Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/81
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9565
1   ...   41   42   43   44   45   46   47   48   ...   81

95 
Bu  səbəblərdən  də  immun  status  və  lipid  peroksidləşməsi  (LPO)  prosesləri  arasında  qarşılıqlı 
əlaqələr pozulur. 
  Oksidləşmə  metabolizmindəki  disbalans  mononuklear  leykositlərin  interleykin-8  (İL-8) 
produksiyasına təsir göstərərək onu artırır. 
  Həmçinin, oksidləşmə stressi və kəskin iltihabi proseslərdə bakterial endotoksinlərin, tumor 
nekrozlaşdırıcı faktor (TNFα) və İL-1 təsiri hesabına İL-8 sintezi induksiya olunur. 
  YP-nin  müalicəsi  zamanı  alınan  qeyri-qənaətbəxş  nəticələrdə  həzm  traktında  baş  verən 
mürəkkəb  patoloji  proseslərin  də  rolu  böyükdür.  Cərrahi  müdaxilədən  sonrakı  dövrdə  nazik 
bağırsaqlar  Eİ-nin  əsas  mənbəyi  rolunu  oynayaraq  [1,  3]  peritonitin  ağırlıq  dərəcəsini  və  ölüm 
faizini  müəyyənləşdirən  əsas  faktora  çevrilir.  Belə  ki,  enteral  çatmazlıq  zamanı  bağırsaqdaxili 
mikroflora  keyfiyyətcə  və  kəmiyyətcə  dəyişir,  bağırsaqdaxili  hipertenziya  və  bağırsaq  divarının 
işemiyası  bağırsaqdaxili  homeostazı  və  hematoenteral  baryeri  pozur,  bu  səbəblərdən  də 
mikroorqanizmlər, bağırsağın çürümə məhsulları, toksinlər bağırsaq mənfəzindən qan dövranına və 
qarın boşluğuna translokasiya edərək ağır Eİ verirlər [9].  
   Mikrob toksinləri sitokinlərin iştirakı ilə fermentativ və biokimyəvi reaksiyalar kaskadını işə 
salırlar.  Bu  səbəbdən  də  orqanizmin  həyati  vacib  üzv  və  sistemlərinin  hüceyrə  və  toxumalarında 
universal  xarakterli  degenerativ  –  destruktiv  dəyişikliklər,  o  cümlədən  ultrastruktur  membranın 
destabilizasiyası  baş  verir. Nəticədə toxumalar kallekrein-kinin sisteminin və lizosomal  proteolitik 
fermentlərin  aktivləşməsi  hesabına  intoksikasiyanın  üçüncü  mənbəyinə  çevrilirlər  və  prosesin 
toxuma  səviyyəsinə  çıxması  ona  autohüceyrə  xarakteri  verir.  Bu  proses  isə  sistemin  iltihaba 
reaksiyası sindromunun (SİRS) inkişafının əsasında durur. 
  Beləliklə,  YP  zamanı  bağırsaq  mənşəli  endogen  intoksikasiyanın  əsas  patogenetik 
mexanizmləri hədsiz bakterial kolonizasiya, enteral çatmazlıq və bakterial translokasiyadır. 
   Məhz  buna  görə  də  YP-nin  cərrahi  müalicəsi  zamanı  həlli  vacib  məsələlərə  infeksiya 
mənbəyinin  ləğvi,  periton  boşluğunun  sanasiyası  və  ilkin  ocaqdan  toksinlərin  qana  sorulmasının 
qarşısının  alınması,  qarın  boşluğunun  adekvat  drenajlanması  və  əməliyyatdan  sonrakı  dövrdə 
peritoneal sanasiyanın aparılması, mədə-bağırsaq traktının dekompressiyası daxildir.  
  İmmun  sistemin  normal  funksiyası  və  infeksiyadan  səmərəli  müdafiəsi  müxtəlif  mənşəli  
hüceyrələrin  produksiyası  ilə  sitokinlər  arasındakı  fizioloji  balansla  təmin  edilir.  İstər  hüceyrə, 
istərsə  də  humoral  immunitetin  tənzimində  fövqəladə  mühüm  rol  oynayan  sitokinlər  orqanizmdə 
sitokin şəbəkəsi çərçivəsində fəaliyyət göstərirlər. Sitokin şəbəkəsi funksional əlaqəli hüceyrələrdən 
(polimorfnüvəli  leykositlər,  monositlər/makrofaqlar,  limfositlər),  onların  sintez  etdikləri 
sitokinlərdən  və  digər  mediatorlardan  endoteliositlər  də  daxil  olmaqla  bu  aktivləşmiş  agentlərə 
cavab verən istənilən funksional cəhətdən ixtisaslaşmış hüceyrə kompleksindən ibarətdir.                                                                               
  Məlum olduğu kimi, iltihabi prosesin başlanması və inklişafı sitokin kaskadı ilə bağlıdır. 
  Sitokinlər  immun  cavabın  induktorları  və  tənzimləyiciləri  kimi  adaptiv  immunitetin 
formalaşmasında və funksional fəaliyyətində mühüm rol oynayırlar. 
  Sitokinlər  monositlər,  makrofaqlar,  neytrofil  leykositlər,  limfositlər,  endotel  hüceyrələri  və 
fibroblastlar  tərəfindən  sintez  olunurlar.  Normada  –  iltihabi  reaksiya  və  immun  cavab  olmayan 
hallarda  onlar  çox  az  miqdarda  sekresiya  olunaraq  onları  sintez  edən  hüceyrələrlə  iltihabın  digər 
mediatorları  arasında  qarşılıqlı  əlaqələri  həyata  keçirirlər.  Kiçik  molekullu  qlükoproteinlər  olan 
sitokinlər geniş bioloji effektlərə malikdirlər. Onların produksiyası gen transkripsiyası səviyyəsində 
zədələyici faktorun təsiri ilə tənzimlənir və hüceyrədə sitokinlərin daimi ehtiyatı olmur. Sitokinlər 
spesifik hüceyrə reseptorları ilə əlaqəyə girərək hüceyrə daxilinə siqnal ötürməklə bir sıra genlərin 
ekspressiyasını  törədirlər.  Müasir  görüşlərə  görə  sitokinlər  orqanizmdə  vahid  balanslaşmış  bir 
sistem kimi fəaliyyət göstərərək hər bir sitokin bu və ya digər dərəcədə birbaşa, yaxud dolayı yolla 
antigenlərlə  birgə  orqanizmin  mühüm  vacib  reaksiyalarının  –  immuntənzimləyici,  iltihabi, 
proliferativ,  apoptoz  və  xemotaksis  –  işə  düşməsində  və  tənzimlənməsində  iştirak  edirlər.  Yerli 
səviyyədə  zədələyici  agentə  adekvat  cavabın  verilməsi  və  iltihabın  bütün  mərhələlərin  inkişafı 
sitokinlər  tərəfindən  tənzimlənir.  Sitokinlər  üçün  polifunksionallıq,  bir-birinin  funksiyalarının 
çarpazlaşması, biri digərinin siztezini və funksiyasını azaltması, yaxud artırması xarakterdir.  


96 
  İltihabi prosesə təsirinə görə sitokinlər iki böyük qrupa – iltihablehinə (İL-1, İL-2, İL-6, İL-
8,  TNFα,  İFNγ)  və  iltihabəleyhinə  olan  sitokinlərə  (İL-4,  İL-10,  böyümənin  β  transformasiya 
faktoru) bölünürlər. 
  Toxumaların  zədələnməsi  zamanı,  yaxud  orqanizmə  mikroblar  daxil  olduqda  sitokinlərin 
sintezi  artır.  Həmçinin,  bakterial  hüceyrələrin  membranı  komponentləri  (lipopolisaxaridlər, 
peptidoqlükanlar,  muramilpeptidlər),  endotoksinlər,  hipoksiya,  toxumaların  reperfuziyası,  şok  da 
sitokinlərin güclü induksitorları kimi çıxış edirlər. 
  Belə  bir  şəraitdə  neytrofillər,  makrofaqlar  və  T-hüceyrələrin  sintez  etdikləri  iltihablehinə 
sitokinlər  iltihabi  cavabın  bütün  mərhələrinə  nəzarət  edirlər  və  iltihablehinə  sitokinlər  iltihab 
ocağında  lokal  fəaliyyət  göstərdikdə  öz  müdafiə  rolunu  icra  edə  bilirlər.  İltuhablehinə  olan 
sitokinlər  patogenlərin  orqanizmdən  infeksiya  ocağına  toplanan  neytrofillərin,  makrofaqların, 
komplement  komponentlərinin  faqositar  və  bakterial  aktivliklərini  işə  salmaqla  xaric  etmək  üçün 
lazımdır.  İltihab  zamanı  iltihablehinə  sitokinlər  neytrofillərin,  makrofaqların  infeksiya  mənbəyinə 
toplanmasına  səbəb  olmaqla  onların  faqositar  və  bakterosid  aktivliyini  stimulə  etməklə, 
antigenspesifik  immun  cavabın  işə  qoşulmasının  induksiyasına  nail  olmaqla  patogenləri 
lokallaşdıraraq  məhv  edirlər.  Qeyd  etmək  lazımdır  ki,  sitokinlər  iltihab  fonunda  az  miqdarda 
olduqda sanogen, çox miqdarda isə yüksək patogen sistem təsiri göstərirlər. 
  İmmun  sistemin  normal  funksiya  edən  mexanizmləri  sitokinlərin  və  digər  iltihab 
mediatorlarının  nəzarətsiz  sintezinin  qarşısını  almaqla  orqanizmin  iltihaba  adekvat  reaksiyasını 
təmin edirlər. Həmçinin, tənzimləyici sistemə aid olan antiproteaz sistem zərdab hidrozları ilə birgə 
bir  sıra  sitokinlərin  (TNFα,  İL-1β,  İL-2,  İL-6,  interferon,  koloniyastimuləedici  faktorlar) 
paylanmasına, aktivləşməsinə və  parçalanmasına nəzarət  edir.  İltihabın başlanğıcda eyni  zamanda 
həm  iltihablehinə,  həm  də  iltihabəleyhinə  sitokinlərin  qana  daxil  olması  bir  tarazlıq  yaradır  və 
nəticədə iltihab prosesinin gedişi qənaətbəxş olur və iltihab ocağı məhdudlaşır. 
  İltihaba  cavabda  birinci  iştirak  edən  hüceyrələr  neytrofillərdir  və  iltihaba  cavabın 
başlanmasından  6  saat  sonra  zədələnmiş  toxumaların  neytrofillərlə  infiltrasiyası  maksimal 
səviyyəyə  çatır.  Onların  produksiyası  kəskin  iltihab  zamanı  10  dəfədən  çox  artır.  Həmçinin, 
monositlər,  eozinofillər  və  limfositlər  üçün  də  endotelial  hüceyrələrlə  oxşar  qarşılıqlı  əlaqə 
mexanizmləri  qeyd  edilir.  Adheziya  molekulları  ekspressiyasının  aktivləşməsi  orqanizmin 
iltihablehinə mediatorlar təsirinə cavabında açar rolunu oynayır. 
  Qarın  boşluğundakı  bakterial  patogenlər  immun  sistem  hüceyrələrinin      kompensator 
mexanizmlərinin  üzülməsi  fonunda  sitokinlərin  nəzarətsiz  sintezinə  səbəb  olur.  Bu  səbəbdən  də 
iltihablehinə  sitokinlərin  sintezi  kəskin  artır,  iltihablehinə  və  iltihabəleyhinə  sitokinlər  arasındakı 
balans pozulur və immun sistem sitokinlərin və digər iltihab mediatorlarının sintezinə nəzarət edə 
bilmir.  İltihablehinə  sitokinlərin  sistem  effektinin  üstünlüyü  homeostazı  dəstəkləyən  tənzimləyici 
sistemlərin funksiyasını kəskin azaldır, nəticədə orqanizmin iltihaba reaksiyası sistem xarakteri alır 
və  sistemin  iltihaba  reaksiyası  sindromu  (SİRS)  inkişaf  edir.  Bütün  bu  sadalananlar  YP-nin 
patogenezində sitokinlərin əhəmiyyətli rol oynadığına dəlalət edir.  
  Bakterial  təcavüzə  qarşı  immun  sistem  hüceyrələrinin  verdiyi  cavab  reaksiyası  iki  fazada 
olur:  birinci  fazada  iltihablehinə  sitokinlərin  sintezi  baş  verir  və  iltihaba  cavab  formalaşır,  ikinci 
fazada isə iltihabəleyhinə sitokinlərin produksiyası hesabına iltihabi proses məhdudlaşdırılır. Hər iki 
fazanın  hədsiz  qabarıqlığı  və  uzunmüddətli  davamiyyəti  xəstəliyin  gedişinə  və  nəticəsinə  mənfi 
təsir göstərə bilir. 
  Peritoneal  ekssudatda  İL-6  səviyyəsi  artdıqca  SİRS  daha  da  proqressivləşir,  ağırlaşmaların 
sayı və ölüm faizi artır. 
  SİRS  zamanı  qanda  yüksək  miqdarda  olan  TNFα,  İL-1  və  İL-6  bütün  orqanizmə  neqativ 
təsir göstərir. 
  Qram-müsbət  və  qarışıq  infeksiya  ilə  müqayisədə  qram-mənfi  flora  daha  çox  iltihablehinə 
sitokinlərin  sintezinə  səbəb  olur  və  onların  sintez  etdikləri  endotoksin  EİS-in  formalaşmasında 
aparıcı rollardan birini oynayır [8]. 
  Lokal iltihab ocağından, hətta az miqdarda belə qana daxil olan sitokinlər, digər üzvlərdə və 
toxumalarda  interleykinlərin,  TNFα,  kəskin  faza  zülallarının,  adheziya  molekullarının  sintezini 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə