Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/81
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9565
1   ...   38   39   40   41   42   43   44   45   ...   81

89 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 6 (76) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 6 (76) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 6 (76) 
 
 
TİBB ELMLƏRİ 
 
MALİKƏJDƏR İBRAHİMOV   
Naxcıvan Dövlət Universiteti 
UOT:616.61 
 
BÖYRƏK ÇATIŞMAZLIĞI İLƏ AĞIRLAŞMIŞ HİPERTONİYA XƏSTƏLİYİNİN 
MÜALİCƏSİNDƏ QEYRİ-DƏRMAN ÜSULLARININ EFFEKTLİYİ 
 
Açar sözlər: arterial təzyiq, böyrək çatışmazlığı 
      
Keywords: hypertonic disease, complication with kidney 
Ключовые слово: гипертонической болезни, почечной недостаточностью 
 
 
Arterial  təzyiqin  (AT)  cuzi  yüksəlməsi,  yəni  yumuşaq  arterial  hipertoniya  zamanı  ürək-
damar  ağırlaşmalarının  inkişaf  təhlükəsi  artır.  Məlumdur  ki,  hipertoniya  xəstəliyinin  (HX) 
müalicəsində müəyyən nailiyyətlər əldə edilsə də hədəf üzvülərinin zədələnməsinin (ürək, böyrək, 
beyin) qarşısını almaq mümkün olmamışdır (1, 4, 5, 7). Hədəf üzvülərindən olan böyrəklər HX-nin 
lap  ilk  mərhələlərində  zədələnir.  HX-nin  sonrakı  mərhələlərində  böyrək  arteriyasının 
vazokonstriksiyası,  müqavimətin  artması  arteriyada  geden  struktur  dəyişiklikləri  ilə  əlaqədardır 
(nefroskleroz). Son zamanlar isə HX-nin terminal böyrək çatışmamazlığının əsas səbəb amili olması 
tezliyi artırır (1, 5, 7). 
 
Böyrəyin funksiyası pozulmuş xəstələrdə HX-nin müalicəsi çox mürəkkəb və problemlidir. 
Belə xəstələrdə AT-nin  azaldılması çox vaxt xroniki böyrək çatışmamazlığının inkişafına və daha 
da proqressivləşməsinə gətirib çıxarır. Xüsusi ilə bu, dərman müalicəsinə refrakterliyi olan xəstələrə 
aiddir.  HX-nin 
patogenezinin  müasir  konsepsiyasında  hətta  nefroskleroz  və  terminal  böyrək 
çatışmamazlığının  inkişafı  kimi  böyrəklərin  proqressiv  zədələnməsi  mərkəzi  yer  tutur.  Stastik 
göstəricilər  HX  zamanı  böyrəklərin  zədələnmə  tezliyinin  yüksək  olduğunu  göstərir  (1,4).  Məhz  buna 
görə HX-nin müalicəsində qeyri-dərman
 müalicə üsullarına xüsusi diqqət yetirilir (2, 3, 9, 10, 11). 
 
Bütün bunları nəzərə alaraq bizim məqsədimiz böyrək çatışmamazlığı ilə ağırlaşmış HX-nin 
müalicəsi zamanı qanın vena daxilində lazerlə şüalanmasının (QVDLŞ) və maqnit sahəsi (MS) ilə 
şüalanmanın xəstəliyin klinik gedişinə təsirini öyrənmək olmuşdur. 
 
Material və metodlar: 
 
Tədqiqat  böyrək  çatışmamazlığı  30-65  (52,9±1,4)  yaşlı  45  HX-il  xəstə  daxil  etmişdir. 
Xəstələrdən 28-si kişi, 17-si qadın olmuşdur. Xəstələnmə müddəti 5-15 (11,6±4 ili təşkil etmişdir. 
HX-nin diaqnozu ÜST-nin təsnifatına (1994) əsasən qoyulmuşdur. Xəstələrdə III mərhələ HX qeyd 
olunmuşdur. Xəstələr HX-nin ikietaplı müayinə sxeminə uyğun yoxlanmış və fərdi randomizasiya 
üsulu  ilə  qruplara  bolunmuşdur.  Onlar  hər  birində  15  xəstə  olmaqla  3  qrupa  bolunmuşdur.  I 
qrupdakı xəstələrə QVDLŞ və dərman preparatları ilə kompleks müalicə, II- QVDLŞ, dəyişkən MS 
və  dərmanla  kompleks  müalicə  aparılmış,  III-yalnız  hipotenziv  dərman  preparatları  ilə  müalicə 
aparılmışdır. 
 
Stasionara  daxil  olan  bütün  xəstələrdən  anemnez  toplanmış,  onların  ümumi  kliniki  və 
labarator müayinələri aparılmışdır. Bütün xəstələrin 12 standart aparmada EKQ-si yazılmış və döş 
qəfəsinin  R-skopiyası  edilmişdir.  Daxil  olarkən  bütün  xəstələrin  AT-si  oturaq  və  ayaqüstü 
vəziyyətdə, hər 2 qolda 2 dəfə ölçülmüşdür. Böyrəklərin  funksional vəziyyətinin qiymətləndirmək 
üçün Zimnitski sınağı aparılmış, sidiyin xüsusi çəkisi, yumaqcıq filtrasiyası, qanda kreaitinin, sidik 
cövhərinin, qalıq azutunun miqdarı təyin edilmişdir. 


90 
 
Xəstələrə  30-60  dəqiqə  davam  edən  10  seans  QVDLŞ,  onurğa  sütununun  sağ  və  sol 
tərəfindən  Sv-Thıv  nahiyəsinin  maqnit  sahəsi  ilə  7-10  seans  15  dəqiqə  davam  edən  şüalanması 
aparılmışdır. 
 
Xəstələrə hipotenziv preparatlardan enap 10 mq gündə 1 dəfə, monovas 10 mq gündə 2 dəfə, 
furosemid 40-60 mq gündə 2 dəfə-səhər saat 9
00
 və 12
00
-da təyin edilmişdir. 
 
Alınan  nəticələrin  stastik  dürüstlüyü  Menna-Uitin  və  Vilkokson  qeyri-parametrik  analiz 
üsulları ilə qiymətləndirilmişdir. P<0,05 olduqda fərqlər stastik dürüst sayılmışdır. 
 
 
Alınmış nəticələr: 
 
Müalicədən  əvvəl  I  qurupda  sistolik  AT  (AT
S
)  212,7  (205-220)  mm.c.süt,  II  diastolik  AT 
(ATd) 122,7 (120-130) mm.c süt, orta AT (ATort) 152,7 (148,3-160,0) mm.c.süt II qrupda müvafiq 
olaraq  215,3  (210-225)  mm.c.süt,  125,3  (115-135)  mm.c.süt.  155,3  (146,7-165,0)  mm.c.süt,  III 
qrupda  isə  müvafiq  olaraq  212,3  (205-220)  mm.c.süt,  123,7  (120-130)  mm.c.süt,  153,2  (148,3-
160,0) mm.c.süt olmuşdur. Hər 3 qrupa daxil  olan xəstələrdə hemodianmika göstəricilərinini orta 
qiyməti müalicədən əvvəl o əlaqələndirilmişdir. QVDLŞ və hipotenziv preparatların təsirindən AT
S
 
19,9%  azalmışdır.  II  qrupun  xəstələrində  isə  seansların  sonunda  AT
S
-nin  orta  qiyməti  27,9% 
azalmışdır.  III  qrupda  AT
S
-nin  səviyyəsi  ilk  günlərdən  statistik  dürüstlüklə  aşağı  düşsə  də,  10 
günlük müalicə kursunun sonunda hələ də yüksək 182,7 (170-195) mm.c.süt səiyyəsində qalmışdır. 
I  qrupda  seansların  sonunda  Atd  16,3%  azalmış  və  sabitləşmişdir,  ATort  18%  aşağı  düşmüşdür 
(p<0,01).  II  qrupda  ATd-nin  senasların  sonunda  orta  qiyməti  99,0  (95-105)  mm.c.süt  olmuşdur 
(p<0,01).  ATort  bu  qrupda  24,2%  azalmışdır  (p<0,01).  III  qrupda  ATd  10,8%,  ATort,  isə  12,3% 
aşağı  duşmuşdur  (p<0,01),  AT-nin  səviyyəsinə  təsiri  ilə  yanaşı  aparılan  müalicəsinin  xəstəliyin 
kliniki gedişinə təsirinin də öyrənilməsi göstərdi ki, QVDLŞ və hipotenziv preparatlarla kompleks 
müalicə  zamanı  xəstələrin  7-də  “yaxşı”  effekt,  5-də  -  “kafi”  effekt,  2  xəstənin  vəziyyətində  cüzi 
yaxşılaşma,  1  xəstənin  vəziyyətində  isə  dinamiki  dəyişiklik  qeyd  edilməmişdir.  ”Yaxşı”  effekt 
alınmış  xəstələrin  başağrısı,  başgicələnməsi,  stenokardiya,  ağrıları,  mədə  bulanması  II  seansdan 
sonra  tam  aradan  götürülmüşdür.  Onuncu  siansdan  sonra  isə  xəstələrdə  oliqouriya,  nikturiya, 
ekstrasistola azalmışdır. Bu xəstələrin görmə qabilliyyəti yaxşılaşmış, ürək vurğuları sabitləşmişdir. 
Sidiyin xüsusi çəkisi 1006-dən 1013-ə qədər yükləlmiş, qanda kreatininin miqdarı 0,13 (0,14-0,20) 
mmol-1, yumaqcıq funksiyası 88,6 (81,8-95,7) ml/dəq olmuşdur. Bu göstəricilər enap və furosemid 
qəbulu  zəminində  I  aydan  sonra  da  sabit  qalmışdır.  Həmin  xəstələrdə  ATs  155,3  (150,0-175,0), 
ATd isə 99,0 (95,0-105,0) mm.c. süt  olmuşdur. 
“Kafi”  effekt  alınmış  xəstələrin  baş  ağrısı,  başgicələnməsi  V  seansdan  sonra  dayanmış, 
görməsi bir qədər bərpa olmuşdur. Onuncu seansdan sonra 7 xəstədə oliqouriya azalmış, nikturiya 
isə davam etmişdir. Lakin xəstələrin gecə sidik ifrazı üçün yataqdan qalxma sayı 5-6 dəfədən 1-2 
dəfəyə enmişdir. Sidiyin xüsusi çəkisi 1012, sidikdə zülalının izləri, sutkaliq diurez 1369 (1295,0-
1445,0) ml olmuşdur. Qanda kreatininin miqdarı 0,13 (0,12-0,14) mmol/ l, sidik cövhəri 8,9 (8,34-
9,46) mmol/ l-ə qədər azalmışdır. 
 
 
 
  
HX-li  xəstələrin  13,3%-də  QVDLŞ  edilməsi  cüzi  kliniki  yaxşılaşma  ilə  müşahidə 
edilmişdir. 
 Onlarda AT-nin səviyyəsi bir qədər azalsa da, artmağa meyilli olmuşdur. ATd-nin səviyyəsi 
isə  105  mm.c.süt-dan  aşağı  düşməmişdir.  Mədə  bulanması  və  qusma  vaxtaşırı  təkrar  olunurdu. 
Görmənin  zəifliyi  davam  edirdi.  Lakin  stenokardiya  ağrılarının  intensivliyi  bir  qədər  azalmışdır. 
Sidiyin  xüsusi  çəkisində  nəzərə  çarpan  dəyişiklik  olmamış,  qanda  kreatinin,  sidik  cövhərinin 
miqdarı demək olar ki, dəyişməmişdir, nikturiya hallarının artması qeyd olunmuşdur. 
 
QVDLŞ  +MS+hipotenziv  preparatlarla  kompleks  müalicə  olunan  xəstələrin  10-da  “yaxşı” 
effekt,  4-də  “kafi”  effekt,  1  xəstənin  vəziyyətində  cüzi  yaxşılaşma  qeyd  olunmuşdur.  Beləliklə, 
QVDLŞ+MS+dərman preparatları ilə kompleks müalicə xəstələrin əksəriyyətinin kliniki vəziyyəti-
nin  yaxşılaşmasına,  AT-nin  azalmasına,  qanda  pozitiv  dəyişikliklərə  səbəb  olunmuşdur.  Bir  ay 
müddətində  hemo,  kardiodinamikanın,  xəstəliyin  kliniki  gedişinin  sabit  qalmasını  təmin  etmişdir. 
Eyni zamanda xəstələrdə kliniki yaxşılaşma halları QVDLŞ və hipotenziv preparatlarla müalicədən 
daha erkən başlamış və dayanıqlı olmuşdur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə