Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/81
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9565
1   ...   33   34   35   36   37   38   39   40   ...   81

79 
yerləşir.  Qanadlı  külək  mühərriklərinin  külək  enerjisindən  istifadə  əmsalı  digər  növ  külək 
mühərriklərinə  nisbətən  daha  yüksəkdir  (
∼0,48-ə  qədərdir).  Külək  çarxı  olan  mühərriklər  əsasən 
aşağıdakı  hissələrdən-fırlanma  enerjisini  şaquli  vala  ötürən  başlıq  hissədən  külək  çarxını  külək 
istiqamətinə  yönəldən  şaquli  müstəvidən  quyruq  və  ya  vindroz,  aşağı  və  yuxarı  reduktorlardan 
ibarətdir. 
   Külək mühərrikləri külək çarxının qanadlarının (kürəklərinin) sayına görə cəldhərəkətli (4-
dən az qanad), ortahərəkətli( 4÷8 qanad) və yavaşhərəkətli (8-dən çox qanad) olur.  
   Həmçinin,  külək  energetikası  aeroloji  tədqiqatların  nəticələrinə  (atmosferin  yuxarı 
qatlarında  baş  verən  fiziki  hadisələrin  və  proseslərin  öyrənilməsinə)  də  əsaslanır  ki,  bu  da  külək 
enerjisindən düzgün istifadə etməyə imkan verir.  
   
 Külək  axınının  kinetik  enerjisini  başqa  növ  enerjiyə  çevirən  texniki  qurğular  kompleksi 
külək-energetika  qurğusu adlanır.  
    
Külək    -    energetika  qurğusu  külək  mühərrikindən,  işçi  maşından,  akkumlasiya  qurğusun-
dan, ehtiyat mühərrikdən, iş rejimini avtomatik idarə edən və tənzimləyən sistemdən ibarətdir. 
    
Külək  mühərriki  (şəkil  1)  küləyin  kinetic  enerjisini  mexaniki  enerjiyə  -  valın  fırlanma 
enerjisinə  çevirir.  Mexaniki  enerji  reduktorlar  (2,5)  vasitəsilə  işçi  maşına  (6)  ötürülür.  İşçi  maşın 
nasos, compressor və ya elektrik generator ola bilər. 
   Müxtəlif  ölkələrdə  hazırlanan  külək  mühərrikləri  çarxlarının  diametri  30-100  m  arasında 
olur.  Külək  çarxının  diametrinin  böyük  götürülməsində  məqsəd  bir  aqreqatdan  böyük  güc  əldə 
etməkdir. 
   Hesablamalar  göstərir  ki,  külək  elektrik  stansiyalarında  hasil  edilən  elektrik  enerjisinin 
maya  dəyəri  aqreqatın  gücünün    artırılması  ilə  aşağı  düşür.  Belə  ki,  qoyulmuş  gücün  500  Vt\m
2
 
qiymətində f.i.ə 35% olan külək çarxının hasil etdiyi faydalı güc çarxın diametri 30 m olduqda 100 
kVt, 100m olduqda isə 1000 kVt-a yaxın olur. 
   Külək energetika qurğularında külək enerjisindən istifadənin mümkünlüyünü  və məqsədə-
uyğunluğunu müəyyən edən əsas göstəricilərdən biri küləyin sürətidir. Məlumdur ki, hava axınının 
gücü, onun sürətinin kubu ilə mütənasibdir. 
Adətən,  külək  enerjisinin  əsas  göstəricisi  kimi,  hava  axınının  istiqamətinə  perpendikulyar 
olmaq  şərtilə,  bu  axının 1  m
2
  sahədə  yaratdığı  gücdən  istifadə  edilir  və  bu,  müxtəlif  ərazilər,  ilin 
müxtəlif vaxtları və s. üçün müxtəlifdir. Tutaq ki, verilən ərazidə il ərzində bu gücün orta qiyməti 
bu gücün orta qiyməti 500 Vt∕m

təşkil edir. Bu da o deməkdir ki, əgər külək axınına perpendikulyar 
külək  çarxı  quraşdırılarsa,  və  onun  kürəklərinin  axını  qəbul  edən  sahəsi  1m
2
  olarsa,  belə  çarxdan 
sutka  ərzində  500  Vt  güc  almaq  olar  (çarxın  f.i.ə.  vahidə  bərabər  olduğu  fərz  edilir.)  Bu  gücü 
qoyulmuş güc də adlandırırlar. 
   Külək-  energetika  qurğusunun  ikinci  əsas  göstəricisi  -  qoyulmuş  gücdür.Küləyin  böyük 
sürətlə  rində  verilən  külək  çarxından  böyük  güc  almaq  nəzərdə  tutulursa,onda  daha  böyük  gücə 
malik  elektrik  generator  quraşdırılmalıdır.Lakin  belə  generator  mövcud  itkilər  üzündən  küləyin 
kiçik sürətlərində pis işləyəcəkdir, yəni iqtisadi baxımdan səmərəli olacaqdır. 
 
 
ƏDƏBİYYAT 
 
1. Шефтер Я. И. Ветроэнергетические агрегаты, Москва, 1972 
2. Ализаде А. С. и Есъман В. И, Ветроэнергетические ресусы Азербайджана, 1980 
3. Naxçıvan MR Dövlət Energetika agentliyinin məlumatı 
4. Naxçıvan  Muxtar Respublikasının 1912-ci il üçün energetika proqramı,  Naxçıvan, 2012-ci il, 22 
ci səhifə 
 
 
 
 
 


80 
ABSTRACT 
                                                                                  Mubariz Nuriyev 
Shamsaddin Kazimov 
                                                                              Valida Hajiyeva 
                                                                                 Sevinc Novruzova 
Wind  stoks energy 
In  this  case,  the  Nakhchivan  Autonomous  Republic  was  informed  about  wind  power 
resources, energy, speed and main characteristics were determined. The types of wind power plants, 
the electric power applied to the purchase and considered. 
Electrical and thermal energy conversion plants through wind, wind energy division into two 
main  parts;  automatic  control  and  regulation,  wind-mechanical  and  wind-power  installations  have 
been  informed  about.  wind-power  devices,  their  structure  and  working  principle  of  the  basic 
elements of the wind turbine, are explained. 
                                        
 
РЕЗЮМЕ 
Мубариз Нуриев 
                                                                                   Шамсаддин Казымов 
                                                                                   Валиде Гаджиева 
                                                                                   Севиндж Новрузова 
Ветроэнергетических Ресурсов 
В  этом  случае,  Нахчыванская  Автономная  Республика  была  проинформирована  о 
ветроэнергетических  ресурсов,  энергии,  скорости  и  основных  характеристик  были 
определены.  Типы  ветровых  электростанций,  электрическая  мощность,  подаваемая  на 
покупку и считается. 
 
Электрические и  тепловые установки преобразования  энергии ветра, за  счет разделе-
ния энергии ветра на две основные части; автоматический контроль и регулирование, ветер-
механические  и ветровыхэнергетических  установок были  проинформированы  о. ветер 
мощностиустройства, их  структура и  принцип  работы основных  элементов ветряной 
турбины, объясняются.
 
 
 
 
NDU-nun  Elmi  Şurasının  26  aprel  2016-cı  il  tarixli  qərarı  ilə  çapa 
tövsiyə olunmuşdur (protokol № 09) 
         
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə