Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə60/81
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9565
1   ...   56   57   58   59   60   61   62   63   ...   81

126 
patologiyalarının əsas risk faktoru  hormonal  disbalans olsa da genetik faktör , ekoloji faktorlar da 
inkar edilə bilməz. Estrogenin qanda yüksəkliyi və ya uzun müddət estrogenin təsiri altında olması 
(menarche  12  yaşdan-tez  menapauza  -50  yuxarı  yaşadan  sonra  baş  verməsi  ).  Kiçik  çanaq 
üzvlərinin iltihabı xəstəlikləri, yumurtalıq polikiztozu. Reproduktiv funksiyanın pozğunluğu , doğuş 
sayının az , 1-2 olması , ilk hamiləliyin 30  yasdan sonra olması. Hamiləliyin  süni  və  öz-özünə 
pozulması əməliyyatı , ana südü ilə uşağı qidalandırmama və ya qısa müddət 3- 5 ay qidalandırma, 
süd  vəzin  travmadan  zədələnməsi.  Sress,  Psixoloji  faktor-neyroendokrin  tənzimləmənin 
pozulmasının səbəbi  olduğu üçün Stress,  psixi   travmalar,   nevroz, depresiya , kontraseptivlərdən 
düzgün  istifadə  etməmək,  uzun  müddət    sonsuzluğa  görə  müalicə,  Ekstrakorporal  mayalanma-
əməliyyatına  dəfələrlə  müraciət  qaraciyərin  xəstəlikləri,  yodyetərsizliyi.  Endokrin  xəstəliklərdən 
qalxanabənzər vəzi xəstəlikləri, II tip şəkərli diabet polikistik yumurtalıq sindromu,  FK xəstəliklər-
yumurtalıqların  polkistozu  sindromunda  2  qadından  birində  rast  gəlinir.  Bir    tərəfdən  burada 
progestron  defisiti  və  insulin  rezistentliyi  süd  vəzilərinin  proliferasiyasına  səbəbdir.  F.K  xəstəlik 
süd  vəzinin  xoşxassəli  xəstəliyi  olub  süd  vəzi  xərçənginə  yüksək  riskli  deyildir.  Ancaq  bəzi 
patolojik hallarda bu riskin 2 dəfə artdığını da unutmaq olmaz. 
 
1.Tədqiqatın  məqsədi:    Bəlli  yaş  qruplarında  qadınlarda  süd  vəzi  mastopatiyasının  rast 
gəlməsinin öyrənilməsi 
   2.Tədqiqatın  obyekti:    NAX  MR  Onkoloji  ve  Doğum  mərkəzinə  müraciət  edən  214 
qadının ambulator kartasi 
   3.Tədqiqatın  aparıldığı  yer:  NDU  –Tibb  fakültəsi  ,  NAX  MR  Doğum    mərkəziİ,  NAX 
MR Onkoloji mərkəzi
 
Süd  vəzi    xəstəliklərinin  diaqnostikası.  Anamnezin  toplanması,  baxış,  əllə  müayinə  ilk 
diaqnostik  məlumat  verir.  Sonra  klinik,    müayinə  USM-doplero  sonoqrafiya,  rentgenoloji 
kompyuter  tomoqrafiya    aparılır.  Mamoqrafiya  yüksək    həssaslıq    spesifiklik  göstərir.  Əllə  hiss 
olunmayan  mikrokalsinatları, kiçik törəmələri aşkarlamaqda yardım edir. USM – gənc  yaşlarda, 40  
yaşdan  yuxarı  isə  mamoqrafiya  effektiv  müayinə  sayılır. Bu  iki   müayinənin  kombinasiyası  
optimal    diaqnostik    metoddur.  Termoqrafiya  –  orqanizmin    infraqırmızı    şüalarının    teleekranda  
qeyd  olunmasıdır. Simmetrik  nöqtələrdə  temperatur  fərqi  patoloji prosesə  şübhə  yaradır.   
Klinika-  süd  vəzilərində  aybaşı  qabağı  ağrılarla  xarakterizə  olunur.  Ağrılar  müxtəlif 
intensivlikdə  və  xarakterdə  olur.  Bəzən  ağrılar,  çiyinə,  qoltuqaltına,  kürəyə  vurur.  FK-
mastopatiyanın diffuz formasında –ağrıları, mastalgiya- mastodiniya süd vəzində şişkinlik baş verir. 
Xəstələrdə depressiya, yuxu pozğunluğu,  kanserofobiya  başlayır. 
  
 
 
XƏSTƏLƏRİN 
YAŞI 
 
MASTOPATİYANIN RASTGƏLMƏSİ   (%lə) 
  20-25 
  2,7% 
  26-30 
  11% 
  31-35 
  24% 
  36-40 
  37% 
  41-45 
  18,4 


127 
  46-50 
  6.1% 
  51-55 
  0,8% 
 
     Bu cədvəldən görünür ki, mastopatiyaya qadınlarda 35-40 yaşlar arasında daha çox rast 
gəlinir. Orta yaşlı qadınlarda mastopatiyanın rastgəlmə tezliyi daha çoxdur.    
 Müşahidələr göstərib ki, abort sayı artdıqca mastopatiyanın rastgəlmə riski artır. 
Xəstələrin yaşı 
 Abort sayı % lə 
  20-25 
  3,7 % 
  26-30 
  21,4% 
  31-35 
  25% 
  36-40 
  26,1% 
  41-45 
  12% 
  46-50 
  9,6% 
  51-55 
  2,2% 
Tədqiqat işinin nəticələrinin müzakirəsi Naxçıvan MR Onkoloji Mərkəzinə 2014-2015-ci il 
ərzində 214 xəstə süd vəzi ilə əlaqəli şikayətlə muraciət etmişdir. Bunlardan 68 nəfərinə süd vəzinin 
bədxassəli  şişi,146  nəfərinə isə mastopatiya diaqnozu qoyulmuşdur. Mastopatiyalı xəstələrin 24-ü 
düyünlü,42-si  fibrokistoz,  80-ni  isə  diffuz  mastopatiyadır.  Bu  xəstələrdən  118-i  evlidir.  Onlardan 
106 nəfərində doğuş olub,qalan 12 nəfərdə isə hamiləlik və doğuş olmamışdir.  Beləliklə ən çox 36-
40  yaşlılarda  mastopatiyanın  rast  gəlmə  tezliyi  37%,  daha  sonra  31-35  yaşlılarda  24%,  41-45 
yaşlılarda isə daha az18,4% olmuşdur. 
Türk  dr-Hamdi  Köçerin  fikrində  qərb  təbabətində  Fibrokistik  döş  strukturu  adlanan 
fibrokistik xəstəliyin əslində xəstəlik deyil fizyolojik proses olduğunu müalicəyə gərək olmadığını 
,xərçəngə  çevrilmə  ehtimalının  olmadığını  iddia  edir.  Fibrokistik  dəyişikliklər  əslində  qadın 
orqanizmindi  estrogen  progestron  ifrazındakı  dəyişikliklərin  fizyolojik  nəticəsi  hesab  edir. 
Mastopatiyanın heç bir zərəri yoxdur və müalicə olunmamalıdır. Həkim Hamdi Koçer orqanizmin 
fizyoloji halı adlandırdığı mastopatiyanın hormonal dəyişikliyinin nəticəsi olduğunu da qeyd edir, 
ancaq  artan  estrogen  hormonunun  zərər  verə  biləcəyini  unudur.  Doğrudur    mastopatiyanın 
təsnifatında  göstərdiyimiz  kimi  uşaqlığın  fibromioması,  endometriyanın  hiperplaziyası  ilə  sinxron 
inkişafı  xərçəngin  etioloji  səbəblərindən  1-  nin  də  qadın  orqanizminin  uzun  müddət-  menarxe 
menapauza arasındakı 45-48 il estrogenlərin təsiri altında olanlarda, tez tez hamiləliyin pozulması 
əməliyyatı  aparılan  qadınların,  klimakterik  dövrdə  əvəzləyici  hormonoterapiya  alan  qadınların 
uşaqlıq  və  süd  vəzi  xərçənginə  tutulduğu    hamıya    məlumdur.  Hələ  kontraseptivlərin  yeni  tətbiq 
olunduğu  illərdə  qadınlarda  qəbul  etdikləri    estrogen  tərkibli  dərman  preparatlarının  süd  vəzi 
xərçənginə  səbəb  olduğu  da  məlumdur.    Əgər  dishormonal    pozğunluq  diqqətə    alınmazsa    buna  
fizyoloji      proses  deyilb  keçilirsə  bu  zaman  bu  yanlışlıq  şərq  deyil,  qərb  təbabətindədir.  Süd 
vəzilərinin  xoşxassəli  xəstəliklərinin  müalicəsində    progesteron  defisiti    zamanı  –  progestron 
tərkibli  projestojel,  dəri  üstü  alikator  kimi  işlədilir.  Nəticədə  epitelial  mitozun  estrogenlə 
stimulyasiyası  azalır.  Projestojel  -100qr.  jeldə  1qr.  progestron  saxlayan  preparatdır,  aybaşının  16-
25-ci günləri arasında  gündə 1 dəfə süd vəzinə az miqdarda 2,5qr sürtülür, 3-4 ay sonrakı klinik ef-
fekti 82-97% olduğu W.Scrocderin  araşdırmalarında qeyd olunur. Düyünlü formada hökmən onko-
loqun  məsləhəti  lazımdır.  Onun məsləhətindən sonra konservativ terapiya tətbiq oluna bilər, yenə 
də üstünlük  projestojelə verilir. FK-xəstəliklər zamanı KOK aşağı dozalı , monofazalı preparatlar, 
tərkibində  zəif  anti  mineralokortikoidlər  olan  hestogen  tərkibli  qestoden,  drospirenon  və  ya 
natriumuretik  effekti olan  dezoqestrel tətbiq olunması məsləhətdir.  Çünki bu  preparatlar  bədənin  
müxtlif    toxumalarında  o  cümlədən  süd  vəzilərində  maye  toplanmasına  mane  olur.  Postmeno-
pazadankı  qadınlarda  hormonla  terapiyadan  seçici  istifadə  olunmalıdır.  Anjelica(estradiol 
+drospirenon),  Femiston  (estradiol+  didrogestron)  və  ya  əvəzləyici  terapiyanın  digər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə