Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/81
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9565
1   ...   32   33   34   35   36   37   38   39   ...   81

77 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 6 (76) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 6 (76) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 6 (76) 
 
 
COĞRAFİYA
                                                            
 
 MÜBARİZ NURİYEV 
ŞƏMSƏDDİN KAZIMOV 
                                                                   VALİDƏ HACIYEVA 
                                                               SEVİNC NOVRUZOVA 
Naxçıvan Dövlət Universiteti 
UOT:504.3 
KÜLƏK ENERJİ EHTİYATLARI 
 
Açar sözlər: külək, enerji, çevirici, resuslar 
Key words: wind, energy, changer, reserves 
Ключевые словаветер, энергия,преобразование,
 ресурсы 
 
 
          
         Yer  səthinin  qeyri-bərabər  qızması  nəticəsində  müxtəlif  təzyiqli  sahələr  yaranır.  Havanın 
yüksək  təzyiqli  sahələrdən  alçaq  təzyiqli  sahələrə  doğru  üfüqi  istiqamətdə  hərəkəti  küləyin 
yaranmasına səbəb olur.  
           Hava axınında külli miqdarda enerji vardır. Əgər küləyin verə biləcəyi enerjinin yalnız yüzdə 
bir  hissəsindən  istifadə  edilə  bilsəydik    onda  Azərbaycan  ərazisində  bir  ilə  təxminən  450  min  ton 
maye yanacağın verdiyi qədər enerji almaq olar. 
           Küləyi  xarakterizə  edən  əsas  göstəricilər  onun  istiqaməti  və  sürətidir.  Yer  səthindəki 
cisimlərə və dənizin dalğalanmasına olan təsirinə görə Bofort şkalsı ilə müəyyən edilir və 0-12 balla 
ölçülür.  Onun  istiqaməti  və  sürəti  flüger  adlanan  cihazın  köməyi  ilə  də  ölçülür,  sürətindən  aslı 
olaraq  küləyin  mülayim  (5-8  m\san),  güclü  (24-20m\san),  fırtına  (20-25m\san),  qasırğa  (30M\san) 
tipləri vardır.  
            Azərbaycanda 2004-cü ildə qəbul edilmiş alternative və bərpa olunan enerji mənbələrindən 
istifadə olunması üzrə Dövlət Proqramında elektrik enerjisi istehsalında digər alternative mənbələrlə 
yanaşı, ölkənin külək enerjisi potensialından da istifadə edilməsi nəzərdə tutulmuşdur. 
              Hesablamalara  görə  respublika  özünün  coğrafi  vəziyyətinə,  təbii  şəraitinə  və 
infrastrukturuna görə 800 MVt-a yaxın illik külək enerjisi ehtiyatına malikdir. Bu qədər ehtiyat ildə 
təxminən 2,4 mlrd. kVt/saat elektrik enerjisi istehsal etməyə imkan verir. Bu isə, öz növbəsində ildə 
1mln.  tona  yaxın  şərti  yanacağa  qənaət,  ən  başlıcası  isə  külli  miqdarda  tullantıların  atmosferə 
atılmasının qarşısının alınması deməkdir. 
Azərbaycanda  ən  əlverişli  külək  şəraiti  Abşeron  yarımadasında,  Xəzər  dənizinin  sahil 
zolağında  və  ekvatoriyanın  şimal  -  qərb  hissəsi  olan  adalardadır.  Ölkənin  qərbində  Gəncə  - 
Daşkəsən  zonasında  və  Naxçıvan MR-in  Şərur  -  Culfa  ərazisində  küləyin  sürəti  3-8  m/san olduğu 
üçün bu regionlarda orta güclü külək elektrik stansiyaları yaratmaq mümkündür. 
            1999-cu  ildə  Azərbaycanın  Elmi  -  Tədqiqat  Energetika  İnstitu  Yaponiyanın  Tomen  şirkəti 
ilə  birlikdə  Abşeronda  30  və  40  m  hündürlüyündə  qüllə  quraşdırmış,  küləyin  sürətinin  orta  illik 
qiymətinin 7,9 - 8,1 m/san olduğu müəyyən edilmişdir . Burada uzunmüddətli küləyin orta sürəti 6 
m/san - dən artıqdır ki, bu da külək enerjisi üçün əlverişli texniki - iqtisadi potensial hesab olunur. 
Külək 
enerjisindən 
isitifadə 
etməyin 
məqsədəuyğunluğu 
cəhətdən 
Azərbaycan 
Respublikasının ərazisini üç şərti zonaya bölmək olar: A zonası - burada küləyin orta illik sürəti 4 
m/san-dən artıq olduğundan onun enerjisindən istifadə etmək məqsədə uyğundur;  B zonası-burada 
küləyin orta illik  sürəti  3,0-3,5  m/san olur,buna  görə  də  onun  enerjisindən istifadə  etmək nisbətən 


78 
məqsədə  uyğun  hesab  edilir;  B  zonası-burada  küləyin  orta  illik  sürəti    3m/san-dən  azdır,  odur  ki 
belə yerlərdə küləyin enerjisindən istifadə etmək məsləhət deyildir. 
Küləyin  gücü  onun  istiqamətinə  perpendikulyar  qoyulmuş  və  sahəsi  1  m
2
 olan  səthə 
göstərdiyi təsiri ilə təyin edilir. Küləyin gücünü aşağıdakı düsturla təyin etmək olar: 
                                                      
 
burada 
P –Küləyin gücü, Vt;  ρ – hava axınının sıxlığı, kq/m3; S – axının əhatə sahəsi və ya tətbiq 
olunduğu sahə m2; v – küləyin sürətidir, m/san.  
 
 
Külək elektrik stansiyalarında elektrik enerjisi istehsalı 
 
   Külək  enerjisini  mexaniki,  elektrik  və  o  cümlədən,  istilik  enerjisinə  çevirmək  və  külək 
enerjisindən iqtisadiyyatda məqsədəuyğun istifadə etmək üçün nəzəri əsaslar, metodlar və vasitələr 
hazırlayan elm və texnika sahəsi külək energetikası adlanır.  
   Külək  energetikası  iki  əsas  hissədən  ibarətdir:  1)  Texniki  vasitələrin,  yəni  aqreqat  və 
qurğuların    nəzəri  əsaslarını  və  layihələşdirilməsini  əməli  üsullarını  işləyib  hazırlayan  külək 
texnikası;  2)  külək  enerjisindən  optimal  istifadə  problemlərinin  nəzəri  və  praktiki  məsələlərini, 
iqtisadiyyatda  qurğuların  rasional  istismar  edilməsini  və  onların  texniki-iqtisadi  göstəricilərindən 
səmərəli  istifadəni  və  qurğuları  tətbiqi  təcrübəsinin    ümumiləşdirilməsini  əhatə  edən  küləkdən 
istifadə.  
   Akkumulyasiya  qurğusu  kimi  su  ilə  doldurulan 
tutumdan,  elektrokimyəvi  akkumolyatorlar  batareyasından 
istifadə edilir.  
   Ehtiyat 
mühərrikindən  (adətən,  daxiliyanma 
mühərriki)  küləksiz  və  ya  küləyin  sürəti  az  olan  hallarda 
qoşulur.  
   Avtomatik  idarəetmə  və  tənzimləmə  sistemi 
küləyin və enerji tələb edən yükün rejimindən asılı olaraq, 
külək  mühərrikinin  qoşulması  və  dayandırılması,  külək-
energetika  qurğusunun  əsas  elementlərinin  işinə  nəzarət 
etmək və s. üçündür.  
   Külək-energetika  qurğuları  külək-mexaniki  və 
külək-elektrik  qurğularına ayrılır.  
   Külək-mexaniki  qurğularından  su  çəkmək,  dən 
üyütmək,  suvarma  və  s.-də,  külək-elektrik  qurğularından 
isə elektrik enerjisi hasil etmək üçün istifadə edilir.  
   Külək-energetika  qurğuları  kompleks  proseslərdən 
(həm mexaniki prosesləri həyata keçirmək həm də elektrik 
enerjisi hasil etmək üçün) tətbiq edilir.  
   Külək-energetika  qurğularının  əsas  elementi  külək 
mühərrikidir. Külək mühərriklərində külək axını enerjisini 
qəbul  edən  və  onu  mexaniki  enerjiyə  (valın  fırlanma 
enerjisinə)  çevirən  işçi  hissə  kimi  rotor,  küləkli  baraban, 
külək çarxı və s. tətbiq edilir.  
   İşçi  hissənin  tipindən  asılı  olaraq,  rotorlu 
(karuselli), barabanlı və qanadlı külək mühərrikləri vardır. 
Bunlardan  ən  geniş  yayılanı  qanadlı  və  s.  külək 
mühərrikləridir.  Bu  tip  külək  mühərriklərində  külək 
çarxının oxu küləyin istiqamətinə nəzərən üfüqi və paralel 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə