Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/81
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9565
1   ...   29   30   31   32   33   34   35   36   ...   81

71 
  
                         Şəkil1. Abşeron yarımadasında xarakterik göllərin yerləşmə sxemi  
                                                                        
1. Qırmızı-qərbi; 2. Qırmızı-şərqi; 3. Lökbatan; 4. Hocahəsən; 5. Qanlıgöl; 6. Şorçala-qərbi: 
7. Daşgil; 8. Qumyataq; 9. Masazır; 10. Binəqədi; 11.Mirzələdi; 
12. Qızılnohur-böyük; 13. Kürdəxana; 14. Məhəmmədli; 15. Böyükşor;  
16. Ramana; 17. Adsız; 18. Bülbülə; 19. Zığ; 20. Qala. 
 
Böyükşor gölü  Abşeron yarımadasının mərkəzində dəniz səviyyəsindən 12 m yüksəklikdə 
Bakının  Binəqədi,  Sabunçu  və  Nərimanov  rayonlarının  sərhəddində    yerləşir.  O  yarımadanın  ən 
böyük və ən çox çirklənmiş gölü olub 45 milyon m
3
 həcmə malikdir. Gölün səthinin sahəsi  15 m
2

maksimum  dərinliyi  4,2  m,  uzunluğu  10  km,  maksimum  eni  isə  1,5-2,0  km  –dir.  Böyükşor  onu 
əhatə  edən  ərazilərdən  bütün  yeraltı  axınların  daxil  olduğu  qapalı  hövzədir.  Keçmiş  dövrlərdə 
Böyükşor  gölünün  dib  çöküntüləri  təbabətdə  istifadə  olunurdu.  Lakin,  uzun  illər  sənaye,  məişət-
kommunal və kənd təsərrüfatı obyektlərinin təmizlənməmiş tullantı sularının axıdılması nəticəsində 
göl  tədricən  öz  müalicəvi  əhəmiyyətini  itirmişdir.  Keçən  əsrin  30-cu  illərindən  bu  gölə  küllü 
miqdarda  neft  sənayesi  suları  axıdılmağa  başladı.  Son  illərdə  gölə  49  sayda  sənaye  və  məişət-
təsərrüfat obyektindən tullantı suları daxil olurdu. Mütəxəssilərin tədqiqatları zamanı gölün dibində 
külli miqdarda neft məhsullarının olması və bəzi yerlərində mazut qatının qalınlığının 1 metrə qədər 
olduğu qeydə alınmışdır. Isti yay günlərində Böyükşor gölündə tez-tez  yanğınlar baş verir.  Bülbülə 
gölü  Abşeron  yarımadasının  mərkəzi  hissəsində,  okean  səviyyəsindən  8  m  aşağıda  yerləşir.  O, 
səthinin  sahəsi  2  km
2
  olan  qapalı  duzlu  hövzədir.  Maksimum  dərinliyi  3-4  m-dir.  Göl  yasayış 
məntəqəsinə yaxın ərazidə yerləşdiyindən uzun illər antropogen təsirə məruz qalmışdır [3,4]. 
Böyükşor  və  Bülbülə  göllərinin  ekoloji  durumunun  qiymətləndirilməsi  üçün  hər  gölün  3 
müxtəlif  hissəsindən nümunələr götürülmüş, su sistemlərinin keyfiyyətini  və çirklənmə dərəcəsini 
xarakterizə  edən    əsas  parametrlər,  o  cümlədən  pH,  elektrik  keçiriciliyi,  oksigenə  bioloji  tələbat 
(OBT),  oksigenə  kimyəvi  tələbat  (OBT),  həmçinin    həll  olmuş  oksigenin  (h∕o  O
2
),  ümumi  neft 
karbohidrogenlərinin (UNK), səthi  aktiv maddələrin (SSAM),  fenolların, ağır metalların (AM) və 


72 
digər  çirkləndiricilərin  miqdarı  təyin  edilmişdir.  Su  və  dib  çöküntülərinin  analizində  beynəlxalq 
səviyyədə qəbul olunmuş standart üsullardan istifadə edilmişdir [5,6]. 
 Bundan  əlavə  göllərin  dib  çöküntülərinin  Cd,  Cr,  Hg,  Cu,  Pb  və  Zn-lə  çirklənmə  dərəcəsi 
öyrənilmiş və onların hər birinin ekosistem üçün yaratdığı potensial ekoloji risk qiymətləndirilmiş-
dir.  
AM-la çirklənmənin qiymətləndirilməsi üçün aşağıdakı hesablamalar aparılmışdır:  
1. Çirklənmə indeksi (PI
i
). AM-ın çirklənmə indeksi metalın nümunədəki koncentrasiyasının 
(C
i
 ) yol verilən həddinə ( S
i
) nisbəti ilə hesablanır:   
                                                    PI
i

??????
??????
??????
??????
         (1) 
 
Hesablamalar zamanı AM-ın Azərbaycan qanunvericiliyi ilə müəyyən olunmuşdur YVH-nin 
qiymətlərindən istifadə olunmuşdur. 
2.  Ekoloji  risk  faktoru.  Torpaq  və  dib  çöküntülərində  AM-la  çirklənmənin  yaratdığı 
potensial ekoloji risk (RI) ekoloji risk indeksinin hesablanması ilə müəyyən olunur [7,8].  
O  bioloji  sistemin  toksik  maddəyə  qarşı  həssaslığını  göstərməklə,  eyni  zamanda  ümumi 
çirklənmənin  yaratdığı  potensial  ekoloji  riski  müəyyən  edir.  RI  tədqiq  olunan  metalların  ekoloji 
risklərinin (Ei) cəmini ifadə edır: 
                                                 RI= ∑
??????
??????
             
burada, E
i
 – hər hansı ağır metalın risk faktorudur, aşağıdakı tənliklə hesablanır: 
                                                         E
i
 = T
i
f

= T
i
 
??????
??????
??????
??????
          (4) 
burada, T
i
  metalın toksiklik dərəcəsini ifadə edən faktordur,  f
i  
metalın nümunədəki konsentrasiyası  
C

ilə  onun torpaqdakı fon səviyyəsi  B
i  
arasındakı nisbətdir. Cədvəl 2-də ekosistem üçün torpaq və 
dib çöküntülərində daha çox toplanan təhlükəli metallar üçün YVH və Ti qiymətləri verilir. 
                                                                                                                                        Cədvəl 1.  
                                                       Metalların YVH və  Ti qiymətləri 
Metallar 
Hg 
Cd 
As 
Pb 
Cu 
Cr 
Zn 
YVH (mq/kq) 
2,1* 
1,0 
2,0 
32,0 
3,0 
6,0 
23,0 
T
i
 
40 
30 
10 




               *Qeyd: Hg-in YVH-in 2,1 qiyməti yaşayış yerlərindən uzaq ərazilər üçündür

                                   
  Aparılan analiz nəticələrinin ümumiləşdirilmiş qiymətləri cədvəl 2-də verilir.   
Cədvəldən  göründüyü  kimi,  Böyükşor  gölündən  götürülmüş  nümunələrdə  OBT,  OKT, 
ÜNK, fenollar, SSAM və AM-ın miqdarı yüksəkdir. OBT və OKT-ın qiymətləri uyğun olaraq yol 
verilən qatılıq həddindən  (YVH) 37-107 dəfə  və 3- 7 dəfə yüksəkdir. Suyun keyfiyyəti OBT/OKT 
nisbəti ilə müəyyən olunur. Təmiz suda bu nisbət 1: 1, bioloji parçalanan maddələrlə çirklənən suda 
isə  ≤2:1  olur.  Tədqiqat  zamanı  nümunələrdə  OBT/OKT  nisbəti  6,9-3,2    arasında    dəyişmişdir. 
OBT/OKT  nisbətinin  bu  qiyməti  məişət  çirkab  suları  üçün  xarakterikdir.  Nümunələrdə  ÜNK-nin 
miqdarı  xeyli  çox  olub  YVH-dən    50-dən  140  dəfəyə  qədər  yüksəkdir.    SSAM  və  fenolların  da 
miqdarının  YVH-dən  bir  neçə  dəfə  yüksək  olması  müşahidə  olunub.  Analizlərin  nəticələri  göldə 
ağır metalların miqdarının çox olduğunu göstərir.   AM-la yüksək çirklənmə dərəcəsi sənaye tullantı 
sularından götürülən nümunələrdə qeydə  alınıb. Toksik  AM-dan Zn, Pb və Cd-un miqdarı uyğun 
olaraq YVH-dən 70, 19 və 44 dəfə artıq olmuşdur. Bundan əlavə, xloridlərin miqdarı YVH-dən 4-
30  dəfə  artıqdır.    Əksər  nümunələrdə  asılı  hissəciklərin  yüksək  miqdarı  qeydə  alınmışdır.  
Tədqiqatlar zamanı pH-ın qiymətinin 9.3 olması göldəki şəraitin su sistemlərində yaşayan bəzi canlı 
orqanizmlərin reproduktivliyi baxımından əlverişsiz olduğunu göstərir. 
                                                                                           
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə