Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/81
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9565
1   ...   26   27   28   29   30   31   32   33   ...   81

63 
   
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 6 (76) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 6 (76) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 6 (76) 
 
KİMYA 
           TOFİQ ƏLİYEV 
                                                                                          tofiq_aliyev@yahoo.com                                                                                                          
                                                                                          Naxçıvan Dövlət Universiteti              
                                                                                                  YAŞAR HASANOĞLU                                                                                        
                                                                                          Ağrı-İbrahim Çeçen Universiteti,                   
                                                                                                                                 Türkiyə 
UOT 620.197.3 
 
ALİFATİK MONOAMİNOMONOKARBON TURŞULARININ (ALMAMKT) BƏZİ 
NÜMAYƏNDƏLƏRİNİN 0,1 N HCL MƏHLULU MÜHİTİNDƏ C
T
-3 MARKALI POLADIN 
KORROZİYASINA QARŞI İNHİBİTOR TƏSİRİNİN ELEKTROKİMYƏVİ  İMPEDANS 
SPEKTROSKOPİYASI ( EİS ) ÜSULU ILƏ  TƏDQİQİ 
 
Açar sözlərAlifatik monoaminomonokarbon turşuları (ALMAMKT); korroziya inhibitorları; 
elektrokimyəvi impedans spektroskopiyası  ( EİS ); Nyquist diaqramı 
Key  words  :Monoaminemonocarbon  acids  (MAMCA),korrosion  inhibition  ;electrochemical 
impedance spectroscopy ( EIS ) ;Nyquist plot 
Ключевые слова : Алифатические моноаминомонокарбоновые кислоты ( АМАМКК ); 
ингибиторы  коррозии;электрохимическая  импедансная  спектроскопия(  ЭИС  );  диаграмма 
Найквиста                                    
 
1.Ümumi hissə  
      Müasir dövrdə sənaye və texnikanın elə bir sahəsini göstərmək mümkün  deyil ki , orada 
bu  və  ya  digər  dərəcədə  müxtəlif  metallardan,  eləcə  də  onların  çoxsaylı  ərintilərindən  istifadə 
edilməsin .Bu hal hər şeydən öncə metalların və metal ərintilərinin konstruksiya materiallarına qarşı 
qoyulan  tələblərə  daha  dolğun  cavab  verməsi  ilə  bağlıdır.  Bununla  belə,  əksər  metallar  müxtəlif 
texnoloji  şəraitlərdə  termodinamik  baxımdan  davamsız  olduqlarından  onlardan  hazırlanmış 
konstruksiya  materialları  korroziya  prosesi  nəticəsində  vaxtından  əvvəl  dağılaraq  sıradan  çıxır  ki, 
bu da sonda külli miqdarda dövlət vəsaitinin itirilməsinə gətirib çıxarır.                                                                   
           Korroziya  problemləri  ilə  məşğul  olan  əksər  mütəxəsislərin  fikrinə  görə  bu  arzuolunmaz 
prosesə qarşı  mövcud mübarizə üsulları içərisində inhibitorların tətbiqinə əsaslanan üsul texnoloji 
baxımdan sadə olduğundan digər üsullarla müqayisədə daha əlverişli üsul sayılır. Təsadüfi deyil  ki, 
bu sahəyə ayrılan diqqət ildən  –ilə daha da artmaqdadır. Bununla belə, xüsusi  olaraq qeyd  etmək 
lazımdır  ki,  bugünədək  edilmiş  çoxsaylı  təşəbbüslərə  baxmayaraq  bütün  aqressiv  sistemlər  üçün 
keçərli olan ümumi bir nəzəriyyənin yaradılması mümkün olmamışdır. Digər tərəfdən “Birləşmənin 
quruluşu – mühafizə effekti” asılılığı ilə bağlı məsələnin elmi ədəbiyyatda uzun illərdən bəri təhlil 
edilməsinə  və  bu  sahədə  bir  çox  uğurlara  [  1-6  ]  imza  atılmasına  baxmayaraq,  hələ  də  qaranlıq, 
bəzən  də  ziddiyətli  məqamlara  rast  gəlmək  mümkündür.  Bu  səbəbdən  daha  effektli  korroziya 
inhibitorlarının  axtarışı  və  mövcud  qanunauyğunluqların  üzə  çıxarılması  sahəsində  aparılan 
tədqiqatlar bu gün də yüksək aktuallıq kəsb edir. Digər tərəfdən, məlum inhibitorların xeyli hissəsi 
korroziya inhibitorlarına qarşı qoyulan tələblərdən biri olan toksiki təsirə malik olmamaq və ətraf 
mühitə  ziyanlı  təsir  göstərməmək  kimi  tələbə  ya  cavab  vermir,  yaxud  da  az  cavab  verirlər.  Bu 
baxımdan  müasir  dövrdə  toksiki  və  zərərli  təsirə  malik  olmayan  inhibitorların  axtarışı    sahəsində 
aparılan tədqiqatlar daha yüksək aktuallıq kəsb edir. Təqdim edilən məqalə məhz belə bir tədqiqatın 
nəticələrinə  -  alifatik  monoaminomonokaron  turşularının  (  ALMAMKT  )  bəzi  nümayəndələrinin  
0,1 N HCl məhlulu mühitində C
t
-3 markalı poladın korroziyasına qarşı inhibitor təsirinin tədqiqi və 


64 
birləşmənin quruluşu ilə effektivliyi  arasında mövcud olan qanunauyğunluqların  aşkar  edilməsinə 
həsr edilmişdir. Tədqiqat üçün ALMAMAKT –nın  R-CH( NH 

)-COOH ümumi formuluna uyğun 
gələn  nümayəndələrindən  qlisin  (  CH 
2
(NH
2
)-COOH    ),  alanın  (  CH
3
-CH  (  NH 
2
)-COOH  )    və  
leysin ( CH
3
-CH( CH

)-CH
2
-CH( NH

)-COOH ) götürülmüşdür. 
 
2.Tədqiqatların metodikası 
     Tədqiqatlar  Türkiyə  Respublikası  Ağrı  İbrahim  Çeçen  Universitetinin  “Mərkəzi  Araşdırma 
laboratoriyasında”,  “İVİUMSTAT”  cihazında  dəyişən  cərəyan  impedansı  və  ya  Elektrokimyəvi 
İmpedans Spektroskopiyası ( EİS ) üsulu ilə həyata keçirilmişdir. Aparılan təcrübələr üçelektrodlu 
elektrokimyəvi  özəkdə  icra  edilmişdir.Bu  zaman  işçi  elektrod  olaraq  C
t
-3  markalı  poladdan 
hazırlanmış elektroddan, köməkçi elektrod olaraq platin elektrodundan, müqayisə elektrodu kimi isə 
doymuş  gümüş  xlorid  elektrodundan    (Ag  /AgCl  ,KCl  )  istifadə  edilmişdir.  Tədqiqat  üçün 
götürülmüş  reaktivlər  yüksək  təmizlik  dərəcəsinə  malik  olmuşdur  (E.Merk  ).  İmpedans  ölçmələri 
açıq cərəyan dövrəsi potensialında ( E
acdp 
) həyata keçirilmişdir. Bu zaman dəyişən cərəyanın tezliyi 
10
4
- dən 1 Hz-ə qədər dəyişdirilmişdir. Gərginlik amplitudu 5-10 mV aralığında olmuşdur. 
            Elektrokimyəvi prosesə və ya elektrik yükünün ötürülməsinə (transferinə) qarşı müqavimə-
tin  ( Rp ) qiyməti Elkadi L.  və başqaları [ 7-13 ] tərəfindən təklif edilmiş üsulla – aşağı və yüksək 
tezlikli  cərəyana  uyğun  gələn  müqavimətin  qiymətindəki  müxtəlifliyə  əsasən  hesablanmışdır. 
Metal-məhlul sərhəddində  yaranan ikiqat  elektrik təbəqəsinin elektrik tutumunun qiymətini  ( C
it 

almaq üçün cərəyanın maksimal qiymətindəki müqavimətə uyğun tezliyin qiyməti f ( -Z
imax
 ) təyin 
edilmiş və onun qiymətləri aşağıdakı tənliyin köməkliyi ilə    ( kompyuterdə xüsusi proqramın kö-
məkliyi ilə avtomatik olaraq ) hesablanmışdır [ 7-13 ]: 
f (-Z
imax
 ) =1/2
??????CR 
                                                    
Burada f( -Z
imax
 ) –cərəyanın maksimal qiymətindəki müqavimətə uyğun tezliyin 
qiyməti ; C
it
-ikiqat elektrik təbəqəsinin elektrik tutumunun qiymətidir. 
            Tədqiq edilən maddələrin korroziya inhibitoru kimi effektivliyi  
η
c
=
c
it,0−??????
????????????,??????
c
it,0
∙ 100% 
  
      tənliyinin köməkliyi ilə hesablanmışdır. Burada C
it,0
-inhibitorsuz  hala , C
it,i 
–inhibitorun iştirak 
etdiyi hala uyğun ikiqat elektrik təbəqəsinin elektrik tutumunu göstərir. Təcrübələrin metodikası və 
alınmış məlumatların işlənməsi daha ətraflı ədəbiyyatda verilir[ 7-13 ]. 
3.Təcrübə nəticələri və onların təhlili 
     Şəkil  1-6  da  0,1  N  HCl  məhlulundan  ibarət  sistemdə  tədqiq  edilən  birləşmələrin  iştirakında  və 
iştirakı olmadan  EİS üsulu ilə C
t
  -3 markalı polad üçün alınmış  Nyquist
   
diaqramları verilmişdir. 
Cədvəldə  isə  həmin  diaqramların  kompyuterlə  xüsusi  proqramın  köməkliyi  ilə  işlənməsindən 
alınmış nəticələr verilmişdir. 
      
Bu  diaqramlardan,  eləcə  də  cədvəldə  verilən  rəqəmlərdən  göründüyü  kimi  tədqiq  edilən 
ALMAMAKT  –nın  təsirindən  metal-məhlul  sərhəddində  yük  transferinə  qarşı  göstərilən 
müqavimət ( R 
t
)  müəyyən dərəcədə yüksəlir.
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə