Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/81
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9565
1   ...   50   51   52   53   54   55   56   57   ...   81

114 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 6 (76) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 6 (76) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 6 (76) 
 
 
MƏTLƏB İBRAHİMOV 
Naxçıvan Dövlət Universiteti 
UOT:616.007 
ANADANGƏLMƏ İNKİŞAF QÜSURLARININ  
ƏMƏLƏ GƏLMƏSİNİN SƏBƏBLƏRİ  
 
Məlum  olduğu  kimi,  teratologiyaya  görə  insan  orqanizminin  inkişaf  etməsi  üç: 
blastomerin  əmələgəlmə,  embrional  və  ya  rüşeym  və  fetal  və  ya  döl  mərhələsi  ilə  keçir.  Bu 
mərhələlər müəyyən ardıcıllıqla davam edərək hüceyrələr və daxili üzvlər inkişaf edirlər .  
Mayalanmış yumurta hüceyrəsində mitoz prosesi çox intensiv davam edərək blastosistə 
çevrilir.  Embrional  inkişafın  3-8  həftə  müddətində  daxili  üzvlər  və  sistemlər  formalaşır.  Elə 
bu dövrdə rüşeym toksiki maddələrin təsirinə çox həssas reaksiya verir. Anadangəlmə inkişaf 
qüsurları da bu dövrdə əmələ gəlir.  
Qeyd  etmək  lazımdır  ki,  dölün  hər  bir  üzv  və  sisteminin  bətndaxili  inkişafı 
mərhələsində  teratogenlərin  kritik  təsir  etmə  dövrü  var.  Məsələn,  ürək  qan-damar  sistemi, 
mərkəzi  sinir  sistemi,  yuxarı  və  aşağı  ətraflar,  gözlər,  damaq,  xarici  tənasül  üzvləri  üçün 
teratogenin kritik təsir etmə müddəti hamiləliyin 3-5 həftəsi hesab olunur. elə daxili üzvlərdə 
və sistemlərdə anadangəlmə inkişaf qüsurları da hamiləliyin bu dövründə əmələ gəlir.   
Hamiləliyin  səkkizinci  həftəsinə  qədər  ürəyin  qulaqcıqarası,  mədəcikarası  çəpərinin 
inkişaf  defekti,  aorta  və  ağ  ciyər  arteriyasının  transpozisiyası,  aortanın  koarktasiyası,  Fallo 
triadası,  tetradase  pentadası  kimi  bətndaxili  inkişaf  anomaliyaları  baş  verərək  formalaşmış 
olur. 
Anadangəlmə  inkişaf  qüsuru  əmələ  gələndə  bir  halda  döl  hamiləliyin  axırına  qədər 
qalmayaraq düşük baş verir. digər halda əgər uşaq doğularsa da, daxili üzvlər normal fəaliyyət 
göstərə  bilmədiyi  üçün  yeni  diri  doğulmuş  uşaq  yaşamaq  qabiliyyətinə  malik  olmur.  Onlar 
çox vaxt neonatal dövrdə ölürlər. 
2000-2009-cu  illərdə  bizim  müşahidə  etdiyimiz  184  anadangəlmə  inkişaf  qüsurlu 
uşaqların  25  (13,6%)  ölü  doğulmuşdur.  159  (86,4%)  anadangəlmə  inkişaf  qüsurları  ilə  diri 
doğulmuş  uşaqların  48  (30,2%)  erkən  neonatal  dövrdə,  yəni  doğulanın  4-6  sutkasında,  11-i 
(6,9%) gec neonatal dövrdə, yəni doğulanın 7-17 sutkasında ölmüşdür. Biz hesablamaları 159 
anadangəlmə inkişaf qüsurları ilə diri yeni doğulmuşlardan aparmışıq. 
Cədvəl 1 
Naxçıvan MR-də Anadangəlmə inkişaf qüsurları ilə  
diri doğulmuşların ölümü (n=159) 
 
 
Qüsurulu diri  
yeni doğulmuş 
Erkən neonatal ölüm  
4-6 sut 
Gec neonatal ölüm  
7-27 sut 
Şərur 
37 
11 (29,7%) 
3 (8,1%) 
Şahbuz 
36 
11 (30,6%) 
3 (8,3%) 
Ordubad 
44 
14 (31,8%) 
3 (6,8%) 
Naxçıvan şəh. 
42 
12 (28,6%) 
2 (4,8%) 
Cəmi 
Naxçıvan MR 
159 
48 (30,2±3,6%) 
11 (6,9±2,0%) 
 


115 
Muxtar  respublikanın  əraziləri  üzrə  təhlil  etdikdə  cədvəl  4.1-dən  göründüyü  kimi, 
məlum  oldu  ki,  subregionların  hamısında  anadangəlmə  inkişaf  qüsuru  ilə  doğulan  uşaqların 
miqdar  göstəriciləri  təxminən  eynidir.  Bizim  müşahidə  etdiklərimiz  başqa  ölkə  alimlərinin 
məlumatı ilə uzlaşır.  
Belə  ki,  Ümumdünya  Səhiyyə  Təşkilatının  hesabat  məruzəsində  ana  və  uşaq 
sağlamlığına xüsusi diqqət yetirilərək göstərilir ki, hər il bütün dünyada ölən 10,6 mln. uşağın 
40%-nin    ölümü  doğulanın  birinci  ayında  baş  verir.  Özü  də  ölümün  əs as  səbəbini 
anadangəlmə inkişaf qüsurları təşkil edir. Zanq J., Cai W.W. müaynələrinin nəticələri göstərir 
ki, 1000 diri doğulmuşlardan 14,96 ölüm hadisəsi prenatal dövrdə, 5,97 ölüm antenatal, 2,06 
intranatal  və  6,94  ölüm  hadisəsi  erkən  perinatal  yaşda  baş  vermişdir.  S.A.Buxlovanın 
məlumatına  görə,  perinatal  yaşda  uşaq  ölümünün  17,09%  anadangəlmə  inkişaf  qüsuru  ilə 
doğulmuş  uşaqlar təşkil  edir.  İvanovskaya  T.Y.  hesab  edir ki,  anadangəlmə  inkişaf qüsurları 
bir yaşa qədər uşaq ölümü səbəblərindən ikinci yerdədir. Perinatal dövrdə isə ölümün 21,8%-
nin səbəbini anadangəlmə inkişaf  anomaliyaları təşkil edir. Çində perinatal dövrdə ölüm 1000 
diri  doğulmuşa  22,85  hadisə  müşahidə  ediblər.  Özü  də  anadangəlmə  inkişaf  qüsurları 
şəhərlərdə  kənd  yerlərinə  nisbətən  daha  çox  təsadüf  olunur  (Dai  L.,  G.X.Zhu,  L.Miao, 
Y.P.Wanq, Y.X.Wu, M.Miao, 2004). 
Beləliklə,  anadangəlmə  inkişaf  qüsurları  perinatal  dövrdə  uşaq  ölümünün  əsas 
səbəblərindəndir.  Ona  görə  qeyd  etmək  lazımdır  ki,  ümumiyyətlə  uşaqlar,  xüsusi  ilə  yeni 
doğulmuşlar  arasında  ölümü  azaltmaq  məqsədi  ilə  anadangəlmə  inkişaf  qüsurlarını  əmələ 
gətirən  səbəbləri,  risk  faktorlarını  və  onların  təsirini  hər  bir  ölkədə  aydınlaşdırmaq  həyatın 
tələbatıdır.  
Yeni  doğulmuşların  ölümünün  qarşısını  almaq  üçün  kompleks  profilaktik  tədbirlər 
əsasən  hələ  uşaq  doğulmamışdan  çox  əvvəl  və  doğulanın  ilk  vaxtlarından  həyata 
keçirilməlidir. 
Əvvəlki başlıqlarda göstərildiyi kimi, ümumiyyətlə döldə anadangəlmə qüsurun inkişaf 
etməsində bir sıra səbəblər rol oynayır. Buraya ananın yaşadığı ərazinin geo-ekoloji durumu, 
xarici  şəraitin  çirklənmə  dərəcəsi,  qadının  hamiləlikdən  əvvəl  və  hamiləlik  dövründə  qəbul 
etdiyi  dərman  maddələri,  qadının  keçirdiyi  infeksion  xəstəliklər,  ata,  ananın  zərərli  adətləri, 
sosial ekonomik vəziyyət və s.  aiddir.  
Bunları  nəzərə  alaraq  müayinə  etdiyimiz  yeni  doğulmuş  uşaqları  iki  qrupa  bölərək 
təhlillər aparmışıq (cədvəl 2).  
Birinci  –  əsas  qrup  158  anadangəlmə  inkişaf  qüsurlu  uşaqlardan  ibarət  idi.  İkinci  – 
müqayisə (kontrol) qrupunu 318 şərti sağlam, lakin anadangəlmə  qüsurla yeni doğulmuşlarla 
bir gündə həyata gəlmiş uşaqlar təşkil edirdi. 
Bir sıra ədəbiyyat məlumatlarında göstərilir ki, uşağın anadangəlmə inkişaf qüsuru ilə 
həyata gəlməsində qadının yaşının müəyyən təsiri var (Şəmsəddinskaya N.M.. Bağırova S.K.) 
[20]. 
 
Cədvəl 2 
Müayinə olunan yenidoğulmuşların qrupları 
 
 
Q r u r l a r  
Anadangəlmə inkişaf qüsurları ilə 
doğulanlar (əsas qrup) 
Şərti sağlam doğulanlar  
(müqayisə-kontrol qrup) 
Uşaqların 
sayı 
159 
318 
 
Bizim müşahidə etdiyimiz anaların anketləşməsində onların yaş xüsusiyyətlərini təhlil 
etdikdə  məlum  oldu  ki  (cədvəl  4.3),  əsas  qrupdan  olan  anadan  41  qadın,  yəni  25,8±3,5%, 
müqayisə qrupundan olan analardan isə 58 qadın (18,2±2,2%) 20-24 yaş radələrində idi, 25-
29  yaşlı  analar  əsas  qrupda  46  nəfər  (28,9±3,6%)  olmuşdu.  Müqayisə  qrupunda  121  ana  bu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə