Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/81
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9565
1   ...   35   36   37   38   39   40   41   42   ...   81

83 
ЛИТЕРАТУРА 
 
1.
 
Захаров С. А. «Почвы Нахичеванской АССР» . Баку – Азфан – 1939, 194 стр 
2.
 
Алиев Г., Зейналов А. Почвы Нахичеванской АССР, Баку – 1986, 238 стр 
3.
 
Мамедов  Р.  Агрофизическая  характеристика  почвы  Нахичеванской  АССР,  Баку  – 
1963, 258 стр 
4.
 
Гасанов А. М. Природные ресурсы Нахчыванской АР и пути использование их. Баку – 
2001, 246 стр 
5.
 
 Гулиев  А.Г.,  Динамика  засоления  почва-грунтов  и  минерализация  грунтовых  вод  в 
условиях Нахичеванской мульды. ДАН Азербайджанской ССР, том,  ХХХУ11, Баку, 1981, № 7, 
с.65-68 
 
6.  Гулиев  А.Г.,  Гасанов  А.М.  «  Рациональное  использование  почвы  Нахчыванской  АР». 
Произведение Института «Почвоведение и Агрохимия  ». Том ХХ, 2011, стр. 301 -305      
    
ABSTRACT 
                                                           Ali Hasanov 
Ülviyya İsgandarova 
In  the  article  it  is  investigated  ways  to  use  of  unused  saline,  rocky  and  stony  land  in  the 
agriculture. It is noted that the  same  areas  can be attracted to the turnover of production using such 
land as  “natural pot”.  
Rapid development of scientific-technical progress in the article examined ways of use "of land 
unusable". 
That is why, first of all the problem of water supplu must be solved at the time it is dealt with 
same  “drop”  method which is used in Nakhchivan region from the anciend time too in the article. It  
is  recommended  to  use  the  strength  of  companies,  joint  stock  companies  and  private  property  for 
attract unsuitable land to the turnover of production. 
 
XÜLASƏ 
                                                                       Əli Həsənov 
Ülviyyə İsgəndərova 
      Məqalədə  kənd  təsərrüfatında  istifadə  edilməyən  şorakət,daşlı-qayalı  torpaq  sahələrindən 
istifadə yolları araşdırılmışdır.Qeyd edilir ki, belə torpaqlardan "təbii dibçəklər" kimi istifadə etməklə 
həmin əraziləri istehsal dövrüyyəsinə cəlb etmək olar.Bunun üçün ilk növbədə ərazinin su  problemi 
həll edilməlidir. 
    Məqalədə  eyni  zamanda  qədim  dövrdən  Naxçıvan  regionunda  insanların  suvarmada  istifadə 
etdikləri "damcı" üsulundan da bəhs edilmişdir. 
    Məqalədə  elmi-texniki  tərəqqinin  sürətli  inkişafı  zamanı  "yararsız  torpaqların"  istifadəsi 
yolları  araşdırılmış  və  yararsız  torpaqların  istehsal  dövriyyəsinə  cəlb  edilməsi  üçün  şirkətlərin, 
səhmdar cəmiyyətlərin və xüsusi mülkiyyətin gücündən istifadə edilməsi tövsiyyə edilmişdir. 
 
 
NDU-nun  Elmi  Şurasının  26  aprel  2016-cı  il  tarixli  qərarı  ilə  çapa 
tövsiyə olunmuşdur (protokol № 09) 
       
   
 
 
 
 
 
 
 
 


84 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 6 (76) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 6 (76) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 6 (76) 
 
 
SONA İMANOVA 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
UOT:504.5 
 
ABŞERON YARIMADASININ TORPAQLARININ ÇİRKLƏNMƏSİNƏ TƏSİR EDƏN 
AMİLLƏR 
 
Açar sözlər: antropogen, eroziya, deflyasiya 
Key words: anthropogenic, erosion, deflation  
Ключевые словаантропогенный, эрозия, девиация 
 
Ətraf  mühitin  qorunması  müasir  dövrün  problemlərindən  biridir.  Bu  baxımdan  biosferin 
neftlə  çirklənməsi  xüsusi  aktuallıq  kəsb  edir.  Neftin  çıxarılması,  nəqli  və  emalı  prosesində 
təhlükəsizlik  qaydalarına  əməl  olunmasına  baxmayaraq  torpaqların  çirklənməsi  qaçınılmazdır.  Bu 
da  öz  növbəsində  ekoloji  tarazlığın  pozulmasına,  biosenozların  strukturunun  dəyişməsi  prosesinə 
mənfi təsir göstərir.  
Bakı aqlomerasiyasının torpaqları təbii və antropogen təsirə məruz qalır. Təbii amillər külək 
eroziyası,  Xəzər  dənizinin  səviyyəsinin  tərəddüdü,  antropogen  amillər  sənaye  sahələrinin 
fəaliyyətidir.   
Neft və qazın, tikinti materiallarının çıxarılması (antropogen amil) zamanı texnoloji proseslərə 
düzgün  əməl  edilməməsi,  istismar  işlərini  aparmazdan  əvvəl  münbit  torpaq  qatının  yığılıb 
əvvəlcədən  hazırlanmış  yerlərə  çatdırılmaması  səbəbindən  Abşeron  yarımadasının  təbiətində, 
xüsusilə torpaq örtüyündə antropogen pozuntular əmələ gəlmişdir. 
Respublikamızın  zəngin  karbohidrogen  ehtiyatlarına  malik  olması  ilə  əlaqədar  neft  kimya 
kompleksinin yaradılması artıq xeyli vaxtdır ki, zərurətə çevrilmişdir.  
Lakin bu sənaye sahələrinin müsbət tərəflərilə yanaşı mənfi tərəfləri də var. Bir çox on illər 
ərzində  neft  istehsalında  köhnəlmiş  texnologiyalardan  istifadə  edilməsi  torpağın  neft  və 
minerallaşmış su ilə çirklənməsinə gətirib çıxarmışdır.  
Hazırda Abşeron  yarımadasında antropogen fəaliyyət  nəticəsində  yararsız vəziyyətə düşmüş 
torpaq sahələrinin ümumi sahəsi 33,3 min hektara çatır ki, bunun da 10,6 min hektarı və ya 31,8%-i 
neftqazçıxarma sənayesinin payına düşür. Hazırda neft tullantıları ilə çirklənmiş bu ərazilər yararsız 
vəziyyətdədirlər.  Binəqədi,  Qaradağ,  Sabunçu,  Bibi-Heybət  və  digər  rayonların  ərazisi  daha  çox 
çirklənməyə məruz qalmışdır. 
Abşeron  yarımadasında  mazutlaşmış  torpaq  sahələri  1148  ha,  bitumlaşmış  torpaq  sahələri 
1557,6 ha, zəif bitki ilə örtülən bitumlaşmış torpaq sahələri 1174,3 ha, qazma şlamları ilə çirklənmiş 
torpaq sahələri 1680,5 ha, bataqlaşmış torpaq sahələri 1737,9 ha, lay suları və məişət tullantı suları 
ilə çirklənmiş torpaq sahələri 3225,3 ha təşkil edir (Şəkil 1).                                                 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə