Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)


Xroniki Böyrək xəstəliyin diaqnozu və sinifləndirilməsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə63/81
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9565
1   ...   59   60   61   62   63   64   65   66   ...   81

132 
Xroniki Böyrək xəstəliyin diaqnozu və sinifləndirilməsi.  
a)YFS  üç aydan cox zaman ərzində  <60 ml dəq 1,73 m
2
 olması 
b)Patoloji  və  laborator  (  proteinuriya,hematuriya,mikroalbuminuriya)  analizlərdə    və  ya 
radioloji  görüntülərdə  üç  aydan  çox  davam  edən  böyrək  zədələnməsi  əlamətlərinin  olması 
(proteinuriya,hematuriya,mikroalbuminuriya). 
XBX yumaqcıqların filtirasiya sürətində meydana gələn  azalmaya görə beş yerə bölünür. 
 
1-ci 
dərəcə 
Normal YFS 
YFS     90ml dəq.-1.73m
2
 
2-ci 
dərəcə 
Yüngül dərəcəli pozulma 
YFS  60-89ml dəq.1.73m

3-cü 
dərəcə 
Orta dərəcəli pozulma 
YFS  30-59 ml dəq.-1.73

4-cü 
dərəcə 
Ağır dərəcəli pozulma 
YFS  15-29 ml dəq.-1.73m

5-ci 
dərəcə 
Son  dərəcə  ağır    böyrək 
çatmazlığı 
YFS    15 ml dəq.-1.73 m

 
Bəzən    böyrək    çatmazlığı  olan  xəstələrdə  böyrəklər  müəyyən  nisbətdə  işlərini  görür  .  24 
saatda sidik  xaric olması >100 ml isə böyrək qalan funksiyasını yerinə yetirə bilməsini göstərir.  Bu 
qalan funksiya nə qədər aşağıdırsa  ölüm nisbəti , iki diyaliz arasındakı  ağırlıq bir o qədər artar və 
hemodiyaliz  edilən xəstələrdə əriyən maddə klirensi ( solüt klirens) o qədər pis olar. 
Xroniki Böyrək xəstəliyinin etiologiyası və yayılması 
Diabetik  nefropatiya  ,hipertenziv  skleroz  ,qlomerulanefrit  birinci  olmaqla  interstisyal 
xəstəliklər  ,  böyrəyin  damar  dəyisiklikləri    və  qalıcı  bəzi  böyrək  xəstəlikləri    xroniki  böyrək 
xəstəliyinin əsas etiologiyasıdir. 
Araşdirmalara  görə  XBX    yayılması  Türkiyədə  15.7%  ,  ABŞ  13.1%    ,Norveç    10.2  %  
Azərbaycanda 9,8% , Naxçıvanda 9,2% dir. 
    Əməliyyat önü  anestezioloji metodlar 
Xroniki böyrək  xəstəliyi  olan xəstələrdə tez-tez hipertoniya ,səkərli diabet,  periferik damar 
xəstəliyi  və  kardioloji  ağırlaşmalarla    birlikdə  rast  gəlinə  bilir.Bu  xəstələrdə  anestezioloqun 
əməliyyat önü dövrdəki əsas məqsədi xəstəliyin dövrlərinə görə dəyişiklikləri öyrənməkdir  .Yüngül 
və  orta  dərəcəli  böyrək  xəstəliyində    məqsəd  xəstələrin  əməliyyatönü    dövrdə    cərrahi 
stresə,qanaxma nəticəsində əmələ gələn  hipovalemiya və yanaşı  xəstəliklərə  anestetik dərmanların 
təsiri  nəticəsində  əmələ  gələn  ağırlaşmaların  qarşısını  almaqdır.  Ola  biləcək  ağırlaşmaların  təsiri 
nəticəsində isə , xüsusilə əməliyyatdan  sonrakı  dövrdə ortaya çıxan böyrək çatmazlığından  ölüm 
faizi  50-60%  artır.Böyrəklərin  okigenlə  təchiz  olunmasının  azalması    böyrəyin  işemiyası  ilə 
nəticələnir.Qanaxma isə hipovalemiya ,hipotoniya və  anemiyanın əmələ gəlməsinə səbəb olur.  
Son  dövrlərdə  böyrək  çatışmazlığının  ağırlaşmasının  qarşısını  almaq  üçün  həmin  xəstələri 
əməliyyatönü dövrdə dializ olunmasına çalışırlar .Böyrək çatışmazlığı təkcə  hemostazı,  bədəndə 
maye-elektrod tarazlığını pozmur ,həm də bütün orqanların fəaliyyətinin dəyişməsinə səbəb olur.  
Kiçik  əməliyyatlar üçün standart anesteziya monitor göstəriciləri  kifayət edir, ancaq böyük 
cərrahi  əməliyyatlar  zamanı  mütləq  invazif  arterial  monitor  göstəriciləri  lazımdır.Bu  xəstələrdə 
vena  yolu  mütləq  tapılmalıdır.Xroniki  böyrək  xəstəliyinin  hər  dövründə  xəstələr  potensial  bir 
hemodializ  xəstəsi  kimi  görülməlidir.Bu  səbəblə  anesteziya  dərmanları  verilən  damar  yolu  da 
diqqətlə  seçilməlidir.Bu  xəstələrdə  ilkin  seçim  distal  periferik  damarlardır  .Xüsusilədə  əlin 
üzərindəki damarlar  seçilməlidir və sağlam vena mütləq qorunmalıdır.Əsasən oliquriya və anuriyalı 
xəstələrdə maye köçürülməsi niyyətilə mərkəzi venaların xüsusi ilə sağ vidaci venanın ağırlaşmaları 
nəsbətən  çox  az  olduğuna  görə  ilk  seçilməlidir.Son  vaxtlar  böyrək  çatışmazlığı  olan  xəstələrdə 
planlı  cərrahi  əməliyyatdan  bir  gün  əvvəl  diyaliz  edilməsi  məsləhət  bilinir.Bunu  etdikdən  sonra 
elektrolit  ,metabolik  və  maye  göstəriciləri  norma  daxilində    ola  bilər.Bu  xəstə  qrupunda  kiçik 
əməliyyatlar  ərəfəsində  intravenoz  maye  istifadə  olunması  azaldılmalıdır.Böyük    cərrahi 
əməliyyatlarda  isə  ürəyin  əvvəlki  yükünü  saxlayaraq    hipotoniyaya  ,qanaxma  və  total  maye 


133 
itkilərinə  yaxından  diqqət  edilərək  vurulmalıdır.Böyrək  çatışmazlığının  axırıncı  fazasında  olan 
xəstələrdə  uremik  ensefalopatiya  olur  .Bu  xəstələrdə      təcili  əməliyyata  göstəriş  olduğu    zaman 
diyaliz edilməyə vaxt olmadığı üçün, bu xəstələrdə havayolunu qorumaq məqsədi ilə endotraxeyal 
intubasiya  edilməlidir.Bu  xəstələrdə  nevroloji  əlamətlər  (konfizyon  ve  yuxululuq  kimi  )  ön 
sıradadır.Həmin  xəstələrdə  əməliyyatönü    dövrdə  maye  çox  köçürülməsi  ağciyər  ödeminin  əmələ 
gətirməsinə  səbəb  olacağını  yaddan  çıxarmaq  olmaz.XBX-yi  xəstələrdə    metabolik    asidoz  da 
yanaşı  getdiyi  üçün  əməliyyatdan  sonrakı    dövrdə  dializə  başlayan  zaman  tənəffüs  çatmazlığı 
yarana bilər,buna görə süni tənəffüs aparatı  hazır vəziyyətdə olmalıdır.  
Eritropoetin  azlığına görə böyrək xəstələrində  anemiya da olur.Trombositlərin disfunksiyası  
və  Von  Willebrand    faktoru  səviyyələrinin  azalması  ilə  əlaqədər    qanaxma  riski  artır.Uremiyada 
trombositlərin  aqreqasiyası  və  yapışqanlığı  pozulur.Bu  səbəblə  uremiyaya  şübhə  varsa    mütləq 
əməliyyatönü  dövrdə  xəstə  dializ  olunmalıdır.Vazopressinin  analoqu  olan  desmopressin  (Von 
Willebrand  faktoru  və    faktor  7-nin  səviyyəsini  artırdığı  üçün  )  uremık  koaquliyopatiyanın 
müalicəsində istifadə olunur. 
Əməliyyat  önü  dövrdə    anesteziyaya  hazırlıq  zamanı      əsas  problemlərdən  biri  də    bu 
xəstələrdə  tez-tez  rast  gəlinən  elektrolit  dəyişikliyidir.  (hiperkalemiya,  hipokalsemiya, 
hiperfosfotomiya kimi ). Bu səbəbdən xüsusi ilə  böyük cərrahi əməliyyatlarda tez-tez arterial qan 
qazı  yoxlanılmalıdır.  Əsasən  də  sürətli  qan  transfuziyası    olunan  xəstələrin    kəskin  dövrdə  
hiperkalemiya  tez-tez  rast  gəlinir  və  mütləq  müalicə  lazımdır.İntravenoz  insulin-dekstroz  
məhlulları    və  sidik  də  kalium  xaric  olmasına  səbəb  olan  diuretiklərlə  müalicə  edilməlidir. 
Hiperkalemiyaya  meyilli olan xəstələrdə  qan transfuziya edilməsi məsləhət bilinərkən çox zaman 
intiravenoz kristalloid məhlul olaraq  kalium  olmayan 0.9% natrii xlorid məhlulları seçilir. Lakin 
bu zaman xlor  hiperxloremik metabolik  asidoza səbəb olduğu üçün, natrii xlor vurulan xəstələrdə 
hiperkalemiya    daha  yüksək  olur.Qaraciyər  funksiyalar  normal  ,lakin  böyrək  çatışmazlığı    olan  
xəstələrdə intravenoz kristalloid məhlul olaraq Ringer Laktat seçilməlidir. 
Böyrək  çatışmazlığı  olan  xəstələrdə  regionar  anesteziya(  spinal,epidural)  edildikdə 
əməliyyatönü dövrdə maye köçürülməsi hipotoniyanin qarşısını almaq üçün lazımdır.Bu xəstələrdə   
qan təzyiqinin aşağı düşməsi zamanı onu korreksiya etmək digər  normal  xəstədəkinə nisbətə  çətin 
olur .Uremik neyropatiya  yaranan xəstələrdə isə   paresteziya əlamətləri olduğu  üçün bu bloklarin 
yerinin təyini  hal-hazırda mübahisə mövzusudur. 
Xroniki Böyrək xəstəliyi olanlarda farmokoloji dəyisikliklər. 
Dərmanlarin  əksəriyyəti,  bədəndən  böyrəklər  vasitəsi  ilə  xaric  olunur.Suda  həll  olan 
maddələrin  çoxu    dəyişilmədən  ,yağda  həll  olunan  maddələr  isə    suda  həll  olunan  metabolitlərə 
çevrildikdən   sonra sidik vasitəsilə xaric olunur.XBX olanlarda dərmanların həzm edilmə  vaxtının  
və intestinal sorulmanın uzanması  , xüsusilə  iki dializ seans arasında  yayılma həcminin diqqətə 
çarpan  dərəcədə  dəyişməsi  səbəb  ilə  onların  farmakokinetikası  da  dəyişilir.Bu  vəziyyətdə  qanda 
dərmanların  özü  ilə  bərabər  onun  metabolitləri  də  toplana  bilər.XBX  olan  xəstələrdə  anesteziya 
metodu seçilərkən,  böyrək çatışmazlığının ciddiyətini və istifadə olunan dərmanların xüsusiyyətləri 
bilmək anestezioloq üçün həyati dərəcədə vacibdir. 
          Lokal anestetiklər 
Metabolik  asidoz  olduqda  lokal  anesteziklərin  sərbəst  miqdarı  artar.Eyni  zamanda  mərkəzi 
sinir  sisteminin    lokal  anesteziklərin  toksiki  təsirlərə  qarşı  dözüm  dozası  aşağı  düşür  .Bu  hal 
xüsusən  bupivakain  istifadə  edilməsi  zamanı  daha  tez-  tez  rast  gəlinir.Bu  səbəblə  asidozlu 
xəstələrdə ümumi  istifadə olunan lokal anesteziklərin dozası 25% azaldılmalıdır. 
Anestezioloji dərmanlar                                                                                             
Propofol-  vena  daxili  istifadə  olunan  dərmandir.Reanmasiyada  ,əməliyyatlarda  və  əməliyyat  
xarici    anesteziya  məqsədilə  tez-tez  istifade  olunur.  Diyaliz  olan  xəstələrədə  dərmanın  dozasında 
dəyişikliklərə ehtiyac yoxdur. 
TİOPENTAL  –venadaxili  istifadə  olunan  anestetikdir.Böyrək    çatışmazlığında  yayılma  
həcmi  artır  və  plazma    birləşməsi  nisbətən  azalır.Bu  zaman  beyin  daha  yüksək  dozada  sərbəst 
dərman  konsantrasyonuna  məruz  qalır.  Bu  səbəblə  dializ    olan  xəstələrə  dozalar 
uyğunlaşdırılmalıdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə