Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə66/81
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9565
1   ...   62   63   64   65   66   67   68   69   ...   81

138 
mühafizəsi təmin edilmış olsun. Yüksək gərginlikli bütün elementlər üzlüklərlə izolyasiya olunmalı, 
elektrik dövrəsi yerə birləşdirilməlidir. Zavoddan aparat  buraxılanda, rentgen kabinetləri təhvil və 
istismara  veriləndə  yerə  birləşdirilmənin  keyfiyyəti  yoxlanılmalıdır.  Yerə  birləşdirilmədə  istifadə 
olunan kabeli su boruları, mərkəzi istilik və kanalizasiya sistemlərinə, o cümlədən isti və partlayış 
təhlükəli  xəlitələrdən  hazırlanmış  materiallara  birləşdirmək  qəti  qdağandır.  Rentgen  aparat  və 
avadanlıqlarına  məxsus  elektrik  kabelləri,  rentgen  kompleksinin  birləşdirici  elementləri, 
qidalandırıcı  elektrik  şəbəkələri  döşəməinin  altında,  dərin  yerdə,  izolyasiya  olunmuş  və  uzununa 
vəziyyətdə  yerləşdirilməklə    mexaniki  və  kimyəvi  təsirlərdən  qorunmalıdır.  Rentgen  kabineti 
yerləşən yerin divar, döşəmə və digər avadanlıqların səthinə çəkilmiş qurğuşun və onun qeyri-üzvi 
birləşmələrinin  yol  verilən  konsentrasiya  həddi    0,5    mq/sm

-dən  artıq  olmamalıdır.  Qurğuşunun 
insan  orqanizminə  zərərli  təsirini  zəiflətməkdən  ötəri  həmin  əşyaların  səthinə  ikiqat  yağlı  və  ya 
emallı  boya  çəkilməlidir.  Fərdi  mühafizə  vasitələri  içərisinə  klyonka  örtük  çəkilmiş  yeşik  və  ya 
qutularda  saxlanılmalıdır.  Qurğuşunlu  əlcəyin  altından  qalın  pambıq  əlcək  geymək  lazımdır  ki, 
qurğuşunun  ələ  təmasının  qarşısı  alınsın.  İşin  sonunda  fərdi  mühafizə  vasitələri  (FMV)  isti  su  və 
sabunla yuyulur, spirtlə silinir, bundan əlavə isə əlcəklərin  daxili səthinə talk tozu səpilir. 
 
Elektrorentgenoqrafiya  aparatı ilə  işləyən zaman iş yerinin  havasında stirol (qələvi sabun), 
ozon,  azot  oksidləri,  toluol  və  aseton  buxarlarının  zərərli  qarışıqları  əmələ  gəlir  ki,  qarışıqların 
miqdarı  yol  verilən  konsentrasiya  həddindən  (YVKH)  çox  olarsa  bu,  orqanizmin    intoksikasiyası  
(zəhərlənməsi) ilə nəticələnə bilər.  
İş  yerinin  havasında  stirol    5  mq/m
3
-dən,  ozon  və  azot  oksidləri    0,1  mq/m
3
-dən,  aseton 
buxarları    200  mq/m
3
-dən,  toluol  buxarları    50  mq/m
3
-dən  çox  olmamalıdır.  Zərərli  qarışıqların 
konsentrasiyasını  azltmaq  məqsədi  ilə  şüa  diaqnostikasına  aid  kabinet  və  otaqların  hamısı 
kondinsionerlə təchiz edilməlidir. Bu otaqlarda hava mübadiləsinin tezliyi isə 3-ə bərabər olmalıdır. 
O  cümlədən,  kserolaboratoriya  işçilərinin  hər  birinin  FMV  dəstinə    fərdi  respiratorlar  da  əlavə 
olunmalıdır.   
 
 
 
 
Küyün  (səs  dalğalarının)  artması  personalların  səhhətinə  mənfi  təsir  etdiyindən,  onun 
səviyyəsi 60 dB-dən (desibel) çox olmamaldır. Radiasiyadan mühafizə vasitələri iki yerə bölünür: 
kollektiv  və  fərdi.  Kollektiv  mühafizə  vasitələri  (KMV).  Rentgen  şüalarından  qorunmaq,  perso-
nalların  və  pasiyentlərin  etibarlı  mühafizəsini  təmin  etmək  üçün  qurğuşun  polivinilxlorid 
materiallarından  aparat  və  avadanlıqların  üzlənməsində    örtük  kimi  istifadə  olunur.  Qurğuşun 
polivinilxlorid  məmulatının  toksiklik  əmsalı  80-dir  (  nor-mada  70-120).  RENEKS  markalı  fərdi 
rentgendənmühafizə  vasitələri  qurğuşunun  ekvivalentinə  uyğun  olub    ГОСТ    Р    51534  -  99  -un 
tələblərinə cavab verməlidir ( Pb  0,25  mm;  Pb  0,35  mm;  Pb  0,50  mm;  Pb 1,0  mm ). 
 
Rentgen  aparatlarının  yerləşdiyi  kabinet  və  otaqlar,  onların  qonşuluğundakı  yerlər  inşaat 
konstuksiyasına  uyğun  tikilməlidir.  Rentgen  kabinetlərinin  döşəməsi  torpaq  üstdə,  tavan  isə  dam 
örtüyü  altında  olmaqla  ionlaşdırıcı  şüaların  təmasına  yol  verməmək  üçün  divarlar  baritobeton, 
beton,  kərpic  və  digər  ağır  tikinti    materiallarından    inşa  olunmalıdır.  İki  ildən  bir  isə  şüa 
daqnostikası tikililərinin  radiasiya mühafizəsinin qoruyuculuq effekti yoxlanılmalıdır.   
 
Stasionar  rentgen  kabinetləri  layihələşdirilərkən,  tikilərkən,  aparatlar  quraş-dırılarkən, 
onların yeri, kanalları, lyukləri, lazımi kommunikasiya vasitələrinin yerləri, transportyorların tezliyi, 
kasetlər  və  digər  qoruyucu  vasitələr  nəzərə  alınmalıdır.    Rentgen    kabinetinin    qapısı  şüaların 
bərabər səviyyədə zəiflədilməsi məqsədi ilə kip olmalı, səthinə çəkilən qoruyucu örtük isə normativ 
sənədlərin  tələblərinə  cavab  verməlidir.  Qurğuşunun  ekvivalentinə  uyğun  pəncərə  şüşələrinin 
səthinə  qurğuşun  təbəqə  çəkilməlidir.  Rentgen  aparatlarının  işlədilməsində  böyük  və  kiçik 
şirmaların  rolu  qoruyucu  vasitə  kimi  əvəzsizdir.  Şirmaların  hərəkətini  təmin  etmək  məqsədi  ilə 
onlar təkərlə təchiz olunmalıdır. Radiasiya təhlükəsizliyinin təmini məqsədi ilə rentgen kabinetinin 
çıxış  qapısının  yanında    1,6  m  hündürlükdə  ağ  və  ya  qırmızı  rənglə  yazılmış  işiqlandı-rıcının 
üzərində  “Daxil olmayın”  nişanı   avtomatik  olaraq elə quraşdırılmalıdır ki, rentgenoloji müayinə 
gedən zaman tibb işçilərini və digər şəxsləri xəbərdar edə  bilsin.   
 
 
 
 
Müasir  rentgenoloji  müayinələr  zamanı  şüalanmanın  təsir  zonasında  personalların  qalma 
müddətlərini  azaltmaq  üçün  çoxkanallı  televiziya  qurğularından  istifadə  olunur.  Bu  zaman 
rentgenoloji müşahidəni bir yox, bir neçə mütəxəssisin  təhlükəsiz  zonada  aparması  mümkündür.


139 
 
Fərdi mühafizə vasitələri (FMV). Əlcək, önlük, yubka, eynək FMV-ə aid olub, qurğuşunun 
ekvivalenti      0,3  mm-dən  çox  olmamalıdır.  Bütün    FMV  zavodun  ştampı  və  ya  qeydləri  ilə 
işarələnməli, qurğuşun ekvivalentinin yoxlanma tarixi göstərilməlidir. Qurğuşun ekvivalenti 3 ildə 
bir dəfədən az olmamaqla yoxlanılmalıdır.   
 
 
 
 
 
 
 
Rentgen  kabinetlərinin  bütün  personalları  gördükləri  işin  xüsusiyyətlərinə  uyğun  olaraq 
qarşıda  sadalanan  FMV  ilə  təmin  olunmalıdır:  rentgendənmühafizə  yaxalığı  (RMY), 
rentgendənmühafizə  papağı  (RMP),  birtərəfli  rentgendən  mühafizə    önlüyü  (BRMÖ),  ikitərəfli 
rentgendənmühafizə  önlüyü  (İRMÖ),  rentgendən-mühafizə  eynəyi  (RME),  rentgendənmühafizə 
əlcəyi (RMƏ).  
Aparılacaq  rentgenoloji  və  radioloji  müayinləin  xarakterinə  uyğun  olaraq  mütləq  qaydada 
pasiyentlər rentgendənmühafizə çiyinliyi (RMÇ), rentgendən-mühafizə önlüyü (RMÖ), stomatoloji 
rentgendənmühafizə  önlüyü  (SRMÖ),  rentgendənmühafizə  yubkası  (RMY),  rentgendənmühafizə 
lövhəsi  (RML),  rentgendənmühafizə  lövhələr  dəsti  (RMLD)  və    uşaqlar  isə  rentgendənmühafizə 
mikropediatriya dəsti (RMMD),  rentgendənmühafizə uşaq  eynəyi  (RMUE), rentgendənmühafizə  
uşaq  döşlüyü  (RMUD), rentgendənmühafizə  uşaq  yubkası (RMUY), rentgendənmühafizə  uşaq  
birtərəfli önlüyü (RUBÖ) kimi fərdi mühafizə vasitələri ilə  təchiz olunmalıdırlar. 
 
 
Dozimetrik nəzarətin aparılması. Şüalanmanın ölçülməsı dozimetriya adlanır. Şüalanmanın 
ölçülməsi    bir  və  ya  bir  neçə  növə  görə  aparıla  bilər.  Renrgen  şüalarını  ölçən  alətə  rentgenometr 
deyilir  və  ölçü  vahidi  hər  cizgi  üzrə    göstərici  olaraq  rentgen  (R)  kimi  qeyd  edilir.  Radiasiya 
təhlükəsizliyinin  təmin  olunması  məqsədi  ilə  ölçmələrin  aparılması  üçün    istifadə  olunan  cihaz 
radiometr adlanır. Dozimetrik alətlər stasionar və daşınan tipli olmaqla iki qrupa bölünür. Şüalanma 
zonasında hər hansı bir insanın şüalanma dərəcəsini təyin etməyə fərdi dozimetriya deyilir. 
 
Hazırda  detektorların  (dalğatutan)  tipindən  asılı  olaraq  ionizasiya  dozimetri,  lüminessent, 
yarımkeçirici  və  fotodozimetrlər  mövcuddur.  Personalın  orta  illik  yol  verilən  effektiv  doza  həddi  
20  mZv  (0,02  zivert),  orta  illik  yol  verilən  şüalanma  həddi  50  mZv  (0,05  zivert),  orta  aylıq  yol 
verilən  effektiv  doza  həddi  isə  1  mZv  -dir  (0,001  zivert).  Praktiki  sağlam  adamların  orta  illik 
effektiv  doza  həddi  1  mZv  -dən  (0,001  zivert)  çox  olmamalıdır.  Profilaktik  məqsədlə  14    yaşlı 
uşaqların və hamilə qadınların rentgenoloji müayinələrdən keçirilməsi  yol verilməzdir. 100 mZv -
dək şüa dozası qəbul edən qadınların hamiləliyinin qarşısı alınmalıdır. 
 
 
ƏDƏBİYYAT 
1. B. Ə. Baxşiyev. “Ümumi rentgenologiya”. Maarif, Bakı 1976 
2. В. Ф. Кириллов.  «Радиационная гигиена». Медицина, Москва, 1988  
3. M. A. Kazımov. “Radiasiya gigiyenası”. Təbib, Bakı, 2009 
4. Л. А. Ильин «Радиационная гигиена» «ГЭОТАР-Медиа», Москва, 2010 
5.  “Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair Qaydaların təsdiq edilməsi 
haqqında”  Azərbaycan  Respublika  Səhiyyə  Nazirliyinin  07.  04.  2009-cu  il  tarixli  37  №-li  əmri. 
Meqa-Poliqraf MMC, Bakı, 2010 
ABSTRACT 
       Babayev A.M. 
Brief information about radiation and 
Radiation sickness. Sanitary rules and regulations concerning radiological safety in x-ray room 
The X - RAYS were discovered by Wilhelm Conrad Roentgen  in 1895, and were called X-rays. 
In the electromagnetic spectrum, these rays are between gamma and ultraviolet rays of the spectrum. 
Radioactive rays, invisible to the eye, have the ability in varying degrees to imbue certain items. 
In  order  to  have  any  radiation,  not  necessarily  to  have  any  accident  at  a  nuclear  or  other  this  kind  of 
enterprise. Radiation occurs periodically in areas around the radiolocation station, on the soil containing 
the composition of uranium and other radioactive substances in the vicinity of oil-contaminated, etc.  
Under  the  influence  of  strong  radiation  in  the  tissues  and  the  cells  forming  a  living  organism 
(body),  there  is  a  reaction  of  ionization  that  disrupts  their  biological  properties  and  is  formed  from 
radiation sickness. During radiation in the body changes occur at the cellular level. And thus, develop 
pathological changes in the main parts of the cell like the nucleus, chromosomes, etc. The most  severe 
lesions  occur  in  the  genetic  structure.  Depending  on  the  clinical  course  of  radiation  sickness  (acute, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə