Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/81
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9565
1   ...   54   55   56   57   58   59   60   61   ...   81

122 
Aminoqlikozidlər 
3  
1,9±1,1% 


Makrolidlər  
2  
1,3±0,9% 


Levometsin  
4  
2,5±1,2% 


Cəmi  
39 
24,5±3,4% 
16 
5,0±1,2% 
χ
2
 = 39,5 
p< 0,001 
 
Anaların  anketləşdirilməsi  göstərdi  ki,  əsas  qrupdan  olan  qadınların  100-ü,  yəni 
62,9±3,85%  (cədvəl  4.6)  qrip,  qripə  bənzər  virus  infeksiyasını  keçirdiyi  üçün  onların  39 
(24,9±1,4%)  bu  və  ya  digər  antibiotiklər  ilə  müalicə  alıblar.  Müqayisə  qrupundan  94  qadın 
(29,6±2,6%)  bu  xəstəlikləri  keçirdiklərinə  baxmayaraq,  onların  ancaq  16 -sı,  yəni  5,0±1,2% 

2
=39,5; p<0,001) antibiotiklər qəbul etməyə cürət ediblər. 
Beləliklə,  araşdırmalar  və  iki  qrupun  qadınları  və  doğulan  uşaqları  arasında  aparılan 
müqayisələr  göstərdi  ki,  kontrol  qrupdan,  yəni  sağlam,  anadangəlmə  inkişaf  qüsursuz  uşaq 
doğan  qadınlardan  fərqli  olaraq,  əsas  qrupu  təşkil  edənlər  hamiləlik  vaxtı  müxtəlif  dərman 
maddələrindən  istifadə  ediblər.  Bu  da  onların  həyata  qüsurlu  uşaq  gətirməyin  bir  səbəbidir. 
Çünki hamilə qadının kimyəvi dərman maddələrinin qəbul etməsi dölün normal inkişafı üçün 
böyük risk faktorudur.  
Bunları nəzərə alaraq, alimlərdən Pass R 2001-ci ildə, Orconikidze N.V. 2002-ci ildə, 
kulakov  V.Y.  2006-cı  ildə    virus  və  bakterial  infeksiyalara  yoluxan  qadınların  hamiləliyə 
qədər  və  hamiləlik  dövründə  müayinə  və  diaqnostikanın  alqoritmlər  sistemini  işləyib 
hazırlamışlar.  Bununla  əlaqədar  olaraq,  hamilə  qadınlarda  aşkar  olunmuş  irnfeksiyaların 
müalicəsi  hətta  hamiləlik  zamanı  da  aparıla  bilər.  Lakin  hamiləliyin  gedişinə  kimyəvi 
terapevtik dərmanlarla müdaxilə imkan dairəsində minimallaşdırılmalıdır.  
Ümumiyyətlə,  dərman  maddələrinin  effektivliyi  və  təhlükəsizliyi  perinatologiyada 
indiyə  qədər  çox  aktual  məsələ  olaraq  qalmaqdadır.  Belə  ki,  dərman  maddəl əri  nəinki 
hamiləliyin  gedişinə,  həm  də  dölün  inkişafına  mənfi  təsir  göstərməklə  bərabər,  döldə  gen 
mutasiyasına səbəb ola bilər və ya gen anomaliyalarının ötürülməsini stimulyasiya edə bilər.  
Bundan başqa, dərman preparatlarının bir çoxu cift baryerini keçdikləri üçün, hamiləlik 
dövründə onların tətbiqindən ehtiyatlı olmaq tələb olunmalıdır. Bunun bariz nümunəsi keçən 
əsrin  ortalarında  ABŞ-da,  Yaponiyada  və  s.  baş  verən  və  dünyanı  sarsıdan  «talitamid 
faciəsi»dir. Bu dərman preparatının hamilə qadınlar tərəfindən qəbulu nəticəsində altı mindən 
çox uşaq yuxarı və aşağı ətrafların olmaması və s. qüsurlarla həyata gəlmişdilər. Digər qusma 
əleyhinə, ağrıkəsici, qıcolma əleyhinə preparatlar da bunun kimi dölün inkişafına mənfi təsir 
göstərir.  Əhali  arasında  ən  çox  işlənən  aspirinin  qəbulu  ilə  kariotipdə  dəyişikliyin  əmələ 
gəlməsi mövcuddur. 
Beləliklə,  hamiləlik  vaxtı  qadına  tez-tez  təyin  olunan  və  hər  dəfə  əsaslandırılmayan 
dərman  maddələri  teratogen  risk  amili  rolunu  oynayaraq  döldə  anadangəlmə  inkişaf 
qüsurlarının  əmələ  gəlməsinə  səbəb  olur.  Bu  barədə  bizim  aldığımız  məlumatlar  ədəbiyyat 
göstəriciləri  ilə  uzlaşır.  Göstərilənləri  nəzərə  alaraq  həkimlər  hamiləliyin  ilk  müddətlərində 
infeksion-virus  xəstəliklərinin  müalicəsi  üçün  dərman  maddələrinin  seçilməsi  və  ist ifadə 
edilməsi təkcə cari müalicəvi effekt deyil, eyni zamanda bətndaxili inkişaf qüsurlarının əmələ 
gəlməsinə təsir riskini diqqətdən qaçırmamalıdırlar  
Yekunlaşdıraraq  qeyd  etmək  lazımdır  ki,  hamilə  qadının  keçirdiyi  hər    bir  infeksion-
iltihabi xəstəlik  (hipertermiya nəticəsində intoksikasiya, hipoksiya, hormonal diskorellyasiya 
və s.) teratogen faktor rolunu oynaya bilər. 
 
ƏDƏBİYYAT 
1.
 
Альбицкий  В,Ю.  c  coaвт.  -  «Penpoдyктивное  здоровья  и  поведение  женщин  Росии». 
Казань. 2001, c. 165-231 


123 
2.
 
Баранов  A.A.  -  «B  большинстве  стран  растет  детская  смертность».  Педиатрия  и 
неанотолгия.
 
2004, Meдковност. c. 2-3 
3.
 
Arnold Christianson-Medical Genetics Develo- pinq Counties. 2005, PP. 230-232 
4.
 
Sheikha  Salim  A1  Arrayed-Epidemiology  of  con-  genital  abnormalities  in  Bahrain,  Eastrain 
Mediterranean health journal. V.l. 1975, PP. 248-252 
5.
 
Krikunova N.İ., Minaicheva  L.İ. et  al  «Epidemioloq  of Congenital  malformations in  Gorno-
Altaisk, Altai Republic, Russia». PMİD, (15523853), 2004, Aug. 40 (8)- PP 1134-44 
6.
 
Nelson C.T., G.L.Demmler (197)- «Sytomeqalovirus infection in the preqnant mot- her, fetus 
and newborn infvnt». Clin Perinatal. 1997, 24 (1) - PP. 151-160 
 
ABSTRACT 
M.Ibrahimov 
Frequency of occurrence of the congenital malformation in the newborns in Nakhchivan 
Autonomous Republic 
It was investigated in the perinatal age with the retrospective (1990 -1999
th
 years) analysis 
and prospective (2000-2009
th
 years) observation way, with the purpose of the detection of the 
frequency, form and risks of occurrence of the congenital malformatio n in the newborns, with 
the  purpose  of  preparation  of  their  prophylactics  scheme  in  Nakhchivan  Autonomous 
Republic during 20 years. 
It has been determined that, the number of the newborns with the congenital malformation 
was  increased  with  age.  All  multiple  forms  of  the  congenital  malformation  with  CM 
30,4±3,4%  are  met.  Though  the  sequestrate,  congenital  malformation  of  the  cardiovascular 
system  –  19,0±2,9%  is  in  the  second  place  for  the  frequency  of  occurrence,  the  sequestrate, 
congenital  malformation  of  the  gastrointestinal  tract  –  17,9±2,8%  and  it  is  possible  to  come 
across  with  the  sequestrate,  congenital  malformation  –  10,3±2,2%  from  the  total  amount  of 
CM.  
РЕЗЮМЕ 
М.Ибрагимов 
Новорожденных в Нахичеванской Автономной Республике 
частота встречаемости врожденных пороков развития у  
детей и выявления влияния факторов риска, разработаны схемы их профилактики в 
Нахичеванской  Автономной  Республике  в  течение  20  лет  путем  ретроспективного 
(1990-1999  гг.)  анализа  и  проспективного  (2000-2009  гг.)  наблюдения  в  перинатальном 
возрасте проведены исследования.  
Установлено,  что  с  годами  увеличивается  число  новорожденных  с  врожденными 
пороками  развития.  Наиболее  часто  встречаются  множественные  формы  врожденных 
пороков развития, которые составляют 30,4±3,4% всех ВПР. На втором месте по частоте 
встречаемости  составляют  изолированные  врожденные  пороки  сердечно  сосудистой 
системы – 19,0±2,9%, на третьем месте встречаются изолированные врожденные пороки 
желудочно-кишечного  тракта  17,9±2,8%  и  центральной  нервной  системы  10,3±2,2%  от 
общего количества ВПР. 
 
NDU-nun  Elmi  Şurasının  26  aprel  2016-cı  il  tarixli  qərarı  ilə  çapa 
tövsiyə olunmuşdur (protokol № 09) 
       
   
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə