi  öz 
növbəsində onda olan humusun və mineral, birləşmələrin, xüsusilə dəmirbirləşmələrinin miqdarı ilə 
təyin  olunur.  Humusla  nisbətən  zəngin  Batabat  ərazisi  torpaqlarında  spektral  əks  olunma 
intensivliyi  aşağıdır.  Bitkinin  çürüntüsü  olan  humusun  artıb-azalması,  eyni  zamanda  torpağın 
rütubət tutumuna da təsir edir ki, bu da aparılan tədqiqatlarda mühüm əhəmiyyətə malikdir. 
Spektrometrik  ölçmələrin  reqistroqramları göstərir ki,  ot bitkiləri ilə zəngin  qara torpaqdan 
başqa  bütün  torpaqlarda  dalğa  uzunluğundan  asılı  olmayaraq  rütubət  artdıqca  spektral  parlaqlıq 
azalır,  doymuş  torpaqlarda  güzgü  səthinin  yaranması  ilə  əlaqədar  parlaqlıq  yenidən  artmış  olur. 
Torpağın  spektral  parlaqlığına  təsir  edən  bir  qrup  dəyişən  amillər  tədqiqat  işləri  zamanı  nəzərə 
alınmışdır.  Bu  amillər  aşağıdakılardır:  relyef,  ekspozisiya,  mütləq  hündürlük,  meyillik  və  xüsusi 
əhəmiyyətə  malik  olan  bitki  örtüyü.  Bu  amillərin  təsiri  dövri  və  sutkalıq  olub  səthə  düşən  günəş 
enerjisinin dəyişməsi ilə əlaqədar dəyişmiş olur. 
Bitki  təbiətdə  ətraf  mühitə  daha  tez  reaksiya  verən  komponentdir.  Buna  görə  də  onun 
spektral  parlaqlıq  əmsalları  mühitin  dəyişməsindən  daha  çox  asılı  olur.  Belə  ki,  qrunt  sularının 
səviyyəsinin  qalxıb  düşməsi,  güclü  quraqlıq,  yağıntı  bitki  yarpaqlarında  rütubətin 
konsentrasiyasının  artıb-azalmasına,  bu  da  öz  növbəsində  piqmentin  miqdarına,  mezofillərin 
strukturuna, həmçinin yarpağın səth və rütubət saxlamaq xüsusiyyətlərinə təsir etmiş olur. 
Bir  çox  bitkilərin  spektral  xüsusiyyətləri  bütün  vegetasiya  dövrü  dəyişmiş  olur.  Spektral 
xüsusiyyətlərin  dəyişkənliyi  kol  bitkilərdə  və  enliyarpaqlı  ağaclarda  daha  aydın  nəzərə  çarpır.  Bu 
növ bitkilərin əksetmələri yaxın infraqırmızı və müəyyən qədər 550 mm dalğa uzunluğunda aydın 
nəzərə çarpır.Vegetasiya prosesinin sonunda yarpaqların piqmentləşməsində dəyişikliklər baş verir. 
Hüceyrələrdə suyun miqdarı azalır və nəticə etibarı ilə mezofillər dağılır. Xlorofillərin parçalanması 
hesabına spektrin qırmızı oblastında udulma, spektrin sarı-yaşıl oblastlarında isə əksolunma artmış 
olur.  Mezofillərin  hüceyrə  örtüyünün  dağılması  rütubətin  azalmasına  səbəb  olduğu  üçün  yaxın 
infraqırmızı diapazonda günəş şüasının əks olunması artır. 
 
Reqistroqramların  təhlili  göstərir  ki,  bitkilərin  ümumi  spektral  əksetmə  xüsusiyyətlərinə 
aşağıdakı əsas amillər təsir göstərir: hər bir yarpağın əksetməqabiliyyəti, yarpağın ölçüsü, yarpağın 
ümumi  bitki  örtüyünə  nisbəti,  çiçəklənmə  dərəcəsi,çiçəklərin  ölçüsü,  çiçəklərin  ümumi  bitki 
örtüyünə və yaşıl kütləyə olan nisbəti: müxtəlif yarasların – meşə, kol, ot, mamır-şibyə və torpağın 
kompleks əksetməsi, günəşin vəziyyəti, çəkilişin hündürlüyü və istiqaməti. 
Bütün  bu  amillər  çox  qısa  vaxt  ərzində  dəyişə  bilir.  Məsələn,  alınan  nəticəyə  eyni  çəkiliş 
şəraitində müşahidə olunan müxtəlif kölgə növlərinin dəyişməsi əsaslı təsir göstərir və yaxud eyni 
növ  bitki  şəraitindən  asılı  olaraq  müxtəlif  miqdar  biokütləyə  malik  olur.  Biokütlənin  azlığı  bitki 
örtüyünün  qalınlığının  azalmasına,  nəticədə  isə  bitkilərin  əksetməsinin  azalması  ilə  nəticələnir. 
Biokütlənin  azalması  həmçinin  kölgəli  sahələrin  azlığına  və  açıq  sahələrin,  yəni  spektral  çəkiliş 
üçün  yalnış nəticələr verə biləcək bitkialtı sahələrin  artmasına səbəb olur və bu cür sahələr  yaxın 
infraqırmızı diapazonda yarpaqlı sahələrə nisbətən zəif parlaqlıqları ilə seçilərək ayrılır.  
Bir çox bitkilər spektral xüsusiyyətləri çiçəklənmə dövründə dəyişir. Bu dövrdə ali bitkilərin 
spektral xüsusiyyətlərinin dəyişməsi çiçəkli enliyarpaqlı ağaclara nisbətən daha aydın seçilir. 
Kənd  təsarrüfatı  sahələrinin  spektral  parlaqlıq  əmsalı  bir  sıra  amillərin  təsiri  ilə 
səciyyələnir(suvarma  və  kultivasiya  işləri,  sturukturu,  bitkilərin  ümumi  səviyyəsi  və  s.).  Deməli 
əkinlərdən  qəbul  edilən  əksetmə  siqnalı  özündə  torpaq  və  bitki  elementlərinin  mürəkkəb 
kombinasiyasını  birləşdirmiş  olur.  Kənd  təsərrüfatı  bitkilərinin  parlaqlıq  əmsalının  kəskin 
dəyişməsi, təbii bitkilərdə olduğu kimi yaxın infraqırmızı oblastda nəzərə çarpır(cədvəl). 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə