Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə70/81
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9565
1   ...   66   67   68   69   70   71   72   73   ...   81

147 
aparılması vacibdir.  
Naxçıvan  MR-də  arı  ailələrinin  əsas  arıtım  dövrü  son  10  ilin  payına  düşür.  Arıçılığı  inkişaf 
etdirmək sahəsində atılan mühüm addımlar nəticəsində 2005-ci ildən bu günədək arı ailələrinin sayı 
3 dəfədən çox artmışdır. 
Muxtar  respublika  ərazisində  arı  ailələrinin  miqdarı  artmaqla  bərabər  arı  ailələrində  istehsal 
olunan əmtəəlik balın miqdarı da artmışdır. Əgər muxtar respublika üzrə 1983-cü ildə 70,2 ton bal 
istehsal olunmuşdursa bu göstərici 1990-cı ildə 41,7 ton, 2000-ci ildə 159 ton, 2005-ci ildə  297,4 
ton, 2008-ci 433 ton və 2013-cü ildə isə 1304  ton olmuşdur. 
Cədvəl 2. Azərbaycan Respublikası ərazisində istehsal olunan  
balın miqdarı (ton). (2000-2013-cü illər üzrə) 
İllər 
Azərbaycan üzrə 
Naxçıvan MR üzrə 
Nisbət 
2000 
600 
170,1 
26,5% 
2005 
600 
297,4 
49,5% 
2010 
 1900 
               678 
35,7% 
2013 
 2500 
1304 
52,1% 
 
  Göründüyü kimi 2000-ci ildə Azərbaycan ərazisində istehsal olunan balın (600 ton) 25,5%-i 
(170 ton) Naxçıvan MR-in payına düşmüşdürsə, 2013-ci ildə Azərbaycan ərazisində istehsal olunan 
2500 ton balın 52,1%-i Naxçıvan MR-də  istehsal olunmuşdur. 
 
 
 
Arıçılığın  inkişaf  tempi  həmçinin  bir  arı  ailəsindən  alınmış  əmtəəlik  balın  miqdarı  ilə  də 
müəyyən olunur. Statistik məlumatlar göstərir ki, muxtar respublika ərazisində məskunlaşmış bir arı 
ailəsindən 1983-cü ildə 8,6 kq, 1990-cı ildə 9,2 kq, 2000-ci ildə 12,6 kq, 2005-ci ildə isə 13,5 kq, 
2013-cü ildə 20 kq bal alınmışdır. Təqdim olunmuş statistik məlumatların təhlili göstərir ki, 1983-
cü illə müqayisədə 2005-ci ildə arı ailələrinin miqdarı 70 %, istehsal olunan balın miqdarı 3,2 dəfə 
və bir arı ailəsindən alınan balın miqdarı 57 % artmışdır. 
0
500
1000
1500
2004 2005 2006 2007 2008 2009 2010 2011 2012 2013
172
297
325
334
432
585
710
1031
1175
1304
B
al
İllər
Qrafik 2. İstehsal olunan balın miqdarı (tonla)


148 
 
Naxçıvan  MR  ərazisində  arıçılıq  sahəsinə  xüsusi  diqqət  yetirildiyindən  arı  ailələrinin  sayı 
artmış,  düzgün  yetişdirilmə  və  qışlamaya  daha  bol  yem  ilə  qoyulma  hesabına  arı  ailələrinin  gücü 
artmışdır. Arı xəstəliklərinə qarşı aparılan müalicəvi-proflaktiki tədbirlər sayəsində arıxanada olan 
arı  ailələrinin  miqdarı  ilbəil  artmaqdadır.  Bütün  bunların  nəticəsində  arıçılıq  təsərrüfatarında 
iqtisadi vəziyyət getdikcə yaxşılaşmağa başlamışdır. 
Aparılmış  hesablamalara  görə  Naxçıvan  MR  ərazisində  mövcud  bitki  örtüyü  burada  ən  azı 
100 min arı ailəsi saxlamağa imkan verir və onlardan bir il ərzində 2000 tona qədər  əmtəəlik bal 
məhsulu əldə etmək mümkündür. Bütün bunlar göstərir ki, Naxçıvan MR ərazisində arı ailələrinin 
miqdarını daha da artırmaq mümkündür. 
Naxçıvan MR-də damazlıq arıların  yerişdirilməsi üçün əlverişli  təbii-coğrafi şəraitin  olması, 
burada  arıçılığın  intensiv  inkişaf  etdirilməsinin  yüksək  perspektivə  malik  olması  elmi  əsaslarla 
təsdiq edilmişdir. 
Arı  məhsullarının  müxtəlif  xəstəliklərin  müalicə-profilaktikasında  və  eləcə  də  kosmetika 
sahəsində olan tələbatını nəzərə alaraq, son dövrlərdə muxtar respublikanın arıçıları əlavə gəlir əldə 
etmək  məqsədilə  arı  südünün,  çiçək  tozcuğunun  və  vərəmumun  istehsalına  da  xüsusi  diqqət 
yetirirlər.  Arı  ailələrindən  toplanılan  və  xüsusi  tibbi  əhəmiyyətə  malik  olan  bu  cür  qiymətli  arı 
məhsullarının miqdarını artırmaqla da arıçılığın inkişafının rentabelliyini yüksəltmək mümkündür.  
 
        
   
 
0
5
10
15
20
200320042005
2006 2007 2008
2009 2010
2011 2012
2013
9
9
13
14 14
15
17
18
19
19
20
B
alı
n
m
iq
d
ar
ı 
Qrafik 3. Bir arı ailəsindən alınan balın miqdarı (kq)
0
20 000
40 000
60 000
80 000
69432
1974
8952 9598 13374 13482
1576
19852
624
Qrafik 4. Naxçıvan MR-in rayonları üzrə arı ailələrinin miqdarı
(01.01.2015
)   


149 
Bütün  deyilənlərdən  aydın  olur  ki,  Naxçıvan  MR-in  nektarverən  bitkilər  və  meşə  örtüyü  ilə 
zəngin olan ərazilərində arıçılığı inkişaf etdirmək və çox yüksək nəticələr əldə etmək mümkündür. 
Qarşıya  qoyulan  tələbləri  yerinə  yetirmək  üçün  ilk  növbədə  arıçılıqda  elmi-tədqiqat  işlərinin 
səmərəsini yüksəltmək, seleksiya işlərini yaxşılaşdırmaq, muxtar respublikada yayılmış Sarı Qafqaz 
arı cinsinin genofondunun bərpasına, qorunmasına və  arıçı kadrların hazırlanmasına xüsusi diqqət 
yetirilməlidir. Ümid edirik ki, xalqımızın bu qədim və çox əhəmiyyətli təsərrüfat sahəsinə artırılan 
dövlət  qayğısı  nəticəsiz  qalmayacaq  və  arıçılıq  muxtar  respublikamızda  daha  da  inkişaf 
etdiriləcəkdir. 
Ancaq  bütün  bunlara  baxmayaraq,  təəssüf  ediləcək  bir  haldır  ki,  respublikamızda  arıçılıq 
ancaq  bal  məhsulunun  əldə  olunmasına  yönəldilmişdir.  Halbuki  müasir  dünya  arıçılığında  bal 
arılarından  baldan  da  qiymətli  digər  arı  məhsulları:  vərəmum,  arı  südü,  arı  zəhəri,  çiçək  tozcuğu, 
güləm əldə olunmaqdadır.  
Azərbaycanda  və  eləcə  də  Naxçıvan  Muxtar  Respublikasında  arıçılıq  məhsullarının 
biokimyəvi  xüsusiyyətləri,  keyfiyyət  göstəricilərinə  dair  bu  günədək  aparılan  araşdırmalar  yerli 
şəraitdə  istehsal  olunan  arıçılıq  məhsullarının  heç  də  dünyada  olan  oxşar  arıçılıq  məhsullarından 
geri qalmadığını göstərir. Hal-hazırda Naxçıvan Muxtar Respublikasında baldan başqa digər arıçılıq 
məhsullarının  istehsalı  haqqında  danışmaq  belə  mümkün  deyil.  Bunlar  hətta  statistik  göstəricilərə 
belə  daxil  edilmir.  Yalnız  həvəskar  arıçılar  tərəfindən,  öz  tələbatlarına  uyğun  olaraq  müəyyən 
miqdar vərəmum, arı südü, çiçək tozcuğu, arı mumu, güləm əldə olunur.  
Naxçıvan  MR  ərazisində  arıçılarımızın  hansı  arı  məhsulundan  nə  qədər  əldə  etmələri 
sahəsində  apardığımız  sorğuda,  yerli  arıçıların,  yalnız    5-7  %-nin  çiçək  tozcuğu,  2-3  %-nin 
vərəmum, 0,2-0,5 %-nin arı südü istehsal etmələri məlum oldu. Halbuki, yerli şəraitdə mövcüd olan 
Sarı Qafqaz arı cinsi genetik cəhətcə saf olmaqla yanaşı, çox yüksək miqdarda vərəmum toplama, 
bol  miqdarda  çiçək  tozu  gətirmə,  həmçinin  çoxalmaya  meylli  olduqları  üçün  çoxlu  miqdarda  ana 
südü  əldə  etmək  üçün  çox  əlverişlidir.  Yerli  arıçılarımız  vərəmum    tələsi  istifadə  etmədən, 
vərəmumu  pətəyin  müxtəlif  yerlərindən  toplayırlar.  Doğrudur  muxtar  respublikada  vərəmumum 
toksikliyinin yoxlanılmasına dair aparılan araşdırmalarda, yerli şəraitdə istehsal olunan vərəmumun 
praktik  olaraq  toksiki  olmadığı  məlum  olmuşdur.  Amma  bu  heç  də  əsas  vermir  ki,  saflığı  dəqiq 
bilinməyən uçuş bacası, havalandırma dəliyi, çərçivə kənarı kimi yerlərdən vərəmum əldə olunsun 
və müəyyən məqsədlər üçün istifadə edilsin. Arılar ehtiyaclarına uyğun bəzən vərəmumun tərkibinə 
bir sıra maddələrin (asfalt, boyaq, alüminium tozu və s.) də əlavə edirlər. Bu səbəbdən də göstərilən 
yerlərdən əldə olunmuş  vərəmumun istifadəsi  düzgün deyildir. Vərəmum əldə etmək üçün xüsusi 
vərəmum torlarından istifadə olunması daha məqsədəuyğun və etibarlıdır. 
Aparılmış  tədqiqatlarda  müəyyən  edilmişdir  ki,  arı  ailələrinin  bal  və  mum  məhsuldarlığını 
həmçinin qışlamasının keyfiyyətini azaltmadan bir arı ailəsindən mövsüm ərzində 146,4 qram, yəni  
adi ənənəvi üsuldan 2,47 dəfə artıq miqdarda vərəmum maddəsi toplamaq və arıxanadan əlavə gəlir 
götürmək olar (1;2;3;4). 
Çiçək  tozcuğu  istehsalı  arıçılarımızın  az  bir  qisminin  son  dövrlərdə  həyata  keçirdikləri  bir 
prosesdir. Amma istehsalı minimal həddədir. Yalnız bir neçə arıçı tərəfindən çiçək tozcuğu tələləri 
qurulmaqla məhsul toplanır. Az bir qism arıçılarımız isə daha çox güləm toplamağa meyllidirlər. 
Arı  südü  istehsalı  yalnız  təbii  yolla  ana  məməsi  qoyan  arılardan  əldə  olunduğundan,  bu 
məhsulun istehsalı haqqında da danışmaq mümkün deyil. 
Bütün  bunları  nəzərə  alaraq arı ailələrindən alınan arıçılıq  məhsullarının çox böyük tibbi və 
iqtisadi  dəyərinin  olması  haqqında  arıçılarımızı  və  yerli  əhalini  məlumatlandırmaq  üçün  işlər 
aparılmalı, arı məhsullarının istehsalı texnologiyaları  ilə arıçılarımız ətraflı tanış edilməli, istehsal 
olunacaq arıçılıq məhsullarının bazarları müəyyənləşdirilməlidir. Bunu həyata keçirmək üçün dünya 
və  qonşu  dövlətlərin  təcrübəsindən  yararlanılmalıdır.  Bu  yolla  arıçılıq  fəaliyyətinin  bal 
istehsalından asılılığını azaltmaq, qiymətli arı məhsullarının əsaslı istehsalına başlamaq və arıçılığın 
rentabelliyini yüksəltmək mümkündür. 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə