Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/81
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9565
1   2   3   4   5   6   7   8   9   ...   81

14 
ABSTRACT 
                                                      Aliyar İbragimov 
 
The subalpian plants of Nakhchivan Autonomous Republic (monocotyledoneae) and 
their economic significance 
The  article  provides  information  about  distribution  plants  of      Nakhchivan  Autonomous 
Republic in subalpine zone and their economic importance. The subalpine zone is located between 
the upper  forest  and the  alpine zone on 1800-2800 m  heights  from  above  sea level.  It  determined 
that  in  28  families  combined  81  genera  and  190  species.  Family  Poaceae  Barnhart  is  in  the  first 
place with 35 genera (43,21%) and 73 species (38,42%).  Vegetation of subalpine zone is used as 
hayfield, pasture, fruit, berry and technical-medicinal plants are supplied. 
 
РЕЗЮМЕ 
 
Алияр Ибрагимов 
 
Субальпийские растения Нахчыванской Автономной Республики 
(monocotyledonae) и их экономическое значение 
  В статье даны сведения о распространение субальпийских растений в Нахчыванской 
Автономной  Республике  (класс  однодольные)  и  информированы  об  их  экономической 
значимости.  Субальпийский  пояс    расположень  между  верхне  лесные  зоны  и  альпийский 
пояс,  1800-2800  м    над.  у.м.  Определены,  что  в  28  семейств  объединяться  81  родов  и  190 
видов. Семейство Poaceae Barnhart. 35 родов (43,21%) и 73 видов (38,42%) стоит на первом 
месте.  Растительность  субальпийский  пояс  используются  в  качестве  сенокосы,  пастбища, 
заготовливают фруктоягодные и техническо-лекарственные сырье. 
 
 
 
NDU-nun  Elmi  Şurasının  26  aprel  2016-cı  il  tarixli  qərarı  ilə  çapa 
tövsiyə olunmuşdur (protokol № 09) 
          
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


15 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 6 (76) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 6 (76) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 6 (76) 
 
 
KƏMALƏ ALKİŞİYEVA 
SÜSƏN ABDULLAYEVA 
AMEA-nın Mikrobiologiya İnstitutu 
 
UOT: 582.28 
 
BAKI ŞƏHƏRİ ƏRAZİSİNDƏ YAYILMIŞ CHAETOMİUM CİNSLİ TOKSİGEN 
GÖBƏLƏKLƏR VƏ NÖVLƏRİN EKOLOJİ XARAKTERİSTİKASI 
 
Açar sözlər: Bakı şəhəri, Chaetomium cinsi, mikotoksinlər, mikobiota,  allergenlər, chaeto-
qlobosinlər 
Keywords:  The  city  of  Baku,  species  of  Chaetomium,  mycotoxins,  mycobiota,  allergens, 
chaetoqlobosins  
Ключевые  слова:
  в  городе  БАКУ,
  род 
Chaetomium, 
микотоксины, 
микобиота,
 
аллергены 
 
Chaetomium  cinsli  növlər  Ascomycota  şöbəsinin  Sordariales  sırasına  daxil  olub,  müxtəlif 
mühitlərdə,  xüsusən    sellüoza  ilə  zəngin  substratlarda  və  bitki  qalıqlarında  geniş  formada 
yayılıblar[8].  Növlər  sellüoza  tərkibli  maddələrin  parçalanmasında  xüsusi  rol  oynayır.  Həmçinin 
bəzi  növlər müəyyən bitkilər üçün  endofitlik  xüsusiyyəti daşıyaraq müəyyən bitkilərdə  əksər ağır 
metalların  mənfi  təsirliliyinə  qarşı  tolerantlıq  yaradır.  Bu  baxımdan  cinsin  bir  sıra  nümayəndələri 
qarğıdalı  bitkisində  yaranan  stress  faktoruna  qarşı  müdafiə  roluna  malik  olduğundan  kənd 
təsərrüfatında  istifadə  edilir[6,7].  Ədəbiyyat  məlumatlarına  əsasən  cinsin  95  növü  məlumdur 
(Dictionary of  the Fungi 10th  edition, 2008).  C.atrobrunneum, C.cupreum, C.globosum, C.murro-
rum, C.funicola  ,  C.  carinthiacum, C. elatum,  C.  grande, C. interruptum,  C. iranianum, C. Jatro-
phae, C. megalocarpum, C. rectangulare, C. strumarium, C. truncatulum, C. olivaceum, C. Undu-
latulum  kimi  növlər  cinsin  ətraflı  şəkildə  öyrənilmiş  nümayəndələridir[3].  Bununla  belə  növlərin 
çoxsaylı mənfi xüsusiyyətləri də məlumdur. Cinsə daxil olan nümayəndələr iqtisadi baxımdan əhə-
miyyətli olan müxtəlif bitki və tərəvəz məhsullarında geniş məskunlaşaraq  məhsulların yüksək tok-
sikliyi  ilə  seçilən  mikotoksinlərlə  çirklənməsinə  səbəb  olur.  Eyni  zamanda  növlər  potensial 
patogenlik  xassəsi göstərərək  insan və heyvan orqanizmlərində müəyyən mənfi  təsirlər  yaratmaq 
qabiliyyətinə malikdirlər. Belə ki, cinsə mənsub növlər tərəfindən sintez olunma nəticəsində  miko-
toksinlərlə    çirklənmiş  məhsulların  insan  və  heyvan  orqanizmləri  tərəfindən  qəbulu,  həmçinin  də 
aeromikotada  yayılmış    növlər  tərəfindən  sintez  olunan  aerogen  askosporların  hava  axını  ilə 
tənəffüs vasitəsilə qəbulu zamanı bu nümayəndələrin canlı orqanizmlərə hepatotoksik, mutagenik, 
nevrotoksiki,  dermotoksiki,  immunotoksiki  və  allergiya  ilə  nəticələnməsi  mümkün  olan  mənfi 
təsirləri qeyd edilir[4,5,10]. Həmçinin cinsə məxsus növlər tərəfindən sintez olunan aerogen sporlar 
çox  yüngül  olduqlarından  məişət  mühitində  sürətlə  yayılmaq  qabiliyyətinə  malikdir  və  əksər 
tədqiqatlar  göstərir ki,  növlər tərəfindən sintez olunan Chaetoqlobosin Avə B,  cochliodinol və  bu 
kimi digər mikotoksinlər hüceyrədə baş verən replikasiya prosesini məhdudlaşdırmaqla əksər bitki, 
heyvan və insan orqanizmləri üçün sitotoksiki təsir göstərir[9,11].  
Cinsin  bütün  qeyd  edilən  göstəriciləri  növlərin  geniş  miqyaslı  mənfi  təsirlərinin  olmasını 
göstərir.  Bu  səbəbdən  ərazidə  yayılan    patogen,  opportunist-  patogen  və  xüsusən  də  toksigen 
nümayəndələrin  ərazidəki  say  və  növ  tərkibinin,  yayılma  xüsusiyyətlərinin  və  nümayəndələrin 
inkişafı  üçün  optimal  mühit  şəraitinin    müəyyənləşdirilməsi  və  ətraflı  şəkildə  öyrənilməsi  xüsusi 
əhəmiyyət  kəsb  edir.  Eyni  zamanda    bütünlüklə  qeyd  edilmiş  əlamətlərin  qiymətləndirilməsi 
mövcud  olan  torpaq  mikrobiotasının  keyfiyyət  dəyişkənliklərini  öyrənməyə  əsas  verir.  Həmçinin, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə