Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/81
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9565
1   ...   53   54   55   56   57   58   59   60   ...   81

120 
 
Cədvəl 6 
Hamiləlik dövründə qadının xəstəlikləri 
 
Xəstəliklər  
Əsas qrup  
(n=159) 
Müqayisə qrupu 
(n=318) 
χ
2
; P 
Qrip  
100  
62,9±3,8%  
94  
29,6±2,6% 
χ
2
 = 48,8 
p< 0,001 
Xroniki pielonefritin 
kəskinləşməsi 
36  
22,6±3,3% 
32  
10,1±1,7% 
χ
2
 = 13,7 
p< 0,001 
Sifilis  
3  
1,9±1,1% 


Epilepsiya  
1  
0,6±0,6% 


Şəkərli diabet  
1  
0,6±0,6% 


Arterial hipertenziya 
3  
1,9±1,1% 
3  
0,9±0,5% 
χ
2
 = 0,19 
p>0,05 
Toksiki zob 
3  
1,9±1,1% 


Ürək-damar patologiyası 
4  
2,5±1,2% 
4  
1,3±0,6 
χ
2
 = 1,02 
p>0,05 
Brusellyoz 
1  
0,6±0,6% 


Xroniki hepatit və xolesistit 
3  
1,9±1,1% 
2  
0,6±0,4% 
χ
2
 = 0,63 
p>0,05 
Sağlam  
4  
2,5±1,2% 
183  
57,5±2,8% 
χ
2
 = 134,7 
p< 0,001 
 
Hamiləlikdən  əvvəl  və  hamiləlik  vaxtı  ananın  keçirdiyi  xəstəlikləri  təhlil  etdikdə 
maraqlı  məlumatlar  nəzərə  çarpdı.  Belə  ki,  əsas  qrupun  analarından  100  nəfəri,  yəni 
62,9±3,8% (χ
2
=48,8;  p<0,001)  hamiləlik  vaxtı  qrip və  ya  qripə bənzər  patologiya  ilə, xüsusi 
ilə hamiləliyin ilk aylarında, xəstələnməsi diqqəti cəlb etdi. 
Müqayisə qrupundan olan hamilə qadınlar, yəni anadangəlmə inkişaf qüsursuz sağlam 
uşaq  doğan  analar  arasında  hamiləlik  dövründə  göstərilən  xəstəliklər  az  təsadüf  olunaraq 
29,6±2,6% təşkil etmişdi. Anadangəlmə inkişaf qüsuru ilə həyata  uşaq gətirmiş analardan 36-
da,  yəni  22,6±3,3%  (χ
2
=13,7;  p<0,001)  xroniki  pielonefrit  olub,  hamiləlik  vaxtı  isə  onun 
kəskinləşməsi  müşahidə  olunmuşdu.  Müqayisə  qrupundan  olan  qadınların  isə  cəmi 
10,1±1,7%-də  (χ
2
=13,7;  p<0,001)  hamiləlik  dövründə  xroniki  pielonefritin  kəskinləşməsi 
təsadüf olunmuşdur. Əsas qrupun analarında hamiləlik vaxtı arterial hipertenziya (1,9±1,1%; 
χ
2
=0,19;  p<0,001), toksiki zob  (1,9±1,1%), xroniki  hepatit  və xolesistit  (1,9±1,1%)  ilə xəstə 
olduqları üçün elə hamiləliyin əvvəl vaxtlarından başlayaraq müxtəlif dərman maddələrindən 
istifadə edərək bütün hamiləlik dövründə ardıcıl olaraq müalicə alıblar.  
Cədvəl  6-dan  göründüyü  kimi,  əsas  qrupdan  olan,  hamiləliyi  uşağında  anadangəlmə 
inkişaf qüsurları ilə nəticələnən 159 qadından ancaq 2,5±1,2% sağlam idilər. Kontrol qrupda 
isə sağlam qadınlar 57,5±2,8% (χ
2
=134,7; p<0,001) təşkil edirdilər. 
İlbəil  yeni  doğulmuş  uşaq  ölümünün  artması,  patoloji  hamiləliklərin  və  doğuşların 
çoxalması,  yeni  doğulmuş  uşaqlarda  anadangəlmə  inkişaf  qüsurlarının  rastgəlmə  tezliyinin 
artması  ilə  bərabər  bir  sıra  qadınlarda  reproduktiv  sistemin  infeksion  virus  xəstəlikləri  ilə 
infeksiyalaşması  baş  verir.  Məmmədova  L.C.  göstərir  ki,  elə  qadın  olur  ki,  onda  bir  neçə 
genital infeksiya müşahidə olunur. 
Bizim  cədvəl  7-də  analarda  göstərdiyimiz  patoloji  proseslərlə  yanaşı  qüsurlu  uşaq 


121 
doğmuş  on  beş  qadının  anamnezində  laborator  üsulla  müəyyənləşmiş  toksoplazmoz,  herpes, 
xlamidioz,  sitomeqalovirus  və  s.  genital  virus  ifeksiyası  olmuşdur.  Ədəbiyyat 
göstəricilərindən  məlumdur  ki,  sitomeqalovirus  bütün  hamiləlik  dövrü  dölə  mənfi  təsir 
göstərir. Bu qadınların on nəfəri hamiləliyə qədər mama həkimlərinin kurslarla təyin etdikləri 
spesifik  müalicə  almışdılar.  Beş  qadında  isə  spesifik  müalicə  artıq  başlanmış  hamiləlik 
dövründə  davam  etdirilmişdir. Deməli,  bizim müşahidə  etdiklərimizdən  elə qadın olub  ki.  o, 
hamiləlik  başlayanda  həm  genital  virus  infeksiyasından,  həm  də  hər  hansı  ümumi  patoloji 
prosesdən əziyyət çəkirmiş. Nəticədə isə anadangəlmə inkişaf qüsuru ilə uşaq doğulub.  
Beləliklə,  anamnez  məlumatları  və  müşahidələrin  nəticələri  göstərir  ki,  qadının 
hamiləlikdən  əvvəl  və hamiləlik  dövründə, xüsusi ilə  hamiləliyin  ilk vaxtlarında,  yəni  dölün 
üzvlərinin formalaşması mərhələsində ananın keçirdiyi xəstəliklər uşağın anadangəlmə inki şaf 
qüsuru ilə doğulmasında risk faktorlardan biridir.  
Bizim  müşahidə  etdiklərimiz  Q.H.Wanq-ın  apardığı  statistik  məlumatlarla  uzlaşır. 
Başqa  Çin  tədqiqatçıları  S.Wanq,  Li  S.,  Y.Zhoa  hesab  edirlər  ki,  səkkiz  təhlükəli  amillər 
sırasında  döl  üçün  ən  təhlükəlisi  ananın  sağlamlıq  durumunun  qeyri-kafi  olması  və 
hamiləliyin dövrlərində onun orqanizminin müxtəlif patoloji proseslərə məruz qalmasıdır.   
Nəzərdən qaçırmamalıyıq ki, respublikamızın bir sıra subregionlarında: Lerik, Masallı, 
Siyəzən,  Lənkəran,  Astara,  Zaqatala  və  s.  beta-talassemiya,  qlükoza-6-fosfodehidrogenaza 
fermentinin  çatmamazlığı,  anadangəlmə  katarakta,  bud  çıxıqları  və  başqa  irsi  xəstəliklər 
üstünlük  təşkil  edir.  Bundan  başqa,  heç  də  az  mühüm  olmayan  digər  bir  sıra  risk  amili 
valideynlərin  və  onların  yaxın  qohumlarının  amanezində  anadangəlmə  inkişaf  qüsuru  ilə 
uşağın doğulmasıdır. 
Hamilə  qadın  xəstəliyə  düçar  olarkən  bu  və  ya  digər  dərman  maddələrndən  istifadə 
etmək məcburiyyətində olur. Özü də müalicə birdəfəlik deyil, ardıcıl olaraq dörd və daha çox 
kurslarla  kimyəvi  dərman  maddələrindən  istifadə  etməklə  terapiya  aparılır.  Belə  situasiyada 
xəstəliklərin özü ilə bərabər onların müalicəsi üçün işlənilən kimyəvi terapevtik maddələr döl 
üçün  əlverişli  olmur.  Döl  iki  tərəfli  –  həm  patoloji  prosesi  əmələ  gətirən  mikrofloranın 
intoksikasiyası,  həm  də  kimyəvi  dərman  maddələrinin  zərərli  təsirinə  məruz  qalır.  Çox  vaxt 
kimyəvi  dərman  maddələrinin  dəfələrlə  və  yüksək  dozalarda  istifadə  edilməsi  də  sərbəst 
surətdə  bir  sıra  patologiyaların  inkişaf  etməsinə  səbəb  olur.  Deməli,  ananın  sağlamlıq 
durumunun  qeyri-kafi  olması,  onun  müxtəlif  infeksion  xəstəliklərə  düçar  olması  döldə 
anadangəlmə  inkişaf  qüsurlarının  əmələ  gəlməsində  risk  faktoru  rolunu  oynaya  bilər.  Ona 
görə  qadın  müalicə  olunub  sağaldıqdan  sonra,  ətraflı  müayinədən  keçdikdən  sonra  hamilə 
olmaq qərarına gəlməlidir ki, hamilə vaxtı döl xoşagəlməz təsirlərə məruz qalmasın. 
Qadınların  bəziləri  hamiləlik  vaxtı  qusma,  baş  ağrıları  olması  və  qadının  xroniki 
xəstəliyinin  kəskinləşməsi  ilə  əlaqədar  olması  ilə  dərman  maddələri  qəbul  etmişdir.  Ən  çox 
işlədilən ağrıkəsicilər, antibiotiklər və s. olub (cədvəl 7). 
 
 
 
Cədvəl 7 
Hamiləlik dövründə antibiotiklərin işlədilməsi 
 
Antibiotiklər  
Əsas qrup  
(n=159) 
Müqayisə qrupu 
(n=318) 
χ
2
; P 
Pensillin  
22  
13,8±2,7% 
16  
5,0±1,2% 
χ
2
 = 11,2 
p< 0,001 
Sefalosporinlər 
3  
1,9±1,1% 


Tetrasiklin 
5  
3,1±1,4% 




Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə