Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/81
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9565
1   ...   30   31   32   33   34   35   36   37   ...   81

73 
              Cədvəl 2. 
 
         Böyükşor və Bülbülə göllərininün fiziki-kimyəvi xarakteristikası 
 
Parametrlər 
 
  Ölçü vahidi 
YVH 
Böyükşor gölü  Bülbülə gölü 
 
 
pH 
 
  6.5-8.5 
     9.3 
      8.4 
Elektrik keçiriciliyi      μ/sm 
 
     3.1 
     1.91 
h∕o O
2
 
   mq/l 
   ≤ 4.0     
     7.1  
      6.7  
Temperatur 
    °C 
 
      22 
      20 
NO
2

   mq/l 
       3.3 
    0.19 
      0.7 
NO
3

   mq/l 
       45 
    0. 66 
      2.08 
NH
4

   mq/l 
       0.5 
    0.56 
      6.8 
Xloridlər 
   mq/l 
      350 
   12874.3 
    7545 
OBT 
   mq/l 
      3.0 
     156 
     9.8 
OKT 
   mq/l  
      10 
    70.6 
    32.21 
SSAM 
   mq/l 
      0.1 
    0.95 
    1.4 
ÜNK 
   mq/l  
    0.05 
    2.6 
    5.1 
Fenollar  
   mq/l 
    0.001 
   0.005 
   <0.003 
Asılı hissəciklər 
   mq/l 
    0.25 
     30 
     20 
Zn 
   mq/l 
    0.5 
   35.06 
     TO* 
Cu 
   mq/l 
   0.01 
    1.72 
     0.59 
Ni 
   mq/l 
    0.1 
    6.07 
      TO 
Pb 
   mq/l 
   0.03 
    0.56 
     0.02 
Cd 
   mq/l 
  0.001 
    0.044 
    <0.001 
      *Qeyd:  TO-təyin  olunmayıb,  nümunənin  tərkibində  maddənin  miqdarı  cihazın  ölçü  həddindən 
aşağıdır. 
 
Bülbülə gölünün fiziki-kimyəvi xarakteristikası üzrə aparılan analizlərin nəticəsi göstərir ki, 
göl suyunda OBT, OKT və SSAM-in miqdarı YVH-dən bir neçə dəfə yüksəkdir. ÜNK-nin miqdarı 
YVH-ni 10 dəfələrlə aşır. Bütün nümunələrdə Cu ilə yüksək çirklənmə səviyyəsi qeydə alınmışdır.  
Xloridlərin  miqdarı  çox  yüksək  olub  7545  mq∕l-ə  çatır.  Gölün  müxtəlif  hissəsindən  götürülmüş 
nümunələrdə  asılı  hissəciklərin  miqdarı  YVH-di  80-dən  280  dəfəyə  qədər  aşması  müşahidə 
edilmişdir.  Laboratoriya  analizləri  əksər  nümunələrdə  ammonium,  nitrit  və  nitratların  miqdarının 
YVH-dən  aşağı  olmasını  göstərmişdir.  Asılı  hissəciklərin  yüksək  səviyyəsi  gölün  məişət  çirkab 
suyu axıntısına yaxın məsafədə yerləşən  hissəsində qeydə alınmışdır.     
Su sistemlərində çirkləndiricilərin paylanmasının fərqli və tədqiqatçılar tərəfindən dəfələrlə 
müşahidə  olunan  xüsusiyyətlərindən  biri  də  onların  suyun  səthində  və  dib  çöküntülərinin  üst 
qatında  lokallaşmasıdır.  Dib  çöküntüləri  su  sistemlərinin  ayrılmaz  hissəsi  olub  uzun  müddət 
çirkləndiricilərin  böyük  miqdarının  toplandığı  yerdir.  Çöküntülərdə  toplanan  çirkləndiricilərin  üç 
əsas  növü  məlumdur:  ağır  metallar,  qida  elementləri  və  çətin  parçalanan  üzvi  maddələr.  Müxtəlif 
yollarla suya düşən ağır metallar asanlıqla dib çöküntüləri tərəfindən absorbsiya olunur, kompleks 
əmələ  gətirir  və    çöküntü  kütləsində  toplanırlar.  Nəticədə,  onların  çöküntülərdəki  miqdarı  suya 
nisbətən  xeyli  yüksək  olur.  Bəzən  sudakı  ağır  metalların  çöküntülər  tərəfindən  absorbsiya 
olunmaları suyun ağır metallardan təmizlənməsinin təbii yolu hesab olunur. 
 Dib  çöküntülərində  toplanan  üzvi  maddələr  və  AM  su  sistemləri  üçün  ciddi  təhlükə 
mənbəyidirlər.  Hal-hazırda,  ekosistemə  və  insan  sağlamlığına  mənfi  təsirinə  görə    AM-la 
çirklənməyə global problem kimi baxılır. AM içərisində Pb, Cd, Cr, Zn və Cu  ecosystem üçün daha 
zərərlidir.    Bu  metalların  əksəri  fermentlərdəki  kükürd  qrupları  ilə  əlaqə  yaradaraq  onların 
parçalanmasına  səbəb  olurlar.  AM  çox  davamlıdırlar,  asanlıqla  qida  zəncirinə  daxil  olur  və  canlı 
orqanizmlərdə toplanıb balıqlar, quşlar və digər canlıları məhv edirlər [9]. 


74 
Tədqiq olunan göllərinin dib çöküntülərinin toksik metallarla, o cümlədən Cd, Cr, Hg, Cu, 
Pb  və  Zn-lə  çirklənmə  dərəcəsi  öyrənilmiş  və  onların  hər  birinin  göl  ekosistemi  üçün  yaratdığı 
potensial ekoloji riskin müəyyən olunması üçün çirklənmə indeksi PI
i
 və ekoloji risk indeksi RI(Ei
hesablanmışdır. Analizlərin və hesablamaların nəticələri cədvəl 2-də verilir. Cədvəldən göründüyü 
kimi,  Böyükşor  gölünün  dib  çöküntülərində  Cd,  Cr,  Cu  və  Zn  metalları  üçün  PI
i
-in  orta  qiyməti 
elementlərin YVH-dən bir neçə dəfə yüksəkdir. Analizlər nümunələrdə Cd, Pb və Zn-in maksimum 
miqdarının  uyğun  olaraq  5,  47,2  və  510  mq/kq  olmasını  göstərmişdir.  Cu  istisna  olmaqla,  tədqiq 
olunan metalların çoxunun miqdarı Bülbülə gölünün dib çöküntülərində nisbətən az olmuşdur.   
 
                                                                                                                                           Cədvəl  3. 
Abşeronun Böyükşor və Bülbülə göllərinin dib çöküntülərində AM-ın miqdarı və 
çirklənmə indekslərinin qiymətləri  
Metal 
                  Böyükşor gölü 
                Bülbülə gölü 
Miqdarı (mq/kq) 
Pi 
Ei 
Miqdarı 
(mq/kq) 
Pi 
Ei 
Cd 
1,7 
1,7 
17,0 
 0,6 
0,7 
6,00 
Cr 
25,1 
4,2 
1,21 
17,7 
2,9 
0,88 
Cu 
14,7 
4,9 
0,74 
22,6 
7,5 
1,13 
Hg 
0,0085 
0,04 
0,85 
0,006 
0,003 
0,60 
Pb 
28,5 
0,9 
7,12 
18,4 
0,6 
4,60 
Zn 
86,8 
 3,8 
1,24 
20,3 
0,9 
0,29 
 
Potensial  ekoloji  risk  indeksinin  (E
i
)  səkil  2  –də  təqdim  olunan  qiymətləri  Böyükşor  və 
Bülbülə  göllərində  ən  yüksək  potensial  ekoloji  riskin  Cd  və  Pb  metalları  ilə  əlaqədar  olmasını 
göstərir.  Ümumilikdə,  hesablamaların  nəticələri  göllərin  dib  çöküntülərinin  AM-la  çirklənməsinin 
ekosistem üçün yaratdığı potensial risk çox yüksək olmayıb kiçik ekoloji risk kategoriyası (Ei <40) 
ilə xarakterizə oluna bilər [7].  
Nəticələrin müqayisəli təhlili tədqiq olunan metalların çirklənmə indekslərinin kiçik və bö-
yük qiymətlərinin demək olar ki, Böyükşor və Bülbülə göllərinin dib çöküntülərində eyni element-
lərdə qeydə alındığunu göstərir. Bu göllərin dib çöküntülərinin litogen tərkibinin uyğunluğu ilə izah 
oluna bilər. Lakin analizlərin və hesablamaların nəticələri Böyükşor gölünün antropogen mənbələ-
rin təsirinə daha çox məruz qaldığını təsdiq edir.  
 
                      
 
 
0
20
40
60
80
Cd
Cr
Cu
Hg
Pb
Zn
E%


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə