Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/81
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9565
1   ...   44   45   46   47   48   49   50   51   ...   81

101 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 6 (76) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 6 (76) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 6 (76) 
 
 
GÜLTƏKİN ƏLİYEVA 
Naxçıvan  Dövlət Universiteti  
UOT:618.7 
 
FİZİOLOJİ VƏ CƏRRAHİ DOĞUŞDAN SONRAKI METROENDOMETRİTİN RİSK 
FAKTORLARI, DİAQNOZ 
VƏ MÜALİCƏSİ 
                                      
Tədqiqatın məqsədi: Fizioloji və cərrahi doğuşdan sonrakı endometritin anaların xəstələnməsi 
və  ölümünün  səbəblərindən  biri  kimi  MR  Doğum  mərkəzində  səbəbləri  araşdırmaq,  diaqnostika, 
müalicə və yaranma səbəblərinə diqqət çəkmək.  
Tədqiqatın aparıldığı yer: NDU, Naxçıvan MR Doğum mərkəzi 
Tədqiqatın obyekti: Naxçıvan MR Doğum mərkəzində fizioloji və Keser kəsiyi ilə doğuşdan 
sonrakı endometritli 12 zahı qadının doğum tarixi  
    Tibbi texnologiyanın  diaqnostik  və müalicə metodlarının sürətlə inkişaf etdiyi  son 20 ildə 
cərrahi doğuşların sayı 3-5 dəfə bəzi ölkələrdə 8-10 dəfə artmışdır. Danılmaz faktdır ki, doğuşdan 
sonrakı endometritlərin sayı da paralel olaraq artır. Cərrahi doğuşdan sonra infeksion ağırlaşma 52-
85 %-ə çatır. (A.H.Strijakov, A.İ.Davidova 2004) İnfeksiyanın generalizə olunması riski 6 dəfə artır 
və  doğuşdan sonrakı endomteritin yaranmasında stasionarın, həkim və tibbi personalın, əməliyatın 
aparılma  texnikasının  səviyyəsinin  I  dərəcəli  əhəmiyyəti    vardır.  Digər  tərəfdən  risk  qruplu 
qadınların şəkərli diabet, kollagenoz, piylənmə, arteriyal hipertenziyalı qadınların, anemiya, xronik 
infeksiya  ocaqlarının,  qadın  cinsiyyət  üzvlərinin  Iltihabi  xəstəlikləri.  Bətndaxili  infeksiyanın 
törədiciləri  tərəfindən  yaranan  spesifik  iltihabi  xəstəlikləri,  olanların  ayrılması  hamiləlik  müddəti 
vaxtında  müayinə,  müalicəsi  aparılmalıdır.  Üçüncü  faktor  dölyanı  mayenin  axmasına  səbəb  olan 
uşaqlıq  yolu  mikroblarının  təsirindən  pozulmuş  mikrogenoz    nəticəsində  fosfolipaza  A2  sintez 
olunur.  Bu  ferment  dölyanı  qişaların  araxidin  turşusu  ifraz  etməsinə  şərait  yaradır.  Nəticədə   
prostoqlandinlər  sintez olunur ki, vaxtından əvvəl doğuş təhlükəsi baş verir. 
     Yeni  risk  faktoru  dölyanı  qişanın  vaxtından  əvvəl  açılması,  çoxsaylı  vaginal  müayinələr, 
doğuşun  və  əməliyatın  uzun  sürməsi,  qanitirməni  aid  etmək  olar.  Məsələn  çoxsaylı  vaginal 
müayinələr  doğuşun  uzun  sürməsinə  səbəb  olur.    Susuz  dövr  6  saat  sonra  endometriya  dölyanı 
qişaların infeksiyalaşması başlayırsa 12 saat sonra infeksiya özünü endometrit  kimi  göstərir.  Bu    
zaman  klinik  gediş  mikrobların  assosiyasından  asılıdır.  5-ci  risk  faktoru  hüceyrə  humoral  
səviyyənin  vəziyyətindən  asılıdır  ki,  o  da  hamiləliyin  sonunda  limfositlərin  bakteriyal  agentlərə 
cavab  olaraq  profilerasiyası  kəskin  azalmış  olur.  Limfositlərin  proliferativ  reaktivliyinin  bərpası 
doğuşdan sonrakı 3 ayda baş verir.T və B limfositlərinin sayı azalır, T supressorlar aktivləşir. Yəni, 
doğuşdan  və  Keser  kəsiyindən  sonrakı  endometrit  zamanı  olan  dəyişikliklər  qadında  II 
immunodefisit  kimi  qiymətləndirilir.  Doğuşdan  sonrakı  qanaxma,  təkrar  abortlardan  sonrakı 
hamiləlik, diabet xəstəliyi və s. ilə müşaiət olunan doğuşdan sonrakı metroendometritin baş vermə 
ehtimalı  artır.  Daha    doğrusu  Gigiyenik  qaydalara  aseptikaya  riayət  olunmaması,  ölü  toxumanın- 
ölü dölün, ciftin hissəsinin uşaqlıq boşluğunda qalması, anemiya, qida pozğunluğu, uzun müddətli 
susuz  dövr,  ləngimiş  doğuş,  tez-tez  aparılan  daxili  müayinə,  doğuşun  cərrahi  aparılması,  doğuşa 
cərrahi müdaxilə, hamiləlikdən əvvəlki infeksiyalar, cinsi yolla yoluxan xəstəliklər qadının ikincili 
immunodefisiti infeksiyanın generalizə olunmasına şərait yaradır.  
Uşaqlığın fizioloji və cərrahi doğuşdan sonrakı involyusiyası  
                                   V= 0,5236ABC           
V-  uşaqlıq  həcmi            A-uşaqlıq  cisminin  uzunluğu                            B  -uşaqlığın  ön-arxa  ölçüsü           
C-uşaqlığın eni 


102 
Fizioloji doğuşun 7-ci günü uşaqlığın ölçülərinin kiçilməsi 46%, Keser əməliyyatından sonra 
isə 36 % təşkil edir.  Puerperal dövrdə yaranın və tikişlərin vəziyyətini 53 % halda aşkarlanır.  Bu 
zaman  infiltirasya  maye  qan  toplanması,  dəri  və  ya  apanevroz  altında  yerləşməsi  aşkarlanır.    
İnfiltirasyanın  diaqnostikası  81  %  halda  dürüst  çıxır.  Ancaq  erkən  günlərdə    diaqnoz  30  %  halda 
təstiq  olunur.  Fizioloji      puerperal  dövrün  ilk  günlərində  uşaqlığın  ön-arxa  ölçüsü  1,3-1,5  sm 
(boşluğun) olur. Sonrakı günlərdə 7-9 –cu günü 1,0-1,1 sm  Doğuşdan sonrakı endometritlər 2 yerə 
bölünür.  1-Uşaqlıq  boşluğunda  nekrotik  toxuma,  desidual  toxuma  qalıqları  plasentar  toxuma 
qalığının  olması  nəticəsində  baş  verən  endometrit  72  %  rast  gəlir.  Uşaqlığın  subinvolyusiyasına 
səbəb  olur.  Eynicinsli  olmayan  möhtəviyyatla  dolu  tərkibdə  uşaqlıq  boşluğunun  ön-arxa  divarı 
böyüyür.  Sonoqrafik olaraq şualı tac aşkarlanır. 2ci variant-endometrit təmiz formasıdır  28% rast 
gəlinir.  Bu  zaman  uşaqlıq    boşluğu  genişlənmir,  meye  toplanmır.  Ancaq  uşaqlığın  divarında 
hiperexogen fəsadlar aşkarlanır. Transvaginal exoqrafiyada abseslərin 2 cür yerləşməsi – uşaqlığın 
kəsik, tikiş yerində sidik kisəsi uşaqlıq qatı arasında və sidik kisəsinin arxa divarı və böyük piylik 
arasında  yerləşir.  1–  törəmə  aydın  konturlu  dairəvi  formada  olur.2ci  isə  uşaqlıq  qonşularının, 
piyliyin yerdəyişməsinə səbəb olduqlarından qeyri düzgün formada düzgün konturu olmadan tərkibi 
eynicinsli olmayan bəzən isə irinli törəmənin qarın boşluğuna drenaj olunması diqqəti çəkir. 1)8-10 
sm diametrdə hematoma zamanı cərrahi müdaxiləyə göstərişdir. Absesin kəsilməsi tikişlərin təftişi 
aparılır. Bu zaman absesin kəsilib drenaj olunması tikiş yerlərindən olmalıdır. 2) Exoqrafiya zamanı 
5-6 sm  hematoma iltihab əlamətləri olmadan  aşkarlanarsa   MSM nəzarətində konservativ müalicə 
aparmaq  olar.  Əksər  hallarda  hematoma  1ayın  sonunda  sorulur.  Qalanlarda  isə  sorulma  tədricən 
gedir  və 2-3 ayın sonunda başa çatır.  Keser kəsiyindən sonrakı endometritin müalicəsi kompleks 
aparılmalıdır.  Yerli  və  ümumi  müalicə  aparılır.Əvvəlcə  iltihab  prosesinin  törədiciləri  və  həssaslıq 
aşkarlanır.  Həssaslıq  göstərilən  antibiotiklərin  infeksiya  ocağında  optimal  konsentrasiyasını 
yaratmaqla  törədicilərin  artıb  çoxalmasına  mane  olmaq  lazımdır.  Antibiotiklər  seçilərkən  zahı 
qadına və süd verilən uşağa toksiki təsirin olub olmayacağı da aşkarlanır. Əksər hallarda I-II nəsil 
sefalosporinlər-ketzol,  çetomezin,  çetoksitin,  çeturoksim  işlədilir.  Əlavə  olaraq  metronidazol, 
klindamissin  də  təyin  edilir  ki,  anaerob  flora  inkişaf  etməsin.  Profilaktika  üçün  ampisillin-
metronidazol,  qentamissin  +  metronidazol  kombinasiyası  istifadə  olunur.  Ağır  tikişlərin  prosesə 
qoşulduğu  zaman  isə  II-III  nəsil  sefalosporinlər  təyin  edilir.  Geniş  spektrə  təsir  edən  klorotoran, 
sefaperazon-dardum, seftazudim-fortum təyin edilir. Vaxtında  aparılan antibiotiklərlə  müalicə belə 
çox  vaxt  effekt  vermir.  Buna  səbəb  1.İltihaba  məruz  qalmış  toxumalarda  mikrosirkulyasiyasının 
pozulması nəticəsində infeksiya ocağında yaranan fibroz baryer antibiotiklərin qanda olduğu qədər 
yüksək qatılığı ocaqda aşkarlanmır. Hətta 2-3 qat az rast gəlir.  2.Müalicənin effektinin olmaması 
səbəbi digər bir abses ocağının olmasıdır. Əgər effekt 48-72 saat sonra özünü biruzə verməssə - o 
zaman  digər  yerlərdə  absesin  və  vena  damarlarının  çanaqada  tromboflebiti  və  yenidən  ifrazatın 
törədicinin  xarakteri  həssaslığı  yaxlanılır.  Birinci  2-  ağırlaşma  yoxsa  törədicinin  antibiotiklərə 
həssaslığı,  laborator  olaraq  aşkarlanır.  Tez  –  tez  antibiotiklər  dəyişdirmək  kliniki  əlamətləri 
dəyərləndirəcək güclü klinik laboratoriyaların olduğu klinikalarda aprıla bilər.  Bu zaman III nəsil 
sefalosporinlər  və  klindamissin  kombinasiyasından  istifadə  edilir.  Uşaqlığın  boşluğunun 
mikroflorası  antibiotiklərə  həssaslığı  dinamikada  öyrənilir.    Çox  vaxt  5-ci  günündə  antibiotiklərə 
həssaslıq itir, rezistentlik başlayır. Ona görə də 4-5 gündən sonra həssaslıq yoxlanılır. Ana südündə 
linkomessin  və  klindomessinin  qatılığı  cüzi  olduğu  aşkarlanır  və  uşağa  təsir  eləmir.    Əksinə 
kanamissin ana südündə yüksək qatılıqda rast gəlir və uşağa toksiki təsir edir. Tetrasiklin almış 500 
mq  hər  6  saatdan  bir  3  gün  qadının  süd  verdiyi  uşağın  qanında  kliniki  olaraq  dəyişiklik  vermir.  
Ancaq  sonrakı  yaşlarda  uşağın  sümük  toxumasındakı  inkişaf  ləngiməsi  ola  biləcəyi 
unudumamalıdır. Süd verən və hamilə qadınara təyin olunmamalıdır.  Sümük iliyinə təsirinə görə 
levomystin  də  təyin  olunmamalıdır.  Bəzən  analara  sulfanilamid  preparatları  təyin  edilmir  ki, 
uşaqlarda kumulyasiya verib  hiperbilrubinemiyaya səbəb ola bilər. Hemolitik anemiya yarada bilər. 
Ancaq nəzərə alınmalıdır ki, bu qlukoza –fosfatdehidrogenazanın defisiti olan uşaqlarda baş verər.  
Antibiotik alan anaların uşaqlarına bifidum və laktobakterin verilməsi disbakteriozun profilaktikası 
kimi  məqsədəuyğun  olaraq  qiymətləndirilməlidir.  Doğuş  və  cərrahi  sonrası  endometriti  olan 
qadınlara  infeksion  –  toksiki  əlamətlərin  göründüyü  ilk  gündən  vena  daxilinə  dezintoksikasyon 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə