Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/81
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9565
1   2   3   4   5   6   7   8   9   10   ...   81

16 
qarşıya qoyulmuş məsələ ərazinin mikobiotasında və aeromikobiotada  yayılmış  toksigen növlərin  
təsirindən  bioaləmdə  baş  verə  biləcək  potensial  mənfi    xüsusiyyətləri  aydınlaşdırmaq  baxımından 
aktual mövzudur. 
Təqdim olunan işin məqsədi Chaetomium cinsli göbələklərin toksigen nümayəndələrinin şə-
hər ərazisində yayılmasının, say və  növ tərkibinin, ekoloji xüsusiyyətlərinin öyrənilməsindən ibarət 
olmuşdur. 
 
Material və Metodlar 
 
Ərazidəki  Chaetomium  cinsli  toksigen  növlərin    tədqiq  edilməsi  məqsədilə  Bakı  şəhəri 
ərazisindəki  müxtəlif  rayonlardan  torpaq  nümunələri  götürülmüş  və  torpağın  durulaşdırılması 
metodu ilə tədqiq edilmişdir. Torpağın durulaşdırılması üçün 1 qr torpaq nümunəsi götürülmüş və 9 
ml  distillə  suyunda  həll  edilmişdir.  Bu  qarışığın  1ml-  i  götürülərək  yenidən  üzərinə  9  ml  distillə 
suyu əlavə edilmiş və nəticədə torpağın 0, 01- nisbəti alınmışdır. Torpaqdan ayrılmış göbələk kultu-
ralarında bakteriyaların olmaması üçün penicillin tərkibli antibiotikdən istifadə edilmişdir. Bununla 
belə şəhər aeromikobiotasında yayılmış göbələklərin də tədqiqi aparılmış və bu məqsədlə sedimen-
tasiya metodundan istifadə edilmişdir. Bunun üçün qidalı mühit yerləşdirilmiş petri kasaları müxtə-
lif ərazilərdə ağzı açıq vəziyyətdə torpağın səthində müəyyən müddət ərzində saxlanılmış və sonra-
kı 3-7 gün ərzində kulturalardakı göbələk koloniyaları identifikasiya edilibdir. Göbələk koloniyala-
rının inkişafı üçün isə SDA(səməni suyu aqarı) qidalı mühitindən istifadə edilmişdir. 
 
Alınan nəticələr və onların müzakirəsi 
 
Tədqiqat zamanı Bakı şəhəri ərazisi seçilmiş  və müxtəlif ərazilərdəki torpaqlardan və hava 
təbəqəsindən ayrı-ayrılıqda 4 ədəd olmaqla nümunələr götürülmüşdür. Tədqiqat zamanı həm torpaq
həm də hava təbəqəsindən götürülmüş nümunələrdən əldə edilmiş kulturaların hər biri ayrı ayrılıqda 
nömrələnmiş və  vizual müxtəlifliklər əsasında nömrələnmiş kulturalardan ayrılan hər bir göbələk  
koloniyası  təmiz  kulturaya  çıxarılmış  və    petr  kasaları  7  gün  ərzində  25-27C-lik      temperaturda 
saxlandıqdan  sonra  buradakı  koloniyaların    hər  biri  ətraflı  şəkildə  öyrənilmişdir.  Öyrənilmiş 
koloniyaların  hər biri morfoloji,  fizioloji,  biokimyəvi  və morfo-kulturoloji xüsusiyyətləri əsasında 
növ  səviyyəsində  identifikasiya  edilmiş,  eyni  zamanda  ədəbiyyat  məlumatlarına  əsasən  qeydə 
alınmış  nümayəndələrin  toksigenliyi,  patogenlik  və  digər  potensial  mənfi  xüsusiyyətləri  ətraflı 
şəkildə  aydınlaşdırılıbdır.  Apardığımız  tədqiqat  nəticəsində  kulturaların  hər  birində  göbələk 
koloniyalarının  sıxlığı  müşahidə  edilmiş  və  öyrənilmiş  mikotoksinlərin  təsir  xüsusiyyətləri 
sağlamlıq  baxımından  qiymətləndirilərək  müəyyənləşdirilmişdir.  Beləliklə  nəticələr  göstərir  ki, 
şəhər ərazisində Chaetomium cinsli növlərlə yanaşı, həmçinin Aspergilllus, Fusarium, Penicillium, 
Cladosporium,  Stachybotrys  kimi  cinslərin  də  geniş  yayıldığı  qeyd  edilibdir.  Lakin  görülən  işin 
məqsədi əsasən Chaetomium növlərin aydınlaşdırılması olduğundan əsasən bu nümayəndələrin say 
və  növ  tərkibi,  ekologiyası,  yayılması  müəyyənləşdirilmişdir.  Beləliklə,  ümumən  cinsin  şəhər 
ərazisində 3 növü aşkarlanmışdır ki, bunlar C.globosum, C.cupreum, C.atrobrunneum kimi nüma-
yəndələr  olubdur.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  torpaq  mikobiotasında  hər  3  növə  rast  gəlin-
məsinə baxmayaraq, aeromikobiotada yalnız C.globosum növlü göbələklər tərəfindən sintez olunan 
aerogen  askosporlar  qeydə  alınıbdır.  Eyni  zamanda  C.globosum  torpaq  mikobiotasında  da  digər 
növlərlə müqayisədə daha geniş formada yayılıbdır. Bu isə şəhər ərazisində cinsin digər növləri ilə 
yanaşı  C.globosum  növünün  dominantlıq  etdiyini  göstərir.  Ədəbiyyat  məlumatları  əsasında 
C.globosum  növünün  yüksək  potensial  patogenlik  və  toksigenlik  xüsusiyyətləri,  sintez  olunan 
mikotoksinlərin təsir xüsusiyyətləri  müəyyənləşdirilmişdir. Belə ki, növ tərəfindən əsasən emodin-
lər,  chrysophanollar,  chaetoqlobosin  A,B,C,,D,E  və  F  kimi  mikotoksinləri  geniş  miqyasda  sintez 
edir. Bu mikotoksinlərin isə sitoplazmatik membrana təsir göstərməklə sitotoksiki, həmçinin hepa-
totoksiki, nevrotoksiki, dermatoksik təsirləri mümkündür. Qeyd edilən bu toksinlər hətta çox az bir 
dozada  belə  insan  və  heyvan  hüceyrələri  üçün  sitotoksiki  təsirə  malikdirlər.  Eyni  zamanda 


17 
nümayəndələr  tərəfindən  sintez  olunan  aerogen  sporlar  yüksək  allergenlik  xüsusiyyətləri  ilə 
seçilərək müəyyən astma, sinusit və digər  respirator xəstəliklərə səbəb olur.   Bundan əlavə növlər 
tərəfindən sintez edilən chetominlər qram müsbət bakteriyalara qarşı  yüksək toksigenlik kimi təsirə 
malik olduğundan bu toksin bitkilərin bakterial xəsətəliklərinə qarşı davamlılığında geniş formada 
istifadə edilir. 
 
Nəticələr  göstərmişdir  ki,  Chaetomium  cinsli  toksigen  göbələklər  digər  ərazilərlə  müqa-
yisədə neft və neft məhsulları və eləcə də sənaye tullantıları ilə çirklənmiş ərazilərdə daha çox rast-
lanır. Belə  toksinli növlərin isə ədəbiyyat  məlumatlarına əsasən,  həm  bu ərazilərdə inkişaf edən 
bitkilər  üçün,  həm  də  burada  məskunlaşan  insan  və  heyvanlar  üçün  zərərli  təsirləri  də  məlumdur 
[1,2].  Eyni  zamanda  digər  ərazilərlə  müqayisədə    belə  ərazilərdə  toksigen  göbələklərin  say  tərki-
bində  olan  çoxluq,  həmçinin  digər  toksinli  göbələklərin  ümumi  inkişafında  olan  belə  aktivləşmə  
torpağın  çirklənmə  dərəcəsinin  təsiri  ilə  əlaqədar  baş  verir.  Eyni  zamanda  aparılan  tədqiqat 
nəticəsində  aydınlaşdırılmışdır  ki,  turş  mühit  bu  cinsli  göbələklərin  inkişafı  üçün  optimal  mühit 
olduğundan növlər daha çox belə bir şəraitdə daha da geniş formada toksin sintez edir. 
 
 ƏDƏBİYYAT  
 
1.
 
 K.S.Alkişiyeva,  G.M.Seyidova  .  Texnogen  təsirə  məruz  qalmış  torpaqların  mikobiotasının 
xarakteristikası(Binəqədi rayonunun nümunəsində).AMEA-nın Mikrobiologiya İnstitutunun 
elmi əsərləri, Vol 13, No 1, səh. 309-313, 2015 
2.
 
K.S.Alkişiyeva,  S.Ə.Abdullayeva,  Abşeronda  yayılmış  toksigen  göbələklərin  növ  tərkibi, 
AMEA-nın Mikrobiologiya İnstitutunun elmi əsərləri, Vol 12, No 1, səh.259-262, 2014 
3.
 
Arx,  J.;  Guarro,  J.;  Figueras,  M,  (1986).  "The  Ascomycete  Genus  Chaetomium"  Berlin: 
Stultgart 
4.
 
Kim, D.; Lee, M.; Suh, M.; Ha, G.; Kim, H.; Choi, J. (2008), "Onychomycosis Caused by 
Chaetomium globosum". Ann Dermatol 25(2): 232-236 
5.
 
Fogle  MR,  Douglas  DR,  Jumper  CA,  Straus  DC.  Growth  and  mycotoxin  production  by 
Chaetomium globosum. Mycopathologia, 2007;164:49–56 
6.
 
Guarro, J., L. Soler, and M. G. Rinaldi. 1995, Pathogenicity and antifungal susceptibility of 
Chaetomium species. Eur J Clin Microbiol Infect Dis, 14:613-618
 
7.
 
Horie  Y,  Udagawa  S.,  1990  New  or  interesting  Chaetomium  species  from  herbal  drugs 
Trans Mycol Soc Japan 31:249-258
 
8.
 
 St.  Germain  G,  Summerbell  RC.  Identifying  Filamentous  Fungi:  A  Clinical  Laboratory 
Handbook. Star Publishing Company; Belmont, CA: 1996 
9.
 
Nielsen KF. Mycotoxin production by indoor molds. Fungal. Genet. Biol, 2003, 39, 103–117 
10.
 
 Natori  S.  Toxic  cytochalasins.  In    Rodricks  JV,  Hesseltine  CW,  Mehlman  MA,  editors. 
Mycotoxins in Human and Animal Health. Pathotox Publishers; Park Forest South, Illinois: 
1977 
11.
 
Ohtsubo K, Saito M, Sekita S, Yoshihira K, Natori S. Acute toxic effects of chaetoglobosin 
A,  a  new  cytochalasan  compound  produced  by  Chaetomium  globosum,  on  mice  and  rats. 
Jap. J. Exp. Med. 1978, 48, 105–110 
 
ABSTRACT 
                              K.S.Alkichiyeva 
S.A.Abdullayeva 
Ecology of toxigenic chaetomium species spread in the city of Baku 
In this presented work were studied the composition of the toxigenic Chaetomium species,  
which have been distributed in the city of Baku. According to the soil samples were taken from the 
studied  area  in  the  city  of  Baku  were  determined  that  3  species  were  spread  in  these  area.  Thus 
C.globosum,  C.cupreum,  C.atrobrunneum  were  identified    predominant  species  and  at  the  same 
time  our  study  was  demonstrated  that    these  members  of  this  genus  seems  to  be  more  higher  in 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə