Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/81
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9565
1   ...   37   38   39   40   41   42   43   44   ...   81

87 
quyu sularının səthə qalxması, tərkiblərinin dəyişməsi bağ sahələrindən və quyu sularından əhalinin 
istifadəsini xeyli çətinləşdirmişdir [3]. 
  Hazırda Abşeron yarımasında  rekultivasiyaya ehtiyacı olan torpaqlar antropogen landşaftın 
texnogen sahələrində, faydalı qazıntılardan, tikinti materiallarından istifadə edilən sahələrin, sənaye 
obyektlərinin,  əhalinin  sıx  məskunlaşdığı  yaşayış  məntəqələrinin  ətrafındadır.  Sənaye  tullantıları, 
yeraltı  sərvətlərin  qırıntıları,  qazıntı  materialları  vasitəsilə  basdırılmış  və  çirkləndirilmiş  torpaqlar 
isə əsasən neft-mədənləri sahəsində, Bakı, Sumqayıt şəhərləri ətrafındadır. Bakı aqlomerasiyası neft 
və  neft-kimya  mənşəli  tullantılarla  çirklənmiş,  ekoloji  baxımdan  sağlamlaşdırmaya  ehtiyacı  olan 
sahələr təkcə neftçıxarma rayonları və qəsəbələri ətrafında deyil. Bu da şəhərsalma və yaşıllaşdırma 
işlərinə, həm də regionda kurort-sağlamlıq ocaqlarının yaradılmasına xeyli maneəçilik törədir. 
  Abşeron  yarımadasının  müxtəlif  istehsalat  sahələrinin  landşaft  komponentlərinə  (torpağa, 
suya) olan tələbatının öyrənilməsində ehtiyat mənbə kimi torpaqların rekultivasiyasının və suların 
təmizlənmsinin  əhəmiyyəti,  onların  radikal,  eyni  zamanda  daha  məqbul  və  əlverişli  sxemlərinin 
ortaya  çıxarılması,  ekoloji-iqtisadi  və  estetik  məqsədəyönlülüyün  əsaslandırılması  ilə  müəyyən 
edilir. 
  Təbii ehtiyatlardan düzgün istifadə olunması, müxtəlif istehsalat sahələri ilə təbii mühitin 
qarşılıqlı təsirinin elmi əsaslarla izahı yaranmış ekoloji şəraitdə landşaft komponentlərinin yaxşılaş-
dırılmasında ən optimal variantların seçilməsini tələb edir ki, bu da öz növbəsində bir çox məsələlə-
rin həllini irəli çəkir. 
Neftin çıxarılması  tarixi ilə  yığılıb  qalmış  ekoloji problemlərin  yaşı  eynidir. Öz həcminə və 
kəskinliyinə görə bu problemlər dünyada ön planda olan ölkələr sırasındadır. Odur ki, son illərdə 
Azərbaycan hökuməti uzun illərdən bəri yığılıb qalmış ekoloji problemlərin həllindən ötrü müvafiq 
qərarlar vermiş milli ekoloji proqramlar həyata keçirməkdədir. Bu problemin həlli üçün Azərbaycan 
Respublikası  Dövlət  Neft  Şirkətindən  daha  çox  böyük  səylər  tələb  olunur  və  onun  qarşısında 
vəzifələr qoyulmuşdur.  
“Ekol Mühəndislik Xidmətləri QSC-nin Torpaqların Rekultivasiyası Departamenti tərəfindən 
2014-cü  ildə  “Azərneft  yağ”  Bakı  Ağ  şəhəri  layihəsi  ərazisində  yerləşən  istehsalat  sahələrindən 
662398 m
3
 neftlə çirklənmiş torpaqların daşınması təmin edilib. Trend QSC-yə istinadən məlumat 
verir  ki,  il  ərzində  Departamentin  1-ci  və  3-cü  sahələrinin  əməkçiləri  ARDNŞ-nin  Qaz  emalı 
Zavodunun ərazisində 11 min ədəd, “H.Z.Tağıyev” adına NQÇİ-nin mədən ərazisində 6624 ədəd, 
“Abşeronneft”  NQÇİ-nin  mədən  ərazisində  18804  ədəd,  “Bibiheybət  neft”  NQÇİ-nin  mədən 
ərazisində 49012 ədəd müxtəlif növ ağac və bəzək kolluqlarına aqrotexniki xidmətlər göstərmişlər. 
Yaşıllıq sahələrində mövsümi işlər yerinə yetirilib [4].  
 
ƏDƏBİYYAT 
 
1. S.H.İmanova, Torpaqların ekologiyası və mühafizəsi yolları, Bakı, 2014, səh.173 
2.  N.S.İsmayılov,  Neftlə  müxtəlif  dərəcədə  çirklənmiş  torpaqlar,  Ekologiya,  təbiət  və 
cəmiyyət  problemləri  mövzusunda  II  Beynəlxalq  Elmi  Konfransın  materialları,  Bakı,  2012, 
səh.270-272 
3. S.H.İmanova, Abşeron yarımadasında ekoloji monitorinq, Milli Aviasiya Akademiyasının 
Elmi Əsərləri №1, Bakı, 2015, səh. 86-88 
4. 
www.wikipedia.com 
 
ABSTRACT 
 
Sona Imanova 
Factors, effecting to the lands of Absheron peninsula  
Ecological  tension  of  ecosystems  is  stated  in  Absheron  peninsula  due  to  the  development  of 
industrial  fields.  Oil-gas,  construction  (anthropogenic)  are  stated  as  the  principle  causes  of  this 
tension.  We  state  oscillation  of  the  level  of  Caspian  sea  (natural).  Presently,  total  square  of  land 
plots, made unfit condition due to the anthropogenic activity, reaches to 33,3 th. hectares.  


88 
Apart from these industries, wind erosion has caused violation of humus layer in the territory. 
Erosion  has  caused  the  laundering  of  food  substances.  One  of  the  factors  that  have  a  negative 
impact on the environment are different kinds of the transport. 
Excessive rise of the Caspian sea level affects environmental-economic situation of Absheron.  
 
 
РЕЗЮМЕ 
Сона Иманова 
Факторы, влияющие на почву Апшеронского полуострова 
Ввиду промышленного развития на Апшеронском полуострове экосистема переживает 
экологическую  напряжённость.  Основными  причинами  этой  напряжённости  мы  отмечаем 
нефтегазовую,  строительную  (антропогенную),  колебания  (естественные)  уровня 
Каспийского  моря.  В  настоящее  время  в  результате  антропогенного  воздействия  площадь 
земельных участков, пришедших в непригодное состояние, достигла 33,3 тыс. га. 
Кроме  этих  промышленных  территорий,  ветровая  эрозия  тоже  приводит  к 
выветриванию плодородного хумуса. В свою очередь, эрозия так же приводит к вымыванию 
плодородных  веществ.  Одной  из  причин  негативно  влияющей  на  окружающую  среду 
являются различные виды транспорта. 
Резкий рост уровня Каспийского моря так же влияет на экологическое и экономическое 
состояние Апшеронского полуострова.  
 
 
NDU-nun  Elmi  Şurasının  26  aprel  2016-cı  il  tarixli  qərarı  ilə  çapa 
tövsiyə olunmuşdur (protokol № 09) 
       
   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə