Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/81
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9565
1   ...   36   37   38   39   40   41   42   43   ...   81

85 
 
 
Şəkil 1. Abşeron yarımadasının antropogen təsir nəticəsində yararsız vəziyyətə düşmüş 
torpaq sahələri, %-lə 
XIX  əsrin  ortalarından  istismar  edilən  neft  yataqları  torpaqların  ciddi  deqredasiyaya  məruz 
qalmasına  səbəb  olmuşdur.  Neft  və  neft  məhsulları  10-100  sm-ə  qədər,  bəzi  ərazilərdə  isə  3m-ə 
qədər yayılmışdır.  
Antropogen təsir və eroziya nəticəsində çirklənmiş torpaqlarda udulmuş əsasların miqdarı Ca 
55,9%, Mg 36,2%, Na7,9%-dir.  
Bir  sıra  hallarda,  eyni  torpaq  sahəsi  həm  də  radionuklidlərlə  çirklənmişdir.  Bu  ərazilərin 
bəzisində qamma şualanma maksimum yol verilən həddən 20-50 dəfə yüksəkdir [2].  
Neft  yataqları  və  sənaye  obyektləri  sahəsində  aşağıdakı  radioaktiv  çirklənmə  tipləri  aşkar 
edilmişdir.  
1.
 
Təbii prosseslər ilə radioaktiv çirklənmə; 
2.
 
Neft mədən texnoloji proseslərlə
3.
 
Metallurgiya materialları və məhsulları ilə; 
4.
 
Su (enerji) qurğuları ilə; 
5.
 
Tikinti materialları ilə; 
6.
 
Məmulat və preparatlarla
7.
 
Fiziki qurğuların işi ilə. 
Bu çirklənmə mənbələrində radioaktiv çirklənmə çox böyük diapazonda 120-1000 mk R/saat-
dan  1,0  R/saat-a  qədər  dəyişir.  Neft  mədənləri  və  onların  texnoloji  prosesləri  sahələrində  –  Bayıl, 
Sabunçu, Ramana 120-1000 mk R/saat, Zığ, Suraxanı, Binə sahələrində – 1000 mk R/saat-dan – 1,0 
R/saata  qədər,  yuxarıda  göstərilən  –  3-7  pozisiyalarda  isə  lokal  yerlərdə  daha  yüksək  1  R/saat 
çirklənmə aşkar edilmişdir [1]. 
Suraxanı  rayonu  ərazisindəki  yod-brom  istehsalı  zamanı  əmələ  gəlmiş,  tərkibində  radioaktiv 
maddələr olan tullantılar (45 min ton kömür) hələ də bu ərazidə qalmaqdadır. Bakı Yod zavodunun 
ərazisində  yığılaraq  qalaqlanmış  radioaktiv  tullantıları  daş  hasar  vasitəsilə  ətraf  mühitdən  təcrid 
olunsa  da,  bu  tullantıların  zərərsizləşdirilməsi  üçün  xüsusi  müəssisə  fəaliyyət  göstərmədiyindən 
mövcud vəziyyət radiasiyanın müəyyən olunmuş normativ həddən artıq olmasına gətirib çıxarır və 
nəticədə ətrafda yaşayan əhali üçün əsas təhlükə mənbəyi rolunu oynayır.  
Neftayırma və neft kimya zavodlarının ətrafındakı torpaqlar neft və maye karbohidrogenləri 
ilə çirklənmiş, bu da öz növbəsində atmosferin çirkləndirilməsi mənbəyinə çevrilmişdir. Məsələn, 
civə  texnologiyasına  əsaslanan  kaustik  soda  və  xlor  istehsalı  Sumqayıt  şəhərində  və  ümumilikdə 
Abşeron  yarımadasında  böyük  ekoloji  problemlər  yaratmışdır.  Abşeron  yarımadasında  kimyəvi 
tullantıların  lazımı  səviyyədə  idarə  edilməməsi,  Bakı  və  Sumqayıt  şəhərlərinin  ətraf  ərazilərində 
qeyri-qanuni  zibilliklərin  yaranmasına  gətirib  çıxarmışdır  ki,  bu  da  öz  növbəsində  torpaqların 
çirklənməsinə səbəb olur. Təkcə Abşeron yarımadasında ümumi sahəsi 4486 ha olan 128 ədəd belə 
zibilliklər  mövcuddur.  Tullantıların  çeşidlənməsi  aparılmadığından  təhlükəli  və  bir  sıra  sənaye 
tullantıları ilə birlikdə zibilliklərdə yerləşdirilir ki, bu da torpaqların kimyəvi çirklənməsinə və onun 
10.8
14.66
11.08
15.81
16.35
31.3
Mazutlaşmış torpaq sahələri
Bitumlaşmış torpaq sahələri
Zəif bitki ilə örtülən bitumlaşmış 
torpaq sahələri
Qazma şlamları ilə çirklənmiş 
torpaq sahələri 
Bataqlaşmış torpaq sahələri


86 
fiziki xüsusiyyətlərinin korlanmasına səbəb olur [4].  
Abşeron yarımadasının ümumi sahəsi 222 min ha-dır ki, bununda 192 hektarı və ya 86,5%-i 
Bakı şəhərinin payına düşür. Abşeron yarımadasında neft emalı və neft kimya sənayesinin inkişafı 
şübhəsiz ki,  iqtisadiyyatın dinamik  inkişafı üçün çox vacibdir.  Lakin,  bununla  yanaşı  qeyd etmək 
lazımdır ki, bu zaman ətraf mühitə bu və ya digər şəkildə dəyən zərər minimuma endirilməlidir.  
Abşeron  yarımadasının  kompleks  landşaft  meliorativ  cəhətdən  də  mürəkkəb  ərazidir.  Belə 
mürəkkəblik və çətinliklər şəhərətrafı zonanın yalnız texnogen pozulmuş landşaft sahələrinin olması 
ilə  deyil,  genetik  cəhətdən  landşaftın  mürəkkəbliyi,  torpaq  qatının  zəif  inkişaf  etməsi,  həmçinin 
mürəkkəb iqlim şəraitinin, xüsusilə il ərzində yağıntıların az və küləkli günlərin sayının çox olması 
ilə izah edilir. 
  Seyrək  bitki  örtüyü,  relyefin  mürəkkəbliyi  və  daimi  əsən  güclü  küləklər  deflyasiya  (külək 
eroziyası) prosesinin əmələ gəlməsi və inkişaf etməsi üçün əlverişli şərait yaradır. 
Beləliklə, Abşeronun ərazisində təbii amillərin məcmusu deflyasiya prosesinin yaranıb inkişaf 
etməsi üçün əlverişli şərait yaradır ki, bunun da nəticəsində havanın müxtəlif aerozollarla çirklən-
məsi müşahidə olunur.  
  Abşeronda deflyasiya prosesinin intensivliyi o qədər yüksəkdir ki, hətta «sovrulma vadiləri» 
və «sovrulma dərələri» formasında makrorelyef formaları əmələ gəlmişdir [1]. 
  Onu da qeyd etməliyik ki, bütün yarımada boyunca küləyin təsiri relyefin ilkin formasını 
dəyişir. Küləyin təsiri ən çox torpaq səthinin nahamar, təpəlik olan yerlərində müşahidə edilir. 
Yarımadada il ərzində güclü küləkli günlərin sayı 139-a çatır (Cədvəl 1). 
                                                                                                   Cədvəl 1. 
Abşeron yarmadasının müxtəlif rayonlarında güclü (15 m/san) küləkli günlərin miqdarı. 
Meteoroloji  
stansiya 

II 
III 
IV 

VI 
VII  VIII  IX 

XI 
XII 
İl ərzində, 
cəmi 
Bakı  
4,9 
6,0 
7,5 
6,8 
5,2 
6,2 
6,6 
5,2 
4,7 
5,3 
4,2 
4,8 
67 
Sumqayıt  
13,2  13,9  14,6  12,9  9,8 
9,1  10,4  9,5  10,7  11,6  10,5  13,0 
139 
Maştağa  
6,7 
6,1 
7,9 
6,0 
4,4 
4,2 
5,1 
3,6 
4,7 
5,6 
4,7 
5,4 
64 
Ələt  
8,7 
9,5  10,8  9,9  10,1  10,8  18,2  10,0  9,5 
8,3 
7,0 
7,5 
114 
1987-ci  ildən  başlayaraq  Xəzər  dənizinin  səviyyəsinin  qalxması,  müxtəlif  problemlər 
yaratmışdır. Pirallahı, Neft daşları, Qum adaları su altında qalmışdır. Maşınqayırma müəssisələrin-
dən Dərin dəniz özüllər zavodu, Bayıl qəsəbəsindəki gəmi təmiri birlikləri və istehsal zavodu, Ələt 
maşın  təmiri  zavodu  və  lövhələr  bloku,  tikinti  sənayesi,  yüngül  sənayeyə  aid  olan  Pirallahı  tikiş 
fabriki,  Z.Tağıyev  adına  toxuculuq  kombinatı,  yeyinti  sənayesinin  Hövsan  balıq  kombinatı, 
Pirallahı və Ələtin stasionar balıq ovlama bazası daimi ziyan çəkir.  
Abşeronda Xəzərin səviyyəsinin qalxmasından sonra daha çox zərər çəkən sahələrdən biri də 
kurort-rekreasiya sahəsidir. Səviyyənin  kəskin  qalxması nəticəsində dəniz sahili  çimərlik zonasına 
doğru  müxtəlif  yerlərdə  300-400  m-ə  qədər  irəliləmiş,  5  min  ha-dək  qumluq  sahələri  və  çimərlik 
avadanlıqları suyun altında qalmışdır.  
Xəzərin  səviyyə  tərəddüdlərindən  daha  çox  ziyan  çəkən  sahələrdən  biri  də  əhali  və  yaşayış 
məntəqələridir.  Əvvəlcə  sahil  zonasından  müvəqqəti  bostan,  bağ  yeri  kimi,  sonradan  isə  digər 
təsərrüfat məqsədləri üçün istifadə edilmişdir. 
Bakı  şəhəri  ətrafında  yerləşən  80-dən  artıq  yaşayış  məntəqəsinin  30-dan  çoxu  dənizin 
səviyyəsinin  qalxmasına  görə  subasmaya  məruz  qalmışdır.  Burada  xüsusilə  böyük  məbləğdə 
zərərlər  Xəzər  sahillərində  yerləşən  Bakı  şəhər  əhalisinin  ən  sevimli  istirahət  məskənləri  olan 
bağlara dəymişdir. Sahil zonalarında bağ sahələrinin subasmaya məruz qalması ilə bərabər qrunt və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə